Məhkəmə qərarları › İş №2(103)-1497/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1497/2023

23.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1497/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “çoxmənzilli binaların saxlanılmasına dair müqavilənin bağlanması, kommunal xidmətlərin göstərilməsinə görə ödənişlərin həyata keçirilməsi və yaranmış borcun ödənilməsi tələbinə” dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1040/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-si Cavabdeh qarşı “çoxmənzilli binaların saxlanılmasına dair müqavilənin bağlanması, kommunal xidmətlərin göstərilməsinə görə ödənişlərin həyata keçirilməsi və yaranmış borcun ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllə, ev 68, 141 saylı mənzilin birinci sahibi X2 ilə Cavabdeh arasında mənzilin alqısatqısına dair aralarında razılaşma əldə etməklə, alqı-satqı həyata keçirilmiş və mənzilin sənədləşməsi üçün MTK-ya müraciət olunmuşdur. Cavabdeh ilə binanın inşasını həyata keçirmiş ‘’TBM’’ MTK arasında xx.xx.2010-cu il tarixində müqavilə imzalanmışdır. Mənzili əldə etdikdən sonra TBM Mənzil Tikinti Kooperativi ilə iddiaçı Kommunal Ödənişlər MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən binaların həyətinin, bloklarının təmiz saxlanılması, yük və sərnişin liftlərinin fasiləsiz işləməsi, sakinlərin 24 saat soyuq su ilə təmin edilməsi, binanın həyətində abadlıq, yaşıllaşdırma işlərinin aparılması, mərtəbələrin və həyətin işıqlandırılması, lazım gəldikdə təmir-bərpa işlərinin aparılması, lift mexanizminə texniki xidmət göstərilməsi, binaların mühafizəsinin təmin olunması, kommunal xidmət haqqının yığılması, xərclərin ödənilməsi və sair xidmətlərin göstərilməsi icraçı ‘’Kommunal Ödənişlər’’ MMC-yə həvalə edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1040/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 01 iyun 2020-ci il tarixdən 01 aprel 2022- ci il tarixədək (22 ay) çoxmənzilli binanın saxlanılması üzrə yaranmış 811.73 manat məbləğində borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllə, ev 68, 141 saylı mənzilin yerləşdiyi çoxmənzilli binanın saxlanılmasında iştirak etmək öhdəliyi Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçı ilə məhkəmədən kənar qaydada razılıq əldə edildiyini bildirmişdir. Bu səbəbdən də apellyasiya şikayətindən imtina etdiyini, apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin nəticələrinin ona aydın olmasını qeyd edərək iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və cavabdehin şikayəti əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, Cavabdeh münasibətdə apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub, qərara aldı: Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. Baxılan iş üzrə Cavabdeh apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar