Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1446/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənov Ləman Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil X14, Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması, həmin nəqliyyat vasitəsinin alınması üçün cavabdehlərə ödənilmiş pul vəsaitinin və ödənilmiş pul vəsaiti olan məbləğinə hesablanmış əldən çıxmış faydanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “pul vəsaitinin və əldən çıxmış faydanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-482/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi (əlavə) verərək cavabdehlərdən aldığı "99SC385” dövlət qeydiyyat nişanlı DAF FTX 105.46C YÜK avtomobilinə dair İddiaçı adına 25.12.2018-ci il tarixdə verilmiş AD420222 nömrəli "nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin” dövlət qeydiyyat nişanının verilməsinin ləğv edilərək, DAF FTX 105.460T YÜK avtomobilinin cavabdehə geri qaytarılması, DAF FTX 105.460T YÜK avtomobilinin və “SCHMİT” markalı yarımqoşqu soyuducusunun alınması üçün cavabdehlərə ödənilmiş 55000 pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehlərin qanunsuz olaraq pul vəsaitini özündə saxlayaraq gəlirdən məhrum edildiyi üçün əldən çıxmış faydaya görə isə 11000 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək İddiaçı ona qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması, həmin nəqliyyat vasitəsinin alınması üçün cavabdehə ödənilmiş pul vəsaitinin və ödənilmiş pul vəsaiti olan məbləğinə hesablanmış əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” ilk iddiasının tam rədd edilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı DAF FTX 105 460T YÜK avtomobilinə görə ona borclu qaldığı 8000 məbləğində pul vəsaitinin və əldən çıxmış faydaya görə 10000 manat məbləğində pul vəsaitinin, cəmi 18000 manat məbləğində pul vəsaitinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-482/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 25.12.2018-ci il tarixdə verilmiş AD420222 "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” ləğv olunması, İddiaçı adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı adından dövlət qeydiyyatı üzrə uçotdan çıxarılaraq sahibi Cavabdeh2 geri qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 54000 (DAF FTXF 105.460T yük avtomobilinə görə 30000 manat və “SCHMİT” markalı yarımqoşqu üçün 24000 manat Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı geri qaytarılması, iddianın qalan hissədə təmin olunmaması, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul vəsaitinin və əldən çıxmış faydanın İddiaçı tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmaması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 78, 88-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 166, 181, 362; Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 1.1. bəndinə əsasən bu Əsasnaməyə istinadən qeyd edilmişdir ki, cavabdeh Əkbərov X7 Federativ Respublikasından öz oğlu Cavabdeh2 adına “YƏHƏRLİ DARTİCİ DAF FTX 105T” markalı nəqliyyat vasitəsi gətirmişdir. 25.12.2018-ci il tarixdə X12 ona zəng edərək həmin nəqliyyat vasitəsini almaq istədiyini bildirmişdir. Əkbərov X11 Xocasəndə görüşüb nəqliyyat vasitəsinin satılması barədə razılığa gəlmişlər. Bununla bərabər X5 məxsus olan “SCHMİTZ” markalı "SOYUDUCU TİPLİ YARİMYEDƏK” yarımqoşqunu da almaq barədə razılaşmışlar. Sonradan razılığa gələrək nəqliyyat vasitəsi və yarımqoşqu verilmiş etibarnamə əsasında birbaşa İddiaçı adına dövlət qeydiyyatından keçirilmiş və dövlət qeydiyyatı üzrə uçota alınmış və İddiaçı adına həmin nəqliyyat vasitəsinə və yarımqoşquya dair ayrı-ayrılıqda 25.12.2018-ci il tarixli, AD420221 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” və 25.12.2018-ci il tarixli, AD420222 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” verilmişdir. Bundan sonra X9 Cavabdeh1 qarşı iddia qaldıraraq “SCHMİT” markalı qoşqu-soyuducunun qanunsuz əldə etdiyini və geri qaytarılması tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı isə onlara qarşı satdıqları nəqliyyat vasitələrinə görə sonradan çəkilən təmir xərclərinin və mənəvi ziyanın ödənilməsi tələbi ilə qarşılıqlı iddia qaldırmışdır. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-1914/19 saylı, 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək 2003-cü il buraxılışlı, ağ rəngli, şassi N°-si WSMS**********647 olan “Schmitz” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dair İddiaçı adına verilmiş 25.12.2018ci il tarixli, AD4200221 nömrəli “nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və həmin yarımqoşqunun cavabdeh İddiaçı adından dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və 2003-cü il buraxılışlı,ağ rəngli, şassi N-si WSMS**********647 olan “Schmitz” markalı, “**-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun cavabdeh İddiaçı alınaraq iddiaçı X5 qaytarılması hissəsində ilkin iddia təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. Qarşılıqlı iddia isə tamamilə rədd edilmişdir. Bundan narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1840/2020 saylı qətnaməsi ilə hər iki şikayət təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra kassasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1840/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iddia edir ki, həmin avtomobilə görə 29000 manat və yarımqoşquya görə 26000 manat, cəmi 55000 manat ödənilmişdir, cavabdeh tərəf isə avtomobilə görə 30000 manat, yarımqoşquya görə 24000 manat, cəmi 54000 manat ödənilməsini etiraf etmişdir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı sahibi Cavabdeh2 adına qeydiyyata alınmalı olduğu halda, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı bir başa İddiaçı adına qeydiyyata alınmış və 15.08.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 verilmiş etibarnamədə həmin avtomobilin bir başa digər şəxsin adına rəşmiləşdirilməsi ilə bağlı səlahiyyətlər göstərilməmişdir. İlkin iddia qismən təmin olunmalı, İddiaçı adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTX 105.460T yük avtomobili markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 25.12.2018-ci il tarixdə verilmiş AD420222 "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” ləğv olunmalı, İddiaçı adına qeydiyyata alınmış buraxılış ili 2008,rəngi ağ,şassi: XLRTE47MSOE806784, DAF FTX 105.460T yük avtomobili markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adından dövlət qeydiyyatı üzrə uçotdan çıxarılaraq Cavabdeh2 geri qaytarılmalı, İddiaçı tərəfindən ödənilmiş 54000 (DAF FTX 105.460T yük avtomobilinə görə 30000 manat və "SCHMİT” markalı yarımqoşqu üçün 24000 manat Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı geri qaytarılmalıdır. Məhkəmə ilkin iddia tələbinin əldən çıxmış faydaya görə isə 11000 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə isə hesab edir ki, bu hissədə məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Qarşılıqlı iddia ərizəsi üzrə avtomobilə görə borclu olduğu 8000 manat pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı qanunverciliyə uyğun olaraq həyata keçirilmədiyindən və hazırkı qətnamə ilə nəqliyyat vasitəsinin sahibinə geri qaytarıldığından təmin olunmamalıdır. Qarşılıqlı iddia üzrə əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia mülkiyyətçi tərəfindən deyil, etibarnamə üzrə səlahiyyət verilmiş şəxs tərəfindən qaldırılmışdır. Buna görə də qarşılıqlı iddia bütünlüklə rədd olunmalıdır. Birinci instansiya məhkəməsində icraat zamanı aşağıdakılar sübut qismində tədqiq edilmişdir: iş üzrə şahid X12 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh1 Bakının Xocahəsən kəndində avtomobil alveri ilə məşğul olur. O internet vasitəsilə həmin mübahisəli avtomobili tapmış və bundan sonra bacısı Şəhanə ilə birlikdə gələrək avtomobilə baxaraq onu bəyənmişlər. Avtomobili 27000 manata, yarımqoşqunu isə 28000 manata razılşamışlar. Cavabdeh1 ilə avtomobilin və yarımqoşqunun alınması üçün razılığa gəlmişlər və 45000 manat məbləğində pulu ona vermişdir. Bir-iki gün keçdikdən sonra yerdə qalan 10000 manat məbləğində pulu cavabdehə çatdırmışdır. Avtomobilin rəsmiləşdirilməsi üçün müraciət edərkən bacısı İddiaçı da avtomobildə olmuşdur (İİ cild. 248); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1914/2019 saylı, 14.10.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X4 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, İddiaçı, X6 və Cavabdeh1 qarşı "əmlakın qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair ilkin, İddiaçı cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə iddiaları qismən təmin edilərək 2003-cü il buraxılışlı, ağ rəngli, şassi N-si WSMS**********647 olan "Schmitz” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarırnqoşquya dair cavabdeh İddiaçı adına verilmiş 25.12.2018-ci il tarixli, AD420221 nömrəli "Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” ləğv edilsin və həmin yarımqoşqu cavabdeh İddiaçı adından dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması, 2003-cü il buraxılışlı, ağ rəngli, şassi N-si WSMS**********647 olan "Schmitz" markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqu cavabdeh İddiaçı alınaraq X5 qaytarılması və qarşılıqlı idda üzrə isə İddiaçı cavabdehlər X9, Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir (İ cild, səh.22); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 və cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1914/20l9 saylı, 14.10.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- ilk iddia üzrə vurulmuş ziyanın və əldən çıxmış faydanın tutulması barədə tələblərinin təmin olunmadığı və qarşılıqlı iddianın təmin edilmədiyi hissələrdə dəyişdirilmədən saxlanılmışdır və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2751/2021 saylı, 27.05.2021-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1840/2020 saylı, 24.09.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və iddiaçı X9 və cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmişdir (İ cild, səh.211); Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli, 603427 N-li Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitəsi üçün vəsiqəyə əsasən, "Schmitz" markalı soyuducu tipli yarımyedək X4 adına rəsmiləşdirilmişdir (İ cild, səh.10); Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli, 603428 N-li Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitəsi üçün vəsiqəyə əsasən, Yəhərli dartıcı DAF XF 105 markalı yük avtomobili Cavabdeh2 adına rəsmiləşdirilmişdir (İ cild, səh.17); "ELVİN-2007” MMC tərəfindən İddiaçı verilmiş 25.12.2018-ci il tarixli, 776785 saylı arayış-hesaba əsasən, DAF markalı yük avtomobilinin X20 qeydiyyatdan keçirilməsi barədə arayış verilmişdir (İ cild, səh.8); 05.05.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən, X4 və Cavabdeh1 müraciətləri əsasında toplanılmış HK-535 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (İ cild, səh.29); Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 18.09.2021-ci il tarixli məktuba əsasən, 2008-ci il buraxılışlı “DAF FTXF 105.460T” yük markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı adına rəsmiləşdirilmişdir (İİ cild, səh.260); Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru tərəfindən 15.08.2018-ci il tarixdə təsdiq olunmuş Cavabdeh2 tərəfindən Cavabdeh1 verdiyi etibarnaməyə əsasən, Cavabdeh2 tərəfindən verilən səlahiyyətlər; Almaniya Federativ Respublikasından onun adına öz şərti mülahizələri əsasında istənilən markalı avtomobilləri; minik, yük, xüsusi texnikanı almaq, sərəncam vermək, alqı-satqı müqaviləsini bağlamaq, müqavilə üzrə pulları ödəmək, avtomobili Azərbaycan Respublikasına sürüb gətirmək, Azərbaycan Respublikasının DİN BDYP RİŞ-də qeydiyyata salmaq, onun adına qeydiyyatdan keçmiş sənədləri və dövlət nömrə nişanını almaq, satmaq buna görə də ona Azərbaycan və istənilən xarici ölkənin bütün orqanlarında, təşkilatlarında, gömrük məntəqələrində qeydiyyata salmaq, dövlət rüsumunu vermək, onun adından hər cür ərizələri təqdim etmək, arayışları və digər sənədləri almaq və vermək, onun əvəzindən imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 22.09.2021-ci il tarixli məktuba əsasən, Azərbaycan Respublikasının Dövlət Kömrük Komitəsinin məlumat bazasına əsasən “DAF FTXF 105.460T” yük markalı, ** SC *** dövlət qeydiyyat nişanlı dartıcının 01.01.2019-cu il tarixdən 01.07.2021-ci il tarixə kimi olan dövr ərzində dövlət sərhəddini keçməsi haqqında məlumatı və həmin sərhəd keçmələri vaxtı daşıdığı yüklər barədə gömrük orqanlarına təqdim olunmuş sənədlərin surətləri təqdim olunur. Həmçinin məlumat üçün bildirilir ki, “SCHMİTZ” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı qoşqunun 01.01.2020-ci il tarixdən 01.07.2021-ci il tarixədək olan dövr ərzində dövlət sərhədini keçməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumat bazasına hər hansı qeyd olmamışdır (İİ cild, səh.270); Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 30.09.2021-ci il tarixli 33/3340 saylı məktuba əsasən, Azərbaycan Respublikası Dövlət Sərhədindən buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipi üzrə vahid orqanının səlahiyyətləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə olunduğundan **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu barədə sorğuda qeyd olunan suallara ətraflı və tam məlumatların verilməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilməsi bildirilmişdir (İİ cild, səh.281); Azərbaycan Respublikası "xxxx" MMC-nin 08.07.2021-ci il tarixli MB 14/0863 saylı Qiymətləndirmə Hesabatının rəyinə əsasən, 2008-ci il buraxılışlı, DAF markalı, FT XF 105.460 model olan yəhərli dartıcının 01 yanvar 2019-cu il tarixindən 01 iyul 2021-ci il tarixinədək olan müddətdə ölkə daxilində və xarici ölkələrə daşınmada qoşqudan və yanmqoşqudan istifadə etməklə təyinatı (yük daşınması) üzrə orta aylıq gəlir məbləği 12895.32 AZN müəyyən edilmişdir. 2008-ci il buraxılışlı, DAF markalı, FT XF 105.460 model olan yehərli dartıcının 01 yanvar 2019-cu il tarixindən 01 iyul 2021-ci il tarixinədək olan müddətdə hər ay üzrə orta hesabla aylıq icarə haqqının məbləği 5000 AZN təşkil edir. 2008-ci il buraxılışlı, DAF markalı, FT XF 105,460 model olan yəhərli dartıcının 01 yanvar 2019-cu il tarixindən 01 iyul 2021-ci il tarixinədək olan müddətdə təyinatı üzrə istifadə edilməklə ölkə daxilində və xarici ölkələrə təyinatı yük daşınması zamanı hər 1 (bir) kilometr üzrə daşınma xərcinin orta məbləği 1.17 AZN müəyyən edilmişdir (İİ cild, səh.283). Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-482/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin tam ləğv edilməsinə və ilk iddianın rədd edilməsinə, qarşılıqlı iddianın tam təmin edilməsinə (ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı DAF FTX 105 460T YUX maşınına görəmənə borclu qaldığı 8000 məbləğində pul vəsaitinin və əldən çıxmış faydaya görə 10000 manat məbləğində pul vəsaitinin, cəmi 18000 manat məbləğində pul vəsaitinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 125, 127; MPM-in 21, 155, 156, 157, 217, 218, 220, 387; MM-in 157-161, 163-164, 166, 443, 448, 449, 1091, 1092, 1093; «lnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə; De Haes və Giysels Belçikaya qarşı iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 24 fevral 1997-ci il qərarına; Ruis-Mateos İspaniyaya qarşı iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 23 iyun 1993-ci il tarixli qərarına; Borgers Belçikaya qarşı iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 24 fevral 1997-ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına istinadən qeyd edilmişdir ki, o, satmaq üçün Almaniya Fedarativ Respublikasından öz oğlu Cavabdeh2 adına “YƏHƏRLİ DARTİCİDAF FTX 105T” markalı nəqliyyat vasitəsi gətirmişdir. 25.12.2018-ci il tarixdə X12 özünə məxsus ***-***-**-**mobil telefon nömrəsi ilə ona zəng edərək həmin nəqliyyat vasitəsini ondan almaq istədiyini bildirmişdir. O, Vüqarla Xocasəndə görüşüb, 38000 manata satmaq istədiyi həmin nəqliyyat vasitəsini 34000 manata satılması barədə Vüqarla razılığa gəldi, bu şərtlə ki, o, razılaşdığı yekun məbləği ona birdəfəyə, tam olaraq, nağd şəkildə verəcək, əgər o, həmin məbləği ona birdəfəyə, tam olaraq, nağd şəkildə verməsə Vüqar ona 38000 manat pul verəcək. Bununla bərabər, Vüqar oğluna məxsus nəqliyyat vasitəsinin arxasında X5 məxsus olan “SCHMİTZ” markalı “SOYUDUCU TİPLİ YARİMYEDƏK” yarımqoşqunu (bundasonra “yarımqoşqu”) da almaq istədiyini ona bildirmişdir. O, Vüqara həmin yanmqoşqunun X5 məxsus və onun adına olduğu üçün, onunla danışıb razılaşmalı olduğunu bildirdi. 25.12.2018 ci il tarixdə özünü Yasamal rayon X21 əməkdaşı kimi təqdim edən X1 Əkbərova ilə əlaqə saxlayıb həmin yarımqoşqunu satın almaq istədiyini bildirmişdir. X17 həmin yarımqoşqunun satış qiymətinin 32000 manat olduğunu bildirmişdir. X15 həmin yarımqoşqunun qiyməti barədə müəyyən müddət müzakirə apardıqdan sonra Vüqara həmin pulu ona birdəfəyə, tam olaraq, nağd ödəyəcəyi halda həmin yarımqoşqunun yekun olaraq satış qiymətinin 28000 manat olması barədə razılığa gəlmişdir, Niyar Əkbərova da Vüqara bildirmişdir ki, əgər Vüqar, həmin məbləği ona birdəfəyə, tam olaraq, nağd şəkildə verməsə X22 32000 manat manat pul verəcək. X17 həmin pulu ona birdəfəyə tam olaraq ödəyəcəyi halda DİN DYP-nin Meyvəli Kömrük məntəqəsindəki İdarəsinə gələcəyini və orada rəsmiləşdirmə aparacağını bildirmişdir. Vüqar həmin yarımqoşqunun aqreqatını yoxlatdırmaq adı ilə ondan həmin yarımqoşqunun sənədlərini və yarımqoşqunu müvəqqəti olaraq ona verməyini xahiş etmişdir. X16 polis işçisi olduğunu nəzərə alıb tərəddüd etmədən həmin sənədləri və yarımqoşqunu yoxlatdırmaq üçün ona vermişdir. Vüqar onunla əlaqə saxlayaraq görüşüb özünün gətirdiyi Ramiz adlı şofer vasitəsilə həm oğluna məxsus nəqliyyat vasitəsini, həm də Niyar Əkbərovaya məxsus yarımqoşqunu maşına qoşaraq UTEP deyilən qaraja kompüterdə yoxlatdırmaq üçün aparmışdır. Kompüterdə yoxlandıqdan və həm nəqliyyat vasitəsində, həm də yarımqoşquda heç bir problem olmadığı müəyyən edilmişdir və o, Vüqarla bərabər Lökbatan ərazisində yerləşən dövlət qeydiyyat nişanı verilən yerə getmişdir. Bundan bir neçə gün keçəndən sonra X3 Əkbərov Vüqarla əlaqə saxlayaraq yarımqoşqunu alib almayacağı ilə bağlı onun cavabını soruşduqda o, pul topladığını bildirərək ona bir az vaxt verilməsini xahiş etmişdir. Niyar Əkbərova və onun oğlu Elçin Əkbərov yenə tərəddüd etmədən özünü polis işçisi kimi təqdim edən bu şəxsə inanaraq sənədlərin və yarımqoşqunun onda qalmasına etiraz etməmişdir. Lakin, bu məsələ çox uzandığından Niyar Əkbərova yarımqoşqunu və ona dair sənədləri Vüqardan tələb etdikdə Vüqar ona “nə sənəd, nə yarımqoşqu” deyərək həmin yarımqoşqunu ondan xəbərsiz, onun iştirakı və razılığı olmadan qanunsuz yollarla öz bacısı İddiaçı adına rəsmiləşdirərək həmin yarımqoşquya “** ZD ***” dövlət qeydiyyat nişanı aldığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Vüqar qanunuz olaraq həmin nəqliyyat vasitəsini və yarımqoşqunu öz bacısı İddiaçı adına dövlət qeydiyyatından keçirmiş və dövlət qeydiyyatı üzrə uçota almış və İddiaçı adına həmin nəqliyyat vasitəsinə və yarımqoşquya dair ayrı-ayrılıqda 25.12.2018-ci il tarixli, AD420221 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” və 25.12.2018-ci il tarixli, AD420222 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” verilmişdir. Göründüyü kimi, o və X23 İmanov ilə yük maşınının və yarımqoşqunun birlikdə yekun qiymətinin 55000 manat olması barədə deyil, hər ikisinə görə pul birdəfəyə tam məbləğdə və nağd verildiyi halda 62000 manat DAF FTX 105 460T YÜK maşını-34000 manat; “SCHMİT” markalı yarımqoşqu-soyuducu-28000 manat; 34000 AZN+28000AZN=62000 AZ) olması; əgər hər ikisinə görə pul pul birdəfəyə tam məbləğdə və nağd verilmədiyi halda isə 70000 manat DAF FTX 105 460T YÜK maşını-38000 manat; “SCHMİT”narkalı yarımqoşqu-soyuducu-32000 manat; 38000AZN+32000AZN=70000AZN) olması barədə razılığa gəlmişlər. Vüqar yük maşınına və yarımqoşquya dair sənədləşməni başa çatdırdıqdan sonra ona 44000 manat pulu verəndə, ona narazılıq edərək onunla məhz 62000 manat məbləğində pulun birdəfəyə tam şəkildə nağd olaraq verilməsi barədə razılığa gəldiyi xatırlatdıqda, Vüqar onunla razılaşmış, lakin borclu qaldığı 18000 manat pulu həmin an verməyə imkanı olmadığını və 10-15 gün müddətində həmin borcu tam olaraq ödəyəcəyini bildirdi və onu inandırmaq üçün öz şəxsi avtomobilinin açarını ona təqdim edərək həmin borcu qaytarana kimi həmin maşını onun adına qeydiyyata salmağı təklif etdi. O da ona bir yerlim və polis işçisi olduğuna görə inandığını bildirirək imtina etdi. Lakin Vüqar verdiyi sözə əməl etməyərək 18000 manat pulu 10-15 gün müddətində tam ödəmədi. Belə ki, Vüqar təxminən 1 ay keçdikdən sonra ona 10000 manat pul vermişdir və 8000 manatı bir müddət keçdikdən sonra verəcəyəni vəd etsə də sonra da həmin pulu verməkdən qəti olaraq imtina etmişdir. Məhkəmə tərəfindən iddianın qeyd edilən hissəsində işin bəzi faktiki halları-yük avtomobilinin və yarımqoşqunun 25 dekabr 2018-ci il tarixindən bu günədək olan müddətdə fasiləsiz olaraq qarşılıqlı iddia üzrə cavabdehlin heç bir maneə olmadan sahibliyində, istifadəsində və sərəncamında olması, qarşılıqlı iddia üzrə cavabdehin razılaşdığı məbləğin bir hissəsini qəsdən və qərəzli olaraq ödəməməsi, onun həmin puldan və əldən çıxmış faydadan mərhum olmağım və qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən həmin yük avtomobildən və yarımqoşqudan ölkə daxilində və xarici ölkələrə təyinatı üzrə (yük daşıma) istifadə edilməsi və bu müddətdə külli miqdarda qazanc əldə etməsi, ona külli miqdarda zərərin vurulması, həmin müddətdə ona vurulmuş zərərin və əldə çıxmış faydanın məbləğinin ən mötəbər sübutlarla düzgün müəyyən edilməsi və sair hallar məhkəmə tərəfindən düzgün müəyyən edilməmiş və qiymətləndirilməmişdir. Məhkəməyə təqdim edilmiş, iş materiallarında mövcud olan, lakin heç bir qanuni əsas olmadan və səbəbi izah edilmədən heç bir münasibət bildirilməyən mötəbər sübut olan "xxxx"MMC-ni“Texnikalarin Qiymətləndirilməsi barədə” 20 may 2021-ci il tarixli, MB 14/0645 saylı Qiymətləndirmə Hesabatının rəyinin NƏTİCƏ hissəsində deylir: Aparılan araşdırmalar və hesablamalar nəticəsində müəyyən olunmuşdur ki,qiymətləndirilən texnikaların orta bazar dəyəri qiymətləndirmə tarixinə (20 may 2021-ci il tarixinə) 70 572 manat təşkil edir. Digər tərəfdən, ötən 17 ay ərzində qiymətləndirilən avtonəqliyyat vasitəsinin köhnəlmə % dərəcəsi 3,118% təşkil edir. Bu hesabla, 70572 manat (1+3,118%) = 72773 manat. Beləliklə, aparılan araşdırmalar və hesablamalar nəticəsində müəyyən olunmuşdur ki, “SCHMİTZ” markalı Yanmqoşqunun (Soyuducu tipli yanmyedek) və DAF FTXF 105 460T YÜK markalı avtonəqliyyat vasitəsinin 2018-ci ilin dekabr ayı və 2019-cu ilin yanvar ayı üzrə orta bazar dəyəri 72800 (yetmiş iki min səkkiz yüz) manat təşkil edir. “SCHMİTZ” markalı Yanmqoşqunun (Soyuducu tipli yarımyedek) vəDAF FTXF 105 460T YÜK markalı avtonəqliyyat vasitəsinin 20 may 2021-ci il tarixə orta bazar dəyəri 70600 (yetmiş min altı yüz) manat təşkil edir. Məhkəmənin öz qətnaməsində istinad etdiyi və işə əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-nin 08.07.2021-ci il tarixli MB 14/0863 saylı Qiymətləndirmə Hesabatının rəyindən görünür ki, 2008-ci il buraxılışlı, DAF markalı, FT XF 105.460 model olan yəhərli dartıcının 01 yanvar 2019-cu il tarixindən 01 iyul 2021-ci il tarixinədək olan müddətdə ölkə daxilində və xarici ölkələrə daşınmada qoşqudan və yanmqoşqudan istifadə etməklə təyinatı (yük daşınması) üzrə orta aylıq gəlir məbləği 12,895.32 AZN müəyyən edilmişdir. 2008-ci il buraxılışlı, DAF markalı, FT XF 105.460 model olan yehərli dartıcının 01 yanvar 2019-cu iltarixindən 01 iyul 2021-ci il tarixinədək olan müddətdə hər ay üzrə orta hesabla aylıq icarə haqqının məbləği 5000 AZN təşkil edir. 2008-ci il buraxılışlı, DAF markalı, FT XF 105,460 model olan yəhərli dartıcının 01 yanvar 2019-cu il tarixindən 01 iyul 2021-ci il tarixinədək olan müddətdə təyinatı üzrə istifadə edilməklə ölkə daxilində və xarici ölkələrə təyinatı yük daşınması zamanı hər 1 (bir) kilometr üzrə daşınma xərcinin orta məbləği 1.17 AZN müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə öz qətnaməsində istinad etdiyi mötəbər sübut olan Azərbaycan Respublikası "xxxx" MMC-nin 08.07.2021-ci il tarixlMB 14/0863 saylı Qiymətləndirmə Hesabatının rəyinə düzgün hüquqi qiymət verməmiş, məhkəməyə təqdim edilmiş, iş materiallarında mövcud olan, lakin heç bir qanuni əsas olmadan və səbəbi izah edilmədən və heç bir münasibət bildirilməyən mötəbər sübut olan "xxxx"MMC-ni“Texnikalarin Qiymətləndirilməsi barədə” 20 may 2021-ci il tarixli, MB 14/0645 saylı Qiymətləndirmə Hesabatının rəyini nə üçün sübut kimi qəbul etməməsinin və ona heç bir münasibət bildirməməsinin səbəbini izah etməmiş, öz mövqeyini əsaslandırmamışdır. Məhkəmə təqdim edilən və məhkəmənin öz sorğusu əsasında əldə etdiyi sübutların məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu düzgün yoxlamamış və subyektiv mülahizələrə yol verərək onları düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan (ona yük avtomobilinin onun qanuni sahibi tərəfindən Etibarnamə əsasında verilməsi, Etibarnamədə yük avtomobilnə dair hər cür sərəncam verilməsi və yük avtomobilinin digər şəxslərin adlarına qeydiyyata aldırmaq səlahiyyətlərinin mövcud olması, qanunvericilikdə həmin səlahiyyətə dair hər hansı bir qadağanın mövcud olmaması, qanunun buna yol verməsi və sair) tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə (nəqliyyat vasitəsinin dövlət qeydiyyatı sahibi Cavabdeh2 adına qeydiyyata alınmalı olduğu halda, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı birbaşa İddiaçı adına qeydiyyata alınmalı olması və 15.08.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 verilmiş etibarnamədə həmin avtomobilin birbaşa digər şəxsin adına rəşmiləşdirilməsi ilə bağlı səlahiyyətlər göstərilməməsi) gəlmişdir. Cavabdeh2 nümayəndəsi Vəkil oxşar məzmunlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-482/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və ilk iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 26, 71, 60, 127; Azərbaycan Respublikası MPM-nin 9,14, 77, 157, 217, 218, 220, 386-390-cı maddələrinə; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı” işi üzrə qərarına; Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin Plenumu özünün “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali MəhkəməsiMİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarına istinadən qeyd edilmişdir, onun apellyasiya şikayəti onun yalnız ilk iddiaya olan münasibətini ifadə edir və ilk iddianın qismən təmin edilməsinə dair müvafiq məhkəmə qətnamənin tam ləğv edilməsinə və ilk iddianın tam rədd edilməsinə yönəlmişdir. atası və X23 İmanov ilə yük maşınının və yarımqoşqunun birlikdə yekun qiymətinin 55000 manat olması barədə deyil, hər ikisinə görə pul birdəfəyə tam məbləğdə və nağd verildiyi halda 62000 manat DAF FTX 105 460T YÜK maşını-34000 manat; “SCHMİT” markalı yarımqoşqu-soyuducu-28000 manat;34000 AZN+28000AZN=62000 AZN olması; əgər hər ikisinə görə pul pul birdəfəyə tam məbləğdə və nağd verilmədiyi halda isə 70000 manat DAF FTX 105 460T YÜK maşını-38000 manat; “SCHMİT”naıkak yanmqoşqusoyuducu-32000 manat; 38000AZN+32000AZN=70000 AZN olması barədə razılığa gəlmişlər. Vüqar yük maşınına və yarımqoşquya dair sənədləşməni başa çatdırdıqdan sonra atasına 44000 manat pulu verəndə, atası ona narazılıq edərək onunla məhz 62000 manat məbləğində pulun birdəfəyə tam şəkildə nağd olaraq verilməsi barədə razılığa gəldiklərini xatırlatdıqda, Vüqar onunla razılaşmış, lakin borclu qaldığı 18000 manat pulu həmin an verməyə imkanı olmadığını və 10-15 gün müddətində həmin borcu tam olaraq ödəyəcəyini bildirdi və o, atasını inandırmaq üçün öz şəxsi avtomobilinin açarını atasına təqdim edərək həmin borcu qaytarana kimi həmin maşını atasının adına qeydiyyata salmağı təklif etmişdir. Atası da ona bir yerlisi və polis işçisi olduğuna görə inandığını bildirirək imtina etmişdir. Lakin Vüqar verdiyi sözə əməl etməyərək 18000 manat pulu 10-15 gün müddətində tam ödəməmişdir. Belə ki, Vüqar təxminən 1 ay keçdikdən sonra atasına 10000 (on min) manat pul vermişdir və 8000 manatı bir müddət keçdikdən sonra verəcəyəni vəd etsə də sonrada həmin pulu verməkdən qəti olaraq imtina etmişdir. Məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin icraatı zamanı iddia təmin tədbirində dair işə baxılarkən tərəflərin barışmaq üçün cəhd etdiklərini, lakin barışığın mümkün olmadığını, tərəflərin avtomobili bu formada vermələrinə səbəbin yerli olmaları ilə bağlı bir-birilərinə olan inamı ilə bağlı olduğunu, qeydiyyat şəhadətnaməsinin ləğvinə dair iddia verdikləri zaman hazırki iş üzrə iddiaçı onlara pulun verilməsi müqabilində avtomobillərin geri qaytarılmasını təklif edəcəklərini qeyd edəcəkləri halda onların pulu, iddiaçının isə avtomobili qaytarmalarının mümkün olduğunu, lakin bu təklifi 3 il keçdikdən sonra etdiklərini, Səbail Rayon Məhkəməsində yarımqoşquya verilmiş, hal-hazırki işdə isə avtomobillər və yük maşınına görə verilmiş şəhadətnamənin ləğv edilməsini tələb etdiklərini, İmanov Vüqarın avtomobili reklamda görüb bəyənərək, Cavabdeh1 zəng edərək avtomobili istədiyini bildirdiyini, Cavabdeh1 isə İmanov Vüqara avtomobilin pulunu nağd verdiyi halda 34000 manat, nisyə verəcəyi halda isə 38000 manata razılaşdığını, daha sonra İmanov Vüqarın avtomobili yarımqoşqu ilə birlikdə almaq istədiyini bildirdiyini, bu zaman Cavabdeh1 yarımqoşqunun ona məxsus olmadığını, Əkbərova Niyara məxsus olduğunu bildirdiyini, yarımqoşqu üçün isə nağd alış zamanı 28000 manat, nisyə alış zamanı isə 32000 manat olmaqla razılaşdıqlarını, mübahisənin səbəbinin isə iddiaçının 62000 əvəzinə 44000 manat və 10000 manat olmaqla 54000 manat ödədiyini, razılaşdırılmış məbləğdən 8000 manat az ödənildiyini, Vüqar adlı şəxsin bu pulu ödəməkdən imtina etdiyini, alqı-satqı müqaviləsinin olmadığını, avtomobilin Əkbərova Niyar tərəfindən Cavabdeh1 verilmiş etibarnamə əsasında satıldığını zənn etdiklərini, lakin yol polisinə verilmiş sorğu nətiəsində Əkbərova Niyar vasitəsilə Cavabdeh1 verilmiş etibarnamənin belə görünmədiyini, iş materialından tərəflər arasında heç bir müqavilənin olmamasının aydın göründüyünü, Səbail Rayon Məhkəməsində onların iddiasının təmin olunmasının əsasını avtomobilin hüququ olmayan şəxs vasitəsi ilə satılması olduğunu, barışıqla əlaqədar tərəflərin vəkillərin iştirakı olmadan görüşdüklərini, lakin heç bir razılığın əldə olunmadığını, yalnız yük maşınına əlaqədar razılığa gələ biləcəklərini,yarımqoşqu üçün nağd alış zamanı 28000, nisyə alış zamanı isə 32000 manata razılaşdıqlarını, avtomobil üçün nağd verildiyi halda 34000, nisyə verildiyi halda 38000 manata razılaşdıqlarını, razılaşdırılmış məbləğdən 8000 manat az ödənildiyini, 6000 manat təklif edildiyi halda, 8000 manat məbləğin 3 il əvvəl verməli olduğu pul olduğunu, bunun heç məhkəmə xərcləri olmadığını, ərizələri təqdim edildiyini, avtomobilin qeydiyyatının qanunsuz olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası DİNin Baş DYPİ-nin cəlb edilməsi barədə ərizə verdiyini, iddiaçının özünün Ayazı və Əfqanı heç vaxt görmədiyini, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə görə Ayaz tərəfindən yeni iddia irəli sürüldüyü üçün icraatın dayandırılmasını, Niyarın adına olan avtomobilin Şəhanə xanımın adına keçirilməsi barədə rəsmiləşdirmə olmadığını, bu yükmaşınının DAF-da etibarnamə olduğunu, cavabdehin pulu Niyara vermədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X24 ödənilmiş 55000 manatın geri qaytarılmasını, 26000 manatın dafa, 28000 manat yarımqoşquya verildiyini, maşını Əfqandan aldıqlarını və pulları da ona verdiklərini, qeydiyyatdan şəhadətnaməsinin ləğv edilməsini, iki avtomobilin pulunun verilməsi və DAF yükmaşının geri qaytarılmasını tələb etdiklərini, Cavabdeh1 Əkbərova Niyara satılmış avtomobilin pulunu vermədiyini, birinci instansiya məhkəməsinin icraatı zamanı pulun veriləcəyi halda avtomobillərin geri qaytarıla biləcəyini qeyd etdiklərini, Niyar xanımı prosesə dəvət edilməməsinin səbəbinin 10000 manat pulun Əfqana verilməsi olduğunu, DAF markalı yükmaşından istifadənin artıq yararsız olduğunu, qoşqusu və soyuducusunun olmadığını, bütövlükdə mübahisələrin həll edildiyi təqdirdə barışıq üçün 8000 manat ödəməyə hazır olduğunu bildirmiş, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun tərəfindən cavabdehlərə 54000 manat ödəniş edildiyini, onun adından çıxış edən qardaşı ilə mübahisəsinin olmadığını, pulları geri qaytarsa, avtomobili qaytaracağını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 139, 204, 324, 385-390, 404, 560, 567, 572- 576, 588-592, 595-598, 646-650; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələri üzrə mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, apellyasiya şikayətlərinin qismən təmin edilməsi üçün əsaslar müəyyən edilir. İlk olaraq qeyd edilməlidir ki, ilk iddia üzrə tələblərin bir hissəsinin, yəni İddiaçı adına qeydiyyata alınmış buraxılış ili 2008 DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 25.12.2018-ci il tarixdə verilmiş AD420222 "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin ləğv olunması, dövlət qeydiyyatı üzrə uçotdan çıxarılaraq sahibi Cavabdeh2 geri qaytarılması, avtomobilinə görə 30000 manatın Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı geri qaytarılması hissəsi iddia tələbi üzrə subyektlərin prosessual tərkibi və bu tərkibin cavabdehliyi baxımından yolverilməzdir. Belə ki, nəqliyyat vasitələrinin uçotu, qeydiyyatı və şəhadətnaməsinin verilməsi-ləğvi sahəsində iddia tələbində adı çəkilən cavabdehlərin hər hansı səlahiyyətləri mövcud olmamışdır. Bundan əlavə, tərəflərin öhdəlikləri üzrə alınmış nəqliyyat vasitəsinin ödənişinin tam həyata keçirilməməsi və ya əşyanı qüsuru olduğu halda belə onun qaytarılması proseduru fərqli əsaslar və sübut etmə yükü ilə əlaqədardır ki, bu növ sübutların təqdim edilməsi hər iki tələb üzrə müəyyən edilməmiş, tərəflər tələblərdə müzakirəyə çıxarılmış dəlilləri üzrə müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq sübutedici faktlar təqdim etməmişlər. O başqa bir məsələdir ki, ilk iddia üzrə iddiaçı başqa qanuni qüvvəsini almış məhkəmə aktı (Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1914/2019 saylı işi üzrə 14.10.2019-cu il tarixli qətnamə) üzrə ondan alınmış daşınar əmlak üzrə ödədiyi pulun geri tələb etmiş və bu hissədə qeyd edilən digər mülki işdə bu hallar müzakirə predmeti olmadığından, hazırki prosesdə müəyyən edilməlidir. Qeyd edilən pul vəsaitinin Cavabdeh1 tərəfindən alınaraq qaytarılmaması müəyyən edildiyindən bu hissədə ilk iddia tələbi yalnız Cavabdeh1 aid hissədə qüvvədə saxlanılmalıdır. Belə ki, məhz o ilk iddia üzrə iddiaçının adına qeydiyyata alınmış və sonradan məhkəmə qərarı ilə ondan alınması qət edilmiş qoşqunun alqı-satqısı üzrə pul vəsaitini alaraq özündə saxlamışdır. İlk iddia üzrə iddiaçı şikayət vermədiyindən və qoşqu üçün tutulan pul məbləği ilə razılaşdığından, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə bu məsələ müzakirə predmeti olduğundan və cavabdeh isə bu məbləğin qət edilən məbləğdən az olmadığını qeyd etdiyindən məbləğin araşdırılmasına zərurət qalmır. Beləliklə kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-482/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən (İddiaçı adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 25.12.2018-ci il tarixdə verilmiş AD420222 "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin ləğv olunması, İddiaçı adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı adından dövlət qeydiyyatı üzrə uçotdan çıxarılaraq sahibi Cavabdeh2 geri qaytarılması, İddiaçı tərəfindən ödənilmiş DAF FTXF 105.460T yük avtomobilinə görə 30000 manatın Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı geri qaytarılması və “SCHMİT” markalı yarımqoşqu üçün 24000 manat pulun Cavabdeh2 tutulması hissəsində) ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, İddiaçı tərəfindən ödənilmiş “SCHMİT” markalı yarımqoşqu üçün 24000 manat pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı geri qaytarılması, habelə mübahisələndirilən digər hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri üzrə tələb olmadığından onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci onu ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-482/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən (İddiaçı adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 25.12.2018-ci il tarixdə verilmiş AD420222 "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” ləğv edilsin. İddiaçı adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı adından dövlət qeydiyyatı üzrə uçotdan çıxarılaraq sahibi Cavabdeh2 geri qaytarılması, İddiaçı tərəfindən ödənilmiş DAF FTXF 105.460T yük avtomobilinə görə 30000 manatın Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı geri qaytarılması və “SCHMİT” markalı yarımqoşqu üçün 24000 manat pulun Cavabdeh2 tutulması hissəsində) ləğv edilsin, həmin hissədə ilk iddia tələbi rədd edilsin, İddiaçı tərəfindən ödənilmiş “SCHMİT” markalı yarımqoşqu üçün 24000 manat pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı geri qaytarılması, habelə mübahisələndirilən digər hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1446/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1446/2022
14.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver