Məhkəmə qərarları › İş №2(103)-1436/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1436/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1436/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə “X2 Mərkəzi” MMC-yə qarşı keçirilmiş hərracların, hərracların nəticələrinin və hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı və maraqlarına toxunan şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətləri əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1040/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə “X2 Mərkəzi” MMC-yə qarşı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 37/43 ünvanında yerləşən 111 saylı mənzilinə dair keçirilmiş hərracların, hərracların nəticələrinin və cavabdehlər Cavabdeh1 ASC ilə “X2 Mərkəzi” MMC arasında bağlanmış hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə “X2 Mərkəzi” MMC-yə qarşı keçirilmiş hərracların, hərracların nəticələrinin və hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 37/43 ünvanında yerləşən 111 saylı mənzilinə dair keçirilmiş hərracların, hərracların nəticələrinin və cavabdehlər Cavabdeh1 ASC ilə “X2 Mərkəzi” MMC arasında bağlanmış hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin 2(009)- 1613/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ASC ilə X10 arasında xx.xx.2009-cu il tarixli, 353 saylı kredit xətti (maksimal borclanma limiti) müqaviləsi üzrə Ş.Murquzovdan xx.xx.2016-cı il tarixə olan 98435,95 manat əsas borc, 14933,25 manat faiz borcu, 600 manat cərimə, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti və mübahisənin məhkəmə qaydasında həll olunması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 114.009,20 manat məbləğində pul vəsaiti tutularaq, Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0,16659 ha torpaq sahəsində yerləşən 37/43 nömrəli, 10 mərtəbəli binada 72,4 kv.m. ümumi, 47,86 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 111 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan vəsaitin hesabına banka olan ümumilikdə 114.009,20 manat məbləğində pul vəsaitinin Cavabdeh1 ASC-nə ödənilməsi, ipoteka predmetinin hərracdan satışından əldə olunmuş pul vəsaiti tutulmalı olan məbləğdən artıq olarsa, qalan hissənin İddiaçı qaytarılması,ipoteka predmeti olan mənzil hərracdan satıldıqdan sonra 1 ay müddətində X10, İddiaçı və X8 tərəfindən boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-834/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Səbail rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qətnamənin cavabdeh X3 Cavabdeh1 ASC-nin xeyrinə tutulmalı olan əsas və faiz borcların məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh1 ASc ilə X10 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 353 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış və tutulmalı olan əsas kredit borcun məbləğinin 40812,38 manat, kredit məbləğinə hesablanmış faiz borcunun məbləğinin 5691,06 manat müəyyən edilməsi, Səbail rayon Məhkəməsini tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qətnamənin “tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satıldığı halda mənzilin boşaldılması barədə” hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X10, İddiaçı və X5 qarşı iddiasının “tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satıldığı halda mənzilin boşaldılması barədə” hissəsinin təmin edilməməsi, Səbail rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qətnamənin qalan hissədə, yəni iddiaçı Cavabdeh1 ASC ilə X10 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 353 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış və əsas borcun ödənilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə pulunun) əvəzi olaraq 600 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və mübahisənin məhkəmə qaydasında həll olunması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Ş.Murquzovdan tutularaq, Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-834/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən - “tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satıldığı halda mənzilin boşaldılması” tələbinin rədd olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1492/2018 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Səbail rayon Məhkəməsinin 2(009)-1613/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə, yəni “İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 37/43 ünvanında yerləşən, 111 saylı mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması, onun satışından əldə olunan vəsaitin hesabına banka ödənilməli olan vəsaitin ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracdan satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması, mənzil satıldıqdan sonra 1 ay ərzində X10, İddiaçı və X8 tərəfindən boşaldılması” hissəsində dəyişdirilmədən saxlanılması, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 37/43 ünvanında yerləşən 111 saylı mənzilin ilkin satış qiymətinin 230.000 manat müəyyən edilməsi qət olunmuşdur. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-6367/2019 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1492/2018 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən ipoteka predmeti olan mənzilin hərrac vasitəsi ilə satılması üçün “X2 Mərkəzi” MMC-nə sifariş verilmişdir. Lakin, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 37/43 ünvanında yerləşən 111 saylı mənzilin hərracı keçirilərkən “İpoteka Haqqında” Qanunu tələbləri də kobud şəkildə pozulmuşdur. İddiaçıya məxsus ipoteka predmeti olan mənzil açıq hərraca çıxarılarkən bu barədə ona heç bir məlumat verilməmişdir. İlkin və sonrakı hərrac baş tutmamış və mənzilin əvvəlcə 230.000 manata hərraca çıxarılmasına baxmayaraq həmin mənzil 146.625 manata Cavabdeh1 ASC-nə təklif olunmuşdur. İddiaçı yalnız ona telefonla xəbər verildikdən sonra bu barədə məlumat tutmuşdur. Cavabdeh “X2 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş bildirişlərdən görünür ki, ilkin hərrac xx.xx.2020-ci il tarixə təyin edilmiş, bildiriş isə yalnız xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Bildirişdə hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat göstərilməmişdir. Təkrar hərrac xx.xx.2020-ci il tarixə təyin edilsə də, bildiriş yalnız xx.xx.2020-ci il tarixdə, hərraca 12 gün qalmış tərtib edilmişdir. Halbuki bu müddət ərzində ən azı 20 gün olmalı idi. Bu bildirişdə də hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat göstərilməmişdir. Hərracın keçirilməsinə dair cavabdehin rəsmi internet saytında elan dərc edilməsi barədə isə heç bir məlumat yoxdur. Hətta cavabdehin rəsmi İnternet saytının olmasını belə məyyən etmək mümkün olmamışdır. Hərracın keçirilməsi ilə bağlı elanlardan göründüyü kimi, həmin elanların məzmunu qanunvericiliyin tələblərinə uyğun deyildir (hərracda iştirak üçün nəzərdə tutulan behin məbləğinin ödənilməsi müddəti və qaydası göstərilməmişdir) və elanlar “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsində nəzərdə tutulan müddətlər pozulmaqla dərc edilmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən həmçinin X8 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış və işin faktiki halları nəzərə alınmamışdır, sübutlara baxmadan qətnamə qəbul etmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı, cavabdeh “X2 Mərkəzi” MMC-nin səlahiyətli nümayəndəsi və maraqlı şəxs X1 iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib,şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən Cavabdeh1 ASC-nin səlahiyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Səbail rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6367/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)- 1613/2016 nömrəli, xx xxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X6, İddiaçı və X5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” barədə iddia tələbinə “cavabdehlərin ipotekaya qoyulmuş mənzilə rəsmi pasport qeydiyyatının ləğv edilməsi” hissəsinə xitam verilməsi nəzərə alınmaqla, iddianın qismən təmin edilməsi, iddiaçı bankla cavabdeh Ş.Murquzov arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış xx.xx.2016-cı il tarixə olan 98.435,95 manat məbləğində əsas, 14.933,25 manat məbləğində faiz borcunun, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş 600 manat cərimənin, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manatın və mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 114.009,20 manat məbləğində pul vəsaitinin tutularaq bankın xeyrinə ödənilməsi, tutmanın İddiaçı məxsus məzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan vəsait hesabına borcun banka ödənilməsi, mənzilin hərracdan satışından əldə olunaraq pul vəsaiti tutulması olan məbləğdən artıq olarsa, qalan hissənin İddiaçı qaytarılması, mənzil satıldıqdan sonra 1 ay müddətində cavabdehlər tərəfindən boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-834/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X10 və İddiaçı birgə verdikləri apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin X3 Cavabdeh1 ASC-nin xeyrinə tutulmalı olan əsas və faiz borcların məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh1 ASC ilə X10 arasında bağlanmış 353 saylı xx.xx.2009-cu il tarixli “Kredit xətti müqaviləsinə” əsasən yaranmış və tutulmalı olan əsas kredit borcunun məbləğinin 40.812,38 manat, kredit hesablanmış faiz borcunun məbləğinin 5.691,06 manat müəyyən olunması, qətnamənin “tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satıldığı halda mənzilin boşaldılması” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul olunaraq iddianın “tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satıldığı halda mənzilin boşaldılması” hissəsinin təmin edilməməsi, qətnamənin qalan hissədə, yəni Cavabdeh1 ASC ilə X10 arasında bağlanmış 353 saylı, xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən yaranmış və əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə pulunun) əvəzi olaraq 600 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun X3 tutularaq “BCavabdeh1” ASC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)- 5769/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 ASC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-834/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən - ”tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satıması, satıldığı halda mənzilin boşaldılması” tələbinin rədd olunmas hissəsində ləğv olunması, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması, cavabdeh X10nun kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1492/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1613/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsinin hazırki apellyasiya baxışının predmeti olan hissədə, yəni “İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 37/43 ünvanında yerləşən 111 saylı mənzilə tutma yönəldilməsi, mənzilin hərracdan satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan pul vəsaitinin ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması, mənzil satıldıqdan 1 ay ərzində X11, İddiaçı və X8 tərəfindən boşaldılması” hissələrində dəyişdirilmədən saxlanılması, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 37/43 ünvanında yerləşən 111 saylı mənzilin ilkin satış qiyməti 230.000 manat müəyyən edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorlara aid edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə aparılmış tədqiqatın dəyəri olan 150 manatın isə X4 alınaraq “X16” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6367/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehlər X10, onun vəkili və eyni zamanda İddiaçı nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1492/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan “X2 Mərkəzi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə, tələbkar Cavabdeh1 ASC-yə, borclular X6, İddiaçı, X5 göndərilmiş xx.xx.2020-ci il tarixli 13 saylı bildirişdən görünür ki, onlara Səbail rayon İcra və Probasiya Şöbəsinin 172873/2019-xxxx/2362 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 0,16659 ha torpaq sahəsində yerləşən 37/43 nömrəli 10 mərtəbəli binada ümumi sahəsi 72,4 kv.m., yaşayış sahəsi 47,8 kv.m. ibarət olan 3 otaqlı 111 nömrəli mənzilinin ilkin satış qiyməti 230.000 manata satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə ilkin hərracın keçirilməsi barədə məlumat verilmişdir. İşdə olan “X2 Mərkəzi” MMC tərəfindən Səbail rayon icra şöbəsinə, tələbkar Cavabdeh1 ASC-yə, borclular X6, İddiaçı, X5 göndərilmiş xx.xx.2020-ci il tarixli 103 saylı bildirişdən görünür ki, onlara Səbail rayon İcra və Probasiya Şöbəsinin 172873/2019-xxxx/2362 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 0,16659 ha torpaq sahəsində yerləşən 37/43 nömrəli 10 mərtəbəli binada ümumi sahəsi 72,4 kv.m., yaşayış sahəsi 47,8 kv.m. ibarət olan 3 otaqlı 111 nömrəli mənzilinin satış qiyməti 195.500 manata satılması ilə bağlı xx.xx.2020-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixdə hərracın xx.xx.2020-ci il tarixə saat 12:00 təyin edilməsi barədə bildiriş rəsmi qaydada iddiaçıya göndərilmiş, lakin onun tərəfindən qəbul edilməmş. Bu barədə “X18” MMC-nin kuryeri tərəfindən tərtib edilmiş aktda həmin ünvanda xx.xx.2020-ci il tarixdən bil neçə dəfə gedilməsi və xx.xx.2020-ci il tarixdə təkrar telefon vasitəsi ilə əlaqə saxlanılarkən məktubun qəbul edilməsindən imtina edilməsi göstərilmişdir. Təkrar hərracın keçirilməsi barədə bildiriş isə rəsmi qaydada iddiaçı tərəfindən qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsində iddianın əsası kimi bildirişlərin ona çatdırılmamasını göstərmişdir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçıya rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilən bildirişlərdən birincisinin qəbulundan imtina olunsa da, təkrar hərracın keçirilməsi barədə bildiriş iddiaçı tərəifndən şəxsən qəbul edilmişdir. İlkin hərracda mübahisəli evin alıcısı olmadığından hərrac baş tutmamış və bu səbəbdən hərrac mərkəzi tərəfindən təkrar hərrac keçirilmişdir. Təkrar hərracda da evin alıcısı olmadığından, “İpoteka haqqında” AR Qanununun tələblərinə əsasən mübahisəli ev banka təklif edilmiş və ev iddiaçının banka olan borcun əvəzinə bank tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, hərrac mərkəzi tərəfindən keçirilən hərracda Mülki Məcəllədə və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununda müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən, həmçinin keçirilmiş hərracın qanunun tələblərinin pozulması ilə keçirilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı və maraqlarına toxunan şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar