Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1411/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(005)-5252/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus **********00110 nömrəli abonent koduna qaz sərfiyyatına görə tələb etdiyi 460,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən 20 saylı evin, 11A saylı mənzilinin mülkiyyətçisi olmuşdur. Həmin bina 2018-ci ildə sökülmüşdür. Zümrüd Residence yaşayış kompleksi inşa edilmişdir, iddiaçı İ.X3 yaşayış kompleksində yerləşən 1ci binanın 1-ci girişinin 53 saylı mənzilinin mülkiyyətçisidir. 05.04.2018-ci il tarixində Yəhya Bakuvi küçəsində yerləşən 20 saylı evin, 11A saylı mənzilində quraşdırılmış G-6 markalı, itron tipli qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən söküntü ilə əlaqədar çıxardılmışdır və bu barədə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 05.04.2018-ci il tarixli akt tərtib edilmişdir. AR DNŞ “Azəriqaz" İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsi tərəfindən 17.05.2018-ci il tarixində əhali sektorunda istismarda olan qaz sayğacları dövlət yoxlanmasından keçirilmiş, sayğaca ümumi baxış keçirilən zaman sayğacın sağ metrologiya və element plombu yuvaya kip otuzdurulmayıb, plomb yuvalarının ətrafında əzik izləri aşkar olunduğu və klapanının işlək olmadığı qeyd edilmişdir, nəticədə istismara yararsız hesab edilmişdir. Qaz sayğacının yoxlanılması barədə aktın əsasında, Cavabdeh İB-nin BRQS Departameti tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli, 25.05.2018-ci il tarixli akt tərtib edilmişdir. Qeyd etmək zəruridir ki, iddiaçı aktın tərtib edilməsində iştirak etməmişdir və imza etməmişdir. AR DNŞ “Azəriqaz" İB-nin BRQSİ) İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən ******* nömrəli, 25.05.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 2304 kub metr qazın itkiyə getdiyi hesablanmışdır və itirilmiş qazın dəyəri olaraq 460,80 manat borc qeyd edilmişdir. Qeyd etmək zəruridir ki. İddiaçı və ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə edilməmişdir, əgər hər hansı qaz itkisi faktı aşkarlanıbsa iddiaçının təqsiri, hərəkət və ya hərəkətsizliyi ucbatından olmamışdır. Hər bir nasazlıq barədə AR DNŞ Cavabdeh əməkdaşlarına da məlumat verilmişdir. Əslində qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrə yol verilməməsi istehlakçının vəzifəsi deyildir. İddiaçı, abonent olaraq yalnız vizual, yəni adi gözlə aşkar olunan hallar barədə qaz paylayıcısına məlumat verməlidir. Lakin qaz idarəsinin əməkdaşı nəinki vəziyyətin əsl səbəbini araşdırmağa səy göstərməmiş, hətta qulaq asmaq belə istəməmişdir. İddiaçı yeni mənzilə köçdükdən sonra mənzillərin sayğacı yenidən quraşdırılmışdır, lakin iddiaçıya borcunun olduğu və ödəmədiyi halda ona sayğac quraşdırılmayacağı bildirilmişdir. Yaranmış problemlə əlaqədar iddiaçı Cavabdeh İB-nə ərizə ilə müraciət etmişdir. 21.09.2021-ci il tarixli cavab məktubunda məsələyə dair qarşılıqlı anlaşmanın mümkün olmadığı üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də, İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21 noyabr 2021-ci il tarixli, 2(005)-5252/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən hesablanmış 460,80 (dörd yüz altmış manat, səksən qəpik) manat məbləğində borc vəsaiti abonent kodu **********00110 olan İddiaçı hesabından silinməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarınav düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamənin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən AR “X1 Qaydaları” haqqında qanunun müvafiq maddələrini tətbiq etməklə, qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, qətnamə cavabdeh tərəfin apellyasiya şikayətinin maddi hüquq normasının pozulması dəlilinə görə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 05 aprel 2018-ci il tarixli aktın məzmunundan və surətindən görünür ki, Yəhya Bakuvi küçəsində yerləşən 20 saylı evin, 11A saylı mənzilində quraşdırılmış G-6 markalı, itron tipli qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən söküntü ilə əlaqədar çıxardılmışdır və bu barədə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 05.04.2018-ci il tarixli akt tərtib edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 may 2020-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 2304 kub metr qazın itkiyə getdiyi hesablanmışdır və itirilmiş qazın dəyəri olaraq 460.80 manat borc qeyd edilmişdir. Kodu **********00110 olan İddiaçı abonentin saldosundan görünür ki, 460,80 (dörd yüz altmış manat, səksən qəpik) manat borc məbləği hesablanmışdır. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən 20 saylı evin, 11A saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin bina 2018-ci ildə sökülmüş, Zümrüd Residence yaşayış kompleksi inşa edilmişdir. İddiaçı İ.X3 yaşayış kompleksində yerləşən 1-ci binanın 1-ci girişinin 53 saylı mənzilinin mülkiyyətçisidir. 05.04.2018-ci il tarixində Yəhya Bakuvi küçəsində yerləşən 20 saylı evin, 11A saylı mənzilində quraşdırılmış G-6 markalı, itron tipli qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən söküntü ilə əlaqədar çıxardılmışdır və bu barədə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 05.04.2018-ci il tarixli akt tərtib edilmişdir. AR DNŞ Cavabdeh İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsi tərəfindən 17.05.2018-ci il tarixində əhali sektorunda istismarda olan qaz sayğacları dövlət yoxlanmasından keçirilmiş, sayğaca ümumi baxış keçirilən zamanı sayğacın sağ metrologiya və element plombu yuvaya kip otuzdurulmadığı, plomb yuvalarının ətrafında əzik izləri aşkar olunduğu və klapanının işlək olmadığı, nəticədə istismara yararsız olması hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin-hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz. sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin yuxarıda sadalanan normalara əsasən kollegiya hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacına ilə bağlı zədələnməyə görə iddiaçıdan borc ödənilməsini tələb edə bilməz. Buna görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21 noyabr 2021-ci il tarixli, 2(005)-5252/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 460,80 (dörd yüz altmış manat, səksən qəpik) manat məbləğində borc vəsaiti abonent kodu **********00110 olan İddiaçı hesabından silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-1411/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1411/2022
02.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver