Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1420/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********00000) təbii qazdan istifadə ilə bağlı iddiaçıya hesablanmış 799,20 manat borc və sayğacın dəyəri kimi iddiaçıdan tələb olunan 225,88 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin ünvan üzrə qaz itkisinə görə hesablanmış 799,20 manat borc və sayğacın dəyəri kimi tələb olunan 225,88 manat borc silinsin, habelə dövlət rüsumu kimi 30 manat cavabdehdən dövlət büdcəsinin nəfinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsasız olduğunu bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi Rəşad Əliyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirmişdir. O, sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehin əməkdaşları iddiaçıya aid ünvanda təbii qazdan sayğacdankənar istifadə faktı barədə 2 akt tərtib edib. 1-ci aktdan, yəni xx.xx.2020-ci il tarixli ******* №-li aktda (iş v. 26) qeyd olunub ki, abonent təbii qazdan sayğacdankənar rezin boru vasitəsilə qeyri-qanuni istifadə edir. Həmin akta əsasən hesablama aparılıb, itirilmiş qazın dəyəri 799,20 manat müəyyən edilib (iş v. 25 və 6). 2-ci aktda, yəni xx.xx.2020-ci il tarixli ******* №-li aktda (iş v. 7) qeyd olunub ki, abonent qazdan sayğacdankənar istifadə edir. 2-ci akta əsasən hesablama aparılıb, itirilmiş qazın dəyəri 275,50 manat müəyyən edilib (iş v. 8 və 6). Göründüyü kimi, iddiaçının silinməsinin tələb etdiyi 799,20 manat və 275,50 manat borc qazdan sayğacdankənar istifadə nəticəsində itirilmiş qazın dəyəridir. İddaçının təbii qazdan sayğacdankənar istifadə etdiyi sübut olunur. Belə ki, iddiaçı 1-ci aktı imzalayıb, bununla da həmin aktda qeyd oluna halı (yəni qazdan sayacdankənar istifadə etdiyini) təsdiq edib. Apellyasiya icraatı zamanı iddiaçı həmin imzanın özünə məxsus olduğunu təsdiq edib. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilən fotoşəkillərdə (iş v. 27-30) qazdan sayağcdankənar istifadə faktı əks olunub. İddiaçı etiraf etdi ki, fotoşəkillər onun evinə aiddir. İddiaçı bildirir ki, qazdan sayğacdankənar istifadə edən şəxs onun qonşusu olub, sayğacdankənar xətt qonşunun evinə gedir. Lakin iddiaçı həmin halı sübut edə bilmir. Belə ki, qaz xəttinə sayğacadankənar qoşulama yeri iddiaçıya aid olan evin qarşısında yerləşir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçı qazdan sayğacdankənar istifadəyə görə itirilmiş qazın dəyərini ödəməlidir, həmin borcun slinməsi üçün əsas yoxdur. Odur ki, qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh2nə qarşı “borcun silinməsi barədə” iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15,4 (on beş tam onda dörd) manat İddiaçı Cavabdeh2 nəfinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1420/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1420/2023
31.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver