Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14244/2019 27.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2299/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı notariat kontoruna və Cavabdeh1 qarşı “müqavilənin və qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 adlı şəxslə 1984-cü ildən dost və uzaq qohumdurlar. Vaxtilə onunla daş karxanasında şərikli işləri də olmuşdur. X10 məxsus və hazırda da sahibliyində olan Abşeron rayonunun Qobustan otlaq ərazi Kiçik ağıl adlanan hissəsində yerləşən, sahəsi 2.50 ha olan daş karxanası formal olaraq onun adınadır. Orada hamı, o cümlədən işçilər daş karxanasının sahibi kimi Şirvan Qazakovu tanıyırlar. xx xxxxxxxx 2016-cı il tarixdə Şirvan Qazakov mobil telefonu ilə zəng edərək ona bildirmişdir ki, Elbrus adlı taksi sürücüsünü arxasınca göndərir ki, onu notariat kontoruna aparsın. Bildirmişdir ki, Fizuli adlı şəxslə görüşüb, ona etibarnamə verməlidir. O, taksi sürücüsü Elbrus adlı şəxslə Bakı şəhəri Nizami rayonu ərazisində Sevinc kinoteatrının yaxınlığında yerləşən notariat kontoruna getmişdir. Həmin notariat kontorunda ilk dəfə sonradan adının Fizuli olduğunu bildiyi şəxsi görmüşdür. Orada tərtib olunan sənədə imza çəkmişdir. Sənəd latın qrafikası ilə tərtib olunduğundan mahiyyətini də bilməmişdir. Sənədə imza çəkdikdən sonra, Fizuliadlı şəxs onda olan sənədin nüsxəsinə öz xətti ilə yazdırmışdır ki, guya onun tərəfindən təqdim olunmuş 100000 manat məbləğində pul vəsaitini nəğd şəkildə almışdır. O, həmin yazını yazıb, imza çəkməmişdən Şirvan Qazakova zəng vuraraq bildirmişdir ki, bu şəxs ona 100000 manat pula dair imza çəkdirir. Məlumatı olub-olmamasını soruşmuş və bundan narahatçılığını bildirmişdir. Şirvan Qazakov ona bildirmişdir ki, həmin sənəd formalda başqa bir iş üçün lazımdır, imza çək vəssalam. Şirvan Qazakov ona bir az əsəbi formada bildirmişdirki, nə deyir imza çək. Problem yoxdur. O da, imza çəkmişdir. O, hətta bu məsələ ilə bağlı Şirvan Qazakovun qardaşı Laçın Qazakova zəng vurmuşdur ki, Şirvan elə bil nə etdiyini bilmir. Lakin bunun da heç bir nəticəsi olmamışdır. Daha sonra Cavabdeh1la ayrılmışlar. Ona heç bir sənəd təqdimedilməmişdir. Sonra o, Fizuli adlı şəxsi görməmiş və ondan Fizuli tərəfindən nəsə tələb olunmamışdır. Təxminən 2017-ci ilin may ayında xəbər tutmuşdur ki, Cavabdeh1 adlı şəxs ona qarşı iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxxxx 2016-cı il tarixdə aralarında bağlanmış müqavilənin ləğvi, müqavilə üzrə ödənilmiş pulun, əldən çıxmış faydanın və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. O, bu məsələni X3 bildirdikdə, o, bildirmişdir ki, Cavabdeh1 2 ilə yaxındır tanıyır. Tanışlıqları Qanboy adlı şəxsin vasitəsilə olmuşdur. Cavabdeh1 Hacıqabul rayonu ərazisində, Abşeron rayonuna məxsus torpaqda yerləşən Udullu kəndi yaxınlığında köhnə SSRİ dövründən qalmış, işləməyən karyerin sənədləşdirilməsi və oraya işıq çəkilməsi işlərini həyata keçirəcəkdi və həmin yerə şərik olacaqdılar. Cavabdeh1 Şirvan Qazakova bildirib ki, Udulluda yerləşən ərazidən keyfiyyətli daş çıxacağı inandırıcı deyil. Şirvan da ona təklif edib ki, onu sənədləşdirmə işlərini görəcəyi təqdirdə Abşeron rayonu ərazisində yerləşən daş karxanasına şərik edəcək. Fizuli də həmin şərtlərlə razılaşmışdır. Bu söhbətdən bir müddət sonra Cavabdeh1 qəfildən Şirvan Qazakova zəng vuraraq bildirib ki, təcili surətdə Qaradağ ərazisində yerləşən daş karxanasına dair etibarnamə verilməlidir. Şirvan Qazakov da bundan sonra ona zəng vuraraq, notariat kontoruna getməyini bildirmişdir. Daha sonra X15 Hüseynovun heç bir iş görmədiyini görüb ona bildirmişdir ki, aralarında nə haqqhesab varsa etsinlər. Bunu görən Cavabdeh1 ona qarşı iddia tələbi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Onun reallıqda Cavabdeh1 heç bir məbləğdə borcu yoxdur. Ömründə birinci dəfə gördüyü, tanımadığı, bu vaxtadək heç bir iş birlikləri olmayan şəxsdən 100000 manatı necə ala bilərdi, yaxud o şəxs tanımadığı birisinə 100000 manat pulu necə verə bilərdi. Cavabdeh1 onunla bağladığı saxta müqavilədə qeyd etmişdir ki, guya tərəf 2 olaraq (yəni o) 100000 manat pul məbləği təqdim edir. Nə üçün müqaviləni rəsmi şəkildə etdiyi kimi, pul məbləğini də rəsmi şəkildə, yəni bank vasitəsilə təqdim etməyib? O, notariat kontorunda olarkən ona əslində nəyə imza çəkməyi, sənədin mahiyyəti, hüquq və vəzifələri izah olunmamışdır. X11 Cavabdeh1 gələcəkdə görəcəkləri işi və ya bağlayacaqları hansısa müqaviləni pərdələmək məqsədilə onunla yalan əqd bağlanmış və əqdə reallıqda verilməyən pul məbləğinin guya tərəfindən alınması yazdırılmışdır. Həmçinin sözügedən müqavilə görünüş üçün, formal olaraq bağlanmış bir müqavilədir. X1 tələbini kobud surətdə pozaraq, xx xxxxxxxx 2016-cı il tarixdə aparılan notariat hərəkəti ilə bağlı ona hüquq və vəzifələrini izah etməmiş, aparılmış notariat hərəkətinin nəticələri barədə onu xəbərdar etməmişdir. Müqavilə iradə ifadəsidir. Lakin o, notariat kontorunda iradəsini ifadə etməmişdir. X14 dediyini yerinə yetirmişdir. Niyyəti Cavabdeh1 etibarnamə vermək olub. Tamamilə başqa bir sənəd imzalamaq niyyətində olduqları halda aldadılaraq, müqaviləyə imza çəkmişdir. Ona görə hesab edir ki, xx xxxxxxxx 2016-cı il tarixdə Cavabdeh1 ilə aralarında bağlanmış və reyestrdə 3M-598 nömrəsi ilə qeyd olunmuş, qanuna zidd və kobud pozuntularla bağlanmış X5 müqavilə və həmin müqavilədə daha sonra 100000 manat pul məbləğinin guya tərəfindən alınmasına dair qeyd etibarsız hesab edilməlidir. xx xxxxxxxx 2016-cı il tarixdə Cavabdeh1 ilə aralarında bağlanmış və reyestrdə 3M-598 nömrəsi ilə qeyd olunmuş X5 müqavilənin və həmin müqavilədə daha sonra 100000 manat pul məbləğinin guya tərəfindən alınmasına dair qeydin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2299/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx xxxxxxxx 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış və reyestrdə 3M-598 nömrəsi ilə qeyd olunmuş X5 müqavilə və həmin müqavilədə daha sonra 100.000 manat pul məbləğinin İddiaçı tərəfindən alınmasına dair qeydin etibarsız hesab edilməsi, məhkəmə xərclərinin Cavabdeh1 aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bu işlə bağlı tətbiq edilməsində səhv buraxmış, qanunu səhv təfsir etmiş və tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməklə yanaşı həmçinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı mübasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq mümkün deyil. Belə ki, xx.xx.2016-cı il tarixli “X5” müqavilə bağlanarkən Hüseynov Füzuli tərəfindən İddiaçı qarşı heç bir zorakılıq tədbirləri edilməmiş, ona hədə qorxu gəlinməmişdir. Eləcə də İddiaçı Cavabdeh1 qarşısında heç bir asılığı olmamışdır. Eyni zamanda İddiaçı iddia ərizəsində də qey etdiyi kimi Şirvan Qazakov ilə uzun müdət şərik və dost münasibətdində olduğundan Cavabdeh1 ilə bağlı qeyd olunan hallar Şirvan Qazakov ilə İddiaçı arasında olan münasibətlərə də şamil edilə bilməz. Göründüyü kimi müqavilə bağlanarkən Cavabdeh1 və Sərvər Qazakov tərəfindən İddiaçı hər hansı formada təsir göstərilməsi halları sübuta yetirilməmişdir. İddiaçı müqaviləni iradə ifadəsini sərbəst əks etdirməklə bağlamışdır. Pul vəsaitinin verilməsi barədə müqaviləyə edilmiş qeydə gəldikdə isə həmin qeydin müqavilənin notariusda olan nüsxəsində olubolmamasından asılı olmayaraq, qeyd edilməlidir ki, həmin qeyd pulun verilməsi faktını təsdiq edir. Məhkəmə tərəfindən hazırkı iddia üzrə tərəfindən verilən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə hesab edir ki, ciddi pozuntuya yol verilmişdir. Belə ki, iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə maraqlı bir əsasla çıxış edərək qeyd etmişdir ki, poçt xəbərnaməsinə başqa şəxs imza etmiş və buna görə xəbərdarlığın xx.xx.2017-ci il tarixdə İddiaçı tərəfindən alınması kimi qiymətləndirilə bilməz. Əvvəla qeyd olunmalıdır ki, iddia ərizəsində yazılanlardan və iddiaçının ifadəsindən də aydın olur ki, müqavilə imzalanan vaxtı həmin müqavilənin etibarsızlığa səbəb olacaq hal varsa, bu hal İddiaçı məlum olmuşdur. Belə ki, xəbərdarlıq məktubu İddiaçı yaşadığı ünvan olan ünvan 1 mənzil 112 ünvana göndərilmiş və məktub xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. İddiaçı tərəfindən iddia isə 2018-ci ilin may ayında verilmişdir. Yuxarıda qeyd edilən əsaslara görə qətnamə qanunvericiliyin və eyni zamanda cavabdeh tərəf olaraq onların hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş və bu səbəbdən pozulmuş hüquqların bərpa edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işə apellyasiya qaydasında baxılaraq yeni qətnamə qəbul edilməlidir. Daha sonra cavabdehin vəkili Bağırova Janna Mirzə qızı apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Apellyasiya şikayətinə əlavəsində cavabdehin ilkin şikayətindəki dəlilləri eyniylə təkrarlamış, birinci instnasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu göstərərək, iddia müddətinin tətbiqi məsələsini xüsusi olaraq vurğulamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1310/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 və onun vəkili Bağırova Janna Mirzə qızı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli 2(102)-5755/2019 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 22 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəfindən bildiriş alınmış, lakin müqaviləyə edilən imza formal olmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Bakı şəhəri 50 saylı notariat kontoru və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh Bakı şəhəri 50 saylı notariat kontorunun notariusu Kənan Rəhmanov məhkəməyə məktub ünvanlayaraq iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə almaqla işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2299/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli,İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı notariat kontoruna və Cavabdeh1 qarşı “müqavilənin və qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, birinci instansiya məhkəməsində iddia tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadə verərək göstərmişdir ki, İddiaçı ilə köhnədən şərik olmuşlar, sənədlər isə Sərvərin adına olmuşdur. Cavabdeh1 ona bildirmişdir ki, karyer almaq istəyir, o da təklif etmişdir ki, karyerin avadanlıqlarını alsın, birlikdə işləsinlər. Fizuli də razılaşmışdır. Fizuli ona demişdir ki, sənəd versin, aparıb qardaşına göstərsin ki, qardaşı da ona pul versin. Belə ki, Fizulinin qardaşı icra başçısı olmuşdur. O, etibarnamə verə biləcəyini, sənədlərin Sərvərin adına olduğunu, etibarnaməni onun verə biləcəyini demişdir. Sonra Sərvərə zəng edərək Fizulinin adına etibarnamə verməsini demişdir. Sonra Sərvər ona zəng etmişdir ki, Fizuli ona müqaviləyə qol çəkdirir və müqaviləyə yazdırır ki, ona 100000 manat pul vermişdir. O, Sərvərə demişdir ki, Fizuli qardaşına görə elə edir, qol çəksin. Sərvər kor-koranə onunla razılaşmış və müqaviləyə qol çəkmişdir. Bundan sonra Fizuli onun üstünə gəlmişdir ki, 100000 manatımı ver. Hansı ki, notariusda müqavilə deyil, etibarnamə imzalanmalı idi və bu zaman pul da verilməmişdir. Sərvər heç əvvəllər Fizulini görməmişdi və tanımırdı. Sərvər onun sözü ilə müqaviləyə qol çəkmişdir. Sərvəri, ondan betər isə onu aldadıblar. Birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X8 ifadə verərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında sənəd imzalanarkən Sərvər birlikdə işlədiyi Şirvan Qazakova zəng etmişdir ki, Fizuli ona 100000 manata qol çəkdirir. Şirvan demişdir ki, Fizuli sənədi qardaşına göstərəcəkdir, nə deyir, qol çək. Sərvər Şirvanın sözü ilə sənədi imzalamışdır. İş materiallarında olan Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-8220, Kod 30700001 nömrəli şəhadətnamənin (bundan sonra şəhadətnamə) surətindən görünür ki, Abşeron rayon İHB-nın xx.xx.2005-ci il tarixli, 197 nömrəli sərəncamı və xx.xx.2005-ci il tarixli 197 nömrəli icarə müqaviləsi ilə Abşeron rayonu, Qobustan otlaq ərazisi, “Kiçik ağıl” adlanan hissəsində DF-dan 1 mişar daşı istehsal etmək şərti ilə 5 il müddətinə, 2,50 hektar torpaq sahəsi İddiaçı verilib. İş materiallarında olan İddiaçı (Birinci tərəf) ilə Cavabdeh1 (İkinci tərəf) arasında xx xxxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış və reyestrdə 3M-598 nömrə ilə qeyd edilmiş “X5 müqavilə”nin surətindən görünür ki, 1.1. Bu müqaviləyə əsasən tərəflər birləşərək icarə müqaviləsi əsasında “Tərəf-1” - İddiaçı istifadəsində olan Abşeron rayonunun Qobustan otluq əraz. “Kiçik ağıl” adlanan hissəsində yerləşən, sahəsi 2.50 ha olan daş karxanasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 50%-in (“Tərəf - 1”) 50%-ə (“Tərəf-2” - Cavabdeh1) nisbətində bölüşdürmələri barədə razılığa gəldilər. 1.2. Bu müqavilənin 1-ci bəndində nəzərdə tutulan məqsədi həyata keçirmək üçün “Tərəf -1” icarə müqaviləsi əsasında istifadəsində olan Abşeron rayonunun Qobustan otluq əraz. “Kiçik ağıl” adlanan hissəsində yerləşən, sahəsi 2.50 ha olan daş karxanası sahəsini, eyni zamanda həmin ərazidə yerləşən 3 ədəd daşkəsən mişardan və digər zəruri avadanlıqlardan ibarət olan daş karxanası avadanlığını, “Tərəf-2” isə 100.000 (bir yüz min) manat məbləğində pul vəsaiti təqdim edir. Həmin müqavilənin digər surətinə əlyazısı ilə edilmiş qeyddə göstərilmişdir ki: “Bu müqavilə üzrə Hüseynov Füzuli Mövsün oğlu tərəfindən təqdim olunan 100000 (bir yüz min) manat məbləğində pul vəsaitini nağd şəkildə aldım. (İmza var) İddiaçı.M İmza: xx.xx.2016”. Birinci instansiyası məhkəməsi iddia tələbini təmin edərkən aşağıdakılara istinad etmişdir. Hazırkı halda müəyyən edildi ki, mübahisələndirilən xx xxxxxxxx 2016-cı il tarixli müqavilə İddiaçı iradə ifadəsini əks etdirməmiş, pul vəsaitinin verilməsi barədə müqaviləyə edilmiş qeyd isə notarius tərəfindən təsdiqləyici qeydlə təsdiq edilməmişdir. Göstərilənlər, o cümlədən müqavilənin Şirvan Qazakovun təlimatı və tapşırığı ilə İddiaçı tərəfindən imzalanması və pulun alınması barədə qeyd yazılması, lakin reallıqda Cavabdeh1 İddiaçı hər hansı məbləğdə pul vəsaiti verməməsi şahidlərin ifadələri ilə də öz təsdiqini tapdı. Birinci instansiya məhkəmə qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 389.1, 390.1, 399.1, 337.1-337.4 və 340.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında da qeyd olunmuşdur ki, iş üçün düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iddiaçı İddiaçı Cavabdeh1 100000 manat pulu almadan, həmin məbləğdə pulu alması barədə xx.xx.2016-cı il tarixli yazdığı qeydini və həmin etibarnamə hesab etdiyi mahiyyətini bilmədiyi, notarius tərəfindən hüquq və vəzifələri izah edilmədən tamamiylə başqa bir sənədə imza etməsini Şirvan Qazakova dediyi halda, onların İddiaçı imzaladığı sənədlə maraqlanmamalarının səbəbini aydınlaşdırmamışdır. Eləcə də iddiaçının notarius tərəfindən hüquq və vəzifələrinin ona izah edilməməsi, müqavilənin bir nüsxəsinin ona verilməməsi, hansı sənədə imza etdiyini bilməməsi ilə bağlı irəli sürdüyü dəlillərin həqiqətə uyğun olub-olmamasını müəyyən etmək üçün tərəflər arasındakı bağlanmış mübahisəli xx.xx.2016-cı il tarixli müqavilə üzrə notariat işini tələb etməklə həmin müqaviləni təsdiq etmiş cavabdeh Bakı şəhəri 50 saylı notariat kontorunun notariusu X6 dindirməmiş, nəticədə işin həqiqi halları müəyyən edilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında Şirvan Qazakovun tapşırığı ilə mahiyyətini bilmədiyi, oxuya bilmədiyi latın qrafikası ilə yazılmış sənədə imza etməsini və Cavabdeh1 ona yazdırdığı yuxarıda göstərilən Cavabdeh1 100000 manat alması barədə pul almadan həmin məbləğlə pul alması barədə imza etməsini, imza etdiyi sənədin ona təqdim edilmədiyini bildirmişdi. Lakin iş yenidən baxan apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişləri nəzərə alaraq Bakı şəhəri 50 saylı notariat kontorunun notariusu X6 dindirmək üçün dəvət edilmişdir. Bakı şəhəri 50 saylı notariat kontorunun notariusu X9 məhkəməyə məktubla müraciət edərək bildirmişdir ki, tərəflər İddiaçı və Cavabdeh1 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisinə müraciət edərək aralarında “X5 müqaviləyə”-nin rəsmiləşdirilməsini xahiş etmiş, müqavilənin layihəsi “Elektron notariat” informasiya sistemində tərtib edildikdən sonra tərəflər həmin müqavilənin məzmunu ilə tanış olaraq imzalamışlar. Eyni zamanda müqavilənin 1.2-ci bəndində göstərilən, Cavabdeh1 tərəfindən təqdim olunan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin verilməsi müqavilə tərəfinin öhdəliyi kimi qeyd edilmiş və müqavilə rəsmiləşdirilərkən həmin pul vəsaitinin notariusun iştirakı ilə təqdim edilməsi nəzərdə tutulmamışdır. (məktuba “X5 müqavilə”yə dair notariat işində saxlanılan sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir.) İş materiallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış “X5 müqavilə” yə əsasən İddiaçı istifadəsində olan Abşeron rayonunun Qobustan otluq ərazi “Kiçik ağıl” adlanan hissəsində yerləşən, sahəsi 2.50 ha olan daş karxanasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 50%-in 50%-ə nisbətində bölüşdürmələri barədə razılığa gəlmişlər, müqavilənin 1-ci bəndində nəzərdə tutulan məqsədi həyata keçirmək üçün iddiaçı X7 icarə müqaviləsi əsasında istifadəsində olan Abşeron rayonunun Qobustan otluq əraz. “Kiçik ağıl” adlanan hissəsində yerləşən, sahəsi 2.50 ha olan daş karxanası sahəsini, eyni zamanda həmin ərazidə yerləşən 3 ədəd daşkəsən mişardan və digər zəruri avadanlıqlardan ibarət olan daş karxanası avadanlıqlarını Cavabdeh1 verməyi, sonuncu, yəni Cavabdeh1 isə 100000 (bir yüz min) manat məbləğində pulu İddiaçı verməyi öhdələrinə götürmüşlər.Həmin gün, yəni xx xxxxxxxx 2016-cı il tarixdə İddiaçı Cavabdeh1 qeyd olunan müqavilə ilə ona verilməsini öhdəsinə götürdüyü 100000(bir yüz min) manat pulu nəğd şəkildə almasını bağladıqları müqavilənin surətində özünün yazdığı və imzası ilə təsdiq etdiyi yuxarıda göstərilən məzmunda olan qeydi ilə təsdiq etmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 100000 manat pulu almadan həmin yazdığı xx.xx.2016-cı il tarixli qeydinə və həmçinin imza etdiyini göstərdiyi müqaviləni yalnız hazırki iş üzrə Cavabdeh1 ona qarşı aralarında xx.xx.2016-cı il tarixli “X5 müqavilə”nin ləğv edilməsi, İddiaçı həmin müqavilə üzrə əldə edilmiş gəlirin yarısı, yəni 120000 manat məbləğində pul vəsaitinin və müqavilə bağlanarkən tərəfindən İddiaçı ödənilən 100000 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə Qaradağ rayon məhkəməsinə müraciət etdiyindən, və iddia ərizəsi məhkəmənin icraatına x xxx 2017-ci il tarixdə qəbul edildikdən sonra, yəni xx.xx.2018-ci ildə Cavabdeh1 qarşı hazırki tələblə məhkəmədə iddia qaldırmışdır. Kollegiya hesab edir ki, məhkəmə yuxarıda qeyd olunun qənaətə gəlmək üçün heç bir əsaslandırmadan və sübutdan istifadə etməmiş və sadəcə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrin etibarsızlığı ilə bağlı müfaviq maddələrini sadalamaqla kifayətlənmişdir. Hazırki iddia tələbi ilə bağlı nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı onun cavabdeh tərəfdən əqdin aldatma, digər tərəfdən vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində bağlandığı və iradə sərbəstliyinin olmadığını qeyd etsə də, bu halı heç bir sübutla təsdiq edə bilməmişdir. Əksinə tərəflər arasında bağlanmış müqavilədən görünür ki, tərəflər sərbəst iradə ifadəsi əsasında müqaviləni bağlamışlar. Lakin birinci instansiya məhkəməsi qeyd olunun halları nəzərə almamış və prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərini pozmuşdur. Məhkəmə daha sonra qeyd etmişdir ki, İddiaçı şəriki X2 təlimatı və tapşırığı ilə hərəkət edərək sözügedən müqaviləni imzalamış, İddiaçı müqavilənin ona nisbətdə hər hansı hüquqi nəticə doğuracağını bilməmişdir, belə ki, daş karxanası faktiki olaraq Şirvan Qazakova məxsus olmaqla işlərinicrası onun özü tərəfindən həyata keçirilmişdir, sənədlər formal olaraq İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh1 ona qarşı məhkəmədə iddia qaldırmasından sonra hazırkı tələblə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfin təqdim etdiyi poçt xəbərnaməsinin surətindən görünür ki, xəbərdarlığın alınmasına dair imza başqa şəxsə aiddir, İddiaçı kiril qrafikalı əlifba ilə yazdığı halda xəbərnamədəki imzanın qarşısındakı soyad latın qrafikalı əlifba ilə yazılmışdır, ona görə xəbərdarlığın xx.xx.2017-ci il tarixdə İddiaçı tərəfindən alınması kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfinin hazırkı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməli olmasına dair irəli sürdüyü dəlilin əsası yoxdur, ona görə nəzərə alınmamalıdır. Azərbaycan Respublikası MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə də razılaşmır. Belə ki, İddiaçı izahatından və şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, onların iş birliyi olmaqla həm dost, həm də qohumdurlar. Yuxarıda göstərilən sahəsi 2.50 ha olan daş karxananın ərazisi isə İddiaçı istifadəsində olduğuna görə Cavabdeh1la qeyd olunan mübahisəli müqaviləni bağlamaq hüququ da ona məxsus olmuşdur. İşin bu halı ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan Cavabdeh1 adından İddiaçı müqavilədə və iddia ərizəsində göstərilən, qeydiyyatda olduğu (ünvan 3 mənzil 112) ünvana göndərilmiş, xx.xx.2017-ci il tarixli xəbərdarlıqdan və xəbərdarlığın çatdırılmasına dair poçt bildirişindən görünür ki, həmin xəbərdarlıqda Cavabdeh1 göstərilmişdir: “Mənimlə aranızda xx.xx.2016-cı il tarixdə “X5” müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Siz icarə müqaviləsi əsasında istifadənizdə olan olan Abşeron rayonunun Qobustan otlaq ərazisi “Kiçik ağıl” adlanan hissəsində yerləşən, sahəsi 2.50 ha olan daş karxanası sahəsini, eyni zamanda həmin ərazidə yerləşən 3 ədəd daş-kəsən mişardan və digər zəruri avadanlıqlardan ibarət olan daş karxanası avadanlıqlarını, mən isə 100000 (bir yüz min) manat məbləğində pul vəsaitini təqdim etməyi öhdəmizə götürürük. Bundan başqa müqavilənin 2-ci bəndinə əsasənTərəflər birgə fəaliyyət üzrə mühasibat hesabatını, o cümlədən bu fəaliyyətlə bağlı birgə xərclərin hesabatını aparmağı öhdələrinə götürürlər. Mən müqavilənin şərtlərinə uyğun olaraq 100000(bir yüz min) manat məbləğində pul vəsaitini Sizə təqdim etməklə üzərimə düşən öhdəliyi yerinə yetirmişəm. Tərəfinizdən müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, bununla bağlı mənə dəyən ziyanın ödənilməsi üçün dəfələrlə müraciət etsəm də, tərəfinizdən heç bir əməl tədbir görülməmişdir. Odur ki, yuxarıdakıları nəzərə alaraq 8 ay ərzində əldə edilmiş gəlirin yarısı yəni 120000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinin və müqavilə bağlanarkən tərəfimdən Sizə ödənilən 100000 (bir yüz min) manat məbləğində pul vəsaitinin 10 (on) təqvim günü ərzində ödənilməsi tövsiyyə olunur. Borcun ödənilmədiyi təqdirdə həm mülki qaydada müqavilə üzrə dəymiş ziyanın ödənilməsi və cinayət icraatı qaydasında etibar edilmiş əmlakı ələ keçirmə faktı üzrə prokurorluğa haqqınızda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsilə (dələduzluq) bağlı araşdırma üçün müraciət olunacaqdır”. Həmin bildiriş isə xəbərdarlıqla göstərilən ünvana xx.xx.2017-ci il tarixdə çatdırılaraq şəxsən “Əliyevə” verilmişdir. Həmçinin iddiaçının özünün izahtından da görünür ki, xəbərnaməni şəxsən qəbul etmiş, lakin müqaviləyə çəkmiş olduğu imza formal olmuşdur. Kollegiya qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən edilmiş müddətləri ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 maddəsinə əsasən Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı iddia müddətinin ötürülməsinin üzürlü səbəbləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək kollegiya hesab edir ki, İddiaçı Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış və reyestrdə 3M-598 nömrəsi ilə qeyd olunmuş X5 müqavilə və həmin müqavilədə daha sonra 100.000 manat pul məbləğinin İddiaçı tərəfindən alınmasına dair qeydin etibarsız hesab edilməsi üzrə iddia müddəti keçirildiyindən iddia müddəti tətbiq edilməli, bu əsasla da iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2299/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı notariat kontoruna və Cavabdeh1 qarşı “müqavilənin və qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2299/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı notariat kontoruna və Cavabdeh1 qarşı “müqavilənin və qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-14244/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14244/2019
27.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver