Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1443/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X9 Center” MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, Cavabdeh, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı “X9 Center” MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(009)-827/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı xx.xx.2023-cü il tarixli, 3-xx-xx/2182324/2023 nömrəli Baş X13 İdarəsinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli, 3-xx-xx/2182324/2023 nömrəli cavab məktubundan görünür ki, DİN Baş X13 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə “X9 Center” MMC-nin adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-VY-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh adına rəsmiləşdirilmişdir. Baş X13 İdarəsinin kompüter çıxarışından görünür ki, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququnu etibarnamə əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X8 vermişdir. “X9 Center” MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə 51/21 nömrəli, xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, “X9 Center” MMC bölməsində “Təchizat” vəzifəsində işləyən Cavabdeh Abdulla oğlu ilə bağlanmış 4 WMVM4F000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “X9 Center” MMC-də xx.xx.2010-cu ildən müddətsiz olaraq sürücü vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin YA-06.03.2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Ford markalı, ağ rəngli, E450 xüsusi təyinatlı, istehsal tarixi 2012-ci il olan, 1FDXE4FS7CDB33864 ban nömrəli, furqon tipli xüsusi təyinatlı avtomobilin, 06 mart 2024-cü il tarixinə real bazar dəyəri: 90.100.00 (doxsan min bir yüz) manat, 53.000,00 (əlli üç min) ABŞ dolları təşkil edir. 02 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “X9 Center” MMC Ford markalı, E450 xüsusi təyinatlı, ** JD *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012, ban №-si 1FDXE4FS7CDB33864 olan avtomobili Cavabdeh 15.000 manata satmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli, 4/1545 nömrəli rəyindən görünür ki, tədqiq olunan imzaları Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzaların hərfi tərkibi olmayıb yalnız sadə cizgilərdən ibarət olması, qrafik materialın azlığı, imzalarda həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması, müqayisəedici tədqiqat zamanı imkan vermir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Ekspertizaya təqdim edilmiş, mülki işin 164-cü vərəqində olan 02 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı “müqaviləsi”nin sol hissəsində (“Satıcı”nın s.a.a.imzası) qrafasında imza; mülki işin 165-ci vərəqində olan nəqliyyat vasitələrinin təhvil-təslim Aktı”nın arxı tərəfində “Avtomobili (ləri) təhvil verdim” və “Təhvil aldım” qrpafalarında olan imzaların - Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. “X9 Center” MMC-nin təsisşisi və qanuni nümayəndəsi Rozhanzamir Hadieh tədqiq olunan səs yazısında deyilir: “Odur ki, əzizim qoymusan 49-a, əgər doğurdan ciddisən, istəyirsənsə maşını götürmək, götür apar indidən, işlərini gör, nə biznes fikirləşirsən işlərini qur, nə lazımdır elə. Və indi Müjgan xanıma lazım deyil ki, hamısını verəsən, nə qədər lazımdır, onların işləri həll olsun, sən bilirsən elektrik, labarotoriya problemləri var, almaq istəyirlər. Nəbilim 10.000 manat, nə imkanın varsa bunlara verərsən. Sonrası 3 aydan sonra gəlib onları Müjgan xanımla danış, mən çox da istəyərdim ki, sən götürəsən, doğurdan istəyirənsə, belə fikrin varsa indidən götür. Sən kənar adam deyilsən, sən ailəsən. İndidən götür işlərin getsin, nə hazırlıq lazımdır onları da elə, qalan şeyləri də Müjgan xanımla söhbət elə, əzizim. Mən sevinirəm və 45-ə də sənə halal olsun. Kaş ki, klinikaya belə ehtiyac olmayardı mən onu sənə qurban edərdim. Vallah ki, bilirsən orda klinika nə vəziyyətdədir. Qalan da nə var Müjgan xanımla söhbət elə, sən ailəsən Oruccan. Çox sağ ol, xeyir dua verirəm sənə, xoşbəxt olasan oğlum. Sağ ol, inşallah tezliklə görüşəcəyik.” “X9 Center” MMC-nin təsisşisi və qanuni nümayəndəsi Rozhanzamir Hadieh tədqiq olunan səs yazısında deyilir: “Salam, Oruccan, inşallah yaxşı olasan oğlum, biz də yaxşıyıq ... Oruccan Müjgan xanımla danışdım. Müjgan xanım dedi ki, sən belə demisən ki, maşın satılmasa, sən istəyəcəksən. Birincisi mən çox sevindim, mən Allahdan istəyirəm ki, sən maşını götürəsən. Və sənə də xeyirli olsun. Birincisi, qurbandı, ikincisi də bilirsən o maşınla mənim işim yoxdu, ancaq o klinikanın problemlərini həll eləsə o mənə bəs edir, özün də onu yaxşı bilirsən.” “X9 Center” MMC-nin təsisşisi və qanuni nümayəndəsi Rozhanzamir Hadieh tədqiq olunan səs yazısında deyilir: “Həm də ki, Oruccan keçən il sən bu maşını götürdün, mən də çox sevindim, mən maşını satmaq istəyirdim, sən özün bilirsən ki, klinikada avadanlıqlar işləmir, bunları dəyişmək lazımdır. Onları bərpa etmək lazımdır və mənim də buna gücüm çatmır. Mənim elə gəlirim yoxdur ki, klinikadakı bu məsələləri həll edim. Odur ki, bunlar qalıblar ki, çox şeylər işləmir, biz müştəri itiririk, xərclər özün bilirsən gündəngünə çoxalır. Bakıda vəziyyət necədir, özün ordasan məndən yaxşı bilirsən, hər şey bahalaşıb, klinikalar çox açılıb, onların da təzə cihazları var, bizə elə də gəlmirlər, bizim avadanlıqların çoxu doğurdan da sıradan çıxıb heç işləmir.” “X9 Center” MMC-nin təsisşisi və qanuni nümayəndəsi Rozhanzamir Hadieh tədqiq olunan səs yazısında deyilir: “Nəsə mən eşidən qədər indiyə kimi sən 13.000 manat vermisən, mən onların hamısını bilirəm, Müjgan xanım mənə yazmışdı, göndərmişdi hesabı hər şeyi bilirəm. Bilirəm ki, sən də çalışmısan verəsən. Mən bilən qədər belə danışılıb ki, avqusta qədər o məbləği ödəyə biləsən. Amma Müjgan xanım mənə deyib ki, evini də satışa qoymusan sən. Amma, əzizim, bizə lazımdır o indi doğrudan. Mən gördüm Müjgan xanım şey dalındadır ki, bankdan pul alsın, van versinlər, yəni kredit versinlər, o kreditlə biz bu avadanlıqları, məsələni həll eləyək, təzəsini alaq qoyaq yerinə, nəbilim təmir lazımdır, heç gərək çoxusunun təzəsini alaq qoyaq yerinə. O da ki, indi 8 aydır, onunla məşğuldur. O da alınmadı. Çünki biz Azərbaycanlı deyilik, bank deyib ki, yiyəsi Azərbaycanlı deyil, biz kredit vermirik. Nəisə ki, biz belə qalmışıq Oruccan. Əgər ki, sənə alınmayıb, mən belə eşidirəm ki, heç gəliri də yoxdur sənə, xeyiri də olmayıb sənə, çox təəssüf. Deyirəm ki, maşını gətirəsən, biz sataq maşını, sənin pulunu da verək, özümüzün də bu problemimiz həll olunsun. Çünki doğurdan ehtiyacımız var, mənim gücüm çatmır, klinika pis günə qalıb. O ki, sənə də işləmədi, həm də maşına görə evini satmaq heç düzgün də deyil. Mən bacı kimi sənə deyirəm, evini niyə satasan bir maşına görə. Nə üçün? Maşının sənə gəliri də gəlməyib, yeri də olmayıb. Məncə düzgün deyil, sən evini saxla, təzədən hardan ev alacaqsan. Deyirəm ki, uzun sözün qısası məndə çox ehtiyac var, gətirəsən maşını sənin də pulunu verək, bizim də problemlərimiz həll olsun. Oğlum, xahiş edirəm, alınmadı da, bilirəm sən də çalışdın, mən də sevindim ki, o maşını sən götürəssən, tanış adam da, öz oğlumuzda qalsın. Niyə başqasına getsin. Amma gördün ki, alınmadı, o cəhətdən xahiş edirəm ki, gətirəsən biz reklam edək, sataq, sənin də pulunu verək yerində, o da sənə bir kömək olsun. Biz də problem həll olsun, bizim heç nəyimiz işləmir, qalmışıq belə, mən istəyirdim ki, bu pul kinikaya getsin. Klinikanı bərpa edək, odur ki, xahiş edirəm, mənə xəbər ver. “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: “Salam, Oruc, necəsən? Yaxşısan. Keçən gün bilmirəm, bəlkə hardasa 10 gün qabaq mən xahiş etmişdim ki, evin kirayə məsləsini sən özün Əfqanla danışarsan vaxt versin bizə. O tərəfdən də mən sənə dedim inanmıram ki, kassada o dərəcədə pul qalmış olsun. Ayın 10-u idi səhv etmirəmsə, o dərəcədə pul qalmış olsa ki, onlar özləri həll edə bilsinlər, bir az səndən götürsünlər, qalanları da həkimə verərsən. İnşallah indiyə kimi əlinə pul gəlibdir, o 5.000 manatı həkimə ver, həm evin kirayəsini versin, bir 1.000 manat da saxlasın. Baxaq, görək, sonra nə edirik. Bu gün Əfqan müəllim zəng etmişdi və kirayəni istəyirdi. Sağ ol.” “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: “Salam, Oruc. Nə qədər imkanın var ver, 3.000 verə bilərsənsə ver, zəhmət olmasa. Bir də mən deyim ki, 500 manat da Gülarə xanım göndərsin. Onlar da özləri pulu, hər bir şeyi təşkil etsinlər, versinlər Əfqan müəllimə. Sən hələ 3.000-i hazır elə, qalanı da mən deyərəm özləri fikir eləsin.” “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: “Salam, Oruc, necəsən? Yaxşısan, hər şey uğurlu olsun, salamatçılıq olsun. Oruc, mən istəyirdim ki, sənə bir-iki şeyi deyim, tapşırıq verim. Birincisi bax bu yer pulunu hardasa məsələn 24-ü, 25-i denən ki, qoyma tam axır günlərdə, bizim vaxtımız olsun, Hədiyə xanım pul göndərsin. Adətən altı, bazara düşəndə o problem yaradır, mən də bilirəm, bu tərəfdən hər halda onlar səni gözləyirlər. Onlara narazıçılıq olmasın, sən də söz altında getməyərsən, mən də həyəcana düşməyim ki, görək neyniyim. Birdən görürsən Hədiyə xanım uzaq yoldadır, birdən görürsən telefonu görmür, mesaja cavab vermir. Ona görə də, ayın 23-ü, 24-ü deyərsən, aydındır da biz hesabatımızı ondan artıq götürmürük. İkincisi də bilirsən də, bizə rentgen məsələsinin üstündə 2.500 manat cərimə yazıblar. O ödəniş olmasa ciddi problem yaradır klinikaya görə. Xahiş edirəm ki, sən onu təşkil elə, həll elə, uşaqlara verərsən, onların gücü yoxdur məncə o pulu verə bilsinlər. Onu sən həll edərsən çox yaxşı olar. Maşının pulunu sən bu ay həll elə ki, onlar da verə bilsilər, dövlətin puludur.” “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: “Salam, Oruc. İki məsələ var, birinci Hədiyə xanmı payı nə qədərdir? İkinci də mən bilmirəm sən aylıq 5.000 manatdan nə qədər kirayə üçün vermisən, nə qədəri qalıbdır. Onu da mənə denən, mən birtəhər bunu yola verim.” “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: “Oruc, bir daha salam, məndə indi internet var, whatsappa baxıram, qulaq asdım. Sağ ol, Allah sənə xeyir versin, inşallah ki, hər şey də normal olsun sənə. Gəlirik daha, bir-birimizi görəcəyik. Sağ ol, Oruc, o məsələni də yola verərsən çox yaxşı olar. O cərimə məsələsini” “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: “Sabahın xeyir, Oruc, necəsən? O cərimə qəbzi ki, var, ödəmisən, bu nömrəyə göndər, zəhmət olmasa, cavab gözləyir məndən, sağ ol.” “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: Salam, Oruc, necəsən? Yaxşısan? Oruc, mənə indi Fövqəladə Hallardan zəng elədilər, o cərimə ki, sən ödəmisən ora, onu qəbzini istəyirlər. Olar ki, mənə göndərəsən? Mən onlara göndərim, sağ ol.” “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: “Yəni, Oruc bu gün ödəniş edəcəksən?” “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: “Salam, Oruc. Oruccan bu cərimə məsələsi hara qaldı? İcradan dünən də əlaqə saxlayıblar. O bir ciddi problem yaradacaq bizə. Onu sən dedin ayın axrına kimi həll edirsən, amma hələ də ödəniş olmayıbdır ha. Bax gör neynirsən onu, sağ ol.” “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: “Oruc deyir bu cərimədi, beş il bundan qabaq cərimədir, mən də dedim biz maşını satmışıq axı, biz ondan sonra maşını satmışıq. Deyir onsuz da cərimədir, məhkəmənin qərarıdır, ödəməlisiniz. Amma o əsasın üstündə bankı bağlamayıblar. İndi kim bankı bağlayıb, nə səbəbə bağlayıb mənə maraqlıdır. Dedim sənin də məlumatın olsn. Xatırlayarsan, mənə deyərsən ki, nə vaxt biz onu satmışıq yaxşı olar.” “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: “Hə, bir də, Oruc, mən ayın 3-ü uçuram, yenə, Hədiyə xanımın da uçuşu var. Biz ikimiz çıxırıq. Olar ki, sən bu aylıq o maşın məsələsini, bir gün qabaq, ayın 2-si mənə çatdırasan. O yaxşı olar, həm uşaqların məsələsini mən həll eliyim. Orda pul qalsın. Çox yaxşı olar, elə eliyərsən, bir gün tez gətirərsən.” “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: “Oruc, mən bilirəm ki, sən həmişə səbat adamsan. Mütləq ki, problem qabağa gəlibdir. Sən hər işivi vaxtında görürsən. Neyniyək, mən də heç gözləmirdəm, təqribən 3.000 manat, yəni 2.900 manat gömrük pulu məni sıxışdırıb. Uşaqların da maaşı bir tərəfdən qalıbdır. İstəyirdim getməmişdən qabaq həll edim. Oruc, elə olsa, bəlkə bu şirkətlərlə sən danışarsan, deyərsən bizə vaxt versinlər də bir az. Sonra həll eliyərik də, ya sən ödənişi edərsən ora, o vaxta kimi bir 10-15 gün bir çarə qılaq. Baxaq görək, neynirik.” “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, Fakour Mozhgan tədqiq olunan səs yazısında deyilir: “Sağ ol, Oruc, sağ ol. Əllərin ağrımasın, özün zəhmət olmasa, Əfqan müəllimlə də danışarsan da, sağ ol.” Cavabdeh tədqiq olunan səs yazısında deyilir: “Müjgan xanım firmaların işini həll elədim, borclarını verdim, mümkünsə gələn dəfə belə bir şey olmasın, çünki mənə də çox çətin olur. Keçən dəfə sizə dedim məni sıxırsınız, deyirsiniz yox, amma doğurdan da sıxırsınız məni. Mart ayında 5.000 manat ayın əvvəli ödəmişəm, 1.500 manat da indi tələb edirsiniz. Yəni mənim işimə də maneçilik olur. Gələn dəfə belə olarsa mümkünsə bu işi özünüz tənzimləyin, zəhmət olmasa.” Cavabdeh tədqiq olunan səs yazısında deyilir: “Salam, Müjgan xanım. Yox məndə heç cür alınmayacaq heç ayın beşinə də alınmayacaq. Bu ay yəqin ki, ayın ortası falan.” Cavabdeh tədqiq olunan səs yazısında deyilir: “Salam, Müjgan xanım, siz necəsiz? Nə var, nə yox? Hər şey yaxşı olsun İnşallah. Şükür mən də yaxşıyam yavaş-yavaş. Müjan xanım vallah elə siz deyən vaxt demişəm, çalışaram elə şey eliyim, bir həftə qabaq deyərəm, göndərərəm, problem yoxdur. O şeyi də dediyiniz kimi həll edərik bu ay. Heç bir problem yoxdur, sağ olun, özünüzə yaxşı baxın, Hədiyyə xanıma salam deyərsiniz.” Cavabdeh tədqiq olunan səs yazısında deyilir: “Salam, Müjgan xanım, sabahınız xeyir, Allah şəfa versin, yaxşı onda deyərəm həkimə, həll eliyərik. Mən də baxım görüm nə vaxta edəcəyəm, xəbər edərəm ona kimi, problem yoxdur, oldu, sağ olun.” Cavabdeh tədqiq olunan səs yazısında deyilir: “Bir də ki, mənim ordan 20.500 manat ödənişim qalıb. Keçən dəfə də baxdım Müjgan xanımla biz orda yazmışıq. Sadəcə mənə başqa cür rəqəm demişdiniz ona görə. 20.500 manat qalıb. Siz də dəqiqləşdirin zəhmət olmasa.” Birinci instansiya məhkəməsində icraat İddiaçı “X9 Center” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “X9 Center” MMC ilə Cavabdeh arasında “Ford E450 Xüsusi Təyinatlı Y” markalı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin, onun əsasında cavabdehin adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə və sahibliyinə geri qaytarılması, ekspert rəyi üçün ödənilmiş 500 manat pulun, dövlət rüsumu olan 345 manat pulun və vəkilə xidmət haqqı üçün ödənilmiş 300 manat pulun, nəqliyyat vasitəsi olmadıqda iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 85.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X9 Center" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2013-cu il tarixində xüsusi sifarişlə X2 165.000 ABŞ dollarına aldığı “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, buraxılış ili 2012, ağ rəngli, Ban nömrəsi 1FDXE4FS7CDB33864 olan nəqliyyat vasitəsini 481583ANGİ H/A541961ELVİN2007 nömrəli Gömrük Vəsiqəsi əsasında əldə etmişdir. Nəqliyyat vasitəsinə AC101994 nömrəli şəhadətnaməyə əsasən ** JD *** dövlət qeydiyyat nişanı verilmişdir. İddiaçı təsisçisi Rozhanzamir Hadieh olmuşdur. Cavabdeh “X9 Center" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək sürücü vəzifəsində işləmişdir. Şirkətin təsisçisi olmuş Hadieh Rozhanzamir Cavabdeh tərəfindən aldadılmışdır. Belə ki, Cavabdeh İddiaçı təsisçisi Hadieh Rozhanzamirin etibarından sui-istifadə edərək mübahisə predmeti olan avtomobili onun adına BDYPİ-də rəsmiləşdirəcəyini vəd edərək, ondan 1.800 manat pul almış, sonuncuya nəqliyyat vasitəsinin onun adına rəsmiləşdirildiyini yalandan bildirərək, avtomobili xx.xx.2021-ci il tarixli saxta alqı-satqı müqaviləsi ilə AE137714 nömrəli şəhadətnamə əsasında öz adına rəsmiləşdirmiş, daha sonra həmin avtomobilə dair xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinə dair sərəncam hüququ ilə X8 etibarnamə verərək avtomobili mənimsəmiş, bununla da etibardan suiistifadə etmə və aldatma yolu ilə İddiaçınə ümumilikdə 85.000 (səksən beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-xx-xx/2182324/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “X9 Center" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni ** VY *** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh adına rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edilən hallardan da görünür ki, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi və onun əsasında cavabdehin adına aparılmış qeydiyyat etibarsız hesab edilməli və nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə və sahibliyinə geri qaytarılmalı, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 85.000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçı bildirir ki, nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi bağlanarkən, o aldadılıb, ona nəqliyyat vasitəsinin satılması barədə məlumat verilməyib. İddiaçı nəqliyyat vasitəsini satmaq niyyətində olmayıb, azad iradə ifadəsi olmayıb. Buna görə də, nəqliyyat vasitəsinə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı ilə Cavabdeh arasında “Ford E450 Xüsusi Təyinatlı Y” markalı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin, onun əsasında cavabdehin adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə və sahibliyinə geri qaytarılması, ekspert rəyi üçün ödənilmiş 500 manat pulun, dövlət rüsumu olan 345 manat pulun və vəkilə xidmət haqqı üçün ödənilmiş 300 manat pulun, nəqliyyat vasitəsi olmadıqda iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 85.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək onun məzmununua uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 14 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2010-cu ildən “X9 Center” MMC-də əvvəl sürücü kimi, daha sonra təchizatçı kimi işləmiş və 2022-ci ilin dekabr ayında işdən azad olunmuşdur. İşlədiyi dövrdə maşınları yol vərəqəsi ilə idarə etmişdir. “Ford E450 Xüsusi Təyinatlı Y” markalı nəqliyyat vasitəsinin istifadə olunması üçün ona yalnız yol vərəqəsi verilmişdir. Açarı da şirkətdə seyfdə saxlanırdı. Avtomobil şirkətin yaxınlığında yolun kənarında saxlanıldığından, təhlükəsizliyi üçün saxlanılması ona həvalə olunmuşdu. Nəqliyyat vasitəsinin “X9 Center” MMC-nin təsisçisi Hadieh xanımın adına keçirilməsi ilə bağlı təsisçi Hadieh xanım ona müraciət etməmişdir. Bununla bağlı aralarında heç bir məsləhətləşmə olmamışdır. Avtomobilin satılmasına köməklik göstərməyi üçün ona müraciət olunmamışdır. Avtomobili satmaq üçün maşın bazarına aparmaq və ya hər hansısa internet saytına yerləşdirmək kimi bir hal olmamışdır. Şirkətin təsisçisi Hadieh xanım ilə aralarında maşını onun alması ilə bağlı söhbət olmuşdur. Birinci olaraq Hadieh xanıma onun təklifi oldu ki, o, maşını almaq istəyir. Hadieh xanım ilə o, maşını 40.000 AZN-ə razılaşdılar, 5.000 manatı isə, işlər qaydasında gedərsə, sonra ödəyəcəkdi. Bu söhbətlər 2021-ci ildə baş verdi. Avtomobili almaqla bağlı müraciət etdiyində, avtomobil onda deyildi və avtomobilin açarı da şirkətdə seyfdə idi. 2021-ci ilin iyun ayında X13 İdarəsində alqısatqı müqaviləsi bağlanarkən, o, alıcı kimi iştirak etmişdir. Satıcı kimi isə, “X9 Center” MMC-nin nümayəndəsi olmuşdur, azərbaycanlı idi, nümayəndə şirkətin özündə deyil, hansısa başqa qurumunda işlədiyinə görə, o, həmin şəxsi tanımırdı. Avtomobili özü təhvil almışdır. Avtomobili 2021-ci ildə alsa da, 2023-cü ildən ödənişlər etməyə başlamışdır. Hadieh xanım ilə aralarında avtomobilin pulunun hissə-hissə ödənilməsi barədə razılığa gəlinmişdir. O, 2023-cü ilin yanvar ayından ödənişlər etməyə başlamışdır. Avtomobilə görə 3 dəfə 5.000 AZN, əlavə olaraq 3.000 AZN və 2.500 AZN (FHN cəriməsi ilə əlaqədar) məbləğində ödənişlər etmişdir. Qalan ödənişi də hissə-hissə ödəməli idi. Qalan ödənişi ödəməməyi ilə bağlı onu bildirir ki, onun öz anbarı var və “X9 Center” MMC-yə aid texnikalar, tibbi avadanlıqlar və müxtəlif əşyalar müəyyən ödəniş qarşılığında onun anbarında saxlanılıb. O bildirdi ki, anbara görə ona ödənişlər etmək lazım idi. Ödəniş olunmadığını gördü və o da onun qarşılığında maşına görə onlara ödəməli olduğu borcu ödəmədi. Ona dedilər ki, maşın başqa məsələdir, anbar başqa, bunları bir-birinə qarışdırmaq lazım deyil. O, avtomobilə əlavə xərclər çəkmişdir. Maşına görə ödənişləri gecikdirəndə, ona maşını qaytarmağı bildirdilər. O da, maşının borcunun yarısından çoxunu ödədiyinə görə qaytarmadı. Ödəniş etməsəydi qaytarardı. O, qalan borcunu ödəməyə hazırdır, lakin qarşılığında anbarda “X9 Center” MMC-yə məxsus malların saxlanılmasına görə ona ödənişlər edilməlidir. Hal-hazırda maşın onda deyil, belə ki, sonradan maşının problemləri üzə çıxdığı üçün o, etibarnamə əsasında maşını başqa şəxsə satdı. Satışdan əldə etdiyi pulu borcunun əvəzində ona görə şirkətə vermədi ki, ortalıqda onun tələbi, yəni anbar məsələsi var idi. 14 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndə və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməmiş və əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı “X9 Center” MMC-nin iddiası aşağıda qeyd edilənlərə görə əsassızdır. Əqdlərin etibarsızlığına səbəb olan aldatmanın mövcudluğu üçün lazım olan 3 nüansın heç biri göstərilməmişdir və göstərilmədiyi üçün sübut da edilməmişdir. Belə ki, aldatma nəticəsində əqdin etibarsızlığı üçün aldatma hərəkəti (hərəkətsizliyi), aldatma qəsdi və hərəkət/qəsdlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bununla yanaşı, iddiaçının özünün də istinad etdiyi Mülki Məcəllənin 339-cu maddəsinə əsasən həmin aldatma olmasaydı iddiaçının müqaviləni bağlamayacağı işin hallarından aşkar bəlli olmalı, ya da iddiaçı tərəfindən sübut edilməli idi. Halbuki iddiaçı özü də iddia ərizəsində qanuni nümayəndə Hadieh xanımın müqavilə bağlamaq niyyətinin olduğunu etiraf edir. Ən vacib məqam isə aldatma əsası ilə etibarsızlıq “mübahisə edilən” etibarsız əqdin növü olduğu üçün iradə zədələnməsi halları ilə bağlıdır. Yəni aldatmanın mövcudluğundan bəhs etmək üçün cavabdehin hərəkətlərindəki həmin 3 nüans nəticəsində iddiaçı və cavabdeh arasında razılıq əldə edilən məqamadək iddiaçının (qanuni nümayəndəsi Hadieh Rozhanzamirin) iradəsi aldatma nəticəsində zədələnmiş olmalı idi. Halbuki iddiaçı ərizəsində razılıq əldə edildiyini, lakin daha sonra cavabdehin həmin razılığa uyğun hərəkət etmədiyini (öhdəliyini icra etmədiyini) bildirmişdir. İddia ərizəsində yazılanlardan görünür ki, iddiaçı qanuni nümayəndə ilə cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlandığını və iddiaçının cavabdehə sözügedən nəqliyyat vasitəsini qanuni nümayəndənin mülkiyyətinə ötürməklə bağlı işləri görmək tapşırığı verdiyini bildirir. İşin faktiki hallarının bu cür olduğunu qəbul etsək onda yenə də iddiaçının əqdin etibarsızlığına baş vurması hüquqi cəhətdən əsaslı deyildir, o, öhdəliyin icra edilməməsi ilə bağlı normalara istinad etməli idi. Aldatma əsası ilə mübahisələndirmə o halda hüquqi cəhətdən əsaslı olardı ki, Hadieh xanım iddia ərizəsində qeyd edilən həmin tapşırıq müqaviləsinin bağlanmasını yalnız cavabdehin aldatması nəticəsində arzu edərdi. Halbuki yazılanlardan məlum olur ki, Hadieh xanım elə tapşırıq müqaviləsinin bağlanmasını qabaqcadan arzu etmiş, Oruc bəyin onun iradəsinin formalaşmasında rolu olmamış və iddiaçının iddiasına əsasən cavabdeh öhdəliyini icra etməmişdir. İddiaçının hüquqi əsaslandırmasında yol verdiyi yanlışlıqlarla yanaşı, işin faktiki halları da ərizədə qeyd edildiyi kimi deyildir. Belə ki, tərəflər arasında ərizədə göstərildiyi kimi, şifahi tapşırıq müqaviləsi bağlanmamışdır. İş materialında olan CD diskə əsasən iddiaçının qanuni nümayəndəsi Hadieh Rozhanzamir və həmin cəmiyyətdə müasib vəzifəsində çalışan “Müjgan” adlı xanım tərəfindən “whatsapp” proqram tətbiqi vasitəsilə cavabdehə göndərilmiş səs-yazılarından açıq şəkildə aydın olur ki, Hadieh xanım (qanuni nümayəndə) həmin nəqliyyat vasitəsini satmaq niyyətində olmuş və razılıq əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin cavabdehə satılması barədə onlar razılığa gəlmişlər. Həmin səs yazılarına əsasən hətta Hadieh xanım nəqliyyat vasitəsinin digər şəxslərə deyil, məhz Oruc bəyə satıldığından xüsusi məmnunluq duyduğunu da bildirir. Belə olan halda iddiaçının sonradan aldatma əsası müqavilənin etibarsızlığına baş vurması hüquqdan sui-istifadə halı da meydana gətirir. İddia ərizəsində qeyd edilən tapşırıq müqaviləsinin icrası məqsədilə 1.800 manatın cavabdehə ödənilməsi ilə bağlı bildirmək istəyir ki, hər bir tərəf öz öhdəliyinin icrasını sübut etmək vəzifəsi daşıyır və cavabdeh bu məqsədlə iddiaçıdan ödəniş almamışdır. Əksinə səs yazılarından aydın olur ki, Hadieh xanım və “Müjgan” xanım nəqliyyat vasitəsinin cavabdehin mülkiyyətinə ötürülməsi müqabilində razılaşdırılmış hissə-hissə ödənişin əməkdaşların əmək haqqılarını vaxtında ödəyə bilmək üçün vaxtından daha tez ödənilməsi barədə cavabdehə xahişlərini bildirirlər. Nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair YA-06.03.2/2024 saylı rəyə münasibətdə bildirmək istəyir ki, həmin rəy əsasında müəyyən olunmuş bazar qiyməti tərəflər arasında əldə edilmiş razılıq nəticəsində bağlanmış alqı-satqı müqaviləsi baxımından heç bir əhəmiyyət kəsb etmir. Belə ki, bazar qiyməti əsasında predmetin qiymətinin müəyyən edilməsi ilə bağlı normalar dispozitiv olmaqla ehtiyat norma kimi nəzərdə tutulduğundan, yalnız razılaşdırılmış məbləğ olmadığı və ya onu müəyyən etmək mümkün olmadığı hallarda tətbiq edilə bilər. Yuxanda qeyd edilən səs yazılarına əsasən iddiaçının qanuni nümayəndəsi hissə-hissə ödənilməsi nəzərdə tutulan məbləğlərin daha tez ödənilməsini xahiş edir. Belə olan halda məbləğin müəyyən olmadığını və ya müəyyənləşdirilə bilmədiyini demək mümkün olmayacaqdır. Məhz Mülki Məcəllənin satılan əşyanın qiymətini tənzimləyən 597-ci və 398-ci maddələri də bazar dəyərinin (oxşar mallar üçün adətən alınan qiymət) yalnız müqavilədəki qiyməti müəyyənləşdirmək imkanı olmadıqda tətbiq ediləcəyini göstərir. İddiaçının aldatma əsası ilə müqavilənin etibarsızlığına istinad edərək tələb irəli sürməsi hüquqi cəhətdən düzgün əsaslandırılmamışdır, o, əqdlərin etibarsızlığına səbəb olan “aldatma” əsasına dair maddi hüquq normasına istinad edərək, faktiki cəhətdən şifahi tapşırıq müqaviləsi üzrə öhdəliyin icra edilmədiyini iddia etmişdir. Onun “aldatma” kimi qəbul etdiyi işin faktiki halları MM-nin 339-cu maddəsində nəzərdə tutulan anlayışa uyğun gəlmir. İş materialında olan CD diskdən görünür ki, Hadieh xanım nəqliyyat vasitəsinin mülkiyyətinin hissə-hissə ödəniş qarşılığında cavabdeh Oruc bəyə ötürülməsinə dair iradə bəyan etməklə tərəflər arasındakı münasibət alqı-satqı müqaviləsi üzrə yaranmışdır. Aldatma üzrə mübahisə edilən etibarsız əqdlərə dair nəzərdə tutulan 1 illik kəsici müddət ötürülmüşdür. 14 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilən şahid X5 ifadəsində göstərmişdir ki, o, cavabdeh şirkətdə əczaçı kimi işləmişdir. Lakin Hadieh xanım Oruca etibarnamə verdiyi ərəfədə ona da direktor kimi etibarnamə verdi ki, o burada olmayanda onun işlərini görsün. Cavabdeh şirkətdə sürücü vəzifəsində işləyirdi. Cavabdeh onlarla birlikdə işləyərkən ən etibar etdikləri insan idi. Təqribən 10 il birlikdə işləmişlər. Şirkətdə fərdi sürücülər var idi və şirkətə məxsus avtomobilləri şirkət tərəfindən verilmiş yol vərəqəsi ilə idarə edirdilər. Hadieh xanımın xaricdən sifarişlə aldığı “Ford E450 Xüsusi Təyinatlı Y” maşın çox böyük idi. Onu yolun kənarında saxlayırdılar. Oruc dedi ki, onun qohumlarının boş ərazisi var və burada yola problem yaratmaması üçün maşını aparıb orada saxlaya bilər. Onlar da bu təkliflə razılaşdılar. Hadieh xanım xarici vətəndaş olduğundan uzun müddət Bakıda olmur. Onların klinikasına maddi cəhətdən problemlər var idi. 2021-ci ildə Hadieh xanım qərara gəldi ki, maşını şirkətin adından öz adına keçirsin. Bu barədə onlar Oruca müraciət etdilər. Çünki belə işləri həmişə o həll edirdi. Möhürlər, etibarnamələr onda olurdu. Oruc bu işi həll etmək üçün getdi, gələrək bildirdi ki, 1.800 manat rüsüm ödəmək lazımdır. Hadieh xanım həmin məbləği Oruca verdi. Oruc daha sonra gəldi bildirdi ki, sənədlər hazırdır. O, Orucdan soruşdu ki, sənədlər hardadır? Oruc bildirdi ki, onlar polisdə qalıb. Bir sözlə o həmin sənədləri görməmişdir. Maşın Hadieh xanımın adına keçəndən sonra, yəni bunu onlar belə düşünürdülər, Hadieh xanım Oruca etibarnamə verdi ki, gələcəkdə klinikada maddi cəhətdən problem yaranarsa, Oruc maşını satsın və həmin məbləğ klinikanın xərclərinə istifadə olunsun. Hadieh xanım Oruca etibarnaməni maşını satması üçün vermişdi. Lakin Oruc maşını sata bilmədi. Oruc hətta 2 dəfə avtomobili maşın bazarına da aparmışdı. Səhv etmirsə, onlar maşını 75.000-80.000 manata satılmasını bildirmişdilər. Oruc bu maşının xüsusi təyinatlı olduğundan alıcısının olmadığını və sata bilmədiyini bildirdi. 2022-ci ildə Oruc öz xahişi ilə işdən azad olundu. Onlar Oruca o qədər etibar edirdilər ki, Oruc işdən çıxanda heç ona demədilər maşını gətirib qaytarsın. Səhv etmirsə, Oruc sonra yenə maşının satılması üçün şəkillərini internet saytına yerləşdirmişdi. Maşını alan olmadığında, onlar hər dəfə maşının qiymətini aşağı salırdılar. Daha sonra 2023-cü ilin fevral ayında onlar maşını özləri reklam eləmək qərarına gəldilər. Onlara bildirdilər ki, reklam üçün maşının texniki pasportu lazımdır. O, Oruca dedi ki, texniki pasportun şəklini çəkib atsın. Oruc ona pasportun maşının xüsusatları yazılan hissəsinin şəklini çəkib atdı. O həmin vaxt pasportun iki üzünün olduğunu bilmirdi. Ona görə də, maşının sahibinin adını görmədi. Reklamdan sonra onlara maşını almaq üçün 2-3 nəfər ciddi şəkildə müraciət etdi. O da Oruca zəng vurdu ki, maşını almaq istəyən var. Oruc ona dedi ki, həmin adamları ona yönləndirsin. O da maşını almaq istəyən həmin adamları Oruca yönləndirdi. Daha sonra zənglər dayandı. 2023-cü ilin fevralın axırı, martın əvvəli Oruc ona müraciət etdi ki, maşını özü almaq istəyir. Evini satdığa qoyduğunu, hal-hazırda əlində pulu olmadığını və məbləği hissə-hissə ödəyəcəyini dedi. O da, Hadieh xanıma bu barədə məlumat verdi. Hadieh xanım bu hala çox sevindi, hətta xeyir-dua da verərək razılaşdı. O əmindir ki, Oruc tam məbləği onlara ödəmədi. O, Oruca ödəniş etməklə bağlı zəng edəndə, Oruc qazancının olmadığını və maşının pulunu verə bilmək imkanında olmadığını bildirdi. Hətta o, Oruca bildirdi ki, onlar xarici vətəndaş olduğları üçün bankdan kredit götürə bilmirlər. Həmin vaxtda klinikada xərclər həddindən artıq çoxalmışdı, onlara pul lazım idi. Oruca bildirdi ki, heç olmasa, o, bankdan kredit götürüb onların pulunu ödəsin. Oruc bu təkliflə razılaşmadı. O bu haqda Hadieh xanıma məlumat verdi. O, mühasib olmadığına görə Ford markalı xüsusi təyinatlı avtomobilin şirkətin balansından çıxdığını görə bilmirdi. Bu iş mühasibin vəzifəsi idi və o da, onun işinə müdaxilə etməmişdir. Belə ki, onun bu məlumatları görə bilmək kimi bir fəaliyyəti olmamışdır. Şirkətin balansında bir neçə maşın olmuşdur və o onların vəziyyəti haqqında məlumatları bilmirdi. Oruc maşına görə pulu 2023-cü ilin fevralından ödəyib. Tam olaraq nə qədər ödədiyini dəqiq bilmir. FHN şirkəti 2500 manat cərimələmişdi və onların təklifi ilə Oruc o cəriməni ödəmiş və həmin məbləğ maşının ümumi satış qiymətindən çıxılmışdır. Orucda kağız var idi, oraya ödədiyi məbləği qeyd edirdi və o da, həmin kağızı imzalayıb pulu qəbul edirdi. O təxmini 2 dəfə həmin kağıza imza etmişdir, amma məbləği tam dəqiq bilmir. Oruca maşını ümumi olaraq 45.000 manata satmağa razılaşmışdılar. Şirkətin möhürü avtomobilin Hadieh xanımın adına keçirilməsi üçün Oruca verilmişdir. Hadieh xanım Oruca etibarnamə də verdi. Lakin daxili etibarnamə kimi və ya notarial qaydada olduğunu bilmir. Avtomobilin Hadieh xanımın adına keçirilməsi əməliyyatı zamanı Orucun yanında başqa heç kim olmamış və onlar bu məsələ ilə bağlı Orucdan başqa bir adama etibarnamə verməmişlər. Onlar Oruca güvənib etibar etdiklərindən, maşının kimin adına olduğu ilə heç maraqlanmadılar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2(009)- 827/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı “X9 Center” MMC ilə Cavabdeh arasında “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 02 iyun 2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin iddiaçı “X9 Center” MMC-nin mülkiyyətinə və sahibliyinə geri qaytarılması, Cavabdeh iddiaçı “X9 Center” MMC-nin xeyrinə ekspert rəyi üçün ödənilmiş 500 (beş yüz) manat, ödənilmiş 345 (üç yüz qırx beş) manat dövlət rüsumu və vəkilə xidmət haqqı üçün ödənilmiş 300 (üç yüz) manat tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməsi X3, kod 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE ******************** qət edilmişdir. Məhkəmə möveyini onunla əsaslandırmışdır ki, sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, 2021-ci ildə cəmiyyətdə maddi cəhətdən problemlər yarandığından, cəmiyyətin təsisçisi və qanuni təmsilçisi Rozhanzamir Hadieh xaricdən sifarişlə aldığı “Ford E450 Xüsusi Təyinatlı Y” maşını şirkətin adından öz adına keçirmək qərarına gəlmiş və bununla bağlı şirkətdə 10 il bir müddətdə sürücü işləyən və onların ən etibar etdikləri şəxs olan Cavabdeh müraciət etmişlər. Şirkətin möhürü avtomobilin Hadieh xanımın adına keçirilməsi üçün Cavabdeh verilmişdir, eləcə də sonuncuya etibarnamə də verilmişdir. Avtomobilin Hadieh xanımın adına keçirilməsi əməliyyatı ilə bağlı Cavabdeh başqasına etibarnamə verilməmişdir. Cavabdeh MMC-nin təsisçisi Hadieh Rozhanzamirin etibarından sui-istifadə edərək mübahisə predmeti olan avtomobili onun adına BDYPİ-də rəsmiləşdirəcəyini vəd edərək, ondan 1.800 manat pul almış, sonuncuya nəqliyyat vasitəsinin onun adına rəsmiləşdirildiyini yalandan bildirərək, avtomobili xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə AE137714 nömrəli şəhadətnamə əsasında öz adına rəsmiləşdirmiş və nəqliyyat vasitəsinə yeni ** VY *** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. Halbuki Konstitusiya Məhkəməsinin qərarlarından da göründüyü kimi, iradə ifadəsi əqdi bağlamağın mühüm şərtlərindən sayılır. Bununla yanaşı, həmin vaxt avtomobilə görə iddiaçıya hər hansı məbləğdə ödəniş edilməmişdir. Həmin halı məhkəmə iclasında verdiyi izahatında cavabdeh təsdiq etmişdir. 2023-cü ilin fevralın axırı, martın əvvəli O.X7 müraciət etdi ki, maşını özü almaq istədiyini, evini satdığa qoyduğunu, halhazırda əlində pulu olmadığını və məbləği hissə-hissə ödəyəcəyini bildirmiş və sonuncu da buna razılığını bildirmişdir. Cavabdeh məhkəmə iclasında eləcə də bildirmişdir ki, maşında problemlər yarandığına görə o, xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini etibarnamə əsasında X1. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə 24 oktyabr 2024-cü il tarixli, 4/1545 nömrəli ekspert rəyindən görünür ki, nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilədə və onunla bağlı digər sənədlərdə alıcı və satıcı qrafalarındakı imzaların Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə hər hansı pul məbləği verilməmişdir. Məhkəmə iclasında cavabdeh alqı-satqı müqaviləsi bağlanarkən avtomobilə görə iddiaçıya hər hansı məbləğdə ödəniş etmədiyini təsdiq etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “X9 Center” MMC ilə Cavabdeh arasında “Ford E450 Xüsusi Təyinatlı Y” markalı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsi, onun əsasında cavabdehin adına aparılmış qeydiyyat etibarsız hesab edilməli, nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə və sahibliyinə geri qaytarılmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, mübahisələndirilən alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqddir və həmin əqd üzrə hər hansı məbləğin ödənilməsi müəyyən olunmamışdır. Belə olduğu təqdirdə, həmin əqdin etibarsızlığının nəticələri Mülki Məcəllənin 337.5-ci maddəsinin (tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir) tələblərinin təsiri altına düşmür. Məhkəmə xərcləri ilə bağlı iddianın ekspert rəyi üçün ödənilmiş 500 manat pulun, dövlət rüsumu olan 345 manat pulun və vəkilə xidmət haqqı üçün ödənilmiş 300 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 389.1, 404.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1., 119.1, 121.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 827/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiṣ etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin aldatma əsası ilə etibarszılığını irəli sürmüş və bu səbəbdən alqı-satqı predmeti nəqliyyat vasitəsinin geri qaytarılmasını və ya zərərin əvəzi olaraq 85.000 manat pulun cavabdehdən tutulmasını tələb etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-827/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə və sahibliyinə geri qaytarılması qət edilmişdir. Hesab edir ki, Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi aşağıdakılara əsasən əsassızdır və qanunsuzdur: Bildirir ki, işin faktiki hallarına əsasən iddiaçı və cavabdeh arasında mübahisə predmeti olan nəqliyyat vasitəsinin alqı-satıqısı ilə bağlı danışıqlar aparılmış, müqavilə bağlanılmış və arada olan anlaşmaya görə nəqliyyat vasitəsinin dəyəri 2023-cü ildən ödənilməyə başlanmışdır. Aralarında əldə edilmiş razılığa əsasən avtomobilin dəyəri 40.000 (qırx min) manat, işlər qaydasında olacağı təqdirdə əlavə olaraq 5000 (beş min) manatın da ödənilməsi razılaşdırılmışdır. Cavabdeh nəqliyyat vasitəsinə görə 3 dəfə 5000 (beş min) manat olmaqla ödəniş etmişdir. Daha sonra isə əlavə olaraq 3000 (üç min) manat və 2500 (iki min beş yüz) manat məbləğində ödənişlər etmişdir. Avtomobilin razılaşdırılmış qalıq dəyərinin ödənilməməsi isə iddiaçı ilə cavabdeh arasında iddiaçının cavabdehə və onun tanışına məxsus anbarda iddiaçının malların saxlanılması ilə əlaqədar ödənişin ödənilməməsi ilə əlaqədar olmuşdur. Məhkəmə əsassız olaraq əqdin etibarsızlığı - əhəmiyyətsizliyi ilə bağlı nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında tədqiq olunan səs yazılarından görünür ki, aldadıldığını iddia edən Hadieh Rozhanzamir ilə cavabdeh arasında olan danışıqdan aydın olur ki, Hadieh Rozhanzamir nəqliyyat vasitəsinin cavabdehə satılmasından xüsusi məmnunluq duyur. Eyni zamanda Rozhanzamir Hadieh və iddiaçının mühasibi vəzifəsində işləmiş “Müjgan” adlı xanım, həmçinin cavabdeh arasında olan “Whatsapp” danışıqlarından məlum olur ki, Rozhanzamir Hadieh və “Müjgan” adlı xanımda cavabdehdən nəqliyyat vasitəsinin mülkiyyət hüququnun ona ötürülməsi müqabilində iddiaçının işçilərinin əmək haqlarının ödənilməsi üçün nəqliyyət vasitəsinin hissə-hissə razılaşdırılmış ödənişinin daha tez ödənilməsini xahiş edirlər. Bu isə özlüyündə alqı-satqı münasibətinin faktiki baş tutduğunun da əyani sübutudur. Yəni məhkəmə qətnaməsində bağlanmış alqı-satqı müqaviləsinin əhəmiyyətsizliyinə dair qənaət əsassızdır və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Digər tərəfdən məhkəmə qətnaməsində qeyd edir ki, nəqliyyat vasitəsinin alqı-satqısı üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. Halbuki məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid – şirkətdə əczaçı kimi çalışmış X5 öz ifadəsində qeyd etmişdir ki, “Oruc maşına görə pulu 2023-cü ilin fevralından ödəyib. Tam olaraq nə qədər ödədiyini dəqiq bilmir. FHN şirkəti 2500 manat cərimələmişdi və onların təklifi ilə Oruc o cəriməni ödəmiş və həmin məbləğ maşının ümumi satış qiymətindən çıxılmışdır. Orucda kağız var idi, oraya ödədiyi məbləği qeyd edirdi və o da (yəni şahid), həmin kağızı imzalayıb pulu qəbul edirdi. O təxmini 2 dəfə həmin kağıza imza etmişdir, amma məbləği tam dəqiq bilmir. Oruca maşını ümumi olaraq 45.000 manata satmağa razılaşmışdılar”. Belə olan halda məhkəmənin nəyə əsaslanaraq alqı-satqı müqaviləsi üzrə ödəniş edildiyi qənaətinə gəldiyi hesab edilir ki, qeyrimüəyyəndir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən və araşdırılmayan məsələlərdən biri də ondan ibarətdir ki, iddiaçının hansı səbəbdən nəqliyyat vasitəsinin güya onun mülkiyyətindən “aldadılaraq” xx.xx.2021-ci il tarixdən alqı-satqı ilə çıxarıldığı bilməməsidir. Yəni necə olur ki, iddiaçı hüquqi şəxs olaraq ciddi təşkilati hüquqi formaya malik olan bir subyekt olaraq xx.xx.2021-ci il tarixindən məhkəmədə iddia qaldırılan tarixədək nəqliyyat vasitəsinin onun mülkiyyətindən çıxdığını bilmir. Bu hal məhkəmə tərəfindən müəyyən edilməmiş, iddiaçı tərəfindən isə bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bunların tam əksinə məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində təqdim edilmiş X5 ifadəsində göstərir ki, “Hətta o, (şahid) Oruca bildirdi ki, bankdan kredit götürüb onların pulunu ödəsin.” Qeyd edilən şahid ifadəsi də onu göstərir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibəti faktiki olaraq da mövcud olmuşdur və iddiaçının güya aldadılma nəticəsində nəqliyyat vasitəsinin onun mülkiyyətindən çıxmasına dair iddiası və məhkəmənin alqı-satqı müqaviləsinin etibarsızlığına dair qənaəti tam əsassızdır. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Konkret işin hallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında iradə ifadəsi mövcuddur. Bu iradə ifadəsinin mövcudluğu cavabdeh tərəfindən iddiaçının inzibati qaydada tənbeh edilməsinə görə inzibati cərimə məbləğinin ödənilməsində, eyni zamanda iddiaçı tərəfindən cavabdehə bankdan kredit götürərək nəqliyyat vasitəsinə görə ödənişin qalıq məbləğinin ödənilməsində ifadə edilir. Məhkəmə öz qətnaməsində əhəmiyyətsizliyi “əsaslandırarkən” cavabdehin BDYPİ-da iddiaçıya hər hansı məbləği ödəmədiyini əsas gətirərək iradə ifadəsinin olmadığı qənaətinə gələrək işin halları və mötəbər sübutlar (şahid ifadəsi), iddiaçı ilə cavabdeh arasında olan səs yazısında olan iradə ifadələrini nəzərə almamışdır. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə öz qətnaməsində Mülki Məcəllənin qeyd edilən hər iki maddəsinə istinad etsə də sadəcə qeyd edilən maddələri sadalamış onların ifadə etdiyi mənaya uyğun öz qənaətini əsaslandıra bilməmişdir. Qeyd edilən maddələrdən də göründüyü kimi iddiaçı və cavabdeh konkret halda tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsində göstərilən formal şərtlərdən əlavə tərəflərin özünün razılaşdırdığı və hərkətləri ilə bəyəndiyi iradə ifadələri mövcud olmuşdur. Məsələn, cavabdehin də ifadəsində qeyd etdiyi kimi müqavilə dəyərinin 2023-cü ilin fevralından ödənilməyə başlanması, daha sonra inzibati cərimə məbləğinin müqavilə üzrə ödənişə çıxılması, iddiaçı tərəfindən hissə-hissə ödənişin işçilərin əmək haqqının ödənilməsi üçün vaxtından əvvəl ödənilməsinin cavabdehə təklif edilməsi və s. Lakin məhkəmə formallıqdan çıxış edərək bu nüansları qiymətləndirmədən formal olaraq əhəmiyyətsizlik qənaətinə gəlmişdir. Bununla da, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarı ilə də formalaşdırdığı və hər kəs üçün məcburi olan müqavilənin əsas etibarlılıq şərti olan tərəflərin qarşılıqlı iradə ifadəsinin həqiqiliyi və vahidliyi prinsipini də nəzərə almamışdır. Yəni Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən konkret halda tərəflər arasında müqavilənin bağlanması ilə bağlı həqiqi və vahid iradə mövcud olmuşdur. Yuxarıda qeyd edilən hissə-hissə ödəniş, cərimə məbləğinin ödənişə çıxılması və s. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəməyə qeyd edilən maddəyə istinad edərək alqı-satqı müqaviləsini etibarsız hesab etsə də əhəmiyyətsizliyin nədə ifadə olunmasını konkret iş üzrə əsaslandıra bilməmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Konkret olaraq işin hallarından da göründüyü kimi məhkəmə qətnaməsində etibarsız olma üçün hansı şərtin pozulduğuna istinad edilməmişdir. Mülki- Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz izahatında bildirdiyi güya cavabdehə nəqliyyat vasitəsinin təsisçinin adına rəsmiləşdirilməsi üçün 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul verməsi ilə bağlı tələbini sübut edə bilməmişdir. Lakin məhkəmə tərəfindən bu nəzərə alınmamışdır. Eyni zamanda cavabdeh tərəfindən nəqliyyat vasitəsinin alqı-satqısı üzrə aparılmış danışıqlar, ödəmələr mötəbər sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən bu sübutlar nəzərə alınmamışdır. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdeh tərəfindən CD diskdə təqdim edilmiş və məhkəmə iclasında qulaq asılan səs yazısında qeyd edilən nüanslara öz qətnaməsində qiymət verməmiş, onların iş üçün zəruri olan sübuti əhəmiyyətinə münasibət bildirməmişdir. Ona görə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-827/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiṣ olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı “X9 Center” MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, məhkəmə çıxışında bildirmişdir ki, İddiaçı xx.xx.2013-cu il tarixində xüsusi sifarişlə X2 165.000 ABŞ dollarına aldığı “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, buraxılış ili 2012, ağ rəngli, ban nömrəsi 1FDXE4FS7CDB33864 olan nəqliyyat vasitəsini 481583ANGİ H/A541961ELVİN2007 nömrəli Gömrük Vəsiqəsi əsasında əldə etmişdir. Nəqliyyat vasitəsinə AC101994 nömrəli şəhadətnaməyə əsasən ** JD *** dövlət qeydiyyat nişanı verilmişdir. İddiaçı təsisçisi Rozhanzamir Hadieh olmuşdur. Cavabdeh “X9 Center" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək sürücü vəzifəsində işləmişdir. Şirkətin təsisçisi olmuş Hadieh Rozhanzamir Cavabdeh tərəfindən aldadılmışdır. Belə ki, Cavabdeh İddiaçı təsisçisi Hadieh Rozhanzamirin etibarından sui-istifadə edərək mübahisə predmeti olan avtomobili onun adına BDYPİ-də rəsmiləşdirəcəyini vəd edərək, ondan 1.800 manat pul almış, sonuncuya nəqliyyat vasitəsinin onun adına rəsmiləşdirildiyini yalandan bildirərək, avtomobili xx.xx.2021-ci il tarixli saxta alqı-satqı müqaviləsi ilə AE137714 nömrəli şəhadətnamə əsasında öz adına rəsmiləşdirmiş, daha sonra həmin avtomobilə dair xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinə dair sərəncam hüququ ilə X8 etibarnamə verərək avtomobili mənimsəmiş, bununla da etibardan suiistifadə etmə və aldatma yolu ilə İddiaçınə ümumilikdə 85.000 (səksən beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-xx-xx/2182324/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni ** VY *** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh adına rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edilən hallardan da görünür ki, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi və onun əsasında cavabdehin adına aparılmış qeydiyyat etibarsız hesab edilməli və nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə və sahibliyinə geri qaytarılmalı, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 85.000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçı bildirir ki, nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi bağlanarkən, o aldadılıb, ona nəqliyyat vasitəsinin satılması barədə məlumat verilməyib. İddiaçı nəqliyyat vasitəsini satmaq niyyətində olmayıb, azad iradə ifadəsi olmayıb. Buna görə də, nəqliyyat vasitəsinə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(009)-827/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı “X9 Center” MMC ilə Cavabdeh arasında “Ford E450 Xüsusi Təyinatlı Y” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 02 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin iddiaçı “X9 Center” MMC-nin mülkiyyətinə və sahibliyinə geri qaytarılması, Cavabdeh iddiaçı “X9 Center” MMC-nin xeyrinə ekspert rəyi üçün ödənilmiş 500 (beş yüz) manat, ödənilmiş 345 (üç yüz qırx beş) manat dövlət rüsumu və vəkilə xidmət haqqı üçün ödənilmiş 300 (üç yüz) manat tutulmuş, qalan hissədə iddia təmin edilməmişdir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilən xx.xx.2025-ci il tarixli apellyasiya şikayəti ilə xx.xx.2024-cü il tarixli 2(009)-827/2024 nömrəli qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Hesab edir ki, apellyasiya şikayəti işin faktiki və hüquqi hallarına dügün qiymət verilmədiyi və əsaslandırılmadığı üçün təmin edilməməlidir. Qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclaslarında tərəflərin verdiyi ifadələrdən, o cümlədən şahid ifadələrindən də aydın görünür ki, “X9 Center” MMC-in təsisçisi Hadieh Rozhanzamirin 2023-cü ildən əvvəl “Ford E450 Xüsusi Təyinatlı Y” markalı avtomobili Cavabdeh satmaq niyyəti olmamışdır. Cavabdehin nümayəndəsinin özünün də apellyasiya şikayətində istinad etdiyi şahid – şirkətdə əczaçı kimi çalışmış X5 öz ifadəsində qeyd etmişdir ki, 2023-cü ilin fevralın axırı, martın əvvəli Oruc ona müraciət etdi ki, maşını özü almaq istəyir. Evini satdığa qoyduğunu, hal-hazırda əlində pulu olmadığını və məbləği hissə-hissə ödəyəcəyini dedi. O da, Hadieh xanıma bu barədə məlumat verdi. Cavabdeh isə ifadənin bu hissəsinə heç bir şəkildə münasibət bildirməmişdir. Burdan da aydın görünür ki, Cavabdeh maşını almaq istəməsi barədə söhbətlər 2023-cü ildən başlanmışdır. Həmin vaxta qədər Hadieh Rozhanzamir sözügedən maşının öz mülkiyyətində olduğunu zənn etmiş və onun MMC-in yerləşdiyi məkanın qarşısında saxlanılmasının təhlükəli olduğu üçün cavabdehin özünəməxsus boş sahəsində saxlanıldığına razılıq vermişdir. Bundan başqa, cavabdeh öz ifadəsində qeyd edir ki, o, 2023-cü ilin yanvar ayından ödənişlər etməyə başlamışdır. Avtomobilə görə 3 dəfə 5.000 AZN, əlavə olaraq 3.000 AZN və 2.500 AZN (FHN cəriməsi ilə əlaqədar) məbləğində ödənişlər etmişdir. Lakin bu hal şahid ifadəsi ilə ziddiyyət təşkil edir. Belə ki, X5 ifadəsində əlavə olaraq bildirir ki, Oruc maşına görə pulu 2023-cü ilin fevralından ödəyib. Tam olaraq nə qədər ödədiyini dəqiq bilmir. FHN şirkəti 2.500 manat cərimələmişdi və onların təklifi ilə Oruc o cəriməni ödəmiş və həmin məbləğ maşının ümumi satış qiymətindən çıxılmışdır. Orucda kağız var idi, oraya ödədiyi məbləği qeyd edirdi və o da, həmin kağızı imzalayıb pulu qəbul edirdi. O, təxmini 2 dəfə həmin kağıza imza etmişdir, amma məbləği tam dəqiq bilmir. Bundan başqa, cavabdehin göstərdiyi həmin məbləğlərin cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən heç bir ödəniş-faktura sənədi və ya qəbz iş materiallarına əlavə edilməmişdir. Qeyd edir ki, iş materiallarında olan xx.xx.2021ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”də diqqət yetirilməli olan bir neçə məqam var. Bu alqı-satqı müqaviləsinin satıcı tərəfindən təsdiq olunması ilə bağlı satıcı “X9 Centert” MMC-in möhürü və cavabdehin dediyinə görə, MMC-in onun şəxsən tanımadığı və adını bilmədiyi nümayəndəsinin imzası mövcuddur. Halbuki, cavabdeh özü də və şahid ifadəsi də təsdiq edir ki, MMC-in təsisçisi Hadieh Rozhanzamir Cavabdeh bir sürücüdən daha çox etibar etmiş və güvənmiş, ondan heç bir şəkildə tərəddüd etməmiş, həm avtomobilin saxlanılmasını, həm də müəssisənin möhür və ştampını da ona həvalə etmişdir. Bundan sui-istifadə edən Cavabdeh xx.xx.2021-ci il tarixdə saxta alqı-satqı müqaviləsi bağlayaraq həmin avtomobili öz mülkiyyətinə keçirmişdir. Digər tərəfdən isə ağıllarda bir sual yaranır: təxminən 10 ildən artıq bir müddətdə həmin müəssisədə sürücü kimi əmək müqaviləsi ilə işləyən cavabdeh necə olur ki, eyni müəssisənin nümayəndəsini tanımır?!... Cavabdeh məhkəmə iclasındakı ifadəsində bildirir ki, həmin tarixdə satıcının nümayəndəsi qismində bir şəxs həmin müqaviləni imzalamışdır. Maraqlıdır ki, bu qədər böyük məbləğdə maddi dəyərə malik olan əmlak barədə cavabdeh tanımadığı bir şəxslə müqavilə bağlamağa necə etibar etmişdir? Bununla bağlı həmin şəxsdən hər hansı etibarnamə və ya hüquqlarını təsdiq edən digər sənədi niyə tələb etməmişdir? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında izah etmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Cavabdehin ifadəsindən də göründüyü kimi, Cavabdehla şirkətin təsisçisi Hadieh xanım ilə aralarında maşını onun almağı ilə bağlı söhbət olmuşdur. Birinci olaraq Hadieh xanıma onun təklifi oldu ki, o, maşını almaq istəyir. Yəni Hadieh xanımın əvvəlcədən maşını ona satmaq niyyəti olmayıb. Belə olan halda biz bu razılığın cavabdehin dediyinə əsasən 2021-ci ildə əldə edilmiş olması faktını şərti olaraq qəbul edilsə belə, yenə də idiaçının iradəsinin zədələnməsi faktı danılmaz olur. Belə ki, Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Başqa bir tərəfdən isə, cavabdehin nümayəndəsinin iddia ərizəsinə etirazında da o özü maşının Cavabdeh vasitəsilə iddiaçının adına keçirilməsi ilə bağlı şifahi tapşırıq müqaviləsinin bağlanılmasını təsdiq edir. Cavabdeh özü isə məhkəmədə verdiyi ifadədə onunla Hadieh xanım arasında belə bir tapşırıqla bağlı heç bir söhbət keçmədiyini, 2021-ci ildə sadəcə Hadieh xanımın maşını ona satması ilə bağlı razılıq əldə olunduğunu bildirir. Göründüyü kimi tərəfin göstərdiyi hallar arasında bir sıra ziddiyyətlər mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, sadalanan hallara və müvafiq qanunvericilik normalarına uyğun olaraq apellyasiya şikayətinin rədd edilməsi zəruridir. Ona görə də, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilən apellyasiya şikayətinin rədd edilməsi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-827/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanlması ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X9 Center” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə qarşı təqdim etdiyi etirazın məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 rəsmi qaydada məlumat verilmiş, lakin o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı cavabdeh tərəfindən dolayısı ilə mübahisələndirilən hissədə və birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsi hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tədbiqində səhvə yol vermişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini satmaq niyyətində olmadığından, cavabdeh tərəfindən aldadıldığından 02 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini etibarsız hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin verdiyi izahatdan müəyyən olunur ki, “X9 Center” MMC-nin təsisşisi və qanuni nümayəndəsi Rozhanzamir Hadieh verdiyi tapşırığa əsasən, Cavabdeh MMC-in mülkiyyətində olan Ford markalı, E450 xüsusi təyinatlı nəqliyyat vasitəsini Rozhanzamir Hadieh adına keçirməli olduğu halda öz adına alqı-satqı müqaviləsi bağlamışdır. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2. sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3. bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İddiaçı, MMC-in etibarnaməsi əsasında cavabdehin MMC-in adından özü-özü ilə nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin bağlamasını iddia etsə də, bu halı təsdiq edə biləcək hər hansı bir mötəbər, təkzib olunmaz sübutunu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının nümayəndəsi cavabdehə nəqliyyat vasitəsinin MMC-in təsisçisinin adına keçirilməsi barədə tapşırıq verilməsini bildirsə də, bu barədə hər hansı bir sübutunu, yəni tapşırığın verilməsini təsdiq edən etibarnaməni məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı hüquqi şəxsdir. Hüquqi şəxs tərəfindən tərtib edilən bütün sənədlərin, müqavilələrin, etibarnamələrin nüxsələri kargüzarlıq qaydalarına əməl edilməklə qanunla müəyyən edilən müddət ərzində saxlanılmalıdır. Hüquqi şəxsin verdiyi tapşırığı onun işçisi icra edə bilməsi üçün ona ən azı verilmiş səlahiyyətləri özündə əks edən, səlahiyyətli nümayəndəsi tərəfindən imzalanan və möhürlə təsdiq edilmiş etibarnamə verməlidir. İddiaçı belə tapşırığın cavabdehə verilməsi barədə sübutunu məhkəməyə təqdim edə bilməmiş, şahid ifadəsi isə belə tapşırığın verilməsini təsdiq edə biləcək mötəbər sübut ola bilməz. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatı ilə yoxlanılan imzaların cavabdehə aid olması öz təsdiqini tapmamışdır. Yoxlanılan qətnamədən görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanan əqdin etibarsız olması qənaətinə gələrkən öz nəticəsini əsaslandırmamış, yalnız iddiaçının əqdin etibarsız olmasına dair sübutlara söykənməyən versiyasını qəbul etdiyi məhkəmə aktında təkrarlamış, əqd bağlanarkən satılan əşyanın dəyərinin ödənilməməsinə görə əqdi əhəmiyyətsiz hesab etmiş, cavabdehin etirazında istinad etdiyi hallara, cavabdehin təqdim etdiyi tərəflər arasında aparılan səs yazılarına hüquqi qiymət verməmiş, hansı səbəbdən bu sübutları qəbul etmədiyini qərarında əsaslandırmamış, sonda gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmadığından düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası tərəfindən tədqiq olunan mülki işdə olan sübutlardan müəyyən olunur ki, “X9 Center” MMC fəaliyyətində qarşılaşdığı maliyyə çətinliyi ilə bağlı mülkiyyətində olan Ford markalı, E450 xüsusi təyinatlı nəqliyyat vasitəsini satmaq barədə qərar vermiş, bir müddət alıcı axtarılmış, lakin nəqliyyat vasitəsinin satılması mümkün olmamışdır. Daha sonra cavabdeh həmin avtomobili almaq niyyətini iddiaçının qanuni nümayəndəsinə bəyan etmişdir. Bu təklifin isə “X9 Center” MMC-nin təsisşisi və qanuni nümayəndəsi Rozhanzamir Hadieh tərəfindən sevinclə qarşılanması, nəqliyyat vasitəsinin 45.000 manata cavabdehə satılması, həmin məbləğin hissə-hissə ödəniləcəyi barədə razılaşmanın olması “X9 Center” MMC-nin təsisşisi və qanuni nümayəndəsi Rozhanzamir Hadieh, “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş, özünün verdiyi ifadəyə əsasən, qanuni təmsilçi olmadığı halda onun etibarnaməsi əsasında qanuni təmsilçini əvəz edən Fakour Mozhgan və Cavabdeh arasında aparılan telefon danışıqlarından aydın müəyyən olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi səs yazılarının “X9 Center” MMC-nin təsisçisi və qanuni nümayəndəsi Rozhanzamir Hadiehə və “X9 Center” MMC-nin əməkdaşı, iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirlmiş Fakour Mozhgana məxsus olduğunu etiraf etsə də, danışıqlarda qeyd olunan nəqliyyat vasitəsinin hazırkı iddia ərizəsinin predmeti olan nəqliyyat vasitəsi olmadığını bildirmiş, lakin MMC tərəfindən cavabdehə digər nəqliyyat vasitəsinin salması barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya iddiaçının nümayəndəsinin etirazını əsassız hesab edir. Bundan başqa Ford markalı, E450 xüsusi təyinatlı nəqliyyat vasitəsinin və ona aid olan sənədin əqd bağlandıqdan sonra daimi olaraq cavabdehin istifadəsində olması halı da bir daha iddiaçının nəqliyyat vasitəsini cavabdehə satmasını təsdiq edir. Çünki satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Əks halda nəqliyyat vasitəsindən istifadə edə bilməsi üçün cavabdehə etibarnamə, vəkalətnamə verilməsi zərurəti yaranmalı idi. Özünü aldadılan hesab edən iddiaçı isə müqavilə bağlandıqdan sonra cavabdehə nəqliyyat vasitəsindən istifadə edə bilməsi üçün etibarnamə, vəkalətnamə verilməsini ən azı təklif etməli idi. Bütün bu halların baş verməməsi tərəflər arasında, qarşılıqlı razılıq əsasında nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olmasını bir daha təsdiq edir. Kollegiya qeyd edir ki, MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. (MM-in 337.1., 339.3., 357, 358.1., 358.2-ci mad.) Göründüyü kimi iddiaçının iddia etdiyi kimi tərəflər arasında bağlanmış əqd etibarsız olmuş olsaydı belə “X9 Center” MMC-nin təsisşisi və qanuni nümayəndəsi Rozhanzamir Hadiehin həmin əqdi bəyənməklə, cavabdehdən nəqliyyat vasitəsinə görə ödənişləri qəbul etməklə həmin əqdi etibarlı formaya gətirmişdir. Kollegiya tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı “X9 Center” MMC-in Cavabdeh qarşı ““X9 Center” MMC ilə Cavabdeh arasında “Ford E450 Xüsusi Təyinatlı Y” markalı nəqliyyat vasitəsinə dair xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin, onun əsasında cavabdehin adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə və sahibliyinə geri qaytarılması”na dair iddia tələbləri iddiaçı tərəfindən sübuta yetirilə bilinmədiyindən təmin edilməməlidir. Kollegiya iddiaçının nəqliyyat vasitəsinə görə pul tələbi üzrə qeyd edir ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər nəqliyyat vasitəsinin dəyərini 45.000 manat məbləğində müəyyən etimişlər. Cavabdeh bu məbləğin əslində 40.000 manat olmasını, işlər yaxşı olacağı halda əlavə 5.000 manat ödəyəcəyini bildirsə də, etirazında istinad etdyi bu halı sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin özünün təqdim etdiyi səs yazılarından görünür ki, “X9 Center” MMC-nin təsisşisi və qanuni nümayəndəsi Rozhanzamir Hadieh nəqliyyat vasitəsinin cavabdehə 45.000 manata satılmasına razı olmasını bildirmiş, cavabdeh isə buna qarşı hər hansı bir etirazını bildirməmişdir. Araşdırma zamanı tədqiq olunan cavabdehin izahatı, iddiaçının təqdim etdiyi şahid ifadəsi, tərəflərin səs yazıları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən aldığı nəqliyyat vasitəsinə görə hissə-hissə cəmi 20.500 manat (15000+2500+3000) ödəniş edilmiş, cavabdehə məxsus anbardan istifadə nəticəsində MMC tərəfindən ödənişlər aparılmadığından cavabdeh də ödənişləri dayandırmış, hal-hazırda cavabdehin iddiaçıya nəqliyyat vasitəsinin dəyərinə görə 24.500 manat borcu qalmışdır. Ona görə də kollegiya iddiaçının avomobilin dəyərinə görə tələbini qismən əsaslı hesab edib təmin edilərək cavabdehdən bu tələb üzrə 24.500 manatın iddiaçının xeyrinə tutulması, iddianın bu tələb üzrə qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. Kollegiya məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, iddia tələbləri qismən təmin edildiyindən, iddiaçının çəkdiyi xərclər və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri iddiaçıya, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu isə cavabdehə aid edilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iddiaçının aldatma üzrə mübahisə edilən etibarsız əqdlərə dair nəzərdə tutulan 1 illik kəsici müddəti ötürməsi ilə bağlı qeyd edir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). İddia müddətlərinin və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Araşdırma zamanı tərəflər arasında mülki qanunvericiliyin tələblərinə əməl edilməklə etibarlı alqı-satqı müqaviləsinin bağlanması öz təsdiqini tapdığından, yəni iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehə satarkən öz iradə ifadəsinə uyğun hərəkət edib, mülki qanunvericiliyin tələblərinə uyğun əqd bağladığından, onun əqd bağlayarkən hüquqlarının pozulması halı istisna edilir. Pozulması sübuta yetirilməyən hüquq üzrə qanunla müəyyən olunan pozulmuş hüquqa görə, yəni etibarsız əqdlərə görə müəyyən olunan kəsiçi müddətin tətbiqi isə qeyri-mümkündür. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-827/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 24.500 manat iddiaçı “X9 Center” MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 124 manat iddiaçı “X9 Center” MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1443/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1443/2025
13.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver