Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1454/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdeh vəkili Vəkil və cavabdeh X3 iştirakları ilə, İddiaçı Məmmədhüseyin qızının cavabdehlər Cavabdeh və X6 və üçüncü şəxs Bakı şəhəri 32 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2810/2020 saylı, 25.09.2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili X1 və Cavabdehn tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Məmmədhüseyin qızı cavabdehlər Cavabdeh və X6 və üçüncü şəxs Bakı şəhəri 32 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 32 saylı notariat kontorunda 4Ə-813 və 4Ə-814 reyestrlə qeydə alınmış, birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 458 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 1ünvanında yerləşən 0,035 ha torpaq sahəsində inşa edilmiş mülkün oğlu X6 bağışlanmasına dair əqdin etibarsız sayılmaqla, payların müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş, ünvan 2ünvanında yerləşən 2 otaqlı 56 saylı mənzil üzərində payların müəyyən edilməsi, “Toyota-Leksus” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılaraq, əldə olunmuş vəsaitin bölünərək ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 32 saylı notariat kontorasında 4Ə813 və 4Ə-814 reyestrlə qeydə alınmış, birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 458 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 1 ünvanında yerləşən 0,035 ha torpaq sahəsində inşa edilmiş mülkün oğlu X6 bağışlanmasına dair əqdin etibarsız sayılmaqla, payların müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş ünvan 3 ünvanında yerləşən 2 otaqlı 56 saylı mənzilin, ünvan 4 ünvanda yerləşən qeyriyaşayış binasının(1/2 hissə), Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 456 saylı bağ evinin və Hacıqabul rayonu, Talış kəndində yerləşən 10,44 ha torpaq sahəsinə dair Dövlət aktına əsasən ümumi birgə kənd təssərüfatlı təyinatlı və Hacıqabul rayonu, Talış kəndində yerləşən 0,20 ha torpaq sahəsi və siyahısı 1 saylı əlavədə qeyd olunan əmlaklar üzərində payların müəyyən edilməsi, “Toyota-Leksus” markalı, **-XZ-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin satılmasından əldə olunmuş 56950 manat vəsaitin bölünərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X8 ilə 2001-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 18.05.2002-ci il təvəllüdlü X9 və 2004-cü il təvəllüdlü X10 anadan olmuşdur. Əvvəllər ailə münasibətləri normal olsa da, sonralar cavabdehin əsassız davranışlarından kəskinləşmişdir. Son bir il ərzində iddiacıya qarşı zorakılıq halları mütəmadi hal almış, nəticə də yaşadığı mənzildə girov kimi saxlanılaraq yaxınları ilə görüşməsinə icazə verilməmiş, sağlamlığına təhdid olunaraq birgə nikah dövründə əldə edilmiş əmlakların- Bakı şəhəri, Yasamal rayonu, məhəllə 458 ünvanında yerləşən qeyriyaşayış sahəsinin və ünvan 1 yerləşən 0,035ha torpaq sahəsində inşa edilmiş mülkün oğlu X6 bağışlanmasına razılıq verməsinə məcbur edilmişdir. Məqsəd razılıqdan sonra iddiaçını birgə nikahdan əldə olunmuş əmlaklardan məhrum etmək olmuşdur. 19.12.2019-cu il tarixdə ağlasığmaz basqılara dözməyərək Bakı şəhərində yerləşən 32 saylı notariat kontorunda 4Ə- 813 və 4Ə-814 reyestrlə təsdiq edilmiş, yuxarıda qeyd edilən əmlakların bağışlanmasına razılıq vermişdir. Bağışlanmaya razılıq verdikdən bir müddət sonra iddiaçını cavabdeh özünə məxsus olanLEXUS 320x markalı, 90XZ150 qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə atasının yaşadığı mənzilə aparmışdır. Əlavə olaraq cavbdehin mülkiyyətində olan 2014-cü il buraxılış, LEXUS 320x markalı, 10XZ150 qeydiyyat nömrəli nəqliyyat vasitəsi 20.02.2020-ci il tarixdə cavabdehin atası Əliyev Fikrətin adına formal olaraq alqı-satqı müqviləsi ilə rəsmləşmişdir. Mövcud bazar qiymətləri ilə qeyd olunan nəqliyyat vasitəsinin dəyəri 30000-40000ABŞ dollarıdır. İddia tələbində gösərilməyən, ancaq birgə nigah dövründə əldə olunan digər daşınmaz əmlaklarla bağlı AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş vəkil sorğusuna cavabdan məlum olmuşdur ki, birgə nikah dövründə əldə edilən və cavabdehin adına rəsmləşmiş ünvan 6 ünvanda yerləşən qeyri yaşayış binasının (1/2 lhissə), Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, 456 saylı bağ evi və Hacıqabul rayonu, Talış kəndində yerləşən 10,44 ha torpaq sahəsinə dair Dövlət aktına əsasən ümumi birgə kənd təssərüfatlı təyinatlı və Hacıqabul rayonu, Talış kəndində yerləşən 0,20 ha torpaq sahəsi mövcuddur. İddiaçının nümayəndəsi və vəkili X1 iddiaçının Hacıqabul rayonu, Talış kəndində yerləşən 10,44ha torpaq sahəsinə dair Dövlət aktına əsasən ümumi birgə kənd təssərüfatlı təyinatlı və Hacıqabul rayonu, Talış kəndində yerləşən 0,20 ha torpaq sahəsi və siyahısı 1 saylı əlavədə qeyd olunan əmlaklara dair hissədə iddia tələblərinin baxılmamış saxlanılmasına dair ərizə vermiş və qalan hissələrdə iddia tələbinin tam həcmdə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ünvan 8 ünvanında yerləşən 2 otaqlı mənzilin çıxarışdakı ştampa əsasən bağışlanmasını, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ evinin çıxarışdakı ştampa əsasən bağışlanmasını, Binəqədi rayonunda yerləşən əmlakın çıxarışdakı ştampa əsasən vərəsəlik yolu ilə Cavabdeh adına keçməsini mübahisələndirmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2810/2020 saylı, 25.09.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, "Lexus RX 350 minik" markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar 28.475 (iyirmi səkkiz min dörd yüz yetmiş beş) manat Cavabdeh tutularaq İddiaçı Məmmədhüseyin qızına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (Sədrlik edən: Fərid Əyyubov). Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2810/2020 saylı, 25.09.2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2810/2020 saylı, 25.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 32 saylı notariat kontorunda 43-813 va 43-814 reyestrla qeyda alınmış, birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 458 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 9 ünvanında yerləşən 0,035 ha torpaq sahəsində inşa edilmiş mülkün oğlu X6 bağışlanmasına dair və Toyota-Leksus” markalı, **- XZ-*** dövlat qeydiyyat nişanlı avtomobilin atasına satılmasına dair əqd cavabdehin yalnız birgə nikah dövründə əldə olunmuş ancaq o ,daşınmaz əmlakı əhatə etmişdir ki ,onlar MM-in 225-ci maddəsinin (225.1. ərlə arvadın nikah dövründa qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumİ mülkiyyətidir). AM-in 32-cİ maddəsi( ər-arvadın birgə mülkiyyətini müəyyən edərək nikah müddətində ər-arvadın əldə etdikləri əmlakı onların ümumi birgə mülkiyyəti hesab etmişdir.) tələblərinə əsasən bölünməsini nəzərdə tutur. İddiaçının mülkiyyətində olan birgə nikah dövründə əldə edilmiş ünvan 10 ünvanında yerləşən 2 otaqlı 56 saylı mənzilin, ünvan 11 ünvanda yerləşən qeyri-yaşayış binasının(1/2 hissə), Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 456 saylı bağ evinin MM-in225.2 (225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.) və AM-in 34.maddəsinin (34.1. Nikaha daxil olanadak onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasmda, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri emlak ər-arvadın hər birinin ayrıca mülkiyyatindədir (ər-arvadın hər birinin əmlakıdır).) tələbi ila müəyyən olunan əmlaklar isə bağışlanılmır və özgəninikiİəşdiriİmir. Məhkəmə isə hesab etmişdir ki, İddiaçı Məmmədhüseyin qızı ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 65,9 kv.m olan qeyri-yaşayış sahəsini və ünvan 13 ünvanında yerləşən, yaşayış sahəsi 96.44 kv.m, yardımçı sahəsi 189.68 kv.m olan 4 otaqlı fərdi yaşayış evini və 0,035ha torpaq sahəsini oğlu X6 bağışlanmasına razılıq verməsinə mecbur edildiyini, ağlasığmaz basqılara dözməyərək qeyd edilən əmlakların bağışlanmasına razılıq verdiyini iddia etsə də, həmin halları sübuta yetira bilməmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş qarşlılıqlı iddia ərizəsi (sonradan geri götürülmüş) iddiaçının məqsədinin əmlakın bağışlanmasının formal xarakterli uydurma yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğunu sübut edir. Bu isə MM-in 337-ci maddəsinin ( əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər) tələblərinin nəzərə alınmaması ilə qətnamə qəbulunu təsdiq edir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lexus RX350 minik” markalı, **- XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə "Yol hərəkəti haqqında” Azarbaycan Respublikası Qanununa əsasən təkrar qeydiyyata alınmaqla avtomobilin həqiqi sahibi X2 adına rəsmiləşdirilmişdir. Belə ki, qeyd olunan nəqliyyat vasitəsi həqiqətdə X7 tərəfindən alınmışdır, lakin X4 adına rəsmiləşdirilmişdir. Bu səbəbdən də hər hansı pulun ödənilməsindən söhbət gedə bilməz. Bu isə onu ehtiva edir ki, həmin nəqliyyat vasitəsinin satışından hər hansı vəsait əldə olunmadığından həmin vəsaitin birgə nikah dövründə əldə olunmuş vəsait hesab edilərək bölünməsi nəzərdə tutulmur. Bundan başqa, əgər alqı-satqı müqaviləsi varsa onda həmin müqavilada qeyd olunan vəsait bölünməli idi. Lakin göründüyü kimi məhkəmə alqı-satqı müqaviləsinə deyil, "xxxx” MMC tərəfindən nəqliyyat vasitəsinə baxış keçirmədən, onun texniki vəziyyəti və yürüşü barədə xəbəri olmadan (avtomobilin qiyməti məhz bu xüsusiyyətlərlə qiymətləndirilir) müəyyən etdİyİ məbləğii, 56900 manat pul vəsaitini birgə nikah dövründə əldə olunmuş əmlak hesab edərək bölmüşdür. Bu isə bir-birinə paradoks yaradır. Belə ki, əgər alqı-satqı müqavilasi varsa onda orda müəyyən olunmuş məbləğin bölünməsi nəzərdə tutulur. Yox belə bir alqı-satqı müqaviləsi mövcud deyilsə onda hər hansı əmlakın bölgüsündən söhbət gedə bilməz. İkincisi, məhkəmə qeyd edir ki, "Lexus RX350 minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında 20.02.2020-ci il tarixda X2 adına qeydiyyatdan keçmişdir. Lakin nə iddiaçı alqı-satqı müqaviləsini məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən belə bir sənəd tədqiq olunmamışdır. Üçüncüsü, məhkəmə birgə nikah dövründə əldə olunmuş əmlakların bölgüsü zamanı uşaqların mənafeini nəzərə almamışdır. Belə ki, birgə nikahdan olan 18.05.2002-ci il təvəllüdlü X11 va 2005-cü il təvəllüdlü X10 ataları Cavabdeh yanında qalırlar. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, şikayətlərin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə üçüncü şəxs Bakı şəhəri 32 saylı Notariat Ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə bununla bağlı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı Məmmədhüseyin qızı 18.03.2001-cu ildə Səadat Sarayı Bakı Nikah evində nikaha daxil olmuşlar. İş materiallarında olan 20.12.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin surətindən göründüyü kimi, Cavabdeh mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 65,9 kv.m olan qeyri-yaşayış sahəsini və ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 96.44 kv.m, yardımçı sahəsi 189.68 kv.m olan 4 otaqlı fərdi yaşayış evini və 0,035ha torpaq sahəsini oğlu X6 bağışlamışdır. Müqavilələr Bakı şəhəri 32 saylı notariat ofisində təsdiqlənmiş və reyestrdə 1S- 3893 və 1S-6258 nömrələri ilə qeyd edilmişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş vəkil sorğusuna 25.06.2020-ci il tarixli cavabdan məlum olur ki, Cavabdeh adına Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 333, mənzil 56, ünvan 14 ünvanda yerləşən qeyri-yaşayış binası (1/2 hissə) və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 456a saylı bağ evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı, RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı çıxarışlara vurulmuş ştamplara əsasən müəyyən olunur ki, sadalanan daşınmaz əmlaklar Cavabdeh adına bağışlama müqavilələri və vərəsəlik əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə verilmiş vəkil sorğusuna 23.05.2020-ci il tarixli cavabdan müəyyən olunur ki, İdarənin Qeydiyyatimtahan İdarəsinin kompyuter uçot bazasına görə Cavabdeh adına 18.11.2017-ci il tarixdə “Lexus RX350 minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyata alınmış, alqı-satqı müqaviləsi əsasında 20.02.2020-ci il tarixdə adından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan AD seriyalı, 738078 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus RX350 minik” markalı, 10-XZ150 dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında 20.02.2020-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan “xxxx” MMC-nin “nəqliyyat vasitəsinin bazar dəyərinin müəyyən edilməsi barədə” 02.09.2020-ci il tarixli arayışından görünür ki, 2014-cü il buraxılışlı “Lexus RX350 minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti 59000 manat təşkil edir. Kollegiya tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizasına əsasən 2014-cü il buraxılışlı, "Lexus RX350” markalı, ıo-xz-150 döviat qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 34000 manat və likvid dəyəri 28000 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Kollegiya iş materiallarına və apellyasiya şikayətlərinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq qeyd edir ki, İddiaçı Məmmədhüseyin qızı ilə cavabeh Cavabdeh birgə nikahları dövründə əldə olunmuş “Lexus RX350 minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil özgəninkiləşdirildiyindən, kollegiya tərədindən təyin edilmiş ekspertiza ilə müəyyən edilmiş 34000 manat manat dəyərinin yarısı, yəni 17000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbləri qalan hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı apelyasiya şikayətində İddiaçı Məmmədhüseyin qızı ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 65,9 kv.m olan qeyriyaşayış sahəsini və ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 96.44 kv.m, yardımçı sahəsi 189.68 kv.m olan 4 otaqlı fərdi yaşayış evini və 0,035ha torpaq sahəsini oğlu X6 bağışlanmasına razılıq verməsinə məcbur edildiyini, ağlasığmaz basqılara dözməyərək qeyd edilən əmlakların bağışlanmasına razılıq verdiyini iddia etsə də, həmin halları sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı Məmmədhüseyin qızının Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 333, 56 saylı mənzilin, ünvan 14 ünvanda yerləşən qeyri-yaşayış binasının (1/2 hissə) və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 456a saylı bağ evinin cavabeh Cavabdeh adına bağışlama müqavilələri və vərəsəlik əsasında qeydiyyata alınmasını mübahisələndirmədiyi üçün, həmçinin İddiaçı Məmmədhüseyin qızı ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 65,9 kv.m olan qeyriyaşayış sahəsini və ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 96.44 kv.m, yardımçı sahəsi 189.68 kv.m olan 4 otaqlı fərdi yaşayış evini və 0,035ha torpaq sahəsini oğlu X6 bağışlanmasına razılıq verməsinə məcbur edildiyini, ağlasığmaz basqılara dözməyərək qeyd edilən əmlakların bağışlanmasına razılıq verdiyini iddia etsə də, həmin halları sübuta yetirə bilməməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi illə bağlı mövqeyi qanuni və əsaslıdır. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh apelyasiya şikayətində “Lexus RX350 minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin X7 tərəfindən alındığını, lakin Cavabdeh adına rəsmilədirildiyini, sonradan avtomobilin birgə nikah dövründə "Yol hərəkəti haqqında” Azarbaycan Respublikası Qanununa əsasən təkrar qeydiyyata alınmaqla avtomobilin həqiqi sahibi X2 adına rəsmiləşdirildiyini, heç bir vəsait əldə olunmadığını qeyd etsə də, həmin hallarla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2, 32.2.1 və 32.2.2-ci maddələrinin tələbinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlaka ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı madd.əsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, öz mənafeyinə aid olan hissədə ləğv edilməsini xahiş etdiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli və hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2810/2020 saylı, 25.09.2020-ci il tarixli qətnaməsi "Lexus RX 350 minik" markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar 28.475 (iyirmi səkkiz min dörd yüz yetmiş beş) manat Cavabdeh tutularaq İddiaçı Məmmədhüseyin qızına ödənilməsi hissəsində dəyişdirilərək, "Lexus RX 350 minik" markalı **-XZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar 17000 (on yeddi min) manat Cavabdeh tutularaq İddiaçı Məmmədhüseyin qızına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddaiçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətli qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2810/2020 saylı, 25.09.2020-ci il tarixli qətnaməsi "Lexus RX 350 minik" markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar 28.475 (iyirmi səkkiz min dörd yüz yetmiş beş) manatın Cavabdeh tutularaq İddiaçı Məmmədhüseyin qızına ödənilməsi hissəsində dəyişdirilsin. İddia qismən təmin edilsin. "Lexus RX 350 minik" markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar 17000 (on yeddi min) manat Cavabdeh tutularaq İddiaçı Məmmədhüseyin qızına ödənilsin. İddiaçı Məmmədhüseyin qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1454/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1454/2021
25.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver