Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1468/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoru olmaqla) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsinin müəyyən edilməsi və hüquqmüəyyənedici sənədin verilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoru olmaqla “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsinin müəyyən edilməsi və hüquqmüəyyənedici sənədin verilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3802/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1948-ci ildə anadan olmuşdur. X2, anası X1r.
2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1952-ci ildə anadan olmuşdur. X2, anası X1r.
3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir.
4. Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, 6-cı Xrebtovaya küçəsində yerləşən 37 saylı ev Səmədov Səmədəlinin adına qeydiyyata alınmışdır. 15. xx.xx.2000-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə vəfat etmiş X7 vərəsləri – Cavabdeh1 və X15r. Miras qalmış əmlak - Bakı şəhəri, 6-cı Xrebtovaya küçəsində yerləşən, ümumi sahəsi 64.4 kvm. yaşayış sahəsi 33.4 kv.m, köməkçi sahəsi 30.7 kv.m olan iki otaqlı 37 saylı evdən ibarətdir.
5. AR ƏN Bakı şəhəri 35 saylı Dövlət Notariat Ofisinin 26 iyun 2024-cü il tarixli, X370 nömrəli məktubundan görünür ki, X10 bildirilmişdir ki, xx.xx.1991-ci ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair qardaşları xx.xx.2002-ci ildə X16 və Cavabdeh1 vərəsəlik şəhadətnaməsi verilmişdir. Sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, AR Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən qanunvericiliyin tələbində göstərilən mirasın qəbulu müddəti ötürülmüşdür və həmin tarixdə o, vərəsə kimi müraciət etmədiyi üçün vərəsə kimi tanınmamışdır. Odur ki, ötürülmüş müddətin bərpa edilmədən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Müddətin bərpası və vərəsə kimi tanınma üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
6. AR İN yanında ƏMDX DƏDKR X23 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi ünvan 2-40 reyestr nömrəli xx.xx.2000-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən xx.xx.2000-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Sonradan sözügedən hissəyə dair Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsi Tapıntılar Bürosunun 2284 nömrəli xx.xx.2011- ci il tarixli arayışa və qazetdə elana əsasən Cavabdeh1 adı ilə bağlı ********** (reyestr: **********27-10301) qeydiyyat nömrəli çıxarış (dublikat) tərtib edilmişdir. Həmçinin bildirilir ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli müraciəti ilə MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışa, FM seriyalı 027828 nömrəli xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə, 1963-cü il tarixli texniki pasporta və eskiz layihəyə əsasən “A” tikilisindən qalan hissə və “B" tikilisindən 1/2 hissəyə dair Cavabdeh2 adı ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış tərtib edilmişdir, habelə “A" tikilisinin 1-ci mərtəbəsindən 1 otaq (y/s-16.9 kv.m, k/s-16.9 kv.m) və "B” tikilisindən 1/2 hissə üzərində Cavabdeh1 mülkiyyət hüquqları tanınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoru cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X11 adına Bakı şəhəri, Behbud Şaxtaxtinski (köhnə adla - 6-cı Xrebtovaya küç.27) küçəsində yerləşən, ümumi sahəsi 64.4 kvm. yaşayış sahəsi 33.4 kv.m, köməkçi sahəsi 30.7 kv.m olan iki otaqlı 37 saylı evə dair Bakı şəhəri,Suaraxanı rayonu 35 saylı notariat kontoru (ofisi) tərəfindən verilmiş, 2B-40 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab olunub ləğv edilməsi, iddiaçı X17 tərəfindən vərəsə olaraq X2ndan qalmış mirası (Bakı şəhəri, Behbud Şaxtaxtinski küçəsində yerləşən, ümumi sahəsi 64.4 kv.m yaşayış sahəsi 33.4 kv.m, köməkçi sahəsi 30.7 kv.m olan iki otaqlı 37 saylı ev) qəbul etməsi, payının müəyyən edilərək bu barədə iddiaçıya müvafiq hüquqmüəyyənedici sənədin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. X2, anası X6 olmuş, atası xx.xx.1991-ci ildə, anası isə xx.xx.1991-ci ildə vəfat etmişlər. Ailədə beş qardaş olmuşlar: Cavabdeh1, Səmədov Cavad (vəfat edib), Səmədov İlqar (vəfat edib), Səmədov Gülhüseyn və iddiaçı X17. Atası vəfat edəndən sonra ondan Bakı şəhəri, Behbud Şaxtaxtinski küçəsində yerləşən (köhnə ünvan 6-cı Xrebtovaya küçəsi 27) ümumi sahəsi 64.4 kv.metr yaşayış sahəsi 33.4 kv. metr, köməkçi sahəsi 30.7 kv.metr olan, iki otaqlı 37 saylı ev miras qalmışdır. 18 iyul 1991-ci ildə atası vəfat edərkən o, öz şəxsi vəsaiti hesabına ünvan 4 ünvanında, 40 məclisi əlavə olmaqla, 7 gün hüzr məclisi təşkil etmişdir. Həmçinin dəfn və digər zəruri xərclər üzrə bütün ödənişləri həyata keçirmişdir. Qeyd edir ki, ünvan 5 ünvanında atasından qalan miras evdə qardaşlardan heç kim faktiki olaraq yaşamamışdır. O və cavabdeh həmin evdə 6-7 yaşına qədər yaşamışlar. Miras qalmış ev kirayə verilmiş, evdə uzun müddət kirayəçilər yaşamışlar. O, həmin ünvanda qeydiyyatda olmasa da, mütəmadi olaraq həmin evə baş çəkmiş, nəzarət etmişdir. Qeyd edir ki, cavabdeh və onun ailəsi həmişə Hövsan qəsəbəsində, fərdi evdə yaşamışdır. Hövsan qəsəbəsində yerləşən həmin torpaqlar da atadan qardaşlara miras qalmışdır.Lakin qərara gəlmişlər ki, Hövsan qəsəbəsində yerləşən torpaqları razılıqla, bərabər şəkildə, qardaşlar arasında bölək və həmin bölgü mübahisə olmadan baş vermişdir. Həmçinin belə qərara gəlmişlər ki, ünvan 1 ünvanında atadan qalmış miras evi isə gələcəkdə hər hansı şəxsə və ya tikinti şirkətinə satıb vəsaiti aralarında bölsünlər. Hüquqi savadsızlıq və məlumatsızlıq səbəbindən ataları X9 vəfat etdikdən sonra qardaşlar atadan qalmış Behbud Şaxtaxtinski küçəsi, ev 37 ünvanında yerləşən mirasın qəbulu üçün notariat orqanına müraciət etməmişlər. Lakin ona məlum olmuşdur ki, 2000-ci ildə miras evin ətrafında yeni binaların tikintisi başlandıqda Cavabdeh1 ondan və digər qanuni vərəsələrdən gizlin olaraq, Cavad adlı qardaşı ilə birgə miras əmlaka vərəsəlik şəhadətnaməsi almış, habelə qanunsuz olaraq həmin əmlaka, öz adına, 100 faiz pay ilə müvafiq dövlət qeydiyyat orqanından mülkiyyət hüquqlarının qeydiyyatı barədə Çıxarış əldə etmişdir. Məlumdur ki, Cavabdeh1 miras əmlakı sataraq əldə olunan vəsaiti digər vərəsələrlə bölüşdürmək istəməyibdir, buna görə də, notariusa təqdim etdiyi ərizədə digər vərəsələrin mövcud olmamasını qeyd etməklə, qanun üzrə vərəsələrin (doğma qardaşlarımın) mövcudluğunu gizlətmişdir. Qanunvericiliyə uyğun olaraq miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı, mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Bu baxımdan o, ondan xəbərsiz digər qanuni vərəsələrə miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi verilməsini və miras əmlakın özgəninkiləşdirilməsini qanunsuz hesab etdiyi üçün bölgünün məhkəmə qaydasında aparılması iddiası ilə pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, son vaxtlar ona bildirilib ki, əgər o həmin evi vərəsəlik qaydasında öz adına rəsmiləşdirməsə, həmin evə dair sərəncam verə bilməz və buna görə də, o, 2024-cü ilin iyun ayında, 3-cü şəxs 35 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. 35 saylı notariat ofisindən ona 26 iyun 2024-cü il tarixli, X-370 saylı məktubla bildirmişlər ki, xx.xx.1991-ci il tarixində vəfat etmiş X2ndan miras qalmış əmlaka dair qardaşları Cavabdeh1 və X16 xx.xx.2000-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin məktubla həmçinin bildirilmişdir ki, tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən edilmiş mirası qəbul etmə müddəti ötürülmüşdür və buna görə məhkəməyə müraciət etməlidir. Pozulmuş hüquqlarımın müdafiəsi üçün o, ilk əvvəl vəkilə müraciət etmiş və əldə olunmuş vərəsəlik işi ilə tanışlıqdan sonra ona məlum olmuşdur ki, iddiaçının qardaşları Nizami və Cavad digər vərəsələrdən gizlin olaraq 2000-ci ilin avqust ayında (atamızın ölümündən 9 il keçmiş) Bakı şəhəri, 35 saylı notariat kontoruna müraciət edib, qanunvericiliyə zidd olaraq təqdim etdikləri şəxsi ərizələrində digər vərəsələrin mövcud olmasını gizlədərək yalnız öz adlarına “Qanun üzrə vərəsəlik şəhadətnaməsi” almışlar. Həmin vərəsəlik işində olan sənədlərdən də görünür ki, mərhum atasının ailə üzvləri haqqında xx.xx.2000-ci il tarixli arayışlarda onun övladları kimi yalnız Cavad və Nizaminin adları qeyd olunmuşdur. Buna baxmayaraq, notariat kontorunda da qanunvericiliyin tələblərinə zidd olaraq bu fakt araşdırılmamış, digər vərəsələr müəyyən edilməmiş və yalnız iki vərəsəyə, Cavad və Nizaminin adlarına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Özü də həmin şəhadətnamə ata X9 öldükdən 9 (doqquz) il sonra verilmişdir və həmin vaxt notariat kontoru onlara imtina cavabı verməmişdir, qanunla müəyyən olunmuş müddətin ötürülməsinin üzrlü olması və məhkəmə qaydasında müddətin bərpa edilməsi tələb olunmamışdır.
9. Cavabdeh2 “iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə ərizə” ilə məhkəməyə müraciət edərək, hazırki mülki işə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3802/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə iddianı rədd edərkən ona istinad etmişdir ki, xx.xx.1991-ci il tarixdə X7 ölməsi ilə mirasın açılmasına görə iddiaçı X17 mirası əldə etməklə bağlı həmin tarixdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş 6 ay müddət ərzində iradəsini ifadə etməmiş, yəni sözügedən yaşayış sahəsini faktiki olaraq idarə etməyə başlamamış, ona yiyələnməmiş, nə də həmin dövrdə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da iddiaçı X17 miras açıldıqdan sonra mirasın onun tərəfindən faktiki olaraq qəbul olunmasını göstərən heç bir sübut təqdim etməmişdir. İddiaçının tələbində və sonrakı izahatlarında mirasın açılmasından xəbərdar olmaması, qanuni vərəsə kimi dəvət edilmədən miras əmlakın cavabdehin və digər mərhum qardaşının adına rəsmiləşdirildiyi barədə dəlilləri ilə məhkəmə razılaşmır. Ona görə ki, tərəflərin, elə iddiaçının öz izahatından da müəyyən edilir ki, o miras əmlak barədə kifayət qədər məlumatlı olmuş, lakin bununla belə artıq qeyd edildiyi kimi, müəyyən edilmiş müddət ərzində mirasa dair hüquqlarını irəli sürməmişdir. 28. Beləliklə, iddiaçı X17 miras açılan gündən 6 ay müddətində miras əmlakı qəbul etmədiyi üçün miras payı əldə etmək hüququnu itirdiyindən iddia tələbində qeyd edilən yaşayış sahəsinə münasibətdə mülkiyyət hüququ tanına bilməz. Sadalanan xüsusatları rəhbər tutmaqla məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci, 337.1-ci, 337.5-ci maddələrinə, AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına, (Azərbaycan SSR Ali Soveti tərəfindən 1964-cü il sentyabrın 11-də qəbul edilmiş və 1965-ci il martın 1-də qüvvəyə minmişdir) Azərbaycan SSR Mülki Məcəlləsinin ( AR Mülki Məcəlləsinin 01 sentyabr 2000ci il tarixdə qüvəyyə minməsilə qüvvədən düşmüşdür.) 73-cü, 77-ci, 527-ci, 528-ci, 529-cu, 552-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 88ci, 107-ci, 119.1-ci, 217.2-ci, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin məzmunu iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh1 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ç) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında cavabdehlər və nümayəndə və vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişlər.
18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Bakı şəhəri 35 saylı Dövlət Notariat Kontoruna qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
20. Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyası):
532.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülən) ər (arvad) və ölənin valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmdığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
27. Hazırkı işin faktiki hallarına əsasən mərhum miras qoyanın oğludur. iddiaçı mərhum atasının birinci dərəcəli vərəsəsi olmasına baxmayaraq, atasından miras qalmış əmlaka münasibətdə vərəsəlik işinin açılması ilə bağlı qardaşları – Nizami və Cavad tərəfindən notariat orqanın müraciət edilməsindən xəbəri olmamışdır. Belə ki, qardaşları yeganə vərəsə kimi yalnız özlərini təqdim etməklə mərhum atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və hər biri ½ hissədə pay əldə etmişdir. Daha sonra, qardaşı Cavadehə məxsus olan pay hazırki iş üzrə Cavabdeh2 satılmışdır. Cavabdeh vəfat etmişdir. Hazırki hallara istinad etməklə iddiaçı tələbinin təmin edilməsini xahiş edir. Tələbin hüquqi əsasını Mülki Məcəllənin vərəsəlik fəslini təşkil edən normaları təşkil edir. İddiaçı, eyni zamanda Kostitusiya Məhkəməsi Plenumunun mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş müddətlərin qüvvədən düşməsini müəyyən edən 26 dekabr 2023-cü il tarixli Qərarına istinad edir. Cavabdeh tərəf iddianı qəbul etmir və etirazını onunla əsaslandır ki, iddiaçı mirasın qəbul edilmə vaxtını ötürmüş və heç bir əsas olmadan uzun müddət keçəndən sonra hazırkı iddianı irəli sürmüşdür.
28. Belə ki, Bakı şəhəri, Behbud Şaxtaxtinski (köhnə adla - 6-cı Xrebtovaya küç 27) küçəsində yerləşən, ümumi sahəsi 64.4 kvm. yaşayış sahəsi 33.4 kv.m, köməkçi sahəsi 30.7 kv.m olan iki otaqlı 37 saylı evə dair Bakı şəhəri Suraxanı rayonu 35 saylı notariat kontoru (ofisi) tərəfindən verilmiş, 2B-40 nömrəli, xx.xx.2000-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında mərhum - xx.xx.1991-ci il tarixdə vəfat etmiş X5 miras qalmış qeyd olunan əmlak vərəsələri kimi - Cavabdeh1 və X19 tərəfindən qəbul edilmişdir. Eyni zamanda daha sonra qeyd olunan əmlakdan X16 düşən pay Cavabdeh2 xeyrinə özgəninkiləşdirilmişdir.
29. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. X24 qeyd edilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
30. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının məzmunundan müəyyən olunan odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulan miras əmlakın qəbulu ilə bağlı müddət ləğv edilməli, mirasın qəbulu müddətdən asılı edilməməlidir. Lakin mirasın vərəsə tərəfindən qəbulunun müddətdən asılı edilməməsi ilə bağlı sözügedən Plenum Qərarı hazırki mülki iş üzrə mübahisəyə şamil edilməməli, mövcud mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə müvafiq olaraq həll edilməlidir. Belə ki, Qərarda qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş üzrə vərəsəlik münasibətləri isə qeyd edilən Plenum Qərarından əvvəl - miras qoyan X3 ölümü ilə yəni, xx.xx.2023-cü il tarixdə yarandığından və mövcud mübahisə ilə bağlı iddia ərizəsi Plenum Qərarı qüvvəyə mindikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı mövcud vərəsəlik mübahisəsinə şamil edilməməli, mövcud mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə müvafiq olaraq həll edilməlidir.
31. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1991-ci il tarixdə X7 ölməsi ilə miras həmin tarixdə açıldığından hazırkı mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları 1964-cü il 11 sentyabr tarixli qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsidir. İddiaçı X17 da mirası əldə etməklə bağlı həmin tarixdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş 6 ay müddət ərzində iradəsini ifadə etməmiş, yəni sözügedən yaşayış sahəsini faktiki olaraq idarə etməyə başlamamış, ona yiyələnməmiş, nə də həmin dövrdə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da iddiaçı X17 miras açıldıqdan sonra mirasın onun tərəfindən faktiki olaraq qəbul olunmasını göstərən heç bir sübut təqdim etməmişdir. İddiaçının tələbində və sonrakı izahatlarında mirasın açılmasından xəbərdar olmaması, qanuni vərəsə kimi dəvət edilmədən miras əmlakın cavabdehin və digər mərhum qardaşının adına rəsmiləşdirildiyi barədə dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. Bundan əlavə tərəflərin, xüsusilə də iddiaçının öz izahatından da müəyyən edilir ki, o miras əmlak barədə kifayət qədər məlumatlı olmuş, lakin bununla belə artıq qeyd edildiyi kimi, müəyyən edilmiş müddət ərzində mirasa dair hüquqlarını irəli sürməmişdir.
32. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı işdə isə İddiaçı 2V-40 reyestr nömrəli xx.xx.2000-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsinin müəyyən edilməsi və hüquqmüəyyənedici sənədin verilməsi tələbi əsassız olduğundan və iddiaçının qeyd edilən tələblə bağlı subyektiv hüququ olmadığından iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
33. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3802/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.