Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1435/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X* və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş *4 dekabr 2023-cü il tarixli qərardaddan ərizəçinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsi, Park Dön., ev * ünvanında yerləşən iki otaqlı mənzilin 0*.06.*986-cı il tarixdə keçmiş Bakı Telefon İstehsalat Birliyi (hazırda: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən onun adına ayrılması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC ərizədə maraqlı şəxs kimi qeyd edilmişdir. Ərizənin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi *4.*2.2023-cü il tarixli qərardadla ərizənin icraata qəbul edilməsindən imtina edilməsini, ərizənin və ərizəyə əlavə edilmiş sənədlərin ərizəçiyə qaytarılmasını qərara almışdır. Ərizəçi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.*2.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun *2.04.20*9-cu il tarixli, 3 nömrəli qərarının *.3-cü bəndində göstərilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) *53.2.*-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-in 26*.0.*-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarının 2-ci bəndində qeyd edilir ki, yaşayış sahəsinə hüququn təsdiq etmək üçün faktın müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə tənzimlənir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi yuxarıda qeyd edilən yaşayış sahəsinə onun hüququn olması faktın müəyyən edilməsinə yönəlmişdir. Halbuki, ərizəçi, ərizədə göstərdiyi məqsədinə nail olmaq üçün müvafiq ərizə ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-yə müraciət etməli, həmin MMCnin vəzifəli şəxslərinin hərəkət (hərəkətsizlik) və ya qərarından narazı qalacağı təqdirdə isə müvafiq inzibati məhkəməyə iddia ərizəsi verməlidir. Göründüyü kimi mübahisəyə ümumi məhkəmə tərəfindən mülki icraat qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53.2.*-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki, Məhkəmə hesab edir ki, mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə ərizənin qəbulundan imtina etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Şikayətdə qeyd edilən dəlillər qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş *4 dekabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1435/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1435/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver