Məhkəmə qərarları › İş №2(103)-1454/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1454/2023

13.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1454/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), X9 və X2 ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 vəkili Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X7 qarşı (üçüncü şəxslər X6, Həsənova (Quliyeva) İradə Məzahir qızı, X10 və X3 cəlb edilməklə) tanınmış miras əmlaka vərəsəliyin qəbul edilmə müddətinin uzadılması tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-637/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıların Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə miras qoyan bibisi X4 bütün mövcud mirasının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddiası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-637/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya icraatı zamanı iddiaçıların səlahiyyətli nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə qarşı tanınmış miras əmlaka vərəsəliyin qəbul edilmə müddətinin uzadılması tələbinə dair iddiaya baxılmasının artıq heç bir əhəmiyyətinin olmadığını, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2021 saylı 28 iyun 2021-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyini və iddiaçıların X4 bütün mövcud miras əmlakı üzərində vərəsəlik hüquqlarının tanındığını, bu səbəbdən də hazırkı iddiaya baxılmasının heç bir mənası olmadığını, hazırkı iş üzrə iddiadan imtina etdiklərini, iddiadan imtinanın nəzərə alınmasını və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən işdə iştirak edən digər şəxslər tərəfindən etiraz daxil olmamış, məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər proses iştirakçılarının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 370-ci maddələrinə uyğun ərizəni nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanunazidd olmadığından və ya hər hansı bir (digər) şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün digər əsaslar olmadığından mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraaa xitam verir. Məcəllənin 370 maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məcəllənin 262.4 -cü maddəsinə əsasən izah edilməlidir ki, İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə digər prosessual əsaslarla işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Tələb olmadığı halda isə Məcəllənin 119-cu maddəsinə əsasən kollegiya hesab edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370, 377, 384, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X7 qarşı (üçüncü şəxslər X6, Həsənova (Quliyeva) İradə Məzahir qızı, X10 və X3 cəlb edilməklə) tanınmış miras əmlaka vərəsəliyin qəbul edilmə müddətinin uzadılması tələbinə dair iddiaçıların (nümayəndələrinin) iddia ərizəsindən imtinası qəbul edilsin və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-637/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)- 1454/2023 saylı mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar