Məhkəmə qərarları › İş №2(103)-1449/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1449/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1449/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil5, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-166/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Yeni Yasamal MTK-ya və Cavabdeh2 qarşı Yeni Yasamal MTK ilə Cavabdeh2 arasında bağlanmış 21.07.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə, 23.04.2007-ci il tarixli müqaviləyə əsasən Yeni Yasamal MTK tərəfindən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilinin istismara tam hazır vəziyyətdə ona təhvil vermək vəzifəsinin Yeni Yasamal MTK-ya həvalə edilməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Yeni Yasamal MTK cavabdeh İddiaçı qarşı Yeni Yasamal MTK ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 2-ci girişinin 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət 167 m2 sahəsi olan 202 saylı mənzilə dair bağlanmış 23.04.2007-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-166/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-166/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında X2 vəsatət göndərərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-166/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsinin onun maraqlarına toxunduğunu bildirmiş, həmin qətnamədən apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirmiş, bu səbəbdən mülki işin baxışdan çıxarılaraq rayon məkəməsinə qaytarılmasını xahiş etmişdir. Həmçinin vəsatətə notarial qaydada təsdiq edilmiş Yeni Yasamal MTK ilə X2 arasında bağlanmış 12.06.2007-ci il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışını əlavə etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil5 hazırkı məsələni Kollegiyanın mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 ayrılıqda işin baxışdan çıxarılmasına etiraz etdiklərini bildirdilər. Məhkəmə kollegiyası hesab edir ki, X1 məhkəməyə göndərdiyi vəsatətə əsasən, rayon məhkəməsi tərəfindən onun prosessual statusunun müəyyən edilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1449/2022 saylı, 19.01.2022-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Binəqədi Rayon Məhkəməsi tərəfindən R.Allahverdiyev ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar