Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14995/2019 17.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Xumar Afət qızı Mərdanovanın sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X14, Cavabdeh1 nümayəndəsi-vəkili X21 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X9 cavabdehlər Cavabdeh1, X24 və Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə “vəsiyyətnamənin, şəhadətnamənin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarısız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5001/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X18 cavabdehlər Cavabdeh1, X24 və Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, müraciət edərək, Cavabdeh1 Zəkariyyə qızına verilmiş xx.xx.1992-ci il tarixli vəsiyyətnamənin, xx xxxxxx 2005-ci il tarixli vərəsəlik şəhadətnaməsinin, xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinin (Çıxarış) və onlardan irəli gələn nəticələrin etibarsiz hesab edilməsi, mübahisə predmeti olan ünvan 1 ünvandakı mənzilin vərəsələr arasında paylara uyğun bölünməsi və həmin paylara vərəsələrin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5001/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 2 ünvandakı mənzil mərhum X2ndan miras qalmış əmlakdır. Atası həmin mübahisəli mənzili xx xxxx 1992-ci ildə Cavabdeh1 vəsiyyət etmişdir. Sonradan Cavabdeh1 ilə münasibətləri pozulduğundan nəvəsi Cavabdeh1 oğlu digər cavabdeh X22 1994-cü ildə vəsiyyət etmişdir. Cavabdeh X24 azyaşlı olduğundan vəsiyyətnamə onun valideynlərinin iştirakı ilə tərtib olunmuş və onlara verilmişdir. X2 xx xxxx 1996-ci ildə vəfat etmişdir. Atasının səkkiz vərəsəsi qalmışdır. Anası Useynova Sövkətxanım Rüstəm qızı, apellyator, X15, X19, Hacıyeva (Useynova) Yeganə Zəkəriyyə qızı, X16, Cavabdeh1 və X13. Cavabdeh1 12 saylı Dövlət Notariat Kontoruna vərəsəlik işinin açılması ilə əlaqədar ərizə ilə müraciət edərkən qardaşı X6 adını gizlədərək müraciət ərizəsində qeyd etməmişdir. X5 ikən vərəsiliyə çağırılmamış, onun payı Cavabdeh1 tərəfindən mənimsənilmişdir. Məhkəməyə sorğu verərək 12 saylı DNK-dən vərəsəlik işinin surətini alıb sübut kimi təqdim etsə də, məhkəmə qərəzli olaraq bu faktı araşdırmamışdır. Bu fakt şəhadətnamənin ləğvi ücün əsasdır. Cavabdeh1 tərəfindən cavabdeh X22 ataları tərəfindən 1994-cü ildə verilmiş vəsiyyətnamə gizlədilmiş, bu barədə onların məlumatı olmamışdır. Cavabdeh1 tərəfindən miras paydan payının artırılmasına dair Yasamal rayon məhkəməsinə iddia verildikdən sonra məlum olmuşdur ki, cavabdeh X22 atası tərəfindən 1994-cü ildə vəsiyyətnamə verilmişdir. Belə ki, Cavabdeh1 atasının vəfatından sonra bildirmişdir ki, atası mübahisəli evi ona vəsiyyət etmişdir. Uzun müddətli ailə daxili mübasələrdən sonra 2005-ci ildə digər vəsiyyət olunan həddi-buluğa çatdığdan sonra vərəsəlik işinin aşılması barədə notariusa müraciət etmişdir. Onlar paylarından onun xeyrinə imtina etmək istəmirdilər. Analarının təkidi və göstərişi ilə onlar həmin mübahisəli evə dair paylarından Cavabdeh1 xeyrinə imtina ərizəsi vermişlər. Onlar miras əmlakın cavabdeh X22 atası tərəfindən 1994-cü ildə verilmiş vəsiyyətnamə ilə vəsiyyət olunduğunu bilsəydilər paylarından imtina etməzdilər. Bu faktı Cavabdeh1 bildiyindən 1994-cü ildə cavabdeh X22 verilmiş onda olan vəsiyyətnaməni onlardan gizlətmiş, 13 ildən sonra ona verilmiş vəsiyyətnamə ilə notariusa müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi mübahisəli mənzilin alqı-satqısına dair müqavilənin surətindən görünür ki, mübahisəli mənzildə Cavabdeh1 3\4, iddiaçı X8 1\4 payı vardır. Mənzil 72000 manata satılıb. X1 həmin satışdan 18000 manat pul verilməliydi. Müqavilədə qeyd olunur ki, X16 12000 manat pul almışdır. Bu fakt bir başa müqavilədə öz əksini tapır. Məhkəmə bu faktıda araşdırmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiaysının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili X28 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının İddiaçı1 münasibətdə yoxlanılması təşkil edir. Digər iddiaçı apellyasiya şikayəti ilə müraciət etmədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsi-vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun 2V-1-53 saylı notariat işində olanxx xxxx 1992-ci il tarixli vəsiyyətnamə ilə X32-qulu oğlu Bakı Şəhəri Sovetinin Texniki İnventarlaşma bürosu tərəfindən verilmiş kitab № 14, səh.2042, qeydiyyat nömrəsi 30/2042, xx xxxxxx 1990-cı il tarixli qeydiyyatla ona məxsus Kiev prospekti, ev 7, mənzil 12-də yerləşən yaşayış evini ölümündən sonra qızı Leyla Zəkəriyyə qızına vəsiyyət etmişdir. Habelə həmin notariat işinə əlavə edilmiş İddiaçı1 Zəkəriyyə oğlunun ərizəsindən görünür ki, o, xx.xx.1996-cı il tarixdə vəfat etmiş atası X3 miras qalmış Bakı şəhəri, A.Abbasov küçəsi, ev 7, mənzil 12-dən ona düşən payı qəbul etməmişdir, etmir və gələcəkdədə bu iddia ilə məhkəməyə müraciət etməyəcək. Bundan əlavə həmin notariat işində digər cavabdeh X9 həmin miras əmlakdan ona düşəcək paydan imtina etməsi barədə hər hansi bir ərizəsi aşkar olunmamışdır.Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun 2V-1-53 saylı notariat işində olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X32-qulu oğlundan miras əmlak kimi qalmış Bakı şəhəri, Kiev prospekti, ev 7, mənzil 12-də yerləşən miras mənzilin ¾ payı vərəsə Cavabdeh1 verilmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, X37 küçəsi, ev 7 ünvanında yerləşən 12 saylı mənzilin ¼ hissəsi payı X11, ¾ hissəsi payı isə Cavabdeh1 məxsusdur.xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X18 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X37 küçəsi, ev 7 ünvanında yerləşən 12 saylı mənzili X12 mülkiyyətinə vermişdir.Baki şəhəri 12 saylı Dövlət Notariat Kontorunun 2KB-260 saylı notariat işində olan xx xxxxxx 1994-cü il tarixli vəsiyyətnamədən görünür ki, X32-qulu oğlu Bakı Şəhəri Sovetinin Texniki İnventarlaşma bürosu tərəfindən verilmiş kitab № 14, səh.2042, qeydiyyat nömrəsi 30/2042, xx xxxxxx 1990-cı il tarixli qeydiyyatla ona məxsus Kiev prospekti, ev 7, mənzil 12-də yerləşən yaşayış evini ölümündən sonra nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətləri 1992-ci ildə yarandığındanhazırkı iş üzrə Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il tarixli redaksiya) normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan SSR Mülki Məcəlləsinin 537-ci maddəsinə əsasən hər bir vətəndaş özəmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər.Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmin Məcəllənin 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Həmçinin həmin Məcəllənin 549-cu maddəsinə əsasən ayrıca vəsiyyət sərəncamının etibarsızlığı bütün vəsiyyətnamənin etibarsızlığına səbəb olmur.Vəsiyyətnamə məhkəmə tərəfindən etibarsız hesab edilmişdirsə, həmin vəsiyyətnamə ilə vərəsəlikdən məhrum edilən vərəsə, ümumi əsaslar üzrə vərəsəlik hüququna malik olur. Göründüyü kimi, iş materiallarında olan vəsiyyətnamə Azərbaycan SSR mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və həmin Məcəllədə nəzərdə tutulan vəsiyyətnamənin etibarsızlığının əsasları hazırki iş üzrə müəyyən olunmadı. Bundan əlavə Azərbaycan SSR Mülki Məcəlləsinin 39-cu maddəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir.Əqdlər birtərəfli, iki və ya çoxtərəfli(müqavilələr) ola bilər.Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır.Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xx.xx.1992-ci il tarixli vəsiyyətnamə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və vəsiyyətnamə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Buna görə də iddia tələbi bu hissədə əsassız olduğu üçün rədd edilməlidir. Bundan başqa kollegiya qeyd edir ki, iddiaçı Ə.Useynov mübahisəli mənzilin ona məxsus ¼ hissəsini X.Əlizadəyə satarkən mənzil ilə bağlı öz iradə ifadəsini bildirmiş və onun həmin mənzilə dair hər-hansı hüquqları qalmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin eilməsini xahiş etsədə, şikayətinin dəlillərini təstiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının mülahizəsinə əsaslanır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmiş və iddiaçının iddiasının rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, apellyasiya şikayətindəki dəlillərlə iddiaçınn tələbinin əsaslılığı arasında səbəbli-əlaqəsinin olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, istinad olunan hallar mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5001/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə qeyd olunan qətnamə İddiaçı1 münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5001/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-14995/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14995/2019
17.12.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver