Məhkəmə qərarları › İş №2(103)-1467/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1467/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1467/2024 06.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Xəyal Əjdər oğlu Sarıyev(sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(011)-3040/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.29 iyul 2020-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış 1S-5749 reyestr saylı, AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi ilə Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 158.6kv.m olan mənzilini 50.000 manata Cavabdeh2 satmışdır. 2.İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsini tələb etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi tərəfindən Cavabdeh2adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı Məmmədov Məmməd Yəhya oğlu vaxtı ilə Əhmədli qəsəbəsində çörək zavodu işlədirdi. Zavodu işlətdiyi müddət çox saylı yük avtomobilləri almış, bundan başqa vaxtı ilə əlavə bir neçə daşınmaz əmlaklar da almış və Bakı şəhəri Binəqədi rayonunda da, 0.50 ha torpaq sahəsi almışdır. Həmin ərəfədə iddiaçının həyat yoldaşı qonşuluqda, Bakı şəhəri Xətai rayonu, Zeytun küçəsi, 193 saylı həyət evi almışdır. Lakin sözügedən həyət evini, yaxın dostu Cavabdeh3 adına rəsmiləşdirmişdir. Vaxtı ilə Cavabdeh3 adına Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, 193 saylı həyət evinə dair seriya MA № ******* nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir. Məmmədov Məmməd Yəhya oğlu biznes işlərini genişləndirmək üçün "xxxx" ASC-dən, iddiaçının məlumatına görə, 1.500.000 manat kredit götürmüşdür. Əvəzinə, Bakı şəhəri Binəqədi rayonunda 0.50 ha torpaq sahəsini, çox saylı yük avtomobilləri, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun küçəsi, 181 “a” saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etdirmişdir, iddiaçının evi girovda olmuşdur. Məmmədov Məmməd Yəhya oğluxx.xx.2014-cü il tarixdə Türkiyə xəstəxanasında vəfat etmişdir. Bu barədə 22 aprel 2014-cü il tarixdə, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm şəhadətnaməsi verilmişdir. İddiaçı və digər ailə üzvləri iddiaçının həyat yoldaşı Məmmədov Məmməd Yəhya oğlunun vəfatından sonra, yoldaşından qalan miras daşınmaz və danışar əmlakların qəbul edilməsi ilə bağlı Bakı şəhəri 40 saylı Notariat kontoruna müraciət etmiş, əvvəl xx.xx.2014-cü il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa 28 may 2016-cı il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı və ailə üzvləri vərəsəliyi qəbul etdikdən dərhal sonra "xxxx" ASC ilə problemlər başlanmış və müvafiq qətnamə qəbul edilmişdir. "xxxx" ASC Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, cavabdehlər Nümayəndə, X7, X4, X2 və "xxxx" MMC-yə qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və sair tələbinə dair iddia tələbi irəli sürmüş, 16 oktyabr 2017-ci il tarixdə iddia tələbi qismən təmin edilərək cəmi 2,325,127,51 (iki milyon üç yüz iyirmi beş min yüz iyirmi yeddi manat əlli bir qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; tələb ipoteka ilə yüklü edilmiş QAZ-3302-18 markalı, 90- CD-874 dövlət qeydiyyat nişanlı, QAZ-3302-18 markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı, QAZ-3302111 markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı, QAZ-3309-352 markalı 10-OJ684 dövlət qeydiyyat nişanlı, İJ-27175 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı və sair nəqliyyat vasitələrinə yönəldilməsi və həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması; tələbin cavabdeh "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi və ilkin satış qiyməti 1.300.000 (bir milyon üç yüz min) manat olmaqla açıq hərracdan satılması; tələbin ünvan 3 ünvanında yerləşən 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiyməti 180.000 (yüz səksən min) manat olmaqla açıq hərracdan satılması; tələbin Nümayəndə (4/6 pay), İddiaçı (1/6 pay), X4 (1/6 pay) məxsus ünvan 4 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracdan satılması; həmin yaşayış sahələrinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlər Nümayəndə, İddiaçı və X3 1 ay ərzində tərk edilmədikdə həmin evdən çıxarılmaları və ipoteka prdmetlərinin satışından əldə olunan vəsait hesabına cavabdehlərr X5, Nümayəndə, İddiaçı "xxxx" ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Bundan başqa iddiaçı qeyd etmişdir ki, borcları çox olduğundan mərhum əri Məmmədov Məmməd Yəhya oğlu vaxtı ilə öz dostu Cavabdeh3 adına olan 4 otaqdan ibarət Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Zeytun küçəsi 193 saylı fərdi yaşayış evini oğlu Nümayəndə mərhum ərinin dostu Cavabdeh3 dəfələrlə zəng vuraraq vaxtı ilə atası tərəfindən alınmış evi geri qaytarmasını tələb etmişdir. İddiaçı oğlu ilə belə razılığa gəlmişdir ki, Cavabdeh3 adına olan evi oğlunun adına rəsmiləşdirsin və daha sonra həmin evi satıb "xxxx" ASC-yə olan borcu ödəsinlər. Belə ki, iddiaçının mərhum ərinin dostu Cavabdeh3 iddiaçıya zəng edərək bildirmişdir ki, Nümayəndə təkidlə 4 otaqdan ibarət olan Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Zeytun küçəsi 193 saylı fərdi yaşayış evini tələb edir, iddiaçı da həmin evi onun oğlu Nümayəndə adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bu hadisədən bir neçə il sonra 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra şöbəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsini icra etmək məqsədilə iddiaçı və onun qızını ünvan 3 ünvanında yerləşən 7 otaqlı fərdi yaşayış evindən çıxarmışdır. Həmin vaxtdan etibarən iddiaçı kirayədə yaşamaqdadır. Həmin gün iddiaçı yenidən mərhum ərinin dostu Cavabdeh3 zəng etmiş və özünün və qızının evdən çıxarıldığını bildirmişdir, soruşmuşdur ki, oğlu nə üçün banka ödəniş etməyib, Cavabdeh3 iddiaçıya bildirmişdir ki, alqı-satqı oğlu ilə yox, onun arvadı Cavabdeh2 ilə aparılmışdır. Göründüyü kimi iddiaçınn oğlu Nümayəndə məqsədli olaraq həm iddiaçını, həm də mərhum ərinin dostunu aldadaraq banka külli miqdarda borcu olduğuna görə 4 otaqdan ibarət olan Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu, Zeytun küçəsi 193 saylı fərdi yaşayış evini 29 iyul 2020-ci il tarixdə arvadı Cavabdeh2 adına rəsmiləşdirmiş, Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. 5.Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia ərzəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır, yalan məlumatlara əsaslanır. Alğı-satqı müqaviləsi Bakı şəhəri 40 saylı Notariat Kontorunda qanunvericiliyin bütün tələblərinə riayət olunmaqla bağlanmışdır. Alğı-satqı zamanı mənzilin dəyəri Cavabdeh2 tərəfindən Cavabdeh3 ödənilmişdir və bu fakt notariusda köçürülmə vasitəsi və qəbzlərlə də təsdiq edilir. Hətta satıcı tərəfin həyat yoldaşı da notarial qaydada ərizə verərək evin satılmasına razılıq vermişdir. 6.Məhkəmənin xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 öz izahatında qeyd etmişdir ki, iddiaçının mərhum əri xeyli sayda kredit götürmüş, daha sonra isə vəfat etmişdir. Bütün əmlakları satılmış, son bir əmlakıhazırki iddia tələbi üzrə olan əmlak- ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 158.6 kv.m, yaşayış sahəsi 59.7 kv.m, yardımçı sahəsi 98.9 kv.m olan 4 otaqlı fərdi yaşayış evi qalmışdır. Alğı-satqı formal xarakter daşımış, depozit hesaba pul köçürülmədən ev satılmışdır. İddiaçı hal-hazırda həmin evə gedib gələ bilmir. 7.xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 öz izahatında qeyd etmişdir ki, iddia müddəti tətbiq olunmalı və iddia tələbi rədd edilməlidir. Cavabdeh sözügedən evi 2020-ci ildə alğı-satqı müqaviləsi əsasında almış, lakin iddiaçı isə 2023-cü ildə iddia qaldıraraq ümumilikdə kəsici müddəti ötürmüşdür. Alğı-satqı müqaviləsi etibarsız olsa belə iddiaçının məhkəmədə iddia qaldırmaq hüququ mövcud deyildir. O, müqavilənin etibarsızlığının nəticələri barədə 2020-ci il tarixdən 1 il ərzində iddia qaldıra bilərdi. Alğı-satqı müqaviləsi qanunvericiliyin bütün tələblərinə uyğun şəkildə bağlanmışdır, iddiaçı öz iddia tələbinin əsası kimi sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı eyni tələblə dəfələrlə məhkəməyə müraciət etmişdir. 8.Bakı şəhər Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21 iyul 2023-cü il tarixli, 2(011)-3040/2023 saylı qətnaməsi ilə (hakim-Samirə Eyvazova) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 9.22 aprel 2014-cü il tarixdə verilmiş Ölüm haqqında Şəhadətnaməyə əsasən, Məmmədov Məmməd Yəhya oğlu xx.xx.2014-cü il tarixdə ölmüş, xx.xx.2014-cü il tarixdə 413№ ilə ölüm qeyd edilmişdir. 10.Qanun üzrə vərəsəlik haqqında 28 may 2016-cı il tarixli Şəhadətnaməyə əsasən, Məmmədov Məmməd Yəhya oğlunun vərəsəsi İddiaçı ünvan 6 ünvanında əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti Kommersiya X8 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli Nizamnaməyə əsasən "xxxx" MMC-də olan payından ibarətdir. 11.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli, 2(011)- 2255/2023 nömrəli Qətnaməsinə əsasən, "xxxx" ASC Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, cavabdehlər Nümayəndə, X7, X4, X2 və "xxxx" MMC-yə qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və sair tələbinə dair iddia tələbi irəli sürmüş, 16 oktyabr 2017-ci il tarixdə iddia tələbi qismən təmin edilərək cəmi 2,325,127,51 (iki milyon üç yüz iyirmi beş min yüz iyirmi yeddi manat əlli bir qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; tələb ipoteka ilə yüklü edilmiş QAZ-3302-18 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı, QAZ-3302-18 markalı, 10- ZL-239 dövlət qeydiyyat nişanlı, QAZ-3302111 markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı, QAZ-3309-352 markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı, İJ-27175 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı və sair nəqliyyat vasitələrinə yönəldilməsi və həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması; tələbin cavabdeh "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi və ilkin satış qiyməti 1.300.000 (bir milyon üç yüz min) manat olmaqla açıq hərracdan satılması; tələbin ünvan 3 ünvanında yerləşən 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və ilkin satış qiyməti 180.000 (yüz səksən min) manat olmaqla açıq hərracdan satılması; tələbin Nümayəndə (4/6 pay), İddiaçı (1/6 pay), X4 (1/6 pay) məxsus ünvan 4 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracdan satılması; həmin yaşayış sahələrinə tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehlər Nümayəndə, İddiaçı və X3 1 ay ərzində tərk edilmədikdə həmin evdən çıxarılmaları və ipoteka prdmetlərinin satışından əldə olunan vəsait hesabına cavabdehlərr X5, Nümayəndə, İddiaçı "xxxx" ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. 12.№0025097 nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, 193 saylı fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir, torpaq sahəsi isə dövlət mülkiyyətindədir. 13.Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ №0876019 Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh3 alıcı Cavabdeh2 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 158.6 kv.m, yaşayış sahəsi 59.7 kv.m, yardımçı sahəsi 98.9 kv.m olan 4 otaqlı fərdi yaşayış evini 50000 (əlli min) manat qiymətinə satmış, alıcı tərəfindən 50000 manat ödənilmişdir. 14.xx.xx.2020-ci il tarixli, TT**********98250000 nömrəli qəbzə əsasən, Cavabdeh2 tərəfindən alğı-satqı üzrə 50000 (əllli min) ödənilmişdir. 15.xx.xx.2020-ci il tarixdə Bakı şəhəti 40 saylı notariat ofisində X6 əri Cavabdeh3 tərəfindən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına razılıq vermişdir. 16.AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli verilmiş Çıxarışa əsasən, ünvan 5 fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. 17.xx.xx.2023-cü il tarixli Ərizəyə əsasən, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. 18.Məhkəməişin mübahisə edilən halı ilə bağlı qeyd etmişdir ki,cavabdehlər arasında Bakı şəhəri 40 saylı notariat ofisində xx.xx.2020-ci il tarixili AN-İ №0876019 Daşınmaz Əmlakın Alğısatqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilməməsi halları müəyyən edilməmişdir. 19.Məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsi məsələləri ilə əlaqədar kəsici müddət əqdin etibarsız sayılmasına əsas verən halları tərəfin bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il müddətində məhkəməyə müraciət etməli idilər. Alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixində bağlandığını nəzərə alsaq, məhkəmə iki ildən çox müddət ərzində iddiaçının bu müqavilə ilə bağlı məlumatlı olmamasını ağlabatan hesab etmir. İddiaçı alğı-satqı müqaviləsi haqqında 28 sentyabr 2022-ci ildə məlumat aldığını bildirsə də, bunu sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarında qeyd edilir ki, “Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.” 20.Məhkəmə həmçinin qeyd etmişdir ki, 354-cü maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətlərdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, MM-in 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmasa da cavabdeh tərəf məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində kəsici müddətin tətbiqini məhkəmədən xahiş etmişdir. Beləliklə, istinad edilən normaya əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı qanunla ona əqdin etibarsızlığını mübahisələndirmək üçün verilmiş müddəti ötürmüşdür. Belə ki, MM-in 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 21.Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mövcud iddia tələbi rədd edilməlidir. 22.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 140, 324.1, 324.2, 337.1, 337.2, 337.4, 337.5, 354.1, 354.2, 377.1, 390.1-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 107, 119.1, 217.4 , 218.3 və 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 23.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd olunmuşdur ki, 28 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsi Bakı şəhəri, Xətai rayon məhkəməsinin qətnaməsini icra etmək məqsədi ilə qızı ilə birlikdə, ünvan 8 ünvanda yerləşən 7 otaqlı fərdi yaşayış evindən çıxarılmışlar. Elə həmin gün mərhum ərinin dostu iş üzrə cavabdeh olan Cavabdeh3 zəng vuraraq, evdən çıxarılmalarını demiş və bildirmişdir ki, nə üçün oğlu Nümayəndə banka olan borcdan ödəniş etməyib, onunla danışıqları olmuşdur, 4 otaqdan ibarət olan, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, 193 saylı fərdi yaşayış evini bağışlama yolu ilə onun adına, o isə evi təcili sataraq banka ödəniş edir ki, onuhazırda yaşadıqları evdən çıxarmasınlar. Bu zaman ərinin dostu ona bildirmişdir ki, 2020-ci ilin iyul ayları idi, o vaxt Covid- 19 xəstəliyi ilə əlaqədar hamısı bayırda imiş o bilməmişdir ki, oğlu özü ilə bağışlama yox, arvadı ilə alğı-satqı müqaviləsi bağlamışdır. Həmin məsələni o özü bu yaxınlıqda bilmişdir, çünki, həmin vaxt sənədlərə qol çəkmiş və ona heç bir sənəd verməmişlər. Bir müddət keçdikdən sonra, ərinin dostu biznes işləri ilə məşğul olduğundan, vergi orqanı ondan bu yaxınlıqda alğı-satqı etdiyi üçün həmin alğı-satqı müqaviləsinin surətni istədikdə, o dərhal 40 saylı Notariat ofisinə getmiş, notariat ofisi tərərfindən alğı-satqı müqaviləsinin təsdiq edilmiş surətni aldıqdan sonra bilmişdir ki, o oğlu Turanla bağışlama müqaviləsi yox, Turanın arvadı Cavabdeh2 ilə alğı-satqı müqaviləsi bağlamış, evi guya o, 50.000 manata satmış, lakin o hər hansı bir pul almadığını bildirmişdir. İddiaçı dərhal bu işlə bağlı 29 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri 40 saylı Notariat ofisinə ərizə ilə müraciət edib Cavabdeh3 və Cavabdeh2 ilə aralarında olan alğı-satqı müqavilsəsinin surətni istədikdə, 40 saylı Notariat ofisinin notariusu Şəhla adlı xanım onun üstümə qışqıraraq, tərəf olmadığı üçün, alğı-satqımüqaviləsinin surətini verməmişdir. Axırda həmin alğı-satqı müqaviləsinin təsdiq olunmuş surətini iddiaçıya Cavabdeh3 vermişdir. İddia müddətini ötürməmişdir, belə bir halda hər hası bir kəsici iddia müddəti tədbiq edilməmişdir. İşə baxan məhkəmə bu hissələri araşdırmamış, bir başa işi baxışa təyin etmişdir. Ümumiyyətlə işə baxan birinci instansiya məhkəməsi hər hansı bir araşdırma aparmamış, Cavabdeh3 xəstə olduğundan və məhkəmədə iştirak edə bilməmişdir. 28 sentyabr 2022-ci il tarixdə, Cavabdeh3 məhkəmə iclasına gəlib həmin danışıq müddətini təsdiq etsəydi, bu bir daha iddia müddətinin ötürülməməsini sübut edərdi. Bundan başqa, 28 sentyabr 2022-ci il tarixdə, iddiaçı Cavabdeh3la danışmasaydı, bilə bilməzdi ki, oğlu evi öz adına yox, pərdələmək məqsədi ilə arvadı Cavabdeh2 ilə alğı-satqı müqaviləsi bağlatmışdır. İddiaçı mübahisəli evin Nümayəndə adına keçməsini bilmiş, Cavabdeh3 və Cavabdeh2 arasında alğısatqı müqaviləsinin bağlanmasını bilməmişdir. İddiaçı 28 sentyabr 2022-ci il tarixdə ona məlum olan vaxtdan gəliniCavabdeh2 məhkəməyə vermişdir. Bu bir daha onu sübut edir ki, ona məhz 28 sentyabr 2022-ci il tarixdə məlum olub, belə halda iddia müddətinin buraxılmasından söhbət belə gedə bilməz. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı yazılı etriaz daxil olmuşdur. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizənin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, vərəsəlik oğlu tərərfindən qəbul olunmuş, bütün bank ödənişləri oğlu Turan tərəfindən həyata keçirilir. Oğlu Turan ona zəng edərək, borcu çox olduğu üçün, Valexin adına olan evin onun adına keçməsinə razılıq verməsini istəmişdir. Sonra Valex tərəfindən zəng gəldikdə, o, evin oğlu Turanın adına keçməsinə razılıq vermişdir. İcra məmurları tərəfindən yaşadığı evdən çıxarıldıqdan sonra evin oğlunun deyil, gəlininin adına keçdiyindən məlumatı olmuşdur. 27.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, iddiaçı oğlu tərəfindən aldadılıb, müqavilə oğlu ilə bağlanmalı olduğu halda, gəlini Xalidə ilə aparılmışdır. Əqd aldatmanın təsiri altında bağlanılmış, həmçinin pərdələnmişdir. 28.Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini qəbul edərək, təmin edilməsini xahiş etdi. O, izahatında qeyd etdi ki, mübahisəli ev xx.xx.2010-cu ildə onun adına qeydə alınsa da, həmin əmlak iddiaçının ərinin olmuşdur. 2020-ci ilin iyul ayında Turan atasının evinin onun adına keçirilməsini xahiş etmişdir. O, bu məsələni Rəhilə xanımla müzakirə etmiş, sonuncu əmlakın oğlu Turanın adına keçirilməsinə razı olduğunu demişdir. 29 iyul 2020-ci ildə o, Turan və Turanın həyat yoldaşı ilə birlikdə 40 saylı notariat kontoruna getmişlər. O, notariat kontorunda sənədlərə imza etsə də, elə bilmişdir ki, ev Turanın adına keçir. Evin Turanın yoldaşının adına keçməsindən məlumatsız olmuşdur. O, evin satılmasına görə 50000 manat məbləğində pul almamışdır. Sənədlərdə olan imzalar ona məxsusdur. 29 iyul 2020-ci ildə notariat kontorundan qayıdandan sonra həyat yoldaşı Rəhiləyə zəng edərək, evin Xalidənin adına keçməsi barədə məlumat vermişdir. Hətta demişdir ki, oğlu Turan içməyə belə onlara su alıb verməmişdir. 29.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını, kəsici müddətin tətbiq edilməsini xahiş etdi. 30.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, Valex qonşuluqda yaşayır, oranı satmaq istədiyi barədə məlumatı olduqda Valexə zəng edərək, oranı almaq istədiklərini bildirmişdir. Satılan ev onun atasına məxsus olmayıb, Valexə məxsus olub. Bundan sonra o, həyat yoldaşı Xalidə və Valex ilə birlikdə 29 iyul 2020-ci ildə notariat kontoruna getmişlər. Orada ev Xalidənin adına alğısatqı olmuşdur. Onlar depozitə 50000 manat pul ödəmiş, Valex depozitdən həmin pulu götürmüşdür. Valexin dedikləri həqiqətə uyğun deyil. Belə ki, dövlət orqanında Xalidə ilə Valex arasında alğı-satqı müqaviləsi bağlanılıb. Valexin bundan xəbərsiz olması, 50000 manat pulu almaması ilə bağlı bildirdikləri heç bir subuta əsaslanmır. 31.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdehlər Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 32.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 33.Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 34.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 35.Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 36.Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 37.Maddə 324.5.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 38.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 39.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 40.Maddə 339.1.Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər 41.Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 42.Maddə 339.3.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 43.Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurmaəqdəhəmiyyətsizdir. 44.Maddə 340.2.Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 45.Maddə 354.2.Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 46.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 47.Maddə 398.1.Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 48.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 49.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 50.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 52.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası tərəflərin izahatlarıını dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 54.Belə ki, mübahisənin mahiyyəti ondan ibarətdir ki, 29 iyul 2020-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış 1S-5749 reyestr saylı, AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi ilə Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 158.6 kv.m olan mənzilini 50.000 manata Cavabdeh2 satmışdır. 55.İddiaçı iddia tələbi üzrə mövqeyini və apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırır ki, iddiaçı mərhum ərinə məxsus, lakin Cavabdeh3 adına rəsmiləşdirirlmiş fərdi yaşayış evinin oğlu Nümayəndə adına rəsmiləşdirilməsinə razılıq versə də, o, aldadılmış ev gəlini Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bundan əlavə bağlanmış müqavilə pərdələnmişdir. 56.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 57.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, iddiaçının qeyd etdiyi hallar iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmamış, iddiaçı tərəfindən bu halları təsdiq edən hər hansı bir mötəbər sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. 58.Belə ki, MPM-nin 10-1.2.Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 59.Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 60.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 61.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 62.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 63.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 64.İddiaçı mübahisələndirilən əmlakın Cavabdeh3 deyil, mərhum həyat yoldaşına məxsus olmasını bildirsə də, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasının qeyridəqiqliyini sübuta yetirə bilməmişdir. Kollegiya bu halın Cavabdeh3 tərəfindən etiraf edilməsini mötəbər sübut kimi qəbul etmir. 65.Belə ki, MM-nin 140-cı maddəsində daşınmaz əmlakın dövlət qeyestrinin məlumatlarının həqiqiliyi və tamamlığı prezumpsiyası müəyyən edilmişdir. eReyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgənkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdə aparılmış qeyd bir qayda olaraq həqiqi hesab edilir. Lakin bü ümumi qaydadan iki istisna müəyyən edilmişdir. Belə ki, əvvəla əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bildiyi halda həmin qeyd həqiqi hesab edilə bilməz. Eləcə də, müəyyən qeydə dair etiraz reyestrə daxil edildikdə qeyd qeyri-həqiqi hesab edilir və ləğv edilir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 nümayəndəsi Nümayəndə mübahisəli əmlakın atasına deyil, Cavabdeh3 məxsus olduğunu və həyat yoldaşı Cavabdeh2 tərəfindən pul ödənilməklə əldə edildiyini bildirmişdir. 66.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd olunduğu kimi əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. 67.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; -əqdin subyektiv tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. 68.Müqavilənin öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır.Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəligəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 01 dekabr tarixli Qərarları) 69.Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 70.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 71.Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, alğı-satqı müqaviləsində qeyd edilən 50000 manat pul vəsaiti evin alğı-satqı müqaviləsi bağlanmazdan öncə müvafiq depozit hesabına qoyulmuş, sonra müqavilə bağlanmış və təsdiq olunmuşdur. Yəni, qeyd olunan pul məbləği notariusun depozit hesabı vasitəsi ilə ödənilmiş və cavabdehin də bank vasitəsi müvafiq qəbzi imzalayaraq pulu qəbul etmişdir. İşin araşdırılmış hallarından görünür ki, alğısatqı müqaviləsi üzrə satıcının alıcıya ödəməli olduğu məbləğ Cavabdeh2 tərəfindən notariusun depozit hesabına qoyulmuş, bundan sonra alğı-satqı rəsmiləşdirilməklə müqavilə tərəflərinin fotoşəkilləri çəkilmişdir. 72.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. 73.Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. 74.Belə ki, əqdin qarşı tərəfi aldadıcı davranışı qəsdən edilmiş olmalı, belə davranış məhz əqdin bağlanması ilə əlaqədar olmalı, əqd həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı əqd ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Deməli, aldatma halında iradə ilə onun ifadəsi bir-birinə uyğundur, lakin iradənin özü başqasının təsiri ilə həqiqətə uyğun olmayan təsəvvür nəticəsində yaranır. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. 75.Məhkəmə araşdırması zamanı alğı-satqı müqaviləsinin həmçinin aldatma yolu ilə bağlanması halı öz təsdiqini tapmamış, müqavilə tərəfləri olan Cavabdeh3 iradəsinin Cavabdeh2 təsiri ilə həqiqətə uyğun olmayan təsəvvür nəticəsində yaranması öz təsdiqini tapmamışdır. 76.Tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, alğı-satqı müqaviləsi tərəflərin iradə ifdalələrinə uyğun olaraq bağlanmışdır. 77.Digər tərəfdən məhkəmə araşdırması zamanı Cavabdeh3 özü etiraf etmişdir ki, 29 iyul 2020-ci ildə notariat kontorundan qayıdandan sonra həyat yoldaşı Rəhiləyə zəng edərək, evin Xalidənin adına keçməsi barədə məlumat vermişdir. Hətta demişdir ki, oğlu Turan içməyə belə onlara su alıb verməmişdir. Göründüyü kimi, iddiaçı 29 iyul 2020-ci ildən evin alğı-satqı yolu ilə Cavabdeh2 adına keçməsindən məlumatlı olmuş, aldatmaya münasibətdə MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddəti keçirmişdir (ilk iddia xx.xx.2022-ci ildə məhkəməyə verilmişdir). 78.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: -Qanunvericiliyin norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. -Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur -kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. -iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; -iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; -iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; -iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda bir başa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. 79.Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulubpozulmamasından asılı olmayaraq ona xitam verir. 80.Digər tərəfdən, iddia müddəti konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdəndə cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdəndə məhkəmənin öz təşəbbüsü ilə (exofficio) tətbiq edilir). 81.Kollegiya alğı-satqı müqaviləsinin görünüş üçün bağlanmış əqd olmaqla, başqa əqdi pərdələməsi ilə bağlı hallara qiymət verərək, aşağıdakıları qeyd edir. 82.Sırf görünüş üçün edilən iradə ifadələri əsasən iki halla bağlı edilir və Mülki Məcəllənin 340-cı maddəsində bu hər iki halla bağlı xüsusi tənzimləmə nəzərdə tutulmuşdur. Hər iki hal iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluq əmələ gətirməklə yaranır. Başqa sözlə hər iki halda da ifadə bilərəkdən əsl iradəyə zidd şəkildə edilir. 83.Mülki Məcəllənin 340.1 maddəsinə əsasən “uydurma əqd” olaraq adlandırılan birinci halın mövcudluğunun qəbul edilməsi üçün aşağıdakı iki şərtin eyni vaxtda olması lazımdır: -Əqdi əmələ gətirən iradə ifadəsini edənlər buna uyğun hüquqi nəticənin, yəni öhdəliklərin əmələ gəlməsini istəməmiş olmalıdırlar. -Uydurma əqd sırf başqalarını aldatmaq məqsədi ilə bağlanmış olmalıdır. Yəni iradə ifadəsi, əslində olmayan haqqı və öhdəliklərin mövcudluğu barəsində sırf üçüncü şəxslərdə yanlış qənaəti formalaşdırmaq məqsədi ilə edilmiş olmalıdır. 84.Sırf görünüş üçün edilən iradə ifadələri ilə bağlı ikinci halı təşkil edən yalan əqdin mövcudluğunun qəbul edilə bilməsi üçün uydurma əqdlə bağlı şərtlərin olması ilə yanaşı, eyni zamanda aşağıdakı şərtlər də olmalıdır: -İki ayrı əqd bağlanmış olmadılır. -Bu əqdlərdən biri onu bağlayanların həqiqi iradəsini əks etdirməsinə baxmayaraq, gizlədilmiş olmalıdır. -Bu əqdlərdən digəri olan görünüşdəki əqd isə, sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmalıdır. 85.Yalan əqdin olduğu hallarda əqdi bağlayanlar əslində bağladıqları əqdin heç hüquqi nəticə əmələ gətirməyəcəyini deyil, başqa mahiyyət və nəticə əmələ gətirməsini istəyirlər. Başqa sözlə, görünüşdəki əqdi ona uyğun hüquqi nəticələri əmələ gətirmək məqsədilə deyil, əsl niyyətlərində tutduqları başqa bir əqdə dair faktiki nəticələrin əmələ gəlməsinə hüquqi şərait yaratmaq məqsədilə bağlayırlar. 86.Kollegiya qeyd edir ki, hazırki halda tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin görünüş üçün bağlanması (uydurma əqd), sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək üçün bağlanması (yalan əqd) halları öz təsdiqini tapmır. 87.Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 88.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 89.Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 90.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 91.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 92.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(011)-3040/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar