Məhkəmə qərarları › İş №2(103)-1494/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1494/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1494/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi X10 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2021 saylı, 14.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-dən 22.000 manat, "xxxx" MMC-dən həmin məbləğin 5 faizi və Cavabdeh3ndən 7 faiz məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-nin 03 oktyabr 2016cı il tarixli 67/03 saylı protokoluna əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli icra vərəqəsinin və Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 11.08.2016-cı il tarixli 17/64-538/12-11647/15 saylı sifariş məktubuna əsasən hərraca çıxarılmış və X4 məxsus Cavabdeh1 ASC-də 13.06.2011-ci il tarixli 125 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş «Volkswagen Touareg» markalı ** LJ *** nömrəli avtomobili 22.000 manata almışdır. Avtomobil onun tərəfindən alındıqdan sonra X8, sonra isə digər şəxslərə satılmışdır. Avtomobilin ilk sahibi X6 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli Əmlakın qiymətləndirilməsi barədə hesabatın və "xxxx" MMC-nin Hərracın yekunları barədə 03 oktyabr 2016-cı il tarixli 67/03 nömrəli protokolun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli qətnaməsi ilə X2 iddiası təmin edilərək, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın və "xxxx" MMC-nin hərracın yekunları barədə 03 oktyabr 2016-cı il tarixli 67/03 saylı protokolu və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmuşdur. Həmin qətnamədən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Odur ki, hərracın yekunları barədə protokol etibarsız sayıldığından avtomobilin onun tərəfindən alınması üçün banka ödəniş etdiyi 22.000 manat, "xxxx" MMC-yə həmin məbləğin 5 faiz və Bakı şəhəri Cavabdeh3nə 7 faiz məbləğin qaytarılması üçün müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2021 saylı, 14.10.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, hərracda avtomobilin alınması üçün ödənilmiş 22.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 ASC-dən ("xxxx" ASC-dən) tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 81.1-ci, 78.1-ci, 78.4-cü maddələrinə istinad etməklə hesab etmişdir ki, mübahisəli avtomobilin ilk sahibi X6 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın və "xxxx" MMC-nin hərracın yekunları barədə 03 oktyabr 2016-cı il tarixli 67/03 nömrəli protokolun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəticədə, yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən hazırkı mülki iş üzrə iddiaçının adına olan avtomobilə dair "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı, "xxxx" MMC-nin hərracın yekunları barədə 67/03 nömrəli 03 oktyabr 2016-cı il tarixli protokolu və onun doğurduğu bütün hüquqi nəticələr – iddiaçının, həmçinin digər şəxslərin (X7 və X11) adına aparılmış qeydiyyat etibarsız hesab edilişdir. Göründüyü kimi, iddiaçının hərracda avtomobili almaq üçün ödədiyi 22.000 manat pul vəsaiti geri qaytarılmalıdır. Çünki, yuxarıda qeyd edildiyi kimi, avtomobilin satılması ilə nəticələnmiş hərrac və onun hüquqi nəticələri etibarsız hesab edilmişdir. Belə olduğu təqdirdə, iddiaçının ödədiyi 22.000 manat pul vəsaitinin cavabdehdə saxlanılması üçün hüquqi əsaslar yoxdur, pul geri – iddiaçıya qaytarılmalıdır. Habelə məhkəmə iddia tələbinin digər hissəsi “hərrac təşkilatına ödənilmiş 5 % pul vəsaitinin və icra şöbəsinə ödənilmiş 7 % pul vəsaitinin cavabdehlərdən tutulması” ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2021 saylı, 14.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın Cavabdeh1 ASC-yə aid hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 ASC Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddia tələbi rədd edilməlidir.İlkin olaraq bildirir ki, iddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 16.05.2018-ci il tarixli, 2246 saylı təhvil-təslim aktından da göründüyü kimi, iddianın predmetini təşkil edən ipoteka predmeti olan avtomobilə aid kredit borcuna dair tələblər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101s saylı Cavabdeh1 ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC-yə təhvil verilmişdir. Bundan başqa qətnamə qəbul edərkən mübahisə predmeti olan “Volkswagen Toareg” markalı, **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin hazırda kimin istifadəsində olması, ümumiyyətlə avtomobilin istifadəyə yaralı olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir.Həmçinin, avtomobilin Bankın saxlancına və ya mülkiyyətçiyə təhvil verilmədən pulun tələb edilməsi qanuna ziddir. Belə ki, iddiaçının hazırkı tələbi icra icraatı mərhələsində həll olunmalı məsələlərə aiddir..“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir) yönəldilir. İfadə olunan normanın dispozisiya şərtlərindən də göründüyü kimi, ipoteka saxlayanın tələbinin ödənilməsi icra məmuru tərəfindən həyata keçirilir. Hazırki mübahisədə isə hərracda qalib olmuş şəxsin vəsaiti bir başa ipoteka saxlayandan tələb etməsi hüquqi cəhətdən düzgün deyildir.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin hazırki mübahisədə məhkəmə düzgün araşdırma aparmadan, iddianın predmetini təşkil edən ipoteka predmeti olan avtomobilə aid kredit borcunun "xxxx" QSC-yə təhvil verildiyini nəzərə almamışdır.Həmçinin, Məhkəmə qətnamə qəbul edərkən mübahisə predmeti olan “Volkswagen Toareg” markalı, **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin hazırda kimin istifadəsində olmasını, ümumiyyətlə avtomobilin istifadəyə yaralı olub-olmamasını, gələcəkdə hərrac vasitəsi ilə satılmasının mümkün olub-olmayacağını araşdırmamışdır. Qeyd edilən hallar gələcəkdə keçiriləcək hərracların təşkili ilə bağlı mühüm rol oynayır. Eyni zamanda qeyd edilən halların araşdırılmaması, gələcəkdə ipoteka saxlayan olaraq Bankın hüquqlarının pozulması ilə nəticələnəcəyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 ASC-nin nümayəndəsi verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.Verilən suallara cavab olaraq bildrmişdir ki, mübahisəli “Volkswagen Toareg” markalı, **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobili hazırda ondadır.Lakin bu, yəni avtomobili hazırda onda olması onun maraqlarına uyğun deyidir.Belə ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 tələbi üzrə yaranmış mübahisəyə baxılmış və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli 2(103)1029/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli 2(005)-2273/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı, "xxxx" MMC-nin hərracın yekunları barədə 67/03 nömrəli 03 oktyabr 2016-cı il tarixli protokolunun və onun doğurduğu bütün hüquqi nəticələrin – İddiaçı, X7 və X11 adına aparılmış qeydiyyatların etibarsız hesab edilməsi qət edilmişdir.Buna baxmayaraq əqd etibarsız sayılsa da, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olsa da onun ödədiyi pul qaytarılmamışdır.Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız sayılmış X12 və X17 ödədikləri pulları müvafiq qaydada tələb etdikdə onun hüquq və maraqları müdafiəsiz qalacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər, o cümlədən apellyasiya baxışı zamanı məhkəmə icraatına müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş X5 məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının həddləri ilə bağlı Kollegiya qeyd edir ki, Cavabdeh1 ASC apellyasiya şikayətində iddia tələbinin Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə Kollegiyası tərəfləri dinləyərək, habelə iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalıdır. Belə ki, əvvəla yuxarıda qeyd edildiyi kimi, Cavabdeh1 ASC apellyasiya şikayətində iddia tələbinin Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmiş və Apellyasiya şikayətini üç dəlil ilə əsaslandırmışdır: 1.İlkin olaraq bildirir ki, iddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 16.05.2018-ci il tarixli, 2246 saylı təhvil-təslim aktından da göründüyü kimi, iddianın predmetini təşkil edən ipoteka predmeti olan avtomobilə aid kredit borcuna dair tələblər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101s saylı Cavabdeh1 ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC-yə təhvil verilmişdir. Lakin Kollegiya nəzərə alır ki, Cavabdeh1 ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılına tədbirləri haqqında Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq Cavabdeh1 ASC ilə "xxxx" QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Göstərilənlərlə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mübahisə problemli aktivlərlə bağlı tələb hüququ üzrə deyil, qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş və mübahisələndirilməyən faktlardan göründüyü kimi, İddiaçı "xxxx" MMC-nin 03 oktyabr 2016-cı il tarixli 67/03 saylı protokoluna əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli icra vərəqəsinə və Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 11.08.2016-cı il tarixli 17/64538/12-11647/15 saylı sifariş məktubuna əsasən hərraca çıxarılmış, X3 məxsus Cavabdeh1 ASC-də 13.06.2011-ci il tarixli 125 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş «Volkswagen Touareg» markalı ** LJ *** nömrəli avtomobil üçün 22.000 manat ödəyərək alması ilə bağlıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 03 oktyabr 2016-cı il tarixli, 67/03 saylı “hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” protokolundan görünür ki, 03 oktyabr 2016-cı il tarixdə X4 məxsus “Volkswagen Touareg” markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair hərrac keçirilmiş, qeyd edilən avtomobilin satış qiyməti 22.000 manat məbləğində müəyyən edilmiş və hərracın nəticəsi olaraq İddiaçı satılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən Cavabdeh1 ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhviltəsliminə dair 16.05.2018-ci il tarixli, 2246 saylı aktdan görünür ki, Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən Cavabdeh1 ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X4 dair sənədlər 16.05.2018-ci il tarixli 2246 saylı təhviltəslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ci il tarixli 2(102)-7174/2018 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli 2(005)-2273/2017 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər "xxxx" MMC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilmiş, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı, "xxxx" MMC-nin hərracın yekunları barədə 67/03 nömrəli 03 oktyabr 2016-cı il tarixli protokolunun və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli 2(103)1029/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli 2(005)-2273/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı, "xxxx" MMC-nin hərracın yekunları barədə 67/03 nömrəli 03 oktyabr 2016-cı il tarixli protokolunun və onun doğurduğu bütün hüquqi nəticələrin – İddiaçı, X7 və X11 adına aparılmış qeydiyyatların etibarsız hesab edilməsi, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat müştərək qaydada cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən və Səbail rayon İcra Şöbəsindən alınıb müvafiq hesaba keçirilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün 3-cü şəxslər tərəfindən ödənilmiş dövlət rüsumunun onların özlərinə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ci il tarixli 2(102)-7174/2018 saylı qərarı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 və vəkili Axundov Ramiq Ənvər oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli 2(103)-1029/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən məhkəmə mübahisələrində Cavabdeh1 ASC də işdə iştirak edən şəxs (3-cü şəxs) kimi çıxış etmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş və mübahisələndirilməyən faktlardan göründüyü kimi, İddiaçı "xxxx" MMC-nin 03 oktyabr 2016-cı il tarixli 67/03 saylı protokoluna əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli icra vərəqəsinə və Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 11.08.2016-cı il tarixli 17/64538/12-11647/15 saylı sifariş məktubuna əsasən hərraca çıxarılmış, X3 məxsus Cavabdeh1 ASC-də 13.06.2011-ci il tarixli 125 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş «Volkswagen Touareg» markalı ** LJ *** nömrəli avtomobili 22.000 manata almışdır. Avtomobil sonradan X8, daha sonra isə digər şəxslərə satılmışdır. Avtomobilin ilk sahibi X6 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın və "xxxx" MMC-nin hərracın yekunları barədə 03 oktyabr 2016-cı il tarixli 67/03 nömrəli protokolun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəticədə, yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən hazırkı mülki iş üzrə iddiaçının adına olan avtomobilə dair "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı, "xxxx" MMC-nin hərracın yekunları barədə 67/03 nömrəli 03 oktyabr 2016-cı il tarixli protokolu və onun doğurduğu bütün hüquqi nəticələr – iddiaçının, həmçinin digər şəxslərin (X7 və X11) adına aparılmış qeydiyyat etibarsız hesab edilişmişdir. Göründüyü kimi, iddiaçının hərracda avtomobili almaq üçün ödədiyi 22.000 manat pul vəsaiti geri qaytarılmalıdır.Çünki, yuxarıda qeyd edildiyi kimi, avtomobilin satılması ilə nəticələnmiş hərrac və onun hüquqi nəticələri etibarsız hesab edilmişdir. Belə olduğu təqdirdə, iddiaçının ödədiyi 22.000 manat pul vəsaitinin cavabdehdə saxlanılması üçün hüquqi əsaslar yoxdur, pul geri – iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmçinin, Mülki Məcəllənin 337.5 maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apellyasiya şikayətinin digər iki dəlili isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mübahisə predmeti olan “Volkswagen Toareg” markalı, **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin hazırda kimin istifadəsində olması, ümumiyyətlə avtomobilin istifadəyə yaralı olub-olmamasını müəyyən etməmişdir.Həmçinin, avtomobilin Bankın saxlancına və ya mülkiyyətçiyə təhvil verilmədən pulun tələb edilməsi qanuna ziddir. Bununla bağlı Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçı verilən suallara cavab olaraq bildrmişdir ki, mübahisəli “Volkswagen Toareg” markalı, **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobili hazırda ondadır.Lakin bu, yəni avtomobili hazırda onda olması onun maraqlarına uyğun deyidir.Belə ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 tələbi üzrə yaranmış mübahisəyə baxılmış və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli 2(103)1029/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli 2(005)-2273/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı, "xxxx" MMC-nin hərracın yekunları barədə 67/03 nömrəli 03 oktyabr 2016-cı il tarixli protokolunun və onun doğurduğu bütün hüquqi nəticələrin – İddiaçı, X7 və X11 adına aparılmış qeydiyyatların etibarsız hesab edilməsi qət edilmişdir.Buna baxmayaraq əqd etibarsız sayılsa da, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olsa da onun ödədiyi pul qaytarılmamışdır.Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız sayılmış X12 və X17 ödədikləri pulları müvafiq qaydada tələb etdikdə onun hüquq və maraqları müdafiəsiz qalacaqdır. Kollegiya nəzərə alır ki, mübahisəli “Volkswagen Toareg” markalı, **-LJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin hazırda iddiaçıda olması işin nəticəsinə təsir edən hal olmadığından Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas deyildir. Belə ki, iş materiallarından göründüyü kimi, nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 tələbi üzrə yaranmış mübahisəyə baxılmış və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli 2(103)1029/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli 2(005)-2273/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, "xxxx" MMC-nin 22.01.2016-cı il tarixli 22 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatı, "xxxx" MMC-nin hərracın yekunları barədə 67/03 nömrəli 03 oktyabr 2016-cı il tarixli protokolunun və onun doğurduğu bütün hüquqi nəticələrin – İddiaçı, X7 və X11 adına aparılmış qeydiyyatların etibarsız hesab edilməsi qət edilmişdir.Buna baxmayaraq əqd etibarsız sayılsa da, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olsa da onun ödədiyi pul qaytarılmamışdır.Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız sayılmış X12 və X17 ödədikləri pulları müvafiq qaydada tələb etdikdə onun hüquq və maraqları müdafiəsiz qalacaqdır. Həmçinin, iddiaçının mübahisəli nəqliyyat vasitəsini qaytarmaqdan imtina etməsi halı, habelə yararsız vəziyyətdə olması ilə bağlı sübutlar məhkəmə zamanı müəyyən edilməmişdir. Azərbaycan Rеspublikası MPM-nə əsasən: Maddə 385.1.2.. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Kollegiya nəzərə alır ki, Cavabdeh1 ASC apellyasiya şikayətində iddia tələbinin Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişdir. Odur ki, Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənlərə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2021 saylı, 14.10.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki Prosessual Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 1-ci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, hərracda avtomobilin alınması üçün ödənilmiş 22.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 ASC-dən ("xxxx" ASC-dən) tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2021 saylı, 14.10.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar