Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1444/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı-nın Cavabdeh qarşı “protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-2344/2020 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK üzvlərinin ümumi iclasının 01 nömrəli xx.xx.2013-cü il tarixli Protokolun Cavabdeh Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 92A ünvanında yerləşən kooperativ binasının 1051 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi hissəsində ləğv edilməsi və Bakı şəhər Yasamal rayonu H.Zərdabi prospekti 92A ünvanında yerləşən binanın MTK-ya məxsus olması, bu binada 11-ci mərtəbədə yerləşən 1051 saylı mənzilin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi və MTK-ya borcunun olmaması barədə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 2344/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı üzvlərinin ümumi iclasının 01 nömrəli xx.xx.2013-cü il tarixli Protokolunun qismən, Cavabdeh Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 92A ünvanında yerləşən kooperativ binasının 1051 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi hissəsində ləğv edilməsi və Bakı şəhər Yasamal rayonu H.Zərdabi prospekti 92A ünvanında yerləşən binanın İddiaçı-ya məxsus olması, bu binada 11-ci mərtəbədə yerləşən 1051 saylı mənzilin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi və İddiaçı-ya borcunun olmaması barədə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi-vəkili bildirdi ki, iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı-ya qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh Maraqlı şəxs qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh Maraqlı şəxs qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizələri barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı Maraqlı şəxs və cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxılması üzrə iş Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Hakim Rəşad Həsənovun sədrliyi ilə baxılacaq həmin mülki iş üzrə icaat hazırki mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il 2(103)-5338/2020 saylı qərardadı ilə dayandırılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı iş, Bakı Apelyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmaqla hakim Rəşad Həsənovun icraatında olan, iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı-ya qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh Maraqlı şəxs qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh Maraqlı şəxs qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizələrinə dair mülki işlə eyni icraatda birləşdirilməlidir, ona görə ki, apelyasiya instansiyası məhkəməsində olan hər iki mülki iş bir-biri ilə əlaqəlidir, hakim R.Həsənovun icraatında olan iş daha əvvəl icraata götürülməklə, icraatı hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. İşlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 43, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin icraatında olan, İddiaçı-nın Cavabdeh qarşı “protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş, iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı-ya qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh Maraqlı şəxs qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh Maraqlı şəxs qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” 2(103)-425/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1444/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1444/2021
15.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver