Məhkəmə qərarları › İş №2(103)-15/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-15/2020

09.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-15/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı Quliyev X20, iddiaçının nümayəndəsi və vəkili X21 və cavabdeh Quliyev X22 vəkili X6 iştirakları ilə, İddiaçı Quliyev X22 cavabdehlər Cavabdeh1, Quliyev X30, Quliyev X15, Bakı şəhəri Cavabdeh4 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin ləğv edilməsi, vərəsəlik hüquqlarından məhrum edilməsi, mülkiyyət hüququnun tanınçması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 194/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Quliyev X22 cavabdehlər «xxxxxxxxx” MTK-ya və X2 qarşı Cavabdeh1, Quliyev X30, Quliyev X15, Bakı şəhəri Cavabdeh4 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin ləğv edilməsi, vərəsəlik hüquqlarından məhrum edilməsi, mülkiyyət hüququnun tanınçması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hökümə Cəbrayıl qızının adından tərtib edilmiş və Cavabdeh4 təsdiq edilərək, 2B-08 saylı reyestrlə qeydə alınmış xx.xx.1999-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə əsasında xx.xx.2000-ci il tarixli Bakı şəhər 17 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2V/29 və 2V/93 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Başı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi 1 saylı fərdi ev üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Hökümə Cəbrayıl qızının adından tərtib edilmiş və Cavabdeh4 təsdiq edilərək, 2B-08 saylı reyestrlə qeydə alınmış xx.xx.1999-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi həmin vəsiyyətnamə əsasında xx.xx.2000-ci il tarixli Bakı şəhər 17 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2V/29 və 2V/93 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi 1 saylı fərdi evinə 1/3 payda Quliyev X24, 3/1 payda X7, 3/1 payda Məmmədov X12 cə 7.72 kv.m. olan bir yaşayış otağı və 10.39 kv.m olan köməkçi sahənin – Quliyev X9 adına paylı mülkiyyət hüququ ilə Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən aparılmış qeydiyyat yazısının pozulması və müvafiq qeydiyyat vəsiqəsinin ləğv olunması, Quliyev X22, X7 və Məmmədov X12 vərəsə olmaq hüququndan məhrum edilməsi, Quliyev X9 pozulmuş mülkiyyət hüquqları bərpa edilərək, sonuncnun Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi, 1 saylı fərdi evin yeganə mülkiyyətçisi kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılması ərizəsi ilə məhkəməyə müraciət edərək, Hökümə Cəbrayıl qızının adından tərtib edilmiş və 17 saylı DNK-da təsdiq edilərək reyestrdə qeydə alınmış xx xxxxxx 1999-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, vəsiyyətnamə əsasında xx.xx.2000-ci il tarixində 17 saylı DNK tərəfindən təsdiq edilmiş 2V/29 və 2V/93 saylı vəsiyyətnmə üzrə vərəsəlik hüququ haqqında vəsiyyətnamələrin etibarsız hesab olunması və həmin şəhadətnamələr əsasında mübahisəli fərdi yaşayış evinə 3/1 payda Quliyev X22, 3/1 payda X7, 3/1 payda Məmmədov X12 və 7.72 kv.m olan bir yaşayış otağı və 10.39 kv.m. olan köməkçi sahənin Quliyev X9 adına paylı mülkiyyət hüququ ilə Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən aparılmş qeydiyyat yazısının pozulması və müvafiq qeydiyyat vəsiqəsinin ləğv olunmasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi, Bakı şəhər X1 bürosu tərəfindən Quliyev X9 və anası Hökümə Cəbrayıl qızının adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportuna və rayon sovetinin icraiyyə komitəsinin texniki inventarizasiya bürosunun qeydiyyat vəsiqəsinə əsasən, iddiaçının mübahisəli evə mülkiyyət hüquqları bərpa edilməli, həmin evin iddiaçının anasının payına düşən 2/1 hissəsinin qanun üzrə vərəsələr olan cavabdehlər arasında bərabər bölünməsi xahiş edilmişdir. İddia tələbi və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev Bələdiyyələşdirilmiş Tikintilərin reyestrinin xx xxxxxxxx 1957-ci il tarixli 228 nömrəli kitabının 14552 nömrəli səhifəsinin çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında iddiaçının atası mərhum X3 adına qeydə alınmışdır. İddiaçının atası xx xxxxxx 1969-cu il tarixdə vəfat etdiyindən, sonuncu ilə rəsmi nikah münasibətlərində olan iddiaçının anası Hökümə Cəbrayıl qızı qanun üzrə mirası qəbul etmiş və daşınmaz əmlakın dövlət reyestrində anasının və iddiaçının adına ümumi paylı xüsusi mülkiyyət hüquqi qeydiyyatından keçmişdir. Bunun əsasında verilmiş qeydiyyat vəsiqəsi digər vərəsələr olan cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. mübahisəli ev 601.1 kv.m. torpaq sahəsi üzrəində yerləşir, tikililərin ümumi sahəsi 417.4 kv.m. təşkil edir. evin A tikilisi 1880-ci ildə inşa edilmiş, sahəsi 185.58 kv.m.-dir. Həmin tikiliyə 77.11 kv.m. olan yaşayış sahəsi və 108.47 kv.m. olan yardımçı sahə daxildir. B və V tikililəri isə köməkçi tikililər olan saray, anbar, darvaza, tualet, 2 qapı, hovuz, quyu, 3 ayaqyolu, hamam darvazadan, həmçinin yaşıl və qrunt həyətdən ibarət olmaqla, cəmi 424 kv.m. təşkil edir. iddiaçının anası mübahisəli evin özünə məxsus hissəsinin 10.39 kv.m. olan bir eyvanını, 7.72 kv.m. olan bir yaşayış otağını və 16.60 kv.m. olan saray anbarını bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlamış və həmin müqavilənin ön səhifəsində Hökümə Cəbrayıl qızının adından Bakı şəhəri, Maştağa qəsəbəsi, Bakı Fəhlə küçəsində yerləşən 1 saylı evin 10.39 kv.m. hissəsi olan bir eyvanını və 7.72 kv.m. olan yaşayış sahəsini, 116 kv. metr olan saray anbarı oğlu İddiaçı bağışlandığı qeyd olunsa da, xx.xx.1991-ci il tarixli 30/1044 reyestr nömrəli qeydiyyat vəsiqəsində yaşayış evinin 7.72 kv.m.-dən ibarət 1 otağının Quliyev X9, qalan hissəsinin isə Hökümə Cəbrayıl qızının xüsusi mülkiyyətinə verildiyi göstərilmişdir. İddiaçının anası savadsız olduğuna görə, 17 saylı Dövlət Notariat Kontorunda D-3-680 reyestr nömrəsi ilə qeydə alınmış xx xxxxx 1991-ci il tarixli bağışlanma müqaviləsini özü imzalamamış, onun əvəzinə həmin müqaviləni Maştağa qəsəbə sakini X5 adlı şəxs imzalamışdır. İddiaçının anası xx xxxxxx 2001-ci ildə vəfat etmiş, həmin vaxtdan iddiaçı ailəsi ilə birlikdə mübahisəli evdə yaşamış, həmin evə sahiblik hüquqlarını həyata keçirmişdir. Həmin evdə 21 nəfər qeydiyyatda olsa da, onların bir çoxu, o cümlədən bir sıra cavabdehlərin qohumları həmin evdə yaşamırlar. İddiaçıya bu yaxınlarda məlum olmuşdur ki, cavabdehlər iddiaçının xəbəri olmadan 17 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, mübahisəli evin 4 otağına, hər birinə 3/1 pay olmaqla, xx.xx.2000-ci il tarixli 2v/29 və eyni tarixli 2v/53 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi almışlar. Beləliklə, həmin notariat kontoru tərəfindən qanunsuz olaraq verilmiş şəhadətnamələrə əsasən ümumi paylı mülkiyyət hüququ ilə ona və Hökümə Cəbrayıl qızına məxsus yaşayış evi cavabdehlərin hər birinə 3/1 pay olmaqla verilmiş, iddiaçı isə ümumiyyətlə vərəsəliyə dəvət olunmamışdır. İddiaçı bundan xəbər aldıqdan sonra vərəsəlik işi ilə aparılmış notariat sənədlərini əldə etmiş və həmin işdən məlum olmuşdur ki, guya iddiaçının anası Hökümə Cəbrayıl qızı xx xxxxxx 1999-cu il tarixdə vəsiyyətnamə tərtib edərək, sözügedən evi cavabdehlərə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədə iddiaçının anasının imzası 17 saylı Dövlət Notariat Kontorunun notariusu F.İ.Hüseynov tərəfindən təsdiq edilərək 2B-08 reyestrdə qeydə alınmışdır. Lakin, vəsiyyətnaməyə nəzər saldıqda, orada imza deyil, cızma-qara mövcud olduğu görülür. İddiaçının mərhum anası savadsız olduğuna görə imza edə bilməmiş, rəsmi sənədlərdə onun yerinə başqa bir şəxs imza etmişdir. Bundan əlavə, vəsiyyətnamə tərtib edildiyi zaman iddiaçının anası qoca yaşında olmuş, eşitmə və görmə qabiliyyəti çox aşağı olmuşdur. Bu ona dəlalət edir ki, adı çəkilən vəsiyyətnamə iddiaçının qardaşları tərəfindən saxtalaşdırılmışdır. Beləliklə də, saxta vəsiyyətnamə əsasında 2B-29 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi tərtib edən 17 saylı Dövlət Notariat Kontornunun notariusu F.İ.Hüseynov miras əmlakın 2/2 hissəsininCavabdeh1 oğli və X8, miras əmlakın yerdə qalan 2/1 hissəsinə Quliyev X22 payının açıq saxlandığını göstərmişdir.vəsiyyətnamə ilə yanaşı, vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi üzrə 2B-29 reyestr nömrəli notariat işində Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vərəqəsi də saxtalaşdırılmışdır. Belə ki, 157973 nömrəli qeydiyyat vərəqəsində Maştağa qəsəbəsi, Fəhlə küçəsində yerləşən 1 saylı yaşayış evinin Hökümə Cəbrayıl qızına, qalan hissəsi və Cavabdeh3 Molla oğlu 1 yaşayış otağı 7.72 kv.m. vı 10.39 kv.m. qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət hüququilə qeydiyyatdan keçirildiyi və bu barədə 228 nömrəli Reyestr kitabında 14522 səhifə, qeydəalma 30N 1203 “15” Xİİ 1975-ci il tarixində qeydiyyat aparıldığı göstərilmişdir. Qeyd edildiyi kimi, 228 nömrəli reyestr kitabında sözügedən yaşayış evi 2 nəfərin adına – iddiaçı və Hökümə Cəbrayıl qızının adına 30/1043 reyestr nömrə ilə qeydə alınmışdır. Həmin qeydiyyat vəsiqəsində mübahisəli yaşayış evinin 2/1 hissəsinin Hökümə Cəbrayıl qızının, yerdə qalan 2/1 hissəsinin isə mülkiyyət hüququ ilə Quliyev əbrayıl Molla Ağa oğlunun adına olması öz əksini tapmışdır. Mübahisəli yaşayış evinin 10.39 kv.m. sahəsi olan bir eyvanının və 7.72 kv.m yaşayış sahəsinin iddiaçıın mərhum anası tərəfindən ona bağışlanması isə yalnız xx xxxxx 1991-ci ildə Maştağa qəsəbəsində fəaliyyət göstərən Cavabdeh4 rəsmiləşdirilmiş və bu müqavilə əsasında xx xxxxx 1991-ci il tarixli 30/1044 reyestr nömrəli qeydiyyat vəsiqəsi tərtib olunmuşdur. Buna görə də vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi üzrə 2B-29 reyestr nömrəli notariat işində Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsində göstərilən məlumatlar saxtalaşdırılmışdır. Beləliklə də, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus fərdi yaşayış evi 17 saylı dövlət notariat kontorunun köməyi ilə cavabdehlər tərəfindən qanunsuz olaraq ələ keçirilmiş və 7.72 kv.m. istisna olmaqla, iddiaçının hər hansı əmlakı yoxdur. Belə olduğu halda, Hökümə Cəbrayıl qızının adından tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilməli, həmin vəsiyyətnamə əsasında təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik haqqında Şəhadətnamələr və həmin şəhadətnamələr əsasında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv edilməli, və iddiaçının Bakı şəhəri, Maştağa qəsəbəsi, Fəhlə küçəsi 1 saylı fərdi ev üzrəində mülkiyyət hüquqları bərpa edilməlidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-194/2016 saylı, xx xxx 2016-cı il tarixli qətnaməsi ilə, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-194/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili A.Rəsulov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Kollegiya iclasında iştirak edən cavabdeh Quliyev X22 vəkili B.Məmişov iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxx 1991-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Hökümə Cəbrayıl qızı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi, 1 saylı evin yaşayış sahəsi 7.72 kv.m., köməkçi sahəsi 19.39 kv.m. olan 1 otağını və B tikilisini Quliyev X11 bağışlamışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontorunda açılmış vərəsəlik işlərindən görünür ki, Hökümə Cəbrayıl qızı tərəfindən xx xxxxxx 1999-vu il tarixində tərtib olunmuş vəsiyyətnamə əsasənda Hökümə Cəbrayıl qızı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi 1 saylı evin 4 otağının 3/1 hissəsini X8, 4 otağın 3/1 hissəsini Quliyev X25, və 4 otağın 3/1 hissəsini Quliyev X25 vəsiyyət etmişdir. Vəsiyyət edən Hökümə Cəbrayıl qızı, xx xxxxxx 2000-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx xxxxx 2016-cı il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi 1 saylı ev xx xxxxxxxx 1957-ci il tarixində X4 adına ilkin qeydiyyatdan keçmişdir. Sonuncunun vəfatından sonra 1 saylı Dövlət Notariat Kontorunda verilmiş xx xxxxxx 1975-ci il tarixli 1196 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Hökümə Cəbrayıl qızı mülkə vərəsəlik qəbul etmişdir. O, 17 saylı Dövlət Notariat Kontorundan bağlanmış xx xxxxx 1991-ci il tarixli D-3-680 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, mülkün yaşayış sahəsi 7.72 kv.m., köməkçi sahəsi 10.39 kv.m. olan 1 otağını və B tikilisini Quliyev X11 bağışlamışdır. Hökümə Cəbrayıl qızının vəfatından sonra 17 saylı Dövlət Notariat Kontorunda verilmiş xx xxxx 2000-ci il tarixli 2v/29 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə mülkün 4 otağının 3/1 hissəsinə X13, 3/1 hissəsinə Cavabdeh1 Ağa Molla Ağ a oğlu vərəsəlik qəbul etmişlər. Hökümə Cəbrayıl qızının vəfatından sonra 17 saylı Dövlət Notariat Kontorunda verilmiş xx xxxx 2000-ci il tarixli 2v/53 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, mülkün 4 otağının 3/1 hissəsinə Quliyev X30 vərəsəlik qəbul etmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya iş materiallarına, tərəflərin izahatlarına əsasən müəyyən edir ki, mübahisəli ev xx xxxxxxxx 1957-ci ildə X4 adına ilkin qeydiyyatdan keçmiş və sonuncunun vəfatından sonra 1 saylı Dövlət Notariat Kontorunda verilmiş xx xxxxxx 1975-ci il tarixli 1196 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Hökümə Cəbrayıl qızına keçmişdir. Sonuncu 17 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxx 1991-ci il tarixli D-3-680 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, mülkün yaşayış sahəsi 7.72 kv.m. köməkçi sahəsi 10.39 kv.m. olan 1 otağını və B tikilisini Quliyev X11 bağışlamışdır. Hökümə Cəbrayıl qızının vəfatından sonra 17 saylı Dövlət Notariat Kontorunda verilmiş xx xxxx 2000-ci il tarixli 2v/29 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkün 4 otağının 3/1 hissəsinə X19, 4 otağın 3/1 hissəsinə Məmmədov X26 vərəsəlik qəbul etmişlər. Hökümə Cəbrayıl qızının vəfatından sonra 17 saylı Dövlət Notariat Kontorunda verilmiş xx xxxx 2000-ci il tarixli 2v/53 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkün 4 otağının 3/1 hissəsinə Quliyev X30 vərəsəlik qəbul etmişdir. Mirasın açıldığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il redaksiyası) 537-ci maddəsinə əsasən, hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Kollegiya iş materiallarında olan sübutalara və mülki qanunvericiliyin qeyd edilən normasına əsasən hesab edir ki, mübahisəli yaşayış evi 1 saylı Dövlət Notariat Kontorunda verilmiş xx xxxxxx 1975-ci il tarixli 1196 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Hökümə Cəbrayıl qızına keçdikdən sonra sonuncu qeyd edilən əmlakın mülkiyyətçisi kimi həmin əmlak barəsində sərəncam vermək hüququndan istifadə etməklə miras əmlakın bir hissəsini cavabdehlərə vəsiyyət etmişdir. Sərəncam vermək hüququ vəsiyyət etmək hüququnu da ehtiva etdiyindən Hökümə Cəbrayıl qızının bu hərəkəti qanunsuz hesab edilə bilməz. İddiaçı bu vəsiyyətnamənin etibarsız olması halını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, kollegiya hesab edir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair iddiaçının dəlilləri mülahizə xarakteri daşıyır və əsaslı hesab edilə bilməz. İddiaçının 1975-ci ildə mərhum anası ilə birlikdə mübahisəli əmlakın mülkiyyətçisi olmasını təsdiq edən xx xxxxxx 1975-ci il tarixli qeydiyyat vəsiqəsinin olması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin arayışı ilə təsdiq olunur ki, Hökümə Cəbrayıl qızı xx xxxxxx 1975-ci il tarixli 1196 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, mübahisəli daşınmaz əmlakın yeganə mülkiyyətçisi olmuşdur. Belə ki, iddiaçının həmin dəlili və ya qeyd olunan arayışdakı məlumatların doğru olmaması hər hansı sübutla təsdiq edilmədiyindən əsaslı hesab edilə və qətnamənin ləğvi üçün əsas deyildir. Eyni zamanda, Hökümə Cəbrayıl qızı tərəfindən daşınmaz əmlakın bir hissəsini xx xxxxx 1991-ci il tarixində bağışlama müqaviləsinə əsasən iddiaçı Quliyev X11 bağışlaması da Hökümə Cəbrayıl qızının mülkiyyətçi olduğunu təsdiq edir. İddiaçı həmçinin mübahisəli əmlakı vəsiyyət edən Hökümə Cəbrayıl qızı tərəfindən imzalanmış vəsiyyətnaməni də mübahisələndirir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində bildirmişdir ki, Hökümə Cəbrayıl qızı görmə qabiliyyətini itirdiyindən vəsiyyətnaməyə atdığı imzanın özü tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Kollegiya hesab edir ki, qeyd edilən halları təsdiq edən mötəbər sübutun məhkəməyə təqdim edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, Quliyev X9 cavabdehlər Bakı şəhəri 17 saylı dövlət notariat kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, qeydiyyat yazılarının pozulması” tələbinə dair iddiası rədd edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1862/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə qanuni qüvvəyə minmişdir. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçı mübahisələndirdiyi sənədlər və həmin sənədlər əsasında hüquqlarının pozulması barədə bu yaxınlarda məlumatının olmasını əsaslandıra bilməmiş, bu barədə müvafiq sübutları təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırki işdə iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı mübahisələndirdiyi qeydiyyat vəsiqələri, bağışlama müqaviləsi barədə uzun müddət məlumatlı olmasına baxmayaraq, bu qədər zaman sonra məhkəmədə iddia qaldırmasını ağlabatan şəkildə əsaslandırmamışdır. 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. (73,77, 78 və 82-ci maddələr). Ali Məhkəmənin mövqeyinə görə, tərəflər arasında daşınmaz əmlaka dair bağışlama müqaviləsi bağlanarkən həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmiş, həmin bağışlama müqaviləsinin, onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin, həmçinin xx.xx.1975-ci il tarixli qeydiyyat vəsiqəsinin mübahisələndirilməsi üçün qeyd edilən 3 illik iddia müddəti buraxılmışdır. İddiaçı bağışlama müqaviləsinin tərəfi olmaqla, onun bağlanmasından və onun adına verilmiş qeydiyyat vəsiqələrindən vaxtında məlumatlı olmuş və həmin sənədləri vaxtında mübahisələndirməmişdir. Beləliklə, kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Hökümə Cəbrayıl qızı tərəfindən xx.xx.1999-cu ildə tərtib edilmiş və onun son iradəsini əks etdirən vəsiyyətnamə əqdin etibarsızlığına səbəb olan hallar aşkar edilmədiyindən, eləcə də vəsiyyətnamənin Mülki Məcəllənin tələbləri pozulmaqla, şəxsin öz hərəkətlərini başa düşmədiyi və idarə edə bilmədiyi şəraitdə tərtib edilməsi sübutlarla təsdiq edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı Quliyev X9 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Quliyev X9 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-194/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar