Məhkəmə qərarları › İş №2(103)-1458/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1458/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1458/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı – Cavabdeh1 Sığorta Şirkəti ASC-yə (üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı və maraqlı şəxs kimi Cavabdeh3 qeyd edilən) qarşı mülki iş üzrə (Açar sözlər: sığorta hadisəsinin qeydə alınması və s) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-776/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə edilmiş Cavabdeh1 SŞ ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RAT********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı ünvan 1i ünvanında yerləşən yaşayış evi Cavabdeh1 SŞ ASC qarşısında yanğın və digər əlavə risklərdən xx.xx.2021-ci il tarixədək sığortalamışdır.

2. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Başçısının aparatının İddiaçı ünvanlanmış məktubundan görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış fərdi yaşayış evinizə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı rayon İcra Hakimiyyəti adından sığorta şirkətinin rəhbərliyinə məktub ünvanlanmışdır.

3. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Başçısının aparatının İddiaçı ünvanlanmış məktubundan görünür ki, fərdi yaşayış evinə 28 oktyabr 2020-ci il tarixində tərəflərindən vizual-texniki baxış keçirilərkən müəyyən edilmişdir ki, təbii subasma və 22 oktyabr 2020-ci il tarxində rayon ərazisinə Erməni silahlı qüvvələri tərəfindən endirilmiş raket zərbəsi nəticəsində fərdi yaşayış evinizin sol yan və qarşı divarlarının birləşmə sahəsində çoxlu sayda iri həcimli çatlar əmələ gəlmiş, araşdırılarkən müəyyən edilmişdir ki, sizə məxsus fərdi yaşayış eviniz Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən sğortalanmış və baxılıb köməklik göstərilməsi barədə rayon İcra Hakimiyyəti adından həmin sğorta şirkətinin rəhbərliyinə məktubla müraciət olunmuşdur.

4. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Başçısının aparatının Atəşgah SŞ ASC-yə ünvanlanmış məktubundan görünür ki, Cavabdeh3 Sizin O-AP-2021 0637 nömrəli 2021-ci il 12 fevral tarixli məktubunuzla əlaqədar bildirir ki, 2020-ci il 22 oktyabr tarixində, səhər saat 9-00 radələrində Erməni silahlı qüvvələri tərəfindən atılmış raket mərmisi rayonunun Çöhranlı ərazisinə düşmüş və yaxın ərazilərdə yerləşən fərdi yaşayış evlərinə və məktəb binasına ziyanlıqlar etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məktubundan görünür ki, 28 sentyabr 2021-ci il tarixli NO-AP-2021-4509 saylı Cavabdeh1 SŞ ASC-nin tələb etdiyi sənədləri təqdim etmişdir.

5. İş materiallarına əlavə edilmiş X4 Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoruna ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, yaşayış evinə raket partlayışı nəticəsində dəymiş ziyana görə sığorta ödənişinin əldə olunmasına göstəriş verilməsini xahiş etmişdir.

6. İş materiallarına əlavə edilmiş Atəşgah SŞ ASC-nin İddiaçı ünvanladığı 07 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Sığorta Şirkətinə daxil olmuş ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinizə dəymiş zərərin ödənilməsi ilə bağlı 22 dekabr 2020-ci il tarixli məktubunuza baxılmış, “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsində sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər siyahısında həmçinin səlahiyyətli orqanın təqdim etdiyi arayış qeyd olunmuşdur. Mülki Məcəllənin 924.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsi, baş vermiş hadisə ilə bağlı fərdi yaşayış evinə dəymiş zərərin xarakteri və səbəbinin müəyyən edilməsi üçün 14 dekabr 2020-ci il tarixində Cavabdeh1 Sığorta Şirkəti tərəfindən Cavabdeh3nə sorğu ünvanlanması, hadisənin səbəbləri müəyyən edildikdən sonra iş üzrə qanunamüvafiq qərar qəbul edilməsi bildirilmişdir.

7. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Atəşgah SŞ ASCyə ünvanladığı 25 yanvar 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh3 Atəşgah SŞ ASC-də Daşınmaz əmlakın icbari sığortası növü üzrə RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış, Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evinin təbii subasmasının təbii suyun hansı növünün olduğu və hadisəyə necə təsir etdiyi barədə 2020-ci il 14 dekabr tarixli OAP-2020-4904 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, sığortalanmış fərdi yaşayış evinin arxa hissəsində olan sahibsiz ərazi ətraf ərazilərdə yerləşən fərdi yaşayış evlərindən və obyektlərdən axıdılan məişətçirkab sularının yığılması nəticəsində su ilə dolmuş, nəticədə İddiaçı məxsus həyətyanı torpaq sahəsində həmin ərazi ilə bitişik sərhəddə inşa etdirdiyi fərdi yaşayış evinə ziyan dəymişdir.

8. İş materiallarına əlavə edilmiş Atəşgah SŞ ASC-nin 03 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-də Daşınmaz əmlakın icbari sığortası növü üzrə RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixində hərbi əməliyyatlar nəticəsində zərərin əmələ gəlməsi barədə məlumat daxil olmuş, sığorta hadisəsinin tənzimlənməsində yaranmış zərurətlə əlaqədar 2020-ci ilin Oktyabr ayında ünvan 1i ünvanında yerləşən İddiaçı məxsus əmlakda hər hansı fövqəladə halın və ya təbii fəlakətin (leysan, fırtına, qasırğa, tufan), həmçinin sığortalının müraciətinə əsasən hərbi əməliyyat hadisəsinin olub-olmaması barədə məlumat təqdim edəsiniz. Hərbi əməliyyatlar olduğu təqdirdə həmin hadisə nəticəsində evin zədələnibzədələnməməsini təsdiq edən və yaranmış zərərin meydana gəlmə səbəbləri barədə tərtib olunmuş müvafiq rəyi şirkətimizə təqdim edilməsi xahiş edilmişdir.

9. İş materiallarına əlavə edilmiş Atəşgah SŞ ASC-nin Cavabdeh3nə ünvanladığı 12 fevral 2021-ci il tarixli məktubunun surətindən görünür ki, "Atəşgah” Sığorta Şirkətində daşınmaz əmlakın icbari sığortası növü üzrə RAT********** saylı şəhadətnamə ilə sığortalanmış İddiaçı məxsus ünvan 7i ünvanında yerləşən əmlaka hərbi əməliyyatlar nəticəsində zərəirin əmələ gəlməsi barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 924.2 maddəsini rəhbər tutaraq, İddiaçı məxsus ünvan 7i ünvanında yerləşən əmlakda hadisənin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədi “Atəşgah" Sığorta Şirkətinə təqdim edilməsi xahiş olunmuşdur.

10. İş materiallarına əlavə edilmiş Atəşgah SŞ ASC-nin 17 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-də “Daşınmaz əmlakın icbari sığortası”növü üzrə RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış ünvan 8i ünvanında yerləşən əmlakınıza dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciətinizə baxılmış, Cavabdeh3 Başçısının Aparatı tərəfindən şirkətə daxil olmuş 2/53- 8 nömrəli məktubunda, sığortalanmış fərdi yaşayış evinin arxa hissəsində olan sahibsiz ərazi ətraf ərazilərdə yerləşən fərdi yaşayış evlərindən və obyektlərdən axıdılan məişətçirkab sularının yığilması nəticəsində su ilə dolduğu və sizə məxsus həyətyani torpaq sahəsində həmin ərazi ilə bitişik sərhəddə inşa etdirdiyiniz fərdi yaşayış evinə ziyan dəydiyi qeyd olunmuşdur. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunununa əsasən sığorta hadisələri baş verdikdə yaranır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, “məişət-çirkab sularının yığılması” nəticəsində əmlaka dəymiş ziyan Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanununun 36.1 maddəsinə əsasən sığorta təminatına daxil deyildir və sığorta hadisəsi hesab edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8 maddəsini rəhbər tutaraq, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi imtinaya əsas olduğu üçün Cavabdeh1 Sığorta Şirkəti bu hadisə ilə bağlı Sizə sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

11. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı ünvanlanmış 04 mart 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) daxil olmuş müraciətinizə baxılmış, Mülki Məcəllənin 924.2-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.Cavabdeh1 Sığorta Şirkəti tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, müraciətinizdə qeyd olunmuş hadisə ilə əlaqədar sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə müvafiq sənədi almaq məqsədilə Cavabdeh3nə xx.xx.2021-ci il tarixli sorğu göndərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, Cavabdeh1 Sığorta Şirkəti tərəfindən Cavabdeh3nə ünvanlanmış sorğu cavablandırıldıqdan və müvafiq sənədlər sığorta şirkətinə təqdim edildikdən sonra sığorta ödənişinin verilməsi məsələsinə baxılması müəyyən edilmişdir.

12. İş materiallarına əlavə edilmiş Atəşgah SŞ ASC-nin 21 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-də daşınmaz əmlakın icbari sığorta növü üzrə sığortalanmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə məişət-çirkab sularının yığılması nəticəsində zərər dəymişdir.“İcbari Sığortalar haqqında” Azərbaycan Respubiikası Qanunun 36-cı və 36.1 maddəsinə əsasən, məişət-çirkab suları nəticəsində əmlaka dəymiş zərər sığorta təminatına aid edilmədiyindən sığorta ödənişinin verilməsindən imtina barədə qərar qəbul edilmişdir.

13. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankında (Mərkəzi Bank) vətəndaş Əjdər Zərbalıyevin müraciətinə baxılmışdır.“İcbari sığortalar haqqında" Qanunun (Qanun) 17.1.4 cü maddəsinə əsasən həmin Qanunun xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdəndir. Qanunun 36.1.5-ci maddəsinə görə daşınmaz əmlakın su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Müraciətdə qeyd olunan məsələ ilə əlaqədar Cavabdeh1 Sığorta Şirkəti ASC (sığortaçı) tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, həmin sığortaçıda icbari qaydada sığortalanmış vətəndaş Əjdər Zərbalıyevə məxsus ünvan 1i ünvanında yerləşən daşınmaz əmlaka məişət-çirkab sularının yığılması nəticəsində maddi zərər dəymişdir. Hadisə ilə əlaqədar sığortaçı tərəfindən Cavabdeh3nə ünvanlanmış sorğuya cavab olaraq həmin səlahiyyətli orqan tərəfindən təqdim edilmiş məktubda sığortalanmış fərdi yaşayış evinin arxa hissəsində olan sahibsiz ərazinin ətraf ərazilərdə yerləşən fərdi yaşayış evlərindən və obyektlərdən axıdılan məişət-çirkab sularının yığılması nəticəsində su ilə dolması və bu səbəbdən vətəndaş Əjdər Zərbalıyevə məxsus həyətyanı torpaq sahəsində həmin ərazi ilə bitişik sərhəddə inşa edilmiş fərdi yaşayış evinə ziyan dəydiyi qeyd edilmişdir. Sığortaçı tərəfindən məişət-çirkab suları nəticəsində daşınmaz əmlaka zərər dəyməsi halının sığorta təminatına aid edilmədiyi əsas gətirilməklə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Lakin Qanunda qeyd olunan hadisə sığorta təminatına istisna olaraq nəzərdə tutulmamış, həmçinin daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi sığorta hadisəsi hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 102.1 -ci və 102.2.7-ci maddələrini rəhbər tutaraq baş vermiş sığorta hadisəsi nəticəsində vətəndaş Əjdər Zərbalıyevə məxsus daşınmaz əmlaka dəymiş zərərə görə sığorta ödənişi məbləğinin 7 iş günü müddətində hesablanaraq faydalanan şəxsə ödənilməsinin təmin edilməsi və bu barədə məlumatın Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur.

14. İş materiallarına əlavə edilmiş Atəşgah SŞ ASC-nin 22 iyun 2021-ci il tarixli məktubundan görünür ki, "Atəşgah” Sığorta Şirkəti ASC-də Daşınmaz əmlakın icbari sığortası növü üzrə RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə naməlum tarixdə subasma və eləcə də, xx.xx.2020-ci il tarixində hərbi əməliyyatlar nəticəsində zərərin əmələ gəlməsi barədə məlumat daxil olmuş, göstərilən əmlaka qeyd olunan hadisələr nəticəsində zərər dəyməsilə bağlı müvafiq araşdırma aparılmasını, hadisənin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədi Cavabdeh1 Sığorta Şirkətinə təqdim edilməsi xahiş olunmuşdur.

15. İş materiallarına əlavə edilmiş Cavabdeh1 SŞ ASC-nin 23 iyun 2021-ci il tarixli məktubundan görünür ki, sığorta hadisəsi ilə bağlı aparılan araşdırma zamanı İddiaçı izahat vərərək, Su Kanal idarəsinə məxsus olan içməli su xəttindən ona məxsus əmlakın arxa tərəfinə 2 ay ərzində su axmış və bunun nəticəsində həmin fərdi yaşayış evinin sol yan və qarşı divarlarının birləşmə sahəsində çoxlu sayda çatlar əmələ gəlmişdir. Sonradan İddiaçı həmin idarəyə müraciəti nəticəsində su axıntısının dayandırıldığını da bildirmiş, hadisənin baş vermə faktı və (və ya) səbəbi, habelə nəticələri barədə bizə məlumat təqdim edilməsi xahiş edilmişdir.

16. İş materiallarına əlavə edilmiş Cavabdeh1 SŞ ASC-nin 28 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-də “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış ünvan 1i ünvanında yerləşən əmlakınıza dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Bildiririk ki, sığorta hadisənin araşdırılması zamanı tərəfimizdən: 1) xx.xx.2020-ci il tarixində FHNDYNİ-nə sorğu göndərilmiş və xx.xx.2020-ci il tarixində cavab olaraq fərdi yaşayış evində heç bir yanğın hadisəsi baş vermədiyi bildirilmişdir. 2) xx.xx.2020-ci il tarixində Cavabdeh3 Memarlıq və tikinti şöbəsinə təbii suyun hansı növü olduğu barədə sorğu göndərilmiş, xx.xx.2021-ci il tarində cavab olaraq fərdi yaşayış evinə məişət - çirkab sularının yığılması nəticəsində dolduğu və nəticədə sözü gedən əmlaka ziyan dəydiyi bildirilmişdir. 3) xx.xx.2021-ci il tarixində FHN Əməliyyat və İstintaq İdarəsinə əmlakda hər hansı fövqəladə halın və ya təbii fəlakətin, həmçinin sığortalının müraciətinə əsasən hərbi əməliyyat olub-olmamsı barədə sorğu ünvanlanmış və xx.xx.2021-ci ildə həmin idarənin hadisə ilə bağlı araşdırılmadığı və cinayət işinin istintaqı aparılmadığı cavab olaraq bizə gəlmişdir 4) xx.xx.2021-ci il tarixində hadisə ilə bağlı sizə AR Mülki Məcəlləsinin 935.1.8 maddəsi ilə imtina məktubu göndərilmişdir. 5) xx.xx.2021-ci il tarixində atılan raket mərmisi nəticəsində əmlaka zərərin dəyməsinin mümkünlüyü barədə məlumat almaq üçün sorğu göndərilmiş, lakin həmin sorğuya cavab daxil olmadığı üçün 10 iyun 2021-ci ildə təkrar sorğu göndərilmiş, lakin yenədə cavab gəlməmişdir. 6) xx.xx.2021-ci il tarixində FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə subasma və 22 oktyabr 2020-ci il tarixində hərbi əməliyyatlar zamanı ziyan dəyməsi ilə əlaqədar sorğu göndərilmiş və xx.xx.2021-ci il tarixində Agentlikdə hər hansı bir məlumatın olmadığı barədə bizə cavab gəlmişdir. 7) xx.xx.2021-ci il tarixində 2 nömrəli Regional Sukanal İdarəsinə hadisənin baş vermə faktı və (və ya) səbəbi, habelə nəticələri barədə məlumat almaq üçün sorğu göndərilmiş və xx.xx.2021- ci il tarixində nəticə olaraq, İddiaçı məxsus evin arxa tərəfindəki fərdi yaşayış sahəsində "xxxx"ASC-yə məxsus içməli su xətti və çirkab su kanalizasiya xətti mövcüd olmadığı və İddiaçı mövcüd olmayan su xəttindəki qəzanın baş verməsi və qəzanın aradan qaldırılması haqqında olan iradları tamamilə əsassız olduğu barədə cavab gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, səlahiyyətli orqanların təqdim etdiyi arayışlarda uyğunsuzluq mövcüddur. İcbari Sığortalar haqqında qanununun 17.1.4. maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi aravıs sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər siyahısındadır. Odur ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-yə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını təsdiq edən sənədlər təqdim olunduqdan sonra sığorta ödənişinin verilib-verilməməsi məsələsinə baxılacaqdır.

17. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC 2 nömrəli regional sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Kürdəmir rayon Atakişili kənd sakini İddiaçı məxsus yaşayış evinə dəymiş ziyanla bağlı iddialar ilə əlaqədar olaraq "Azərsu” ASC-nin 2 Ne-li Regional Sukanal İdarəsinin və Kürdəmir sukanal sahəsinin mühəndisləri həmin şəxs Əjdər müəllimin iştirakı ilə yaşadığı ünvana baxış keçirilmişdir. Nəticə olaraq bildirmək istəyirik ki, ona məxsus evin arxa tərəfindəki fərdi yaşayış sahəsində "xxxx" ASC-yə məxsus içməli su xətti və ya çirkab su kanalizasiya xətti mövcud deyil. Nəzərinizə çatdırırıq ki, İddiaçı mövcud olmayan su xəttindəki qəzanın baş verməsi və qəzanın aradan qaldırılması haqqında olan iradları tamamilə əsassız olması müəyyən olmuşdur.

18. İş materiallarına əlavə edilmiş Cavabdeh1 SŞ ASC-nin Cavabdeh3nə ünvanladığı 20 aprel 2021-ci il tarixli məktubundan görünür ki, ünvanlanan xx.xx.2021 tarixli, N O-AP-2021-0637 saylı məktuba təqdim edilən N92/223-8 saylı cavab məktubunda qeyd olunub ki, 22 oktyabr 2020 tarixdə Erməni silahlı qüvvələri tərəfindən raket mərmisinin Çöhranlı ərazisinə və yaxın ərazilərə düşməsi nəticəsində fərdi yaşayış evlərinə və məktəb binasına zərər dəymişdir. Cavabdeh1 Sığorta Şirkətində daşınmaz əmlakın icbari sığortası növü üzrə RAT********** saylı şəhadətnamə ilə sığortalanmış İddiaçı məxsus ünvan 7i ünvanında yerləşən əmlaka hərbi əməliyyatlar nəticəsində zərəirin əmələ gəlməsi barədə məlumat daxil olmuşdur. Qeyd olunan tarixdə atılan raket mərmisi nəticəsində İddiaçı məxsus əmlaka da zərərin dəyməsinin mümükünlüyü barədə məlumat təqdim etməyinizi xahiş edirik. Həmçinin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 924.3 maddəsinə uyğun olaraq səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidir.

19. İş materiallarına əlavə edilmiş Cavabdeh1 SŞ ASC-nin Fövqəladə Hallar Nazirliyinin X18 İdarəsinə ünvanladığı 27 noyabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, “Atəşgah" Sığorta Şirkəti ASC-də Daşınmaz əmlakın icbari sığortası növü üzrə RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixində hərbi əməliyyatlar nəticəsində zərərin əmələ gəlməsi barədə məlumat daxil olmuşdur. Sığorta hadisəsinin tənzimlənməsində yaranmış zərurətlə əlaqədar 2020-ci ilin Oktyabr ayında ünvan 1i ünvanında yerləşən İddiaçı məxsus əmlakda hər hansı fövqəladə halın olub-olmaması barədə məlumat təqdim edəsiniz. Fövqəladə hal olduğu təqdirdə həmin hadisə nəticəsində evin zədələnib-zədələnməməsini təsdiq edən və yaranmış zərərin meydana gəlmə səbəbləri barədə tərtib olunmuş müvafiq rəyi şirkətə təqdim edilməsi xahiş olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı – Cavabdeh1 SŞ ASC-yə (üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı və maraqlı şəxs kimi Cavabdeh3 qeyd edilən) qarşı «sığorta hadisəsinin qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102.1 və 102.2.7-ci maddələrinin tələbləri əsasında Sığorta hadisəsinin qeydə alınaraq evinə (daşınmaz əmlakına) dəymiş zərərə görə Sığorta ödənişinin məbləği hesablanaraq, Cavabdeh1 Sığorta Şirkəti ASC-i tərəfindən ona ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kürdəmir rayonunun Atakişili kəndində yaşayır, orda mülkiyyətində olan torpaq sahəsi və yaşayış evi vardır. 2020-ci ilin fevral ayının 19-da yaşayış evini Cavabdeh1 Sığorta Şirkəti ASC-də bir il müddətinə sığortalamışdır. Bu barədə cavabdehin ona təqdim etdiyi Daşınmaz Əmlakın İcbari Sığortası barədə N RAT********** saylı Şəhadətnaməsi vardır. İkinci Qarabağ müharibəsi zamanı, yəni 22 oktyabr 2020-ci il tarixdə saat 9:00 radələrində Erməni Silahlı qüvvələri tərəfindən Kürdəmir rayonu ərazisinə atılmış raketin partlaması nəticəsində rayonun Atakişili və Çöhranlı ərazisində yerləşən fərdi yaşayış evlərinə, o cümlədən də onun evinə və məktəb binasına zərər vurulmuşdur. Həmin hadisə baş verdikdən sonra tərəfindən dərhal cavabdehə zəng vuraraq məlumat verdi və bu barədə Kürdəmir RİH-i Başçısının aparatını məlumatlandırdı. Bundan sonra həm cavabdeh və həm də Kürdəmir RİH-i Başçısının aparatının nümayəndələri evinə baxış keçirdilər, faktı təsdiq etməklə yanaşı, yaşayış evinə dəymiş ziyanı qeydə aldılar, akt tərtib edib, fotoşəkillər çəkdilər. Həmçinin evə baxış zamanı komissiya müəyyən etdi ki, sahibsiz ərazidən axan sular nəticəsində evin arxa və yan tərəfini su basmış və bu səbəbdən yaşayış evinə ziyan vurulmuşdur. Bundan sonra cavabdeh müxtəlif bəhanələrlə sığorta hadisəsini qeydə almaq və ödəniş etmək sahəsində süründürməçiliyə yol verdiyinə görə o məcbur olub bu barədə müxtəlif aidiyyatı baş idarələrə rəsmi müraciətlər etdi. Son da Sığorta Şirkətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankına bu barədə müraciət etdi və hüquqmüəyyənedici sənədlərini əlavə etdi. Mərkəzi Bank 07 iyun 2021-ci il tarixdə məktubla Cavabdeh1 Sığorta Şirkəti ASC-nin idarə heyətinin sədri cənab Azər Əliyevə ona məxsus evə dəymiş zərərə görə Sığorta ödənişi məbləğinin 7 iş günü müddətində hesablanaraq ödənilməsinin təmin olunmasını və nəticəsi barədə Mərkəzi Banka məlumat verilməsi barədə göstəriş vermişdir. Lakin, 1 ildən çox bir müddət keçməsinə baxmayaraq, cavabdeh həmin tapşırığı icra etməkdən boyun qaçırmışdır. Cavabdehlə aralarında bağlanmış sözügedən müqavilənin 36.3-cü maddəsinə əsasən işə baş vermiş hadisə sığorta hadisəsi hesab olunur.

22. Cavabdehin nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı ikinci Qarabağ müharibəsi zamanı Erməni Silahlı Qüvvələri tərəfindən Kürdəmir rayonu ərazisinə atılan raket və sahibsiz ərazinin ətraf ərazilərində yerləşən fərdi yaşayış evlərindən və obyektlərdən axıdılan məişət-çirkab sularının yığılması nəticəsində axan suyun fərdi yaşayış evinə zərər dəyməsinə səbəb olduğunu iddia edir. İş materiallarından görünür ki, daşınmaz əmlakın icbari sığortası növü üzrə Kürdəmir ray., Atakişi kəndində yerləşən fərdi yaşayış evi RAT********** saylı sığorta şəhadətnaməsi ilə Cavabdeh1 Sığorta Şirkətində sığortalanmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddiaçının Cavabdehə qarşı iddiası əsassız olduğı üçün təmin edilə bilməz. ünvan 8ində yerləşən fərdi yaşayış evinə Erməni Silahlı Qüvvələri tərəfində atılan raket nəticəsində zərər dəyməsinə münasibətdə sığortaçı aşağıdakı tədbirlər görmüşdür. Belə ki, Cavabdeh3 Başçısının Aparatı tərəfindən Cavabdeh1 Sığorta Şirkə ASC-yə Erməni Silahlı Qüvvələri tərəfindən atılmış raket mərmisi rayonun Çöhranlı ərazisinə düşmüş və yaxın ərazilərdə yerləşən fərdi yaşayış evlərinə və məktəb binasına ziyanlıq yetirməsi barədə məlumat vermişdir.Cavabdeh1 Sığorta Şirkəti ASC cavab məktubunda sığortalı İddiaçı məxsus əmlaka da zərər dəyməsinin mümkünlüyünə dair arayış təqdim edilməsinin zəruriliyi barədə məlumat vermiş, lakin Cavabdeh3 Başçısının Aparatı tərəfindən hadisənin ba verməsi faktını, habelə nəticəsini təsdiq edən sənədlərin hazırlanıb verilməsininin mümkünsüz olduğ bildirilmişdir. Cavabdeh1 Sığorta Şirkəti ünvan 1i ərazisində və ya yaxın ərazilərdə hs hansı fövqəladə halın baş verib-verməməsi, baş veribsə hadisənin baş verməsi faktı (və ya səbəbini' habelə nəticəsini təsdiq edən sənədlərin əldə edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (bunda sonra FHN) X18 İdarəsinə, FHN-nin Əməliyyat və İstintaq idarəsinə və FHN-ni Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə eyni məzmunlu sorğular göndərmişdir. FHN X18 İdarəsi sorğuya cavab olaraq bildirmişdir ki, X7 məxsus əmlakda heç bir yanğın hadisəsi baş verməmişdir. Digər məsələlər isə həmi İdarənin səlahiyyətlərinə aid deyildir. FHN-nin Əməliyyat və İstintaq İdarəsi sorğuya cavab olaraq bildirmişdir ki, X7 məxsus fərdi yaşayış evində hər hansı fövqəladə halın və ya təbii fəlakətin baş verməs həmçinin hərbi əməliyyat hadisəsinin olması ilə bağlı idarədə material araşdırılmamış, cinayət işini istintaqı aparılmamışdır. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi sorğuya cavab olaraq bildirmişdir ki, subasma, hərbi əməliyyatlar nəticəsində ziyan dəyməsi ilə bağlı Agentlikdə hər hansı bir məlumatın olmadığı müəyyən edilmişdir. Sığorta hadisənin araşdırılması üçün sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs(lər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış hadisənin araşdırılması üçün zəruri sənədlərdən biri hesab edilir. Qeyd edilənlərdən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə hərbi əməliyyatlar nəticəsində zərər dəyməsi faktını heç bir səlahiyyətli orqan təsdiqləmir və bu barədə məlumat daxil olmadığını bildirmişdirlər. Eyni zamanda Mülki Məcəllənin 935.1.3-cü maddəsinə əsasən müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.“İcbari Sığortalar haqqında” Qanunun 21.1.1 -ci maddəsinə əsasən hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda sığorta ödənişinin verilməsi nəzərdə tutulmur. İddianın digər əsasını təşkil edən məişət-çirkab sularının axması nəticəsində yaşayış evinə zərər dəyməsi ilə bağlı bildirirəm ki, Cavabdeh3 Başçısının Aparatı tərəfindən bu barədə məlumat verilmişdir. O, məktubunda bildirmişdir ki, hadisə təbii subasma nəticəsində fərdi yaşayış evinə zərər dəymişdir. Atəşgah” Sığorta Şirkəti tərəfindən cavab məktubunda təbii suyun hansı növünün olması və hadisə barədə ətraflı məlumat vermələri xahiş olunmuşdur. Cavabdeh3 Başçısının Aparatı tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin arxa hissəsində olan sahibsiz ərazi ətraf ərazilərdə yerləşən fərdi yaşayış evlərindən və obyektlərdən axıdılan məişət-çirkab sularının yığılması nəticəsində su ilə dolmuş, nəticədə İddiaçı məxsus həyətyanı torpaq sahəsində həmin ərazi ilə bitişik sərhəddə inşa etdirdiyi fərdi yaşayış evinə ziyan dəymişdir.“Atəşgah" Sığorta Şirkəti 2 nömrəli Regional Sukanal idarəsinin X11 sorğu ünvanlamış, həmin sorğuda sığorta hadisəsi ilə bağlı aparılan araşdırma zamanı X5 izahatı da qeyd edilmişdir. O izahatında bildirmişdir ki, Su Kanal idarəsinə məxsus olan içməli su xəttindən ona məxsus əmlakın arxa tərəfinə 2 ay ərzində su axmış və bunun nəticəsində həmin fərdi yaşayış evinin sol yan və qarşı divarlarının birləşmə sahəsində çoxlu sayda çatlar əmələ gəlmişdir. Bundan sonra o, Su Kanal İdarəsinə müraciət etmiş, müraciəti əsasında su axıntısının dayandırılmışdır. Qeyd edilənləri nəzərə alaraq, İdarədən hadisənin baş verməsi faktı (və ya səbəbini), habelə nəticəsini təsdiq edən sənədləri təqdim etmələri xahiş olunmuşdur."xxxx" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin və Kürdəmir Sukanal sahəsinin mühəndisləri İddiaçı iştirakı ilə onun yaşadığı ünvana və ətraf ərazilərə baxış keçirmişdir. Nəticədə bildirirlər ki, həmin sahələrdə "xxxx" ASC-yə məxsus içməli su xətti və ya çirkab su kanalizasiya xətti mövcud deyil. İddiaçı mövcud olmayan su xəttindəki qəzanın baş verməsi və qəzanın aradan qaldırılması haqqında olan iradları tamamilə əsassızdır. Göründüyü kimi, iş üzrə nə hərbi əməliyyatlar nə də sahibsiz ərazilərdən axan su nəticəsində İddiaçı məxsus fərdi yaşayış evinə zərər dəyməsi faktı təsdiqlənməmişdir. Odur ki, Cavabdeh1 Sığorta Şirkəti sığorta hadisəsinin baş verməməsi barədə qərar qəbul edərək, sığorta ödənişinin verilməsindən imtina etmişdir. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.

23. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-776/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın təmin edilməsi, ünvan 1i ünvanında yerləşən yaşayış evinə məişət-çirkab sularının yığılması nəticəsində zərər dəyməsi sığorta hadisəsi kimi qeydə alınmaqla evə dəymiş ziyana görə 2467 (iki min dörd yüz altmış yeddi) manat məbləğində sığorta ödənişinin və 44,67 (qırx dörd manat altmış yeddi qəpik) manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilməsi, oş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 SŞ ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 925.1, 926.1, 935.1.3-cü maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13, 15, 21.1.1, 36.1.5, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

25. Qətnamədən Cavabdeh1 Sığorta Şirkəti ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti iddia tələbinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə işdə olan sübutları hərtərəfli və tam araşdırmamış, ekspert rəyini mötəbər sübut kimi nəzərə almaqla onun qabaqcadan qüvvəsini tanımışdır. Atəşgah” Sığorta Şirkəti 2 nömrəli Regional Sukanal İdarəsinin X11 sorğu ünvanlamış, həmin sorğuda sığorta hadisəsi ilə bağlı aparılan araşdırma zamanı X5 izahatı da qeyd edilmişdir. O izahatında bildirmişdir ki, Su Kanal idarəsinə məxsusolan içməli su xəttindən ona məxsus əmlakın arxa tərəfinə 2 ay ərzində su axmış və bunun nəticəsində həmin fərdi yaşayış evinin sol yan və qarşı divarlarının birləşmə sahəsində çoxlu sayda çatlar əmələ gəlmişdir. Bundan sonra o, Su Kanal İdarəsinə müraciət etmiş, müraciəti əsasındasu axıntısının dayandırılmışdır. "xxxx" ASC-nin 2 nömrəli Regional Sukanalİdarəsi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin və Kürdəmir Sukanal sahəsinin mühəndisləri X3 iştirakı ilə onun yaşadığı ünvana və ətraf ərazilərə baxış keçirmişdir. Nəticədə bildirirlər ki, həmin sahələrdə "xxxx" ASC-yə məxsus içməli su xətti və ya çirkab su kanalizasiya xətti mövcud deyil. X3 mövcud olmayan su xəttindəki qəzanın baş verməsi və qəzanın aradan qaldırılması haqqında olan iradları tamamilə əsassızdır. Məhkəmə qeyd edilən halları araşdırmamış, məhz araşdırılmayan bu hala istinad edərək hadisəni sığorta hadisəsi kimi tanımışdır. Məişətçirkab sularının yığılması faktı sübut edilməmişdir. Həmin hal baş vermişdirsə, nə vaxt baş verdiyi müəyyən edilməmiş, həmin halın məhz sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə baş verdiyi sübut edilməmişdir. Bu faktı sübut edilmədən məhkəmə ancaq ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq səhv nəticəyə gəlmişdir. 2 saylı sukanal idarəsinin xx.xx.2021-ci il tarixli məktubu, Kürdəmir İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubu 1-ci instansiya məhkəməsinə təqdim edilsədə sübutlar qiymətləndirilərkən nəzərə alınmamışdır. Məhkəmə qətnaməsində Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli məktubuna istinad etmişdir. Lakin həmin məktuba cavabdehin xx.xx.2021-ci il tarixli cavabı məhkəməyə təqdim edimədiyi üçün hazırda təqdim edilməsinə zərurət yaranmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

30. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

31. Maddə 925.1 və 925.3 sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

32. Maddə 926.1 sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

33. Maddə 935.1.3 müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun

34. Maddə 13.1 və 13.2 icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

35. Maddə 15 icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclərdən; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclərdən; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir.

36. Maddə 21.1.1 hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda sığorta ödənişinin verilməsi nəzərdə tutulmur.

37. Maddə 36.1.5 su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

38. Maddə 39.3.3 digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat təsbit edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

46. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-776/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 SŞ ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli icbari sığorta şəhadətnaməsi (müqaviləsi) imzalanmış ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi əmlak sığortası növü ilə sığortalanmış, sığortalı İddiaçı müraciət edərək, sığortalanmış əmlakın sığorta hadisəsinə məruz qaldığını bildirərək sığorta ödənişinin ödənilməsini tələb etmişdir. Cavabdeh1 Sığorta Şirkəti ASC isə müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanmasının nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olmasının sığorta ödənişinin verilməsindən imtina üçün əsas olmasına, həmçinin "xxxx" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsi tərəfindən sorğuya cavaba əsasən, həmin sahələrdə "xxxx" ASC-yə məxsus içməli su xətti və ya çirkab su kanalizasiya xəttinin mövcud olmamasını göstərərək, iş üzrə nə hərbi əməliyyatlar, nə də sahibsiz ərazilərdən axan su nəticəsində İddiaçı məxsus fərdi yaşayış evinə zərər dəyməsi faktının təsdiqlənməməsinə istinad edərək sığorta hadisəsinin baş verməməsi əsası ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir.

49. Kollegiya qeyd edir ki, İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 SŞ ASC-də icbari sığorta növü ilə sığortalamış və bu işin mübahisəsiz halıdır.

50. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/3961 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, divarın birləşmə yerlərindəki aralanmaların, pəncərə və qapı boşluqlarının kənarlarında iri həcmli çatların və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ, söküntü, qazıntı, tikintiquraşdırma işləri, raket mərmisinin düşməsi və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikinti-quraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarında olan məlumatları nəzərə alaraq, ünvan 1ində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların yaxınlığına 2020-ci ilin oktyabr ayında raket mərmisinin düşməsi və məişət-çirkab sularının yığılması nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. ünvan 1ində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 2617 manat məbləğində müəyyən edilmişdir.

51. Göründüyü kimi ekspert rəyində ünvan 1ində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların yaxınlığına 2020-ci ilin oktyabr ayında raket mərmisinin düşməsi ilə yanaşı həmçinin məişət-çirkab sularının yığılması nəticəsində yaranmağa xarakterik olduğu da müəyyən edilmişdir.

52. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 iyun 2021- ci il tarixli məktubunun məzmunundan da görünür ki, ... Hadisə ilə əlaqədar sığortaçı tərəfindən Cavabdeh3nə ünvanlanmış sorğuya cavab olaraq həmin səlahiyyətli orqan tərəfindən təqdim edilmiş məktubda sığortalanmış fərdi yaşayış evinin arxa hissəsində olan sahibsiz ərazinin ətraf ərazilərdə yerləşən fərdi yaşayış evlərindən və obyektlərdən axıdılan məişət-çirkab sularının yığılması nəticəsində su ilə dolması və bu səbəbdən vətəndaş Əjdər Zərbalıyevə məxsus həyətyanı torpaq sahəsində həmin ərazi ilə bitişik sərhəddə inşa edilmiş fərdi yaşayış evinə ziyan dəydiyi qeyd edilmişdir. Sığortaçı tərəfindən məişət-çirkab suları nəticəsində daşınmaz əmlaka zərər dəyməsi halının sığorta təminatına aid edilmədiyi əsas gətirilməklə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Lakin Qanunda qeyd olunan hadisə sığorta təminatına istisna olaraq nəzərdə tutulmamış, həmçinin daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi sığorta hadisəsi hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 102.1 -ci və 102.2.7-ci maddələrini rəhbər tutaraq baş vermiş sığorta hadisəsi nəticəsində vətəndaş Əjdər Zərbalıyevə məxsus daşınmaz əmlaka dəymiş zərərə görə sığorta ödənişi məbləğinin 7 iş günü müddətində hesablanaraq faydalanan şəxsə ödənilməsinin təmin edilməsi və bu barədə məlumatın Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur.

53. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, qanunvericilikdə müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması sığorta ödənişinin verilməsindən imtina üçün əsas kimi müəyyən edilsə də, daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasması ilə zədələnməsi sığorta hadisəsi kimi tanınmalıdır.

54. Kollegiya qeyd edir ki, işin sadalanan hallarına əsasən daşınmaz əmlakın yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasması ilə zədələnməsi sığorta hadisəsi kimi tanındığından dəymiş zaiyanın məbləğinin müəyyən edilməsinə zərurət yaranır. İş materiallarında olan və yuxarıda istinad edilən ekspert rəyi ilə həmçinin ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyan 2617 manat məbləğində müəyyən edilmişdir.

55. Məhkəmə haqlı olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/3961 saylı, xx.xx.2022-ci il tarixli rəyini mötəbər sübut hesab etmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində yalnız baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul etməmiş, ekspert rəyi ilə müəyyən edilən məbləği mübahisələndirməmişdir. Görüdüyü kimi, rəylə müəyyən edilən məbləğlə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

57. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti ilə mübahisələdirilən hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-776/2022 saylı 15 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar