Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1487/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pu” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2(004)-5438/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzili iddiaçıya satmağı öz öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh cəmiyyətə 25760 ABŞ dolları məbləğində ödəniş etmişdir. İddiaçı Cavabdeh MTK-ya və üçüncü şəxs X9 qarşı Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, adıçəkilən mənzilə dair "xxxx" MTK ilə X10 arasında xx.xx.2007-ci il tarixli, 03/17 saylı müqavilənin və onun əsasında olan bütün hüquqi nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin maneəsiz olaraq istifadəyə verilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş emişdir. Həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına əsasən İddiaçı qeyd olunan iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə ödədiyi 25760 ABŞ dolları, 40.185,60 ABŞ dolları faiz olmaqla, cəmi 65.945,60 ABŞ dolları məbləğində pul vəsaitinin və 404 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-ya və üçüncü şəxs X9 qarşı «müqavilənin və onun nəticələriin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək məhkəmədən MTK ilə X10 arasında Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kvm olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzilinə dair bağlanmış xx.xx.2007-ci il tarixli, 03/17 №-li müqavilə və onun əsasında olan bütün hüquqi nəticələrin etibarsız hesab edilərək ləğv edilməsinə, həmin mənzilin maneəsiz olaraq istifadəyə verilməsi vəzifəsinin cavabehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş emişdir. Sumqayıt şəhər məhkəməsinin 2(060)-4047/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 2(060)-4047/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 333/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3293/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kvm olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzilinə dair onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03/17 №-li müqavilə əsasında həmin mənzilə görə tərəfindən həmin tarixdə MMC-yə 25760 ABŞ dolları pul ödənilmişdir. Eyni mənzilə dair üçüncü şəxs X10 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 03/17 №-li müqavilə əsasında üçüncü şəxs tərəfindən həmin tarixdə MMC-yə 25000 ABŞ dolları pul ödənilmiş, mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə xüsui mülkiyyət hüququ əsasında üçüncü şəxs X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən məhkəmə aktlarından görünür ki, mənzilə görə tərəfiindən xx.xx.2006-cı il tarixdə MMC-yə 25760 ABŞ dolları pul ödənilmişdir. Hesab edir ki, müqavilə üzrə öhdəliyin predmeti olan mənzilin ona verilməsi mümkün olmadığından, həmin mənzilə görə cavabdehə ödədiyi pul vəsaiti geri qaytarılmalıdır. Mübahisəsizdir ki, cavabdeh 2006-cı ildən hal-hazıradək onda olan pul vəsaitindən faydalanmışdır. Bundan başqa cavabdeh onun pul vəsaitini qanunsuz saxlamış, onu qaytarmaqdan boyun qaçırmış, onun ödənilməsini gecikdirmişdir. Belə ki, xx.xx.2006-cı il tarixli, 03/17 №-li müqavilə bağlayaraq ondan Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kvm olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzilin mənə satılmasının əvəzində mənzilin dəyərini təşkil edən 25760 ABŞ dolları məbləğində vəsaiti almasına baxmayaraq, həmin mənzili sonradan X10 ilə bağladığı xx.xx.2007-ci il tarixli, 03/17 №-li müqavilə əsasında ona yenidən satmış və 25000 ABŞ dolları almış, andan almış olduğu 25760 ABŞ dolları pul vəsaitini isə 16 il müddətində qanunsuz olaraq saxlamış, ondan qanunsuz olaraq faydalanmışdır. 2022-ci il üçün Azərbaycan Mərkəzin Bankının müəyyən etdiyi faiz dərəcəsi 7,75 %-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinin tələbinə görə faizlər iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Hesab edir ki, cavabdehdən 25760 ABŞ dolları, həmin məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş 7,75 % uçot dərəcəsinə iki faiz bəndi əlavə edilməklə illik (25760 X 9,75 % =2.511,60) 2.511,60 faiz hesablanmalı, bununla da həmin məbləğin qanunsuz olaraq saxlanıldığı 2006-cı ildən keçən 16 il müddətində toplanmış 40.185,60 (2.511,60 X 16 il = 40.185,60) məbləğində faizləri də cavabdehdən alınaraq ona ödənilməlidir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazla, eyni zamanda, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. İddianın təmin olunması üçün hər hansı bir hüquqi və faktiki əsasın olmadığı qənaətindədir. İddiaçının məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli kassa mədaxil qəbzinin və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş (mənzilin X1 dair) 2007-ci il tarixli kassa mədaxil qəbzinin tərtibatında fərqlər vardır. Belə ki, 2006-cı ildəki mədaxil orderində öncə baş mühasib qrafası, daha sonra sədr qrafası vardır. 2007-ci ildəkində isə öncə direktor (əvvəlki qəbzdə isə direktor əvəzinə sədr qeyd edilib) sonra baş mühasib qeyd edilmişdir. Qəbzlərdəki yazı üslubundan görünür ki, tamamilə başqa şəxslər tərəfindən tərtib edilmişdir. Hər iki qəbzdə və müqavilələrdə mənzilin qiymətləri fərqlidir. Qeyd edilən ünvanda yerləşən çoxmənzilli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilərək bina sakinlərinə təhvil verilmişdir. İddiaçı Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilmiş 1 bloklu, 15 mərtəbəli, yaşayış avinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan 17 saylı mənzilin ona satılmış olmasını israr etsə də, ötən 15 il ərzində bir dəfə də olsun həmin mənzilə gəlməmiş, mənzili və ya onun dəyəri ilə bağlı cəmiyyətə qarşı bir dəfə də olsun heç bir tələb irəli sürməmişdir (tələbinə dair hər hansı yazılı sübut yoxdur). Ötən bu müddət ərzində iddiaçı əgər həqiqətən də mənzilin sahibi idisə mütləq mənzilə gələrək baş çəkməli idi və əgər gəlmiş olsa idi həmin mənzilin başqaları tərəfindən təmir olunaraq yaşayış sahəsi kimi istifadə edilməsinin şahidi ola bilərdi.Hətta tikinti şirkətinin təşkilati-hüquqi formasının MMC-dən MTK-ya dəyişməsində də məlumatı yoxdur.Mübahisəli mənzil iddiaçının istinad etdiyi müqavilənin bağlanmasından 6 ay sonra, yəni xx.xx.2007-ci ildə, 03/17 saylı müqavilə əsasında X2. Bina təhvil verildikdən sonra mənzilin əsl sahibi X10 mənzili təmir etmiş və hazıradək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Bütün bu yuxarıda qeyd edilən faktlar iddiaçının bundan əvvəl Sumqayıt şəhər Məhkəməsində mənzilin faktiki istifadəsinə verilməsinə dair tələbinə baxılarkən etiraz şəklində məhkəməyə təqdim edilmiş və məhkəmə bu məsələlərə hüquqi qiymət vermişdir. Eyni zamanda, iş üzrə iddia müddəti də ötmüşdür. Belə ki, hazırkı mübahisənin mahiyyətini müqavilə üzrə tələb təşkil etdiyinə görə hesab edir ki, iddia tələbinə 3 illik müddət tətbiq edilməli və digər əsaslarla yanaşı bu əsas da məhkəmə tərəfindən nəzərə alınmaqla iddia rədd edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2(004)- 5438/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən - Cavabdehndən xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə 25.760 ABŞ dolları, həmin pulun vaxtında qaytarılmamasına görə 2.576 ABŞ dolları faizlər olmaqla, cəmi 28.336 (iyirmi səkkiz min üç yüz otuz altı) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş dövlət rüsumunun 173,72 (bir yüz yetmiş üç manat 72 qəpik) manat hissəsi tutularaq, İddiaçı verilməsi hissəsində təmin edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən mənzilin pulunu nəğd ödəmiş və qəbzini almışdır. O, həm Azərbaycan, həm də İsrail vətəndaşı olduğu üçün və ailə vəziyyəti ilə əlaqədar olaraq xarici ölkələrdə olmuş, bu səbəbdən Sumqayıt şəhərində sözü gedən mənzili aldığını unutmuşdur. Oğlu böyüdüyü zaman ona ev lazım olduğundan 2020-ci ilin yayında Sumqayıt şəhərində ev aldığı yadına düşmüş, bu məqsədlə evi almaq üçün Cavabdeh MMC-yə müraciət etmişdir. Bu zaman ona məxsus olan mənzilin başqasına satıldığı məlum olmuşdur. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi müqavilə üzrə ödənilmiş pul məbləğinin qaytarılması hissəsində əsaslı və qanuni olduğundan təmin edilməli cavabdehdən xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə 25.760 ABŞ dolları alınıb iddiaçıya verilməlidir. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində pul məbləğinin gecikdirilməsinə görə bank uçot dərəcəsi əsas götürülməklə, hesablanmış faiz məbləğinin tutulması tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə istinad etməsi qəbul edilə bilməz. Belə ki, maddənin adından da göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsi pul öhdəliklərinin icrası ilə bağlı tətbiq edilir. Hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlər isə pul öhdəliyi ilə bağlı deyil, ödənilmiş əşyanın verilməməsi ilə bağlı yaranmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki mübahisəyə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tətbiq edilməlidir. Həm də zərərin məbləği müəyyən edilərkən, zərərçəkənin, hazırki iş üzrə iddiaçının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh təşkilatla xx.xx.2006-cı il tarixdə mənzil tikintisi ilə bağlı müqavilə bağlamasına baxmayaraq, uzun müddət keçdikdən sonra, yəni 2021-ci ildə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da, ona dəymiş zərərin artmasına bilavasitə səbəb olan hərəkətlərə yol vermişdir. Məhkəmənin gəldiyi qənaətə görə, cavabdehdən 2021-ci ildən başlanılmaqla, iki il müddəti üçün müqavilə üzrə ödənilmiş 25.760 ABŞ dolları məbləğinin illik beş faizi miqdarında, yəni 2.576 ABŞ dolları alınaraq iddiaçıya verilməlidir. (25.760 USD x 5% / 100% = 1288 USD x 2 il = 2.576 USD) Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini əsassız hesab edərək təmin olunmaması qənaətinə gəlmişdir. Belə ki, işin məhkəmə baxışı zamanı araşdırılmış, eləcə də, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuş mübahisəsiz hallarından görünür ki, iddiaçı öz hüquqlarının pozulması barədə 2021-ci ildə məlumatlı olmuşdur. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3cü, 385.1-ci, 386.1-ci, 439.3-cü, 445.7-ci, 448.1-ci, 448.2-ci maddələrinə eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci, 217.4-cü və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən həmçinin cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, 25760 ABŞ dolları, həmin pulun vaxtında qaytarılmamasına görə 2.576 ABŞ dolları faiz olmaqla, cəmi 28336 ABŞ dolları məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 173.72 manat hissəsinin Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü və 445.7-ci maddələrdən hansının tətbiq edilməsindən asılı olmayaraq hər iki maddə də faizlərin hesablanması münasibətlərini tənzimləyir. Mülki işdən göründüyü kimi cavabdeh iddiaçıdan sonuncuya verməli olduğu mənzilin əvəzində müqavilənin bağlandığı 25 iyul 2006-cı il tarixdə 25760 ABŞ dollara almış, lakin 11 yanvar 2007-ci il tarixdə eyni mənzili üçüncü şəxsə - X3. Beləliklə, cavabdeh 11 yanvar 2007-ci il tarixdən etibarən iddiaçının pulunu qaytarmalı olmuşdur. İddiaçının isə onun mənzilinin 11 yanvar 2007-ci i l tarixdə bir başqa şəxsə satılmasından məlumatı olmamış, bu barədə 2021-ci ildə xəbərdar olduqdan dərhal sonra isə cavabdehə və üçüncü şəxsə qarşı cavabdehlə üçüncü şəxs arasında bağlanmış müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsinə dair iddia qaldırmışdır. Ona görə 25 iyul 2006cı il tarixdə iddiaçıya mənzil satmış cavabdehin eyni mənzili 11 yanvar 2007-ci il tarixdə başqa şəxsə satdığı andan iddiaçı qarşısında mənzilə görə iddiaçıdan aldığı pulu ləngimədən iddiaçıya qaytarmaq kimi bir öhdəliyi olmuşdur və o öhdəlik də əlbəttəki, pulla ifadə edilməlidir. Belə olan vəziyyətdə istinad edilən maddi hüquq normalarından hansının tətbiq edilməsindən asılı olmayaraq hesab edir ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu 25760 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarılmalı olduğu müddət mübahisəli mənzilə dair cavabdehin üçüncü şəxslə bağladığı müqavilənin tarixindən, yəni 11 yanvar 2007-ci il tarixdən dərhal sonra başlamışdır. Cavabdeh iddiaçıya qaytarmalı olduğu pul vəsaitini 11 yanvar 2007-ci il tarixdən etibarən qanunsuz olaraq özündə saxlayıb ondan faydalandığına görə təkcə həmin məbləği deyil, əlbəttə ki, həmin məbləğin qaytarılmasının gecikdirildiyi müddət üçün, həm də həmin müddətdə iddiaçının pul vəsaitindən qanunsuz olaraq faydalandığına görə də faizlər ödəməlidir. Digər tərəfdən həm 439.3-cü maddədə, həm də 445.7-ci maddədə faizlərin illik 5 faiz miqdarında hesablanması nəzərdə tutulmuşdur. Bu baxımdan yenə də hansı maddənin tətbiq edilməsindən asılı olmayaraq gecikdirilmiş bütün müddət üçün faizlər ödənilməli, bu səbəbdən də iddia qalan hissədə də təmin edilməlidir. Məhkəmənin iddiaçının xx.xx.2006-cı il tarixdə cavabdehlə müqavilə bağlamasına baxmayaraq uzun müddət keçdikdən sonra, yəni 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, bununla da ona dəymiş zərərin artmasına şərait yaratması ilə bağlı gəldiyi qənaətlə razı deyil. Belə ki, iddiaçı cavabdehlə bir müqavilə bağlamış və həmin müqavilə üzrə dəyərini tam ödədiyi mənzili iddiaçıya verilməli idi. Cavabdehin iddiaçı ilə bağladığı müqavilə ləğv edilmədən eyni mənzili üçüncü şəxsə satmaq kimi bir hüququ olmamış, lakin cavabdeh belə bir hərəkət etmişdir ki, bu da hüquq deyil, hüquqdan sui-istifadə olmuşdur. İddiaçı müqavilənin digər tərəfinə, yəni cavabdehə etibar etmiş və təbiidir ki, cavabdehin iddiaçıya satdığı mənzili başqa bir şəxsə də satacağını qabaqcadan görə bilməmişdir. Bu hal isə heç bir halda iddiaçının ona dəymiş zərərin artmasına şərait yaratması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi faizlərin tutulması ilə bağlı hissədə Mülki Məcəllənin 439.3-cü maddəsini tətbiq etməli olduğu halda qanunsuz olaraq tətbiq etməmişdir. Belə ki, məhkəmə yanlış olaraq hesab etmişdir ki, hazırkı mübahisə üzrə münasibətlər pul öhdəliyi ilə bağlı deyil, ödənilmiş əşyanın verilməməsi ilə bağlı yaranmışdır. Lakin ödənilmiş əşya verilmədiyinə görə qaytarılmalı olan, həmin əşyaya görə ödənilmiş pul vəsaiti və onun ödənilməsinin gecikdirilməsinə, habelə gecikdirilmiş müddətdə ondan qanunsuz olaraq faydalanmağa görə tutulmalı olan faizlərdir ki, bu öhdəlik də pulla ifadə edilir. Birinci instansiya məhkəməsi faizlərin tutulması ilə bağlı hissədə Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq etmiş, lakin bu zaman əsassız olaraq hesab etmişdir ki, həmin maddədə nəzərdə tutulmuş gecikdirilmiş müddət hazırkı mübahisə ilə bağlı 11 yanvar 2007-ci il tarixdən deyil, iddiaçının başqa mülki iş üzrə mənzilin təhvil verilməsi ilə bağlı qaldırdığı iddianın tarixindən,yəni 2021-ci ildən hesablanmalıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, iddiaçı hüququnun pozulduğunu uzun müddətdir (2007-ci ildə mənzil digər mülkiyyətçiyə satıldığı vaxtdan) bilirmiş və həmin vaxt iddia qaldırmaq iqtidarında olub, yaxud da bilməli idi. Təbii ki, bu qədər uzun müddət keçməsini iddiaçının iradəsindən asılı olaraq baş verdiyi fikir ilə razıdırlar. Əslində məhkəmə bu faktı əsas götürərək iddia müddətini tətbiq etməli idi. Lakin göründüyü kimi məhkəmə iddiaçıya sanki kömək etmək, onun iddiasının təmin olunmasına faktiki zəmin yaratmaq üçün qətnamədə qeyd etmişdir ki, “...məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini əsassız hesab edərək təmin olunmaması qənaətinə gəlmişdir. Belə ki, işin məhkəmə baxışı zamanı araşdırılmış, eləcə də, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuş mübahisəsiz hallarından görünür ki, iddiaçı öz hüquqlarının pozulması barədə 2021-ci ildə məlumatlı olmuşdur....”. Göründüyü kimi məhkəmənin qeyd etdiyi fikirlər bir-birinə zidddir. Ümumiyyətlə bu məsələdə MTK-nın hər hansı təqsiri olmadığı üçün cərimə hesablanmasından söhbət gedə bilməz. Cərimə qəsdən və ya ehtiyatsızlıqdan zərərçəkənə zərər vurulduğu halda tətbiq edilə bilər. Halbuki, belə bir müqavilə ortaya çıxanda MTK – nın özü üçün də maraqlı idi ki, belə bir müqavilə mövcud ola bilməz və güman ki, həmin müqavilələr ya saxtadır ya da vaxtı ilə iddiaçıya satılmış mənzilin müqaviləsidir ki, o mənzil iddiaçı tərəfindən MTK ya geri qaytarılsa da iddiaçı müqaviləni MTK-ya geri qaytarmamışdır. Sonradan müqaviləni taparaq iddiaçı belə bir iddia qaldırmışdır. İddia müddətinin keçməsinə gəldikdə isə açıq aşkar görünür ki, iş üzrə iddia müddəti həqiqətən də keçmişdir. Belə ki, iddiaçı mənzil alıbsa əlində ən azından mənzilin açarı olmalıdır, mütəmadi maraqlanmalıdır. Bundan başqa məhkəmə 439.3-cü maddə ilə bağlı düzgün hüquqi nəticəyə gəlsə də, 445.7-ci maddəyə istinad edərkən, Mülki Məcəllənin 443.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Tərəflər arasında bağlanmış olduğu iddia edilən müqavilədə cavabdehin üzərinə öhdəliyini icra etmədikdə ödənilmiş pul vəsaitinə görə faizlərin ödənilməsi tələbi qoyulmamışdır. Halbuki, 443.1-ci maddəsinin ikinci cümləsinin hüquqi mənası məhz borclunun üzərinə bu cür məsuliyyətin qoyulmadığı halda, dəymiş zərərin ödənilməsi vəzifəsinin aradan qalmasını nəzərdə tutur. Eyni zamanda Mülki Məcəllənin 443.7-ci maddəsinin hüquqi mənasından aydın olur ki, əgər təqsir (qəsd və ya ehtiyyatsızlıq formasında) yoxdursa, borclunun üzərinə dəymiş zərərin ödənilməsi vəzifəsi qoyula bilməz. Hazırkı halda cavabdehin təqsiri heç bir hüquqi əsasla sübuta yetirilməyib. Etirazda da bu müqavilənin və qəbzin mövcudluğunun şübhə doğurması, onun ya saxta olması, yaxud da sonradan mənzili geri qaytarsa da müqavilənin və qəbzin iddiaçıda qalması ehtimalının olmasını vurğulanmışdır. Belə olduğu halda cavabdehin təqsirinin olmasından söhbət gedə bilməz və üzərinə nəinki əsas məbləğin, hətta faizlərin ödənilməsi öhdəliyi qoyula bilməz. Eyni zamanda iddiaçı uzun müddət ölkədə olmaması səbəbindən evi unutduğunu bildirsə də ölkəni tərk etməsinə dair hər hansı sübut (DSXdən arayış və ya ölkədən çıxışını təsdiq edən pasport) təqdim edə bilməmişdir. Lakin məhkəmə onun bu dəlilini əsaslı hesab edərək qətnamədə nəzərə almışdır. Eyni zamanda “ev aldığı yadından çıxmışdır” formasında iddianın dəlili necə əsaslı ola bilər, necə ola bilər ki, şəxs aldığı əmlakı unutsun....belə bir şeyin olması mümkünsüzdür....halbuki, cavabdehin nümayəndəsi işə Sumqayıt şəhər məhkəməsində, həm də Yasamal rayon Məhkəməsində baxılanda “necə ola bilər ki, aldığınız əmlaka 14 il ərzində bir dəfə də olsun baş çəkməmisiz, salamatlığını yoxlamamısınız?” deyə sual verəndə iddiaçı“bu mənim hüququmdur” deyə cavablandırmışdır. Bu cür ziddiyətli məqamın ortaya çıxması onu deməyə əsas verir ki, iddiaçı özü də tələbinin əsassız olduğunu bilir, lakin əlindəki müqaviləyə və qəbzə əsasən iddia tələbinin əsaslı olması görüntüsü yaradır. İddiaçının məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli kassa mədaxil qəbzinin və tərəflərindən məhkəməyə təqdim edilmiş (mənzilin X1 dair) 2007-ci il tarixli kassa mədaxil qəbzinin tərtibatında fərqlər vardır. Hər iki qəbzdə və müqavilələrdə mənzilin qiymətləri fərqlidir. Bütün bunlar şübhəli hallardır və araşırma tələb etdiyi halda (etirazda bu barədə qeydlər edilmişdir) məhkəmə bu məsələyə ümumiyyətlə toxunmamışdır. Eyni zamanda iddia müddətinin ötməsi barədə ərizə verilsə də məhkəmə bu məsələyə düzgün hüquqi qiymət verməmişdir. Hazırkı mübahisənin mahiyyətini müqavilə üzrə tələb təşkil etdiyinə görə iddia tələbinə 3 illik müddət tətbiq edilməli və digər əsaslarla yanaşı bu əsas da məhkəmə tərəfindən nəzərə alınmaqla iddi arədd edilməlidir. Həmçinin qətnamənin pulun vaxtında qaytarılmaması ilə əlaqədar 2576 ABŞ dolları faizlərin cavabdehdən tutulmasına dair hissəsi də əsassızdır. Proses iştirakçılarının izahatı Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, tərəflər arasında mübahisə 2021-ci ilin əvvəllərin başlamışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulmasını həmin tarixdə bilmişdir. Qarşı tərəf müqavilənin saxta olduğunu bildirsə də Sumqayıt şəhər Məhkəməsində işə baxılarkən bu barədə hər hansı bir tələbləri olmamışdır. Hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Bununla yanaşı birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə çıxartmış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş, müqavilə və qəbzlər arasındakı fərqli tərtibata, eləcə də hər iki müqavilənin nömrələrinin eyni olmasına dair heç bir araşdırma aparmamışdır. Həmçinin iddia müddətinin təqbiqi ilə bağlı yanlış qənaətə gəlmişdir. Bundan başqa iddiaçı ilə bağlanmış müqavilədə mənzilin dəyərinin 27560 ABŞ dolları göstərilməsi real olmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Cavabdeh MTK-nın həm təsisçi, həm direktor olmuşdur. Hazırda isə nə təsisçi kimi, nə də direktor kimi fəaliyyət göstərmir və binanı təhvil vermişdir. İddiaçı ilə soyadları bir olsa da, heç bir qohumluq əlaqəsi və ya tanışlığı olmamışdır. İddiaçıya aid müqavilədəki və kassa mədaxil orderindəki imzalar ona məxsusdur. Lakin müqavilədəki yazılar ona aid deyil. Ola bilsin ki, xəbəri olmadan yazılsın. Halbuki işlədiyi dövrdə müqavilənin mətnini də özü yazırdı, lakin yazıdakı xətt ona aid deyil. Bundan başqa iddiaçının müqaviləsində göstərilən məbləğ həmin dövrün bazar qiymətlərinə uyğun olmuşdur. Eyni zamanda şahid ifadəsində bildirmişdir ki, İlham Abbasova məxsus olan kassa mədaxil orderindəki imza ona məxsusdur. Apelyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apelyasiya şikayəti vermiş, iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində, cavabdeh isə qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası izahatları dinləyib apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4047/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya və üçüncü şəxs X9 qarşı “müqavilənin və onun nəticələriin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh MTK ilə X10 arasında Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli 98 mənzilli yaşayış evinin “A” korpusunun 3- cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kvm olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzilinə dair bağlanmış xx.xx.2007-ci il tarixli, 03/17 saylı müqavilənin və onun əsasında olan bütün hüquqi nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin maneəsiz olaraq istifadəyə verilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş emişdir. Qətnamə ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlarla ilə müəyyən edilmişdir ki: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı 17 saylı mənzili iddiaçıya satmağı öz öhdəsinə götürmüşdür; İddiaçı cavabdeh cəmiyyətə 25760 ABŞ dolları məbləğində ödəniş etmişdir; Cavabdeh ilə X10 arasında bağlanmış xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı, 17 saylı mənzili X4 öz öhdəsinə götürmüş, mənzilin dəyəri 25000 ABŞ dolları müəyyən olunmuşdur; Sumqayıt şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X7 xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsi məhz göstərilənlərə eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə istinad etməklə iddia tələbini rədd etmişdir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktı ilə iddiaçının cavabdeh cəmiyyətə 25760 ABŞ dolları məbləğində ödəniş etməsi öz təsdiqini tapmış, lakin X7 Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1 bloklu, 15 mərtəbəli, 98 mənzilli yaşayış evinin “A” korpusunun 3- cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan izolə olunmuş 2 otaqlı, 17 saylı mənzilinə münasibətdə artıq mülkiyyətçi olması əsası ilə İddiaçı iddiası rədd edilmişdir. Belə olan halda işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehin isə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin obyektiv araşdırılması üçün iddiaçı ilə Cavabdeh MMC arasında müqavilə bağlanan zaman MMC-nin direktoru olmuş X8 apellyasiya baxışı zamanı şahid qismində dindirilmişdir. M.Səlimov ifadəsində bildirmişdir ki, Cavabdeh MTK-nın həm təsisçi, həm direktor olmuşdur. Hazırda isə nə təsisçi kimi, nə də ki, direktor kimi fəaliyyət göstərmir və binanı təhvil vermişdir. İddiaçı ilə soyadları bir olsa da, heç bir qohumluq əlaqəsi və ya tanışlığı olmamışdır. İddiaçıya aid müqavilədəki və kassa mədaxil orderindəki imzalar ona məxsusdur. Lakin müqavilədəki yazılar ona aid deyil. Ola bilsin ki, xəbəri olmadan yazılsın. Halbuki işlədiyi dövrdə müqavilənin mətnini də özü yazırdı, lakin yazıdakı xətt ona aid deyil. Bundan başqa iddiaçının müqaviləsində göstərilən məbləğ həmin dövrün bazar qiymətlərinə uyğun olmuşdur. İlham Abbasova məxsus olan kassa mədaxil orderindəki imza ona məxsusdur. Məhkəmə kollegiyası şahidin ifadəsinə iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanan vaxt MMC-nin rəhbəri olmuş şəxs müqavilədə və kassa mədaxil orderindəki imzanın ona məxsus olmasını qəbul etmişdir ki, cavabdeh tərəfindən həmin halın əksini təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən cavabdeh tərəf bildirmişdir ki, iddiaçı ilə bağlanmış müqavilədə mənzilin dəyərinin 27560 ABŞ dolları göstərilməsi real olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş 11 yanvar 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X10 mənzilə dair 25000 ABŞ dolları məbləğində vəsait ödəniş etmişdir. Göründüyü kimi mənzilə dair bir il fərqlə bağlanmış müqavilələrdə göstərilən məbləğlər arasında ciddi fərq olmamaqla real göstəriciləri əks etdirmişdir. Eyni zamanda İlham Abbasova 2007-ci ildə verilən kassa mədaxil orderindəki imza şahid qismində dindirilmiş Mehman Səlimova məxsus olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh MTK-dan xx.xx.2006-cı il tarixli, 03/17 saylı müqavilə üzrə ödədiyi 25760 ABŞ dolları tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəyə istinad edərkən, Mülki Məcəllənin 443.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə də razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən icraçı müqavilədə göstərilən mənzili sifarişçiyə satmağı öhdəsinə götürür. Lakin cavabdeh qeyd olunan mənzili iddiaçıya təhvil verməmiş, bunun əvəzində başqa şəxslə həmin mənzilə dair müqavilə bağlanmaqla mənzil başqa şəxsin mülkiyyətinə keçmişdir. Cavabdeh isə iddiaçıdan qəbul etdiyi ödənişi geri qaytarmamışdır. Belə olan halda cavabdehin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən (Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.) məsuliyyəti yaranır və birinci instansiya məhkəməsi həmin maddəyə istinad etməklə 2021-ci ildən başalanılmaqla, iki il müddəti üçün müqavilə üzrə ödənilmiş 25.760 ABŞ dolları məbləğinin illik beş faizi miqdarında, yəni 2.576 ABŞ dolları alınaraq iddiaçıya verilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa cavabdeh tərəf birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq etməməsi barədə düzgün nəticəyə gəlmədiyini qeyd etsə də işin faktiki hallarından eləcə də qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, iddiaçı öz hüquqlarının pozulması barədə 2021-ci ildə məlumatlı olmuşdur. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdqini tapmamışdır. İddiaçı isə apellyasiya şikayətində iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Lakin iddiaçı cavabdeh təşkilatla xx.xx.2006-cı il tarixdə mənzil tikintisi ilə bağlı müqavilə bağlamasına baxmayaraq, uzun müddət keçdikdən sonra, yəni 2021-ci ildə müvafiq iddia ərizəsi ilə məhkəmyə müraciət etmiş, bununla da, ona dəymiş zərərin artmasına bilavasitə səbəb olan hərəkətlərə yol vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 2 illik müddət üçün illik beş faiz hesablanaraq cavabdehdən tutulması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyasının gəldiyi nəticə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q ət e t d i :
İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2(004)- 5438/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Xumar Mərdanova Hakimlər imzalar: Elnur Həsənov Sabit Bəhrəmzadə
Əsli ilə düzdür. Hakim: Xumar Mərdanova