Məhkəmə qərarları › İş №2(103)-141/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-141/2023

10.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-141/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "X5 Azərbaycan" QSC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3589/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən iddiaçı "X5 Azərbaycan" QSC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “X6 Azərbaycan” QSC-nin borclu Cavabdeh şəxs qismində tanınması və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə tutulmalı 1307215.22 manat kredit borcunun, 16.50 manat poçt xərclərinin və 30 manat dövlət Cavabdeh aid olunmaqla, müştərək qaydada ondan tutulması barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3589/2018-015 nömrəli saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. İddiaçı və cavabdeh tərəfindən verilən apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-58/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. İddiaçı və cavabdeh tərəfindən verilən kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7195/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya icraatı zamanı iddiaçı "X5 Azərbaycan" QSC-nin nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək tələb olunan borcun "xxxx" MMC tərəfindən "X5 Azərbaycan" QSC-yə ödənildiyindən apellyasiya şikayətlərindən imtina etdiklərini bildirmişdirlər. Daha sonra iddiaçı "X5 Azərbaycan" QSC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4608/2015 saylı işi üzrə xx.xx.2015-ci il tarixli qətnamə üzrə tələb olunan borc tələbi cavabdeh "xxxx" MMC tərəfindən "X5 Azərbaycan" QSC-yə ödənilmişdir. Bu səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3589/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş apellyasiya şikayətini geri çəkərək, iddia tələbindən imtina edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil borcun "xxxx" MMC tərəfindən "X5 Azərbaycan" QSC-yə ödənildiyini bildirmiş və mülki işin icraatına xitam verilməsinə etiraz etməmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı "X5 Azərbaycan" QSC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizəni nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir (digər) şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığından mülki işin icraatına xitam verilməlidir. Belə ki, Məcəllənin 261.0.4-cü maddəsinə əsasən: iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraaa xitam verir. Məcəllənin 384.0.5-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məcəllənin 107-125-ci maddələrinə əsasən kollegiya hesab edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə digər prosessual əsaslarla işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Şərh olunanlara əsasən və Mülki Prosesual Məcəllənin 370, 377, 384, 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3589/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "X5 Azərbaycan" QSC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar