Məhkəmə qərarları › İş №2(103)-1408/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1408/2022

02.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1408/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Vahid Nəriman oğlu Sadıqovdan və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8056/2016 saylı iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ünvan 1 ünvanına (Abonentin kodu: **********00000) hesablanmış 1328,40 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2021-cı tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə İddiaçı Xətai Rayon Məhkəməsində mübahisələndirdiyi 31.01.2018- ci il tarixli ******* nömrəli, 28.02.2018-ci il tarixli ******* nömrəli, 30.03.20'18-ci il tarixli ******* nömrəli və 30.04.2018-ci il tarixli ******* nömrəli aktlara, hələ 1 il bundan öncə tərəflərin birgə iştirakı ilə "maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə Sabunçu Rayon Məhkəməsində 2(008)- 4465/2020 nömrəli iş üzrə baxılarkən hüquqi qiymət verilmişdir. Xətai rayon Məhkəməsi isə hazırki işə kiçik iddia qaydasında baxmış, belə olan halda Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni nəzərə almamış və MPM-in 261.0.2-ci maddəsinin tələbləri pozulmuşdur. Sabunçu Rayon M əhkəməsiərəfindən qəbul edilmiş 13.11.2020-ci il tarixli 2(008)- 4465/2020 nömrəli Qətnamədən İddiaçı apelyasiya şikayəti verməmiş, həmin qətnamə ilə razılaşmışdır. 13.11.2020-ci il tarixli 2(008)-4465/2020 nömrəli Qətnamə qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-ə əsasən: 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmalıdır. Daha sonra Azərbaycan Respublikası MPM-ə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir (261.0.2). Həmin Məcəllənin: 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 384.0., 384.0.5 maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; İş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvanına (Abonentin kodu: **********00000) hesablanmış 1328,40 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Müəyyən olunmuşdur ki, hazırda silinməsi tələb olunan borcun yaranması əsaslarını daha əvvəl məhkəmədə baxılmış iş üzrə məhkəmə tərəfindən hüquqi qiymət verilmiş 31.01.2018- ci il tarixli ******* nömrəli, 28.02.2018-ci il tarixli ******* nömrəli, 30.03.20'18-ci il tarixli ******* nömrəli və 30.04.2018-ci il tarixli ******* nömrəli aktlar təşkil edir. Beləliklə, iş materiallarından göründüyü kimi eyni tərəflər arasında daha əvvəl baxılmış iş üzrə hazırda İddiaçı Xətai Rayon Məhkəməsində mübahisələndirdiyi 31.01.2018- ci il tarixli ******* nömrəli, 28.02.2018-ci il tarixli ******* nömrəli, 30.03.20'18-ci il tarixli ******* nömrəli və 30.04.2018-ci il tarixli ******* nömrəli aktlarla bağlı mülki işə Sabunçu Rayon Məhkəməsində 2(008)- 4465/2020 nömrəli iş üzrə baxılarkən hüquqi qiymət verilmişdir. Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13.11.2020-ci il tarixli 2(008)- 4465/2020 nömrəli qətnamədən İddiaçı apelyasiya şikayəti verməmiş, həmin qətnamə ilə razılaşmışdır. 13.11.2020-ci il tarixli 2(008)-4465/2020 nömrəli Qətnamə qüvvəyə minmişdir.(Elektron məhkəmə axtarış sistemi vasitəsilə müəyyən olunmuşdur). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı iş üzrə iddia tələbi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş 2(008)- 4465/2020 saylı iş üzrə iddiaçının iddia tələbi ilə ehtiva olunmuş, hər iki iş üzrə tərəflər və tələblərin əsasları eynidir. Qeyd olunan iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 402.2.4 maddəsinə əsasən apellyasiya məhkəmələrinin iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər: Yuxarıdakılara əsasən və MPM-in 261,402,405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8056/2021 saylı iş üzrə 19 noyabr 2021-cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı iddiası üzrə hazırkı mülki işin icraatına xitam verilsin. İzah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar