Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1410/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(003)-2594/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 11.280 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh Birlik həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul edərək, baxılması üçün onu, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinin mənasına görə, məhkəməyə iddia ərizəsi və ya apellyasiya şikayəti verilərkən dövlət rüsumu ödənilir. Hazırki işin materiallarından görünür ki, iddiaçı tərəfindən Birliyə qarşı irəli sürülmüş iddia tələbi cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 11.280 manat məbləğində borcun silinməsi barədədir. Apellyasiya şikayəti vermiş cavabdeh Birlik tərəfindən 50,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdeh Birlik tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləğinin düzgün və ya səhv ödənilməsini müəyyən etmək üçün “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində olan “Dövlət rüsumunun hesablanması kalkulyatoru” vasitəsi ilə həmin məbləğləri yoxalmış və bu zaman müəyyən edilmişdir ki, hazırki iş üzrə apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən 61,92 manat məbləğində dövlət rüsumu ödənilməli idi (“Dövlət rüsumunun hesablanması kalkulyatorundan” götürülmüş çıxarış işə əlavə edildi). Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətlərinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) MPM-nin 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: 2(003)-2594/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qaytarılması üçün mülki iş Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1410/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1410/2023
18.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver