Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1513/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblərlər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “mirasın qəbulu müddətin ötürülməsinin üzürlü saylması və müddətin bərpa edilməsi” tələbinə dair iş üzrə qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3436/2022 saylı qərardadından üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mərhum babaları xx.xx.1939-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılmasının üzrlü hesab olunmaqla, müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-3436/2022 saylı qətnaməsi ilə iddia ərizə təmin edilmiş, mərhum xx.xx.1939-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılması qət edilmişdir. X6 həmin mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblərlər irəli sürməyən üçüncü şəxs qismində tanınması barədə ərizə və apellyasiya şikayəti ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3436/2022 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 3436/2022 saylı qətnaməsindən X6 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Daha sonra X7 həmin mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblərlər irəli sürməyən üçüncü şəxs qismində tanınması və ötürülmüş müddətin üzürlü hesab edilməklə bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3436/2022 saylı qərardadı ilə 2(003)-3436/2022 saylı mülki iş üzrə X7 müstəqil tələblərlər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, X7 tərəfindən xx.xx.2022-ci il tarixli, 2(003)-3436/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək, ərizə təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-3436/2022 saylı qətnaməsindən müstəqil tələblərlər irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməməsi səbəbindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4031/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-3436/2022 saylı qətnaməsindən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bundan sonra mülki iş üçüncü şəxs X5 apellyasiya şikayətinə baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4031/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən aidiyyəti prosessual hərəkətlərin yerinə yetirilməməsi səbəbindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5092/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3436/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 3436/2022 saylı qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Üçüncü şəxs X7 yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3436/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 3436/2022 saylı qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Üçüncü şəxs X7 yenidən müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3436/2022 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 3436/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə üçüncü şəxs X5 ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət yuxarıda göstərilən qərardadların məzmunu nəzərə alınmaqla əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4031/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından sonra iş materiallarına əlavə edilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Belə ki, bundan sonra verilən apellyasiya şikayəti və ərizəyə digər hakim tərəfindən baxılaraq, ərizə təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, müddətin ötürülməsi səbəbindən xx.xx.2023-cü il tarixində geri qaytarılan apellyasiya şikayətindən sonra üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil təkrar apellyasiya şikayətini (müddətin bərpası barədə ərizə ilə birgə) dərhal və ya bir neçə gün sonra deyil, qərardadın qəbul edilməsindən 10 gün sonra (xx.xx.2023-cü il tarixdə) elektron kabinetə yerləşdirmişdir. Ərizəçinin bildirdiyi texniki səbəblərin aradan qaldırılması üçün bir və ya iki gün kifayət edə bilərdi. Belə ki, ərizəçi dəfələrlə apellyasiya şikayəti vermiş və həmin şikayətlər apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılmışdır. Məhkəmə prosesində hakim mülki işə müfəssəl baxdığı halda əmin ola bilərdi ki, o müddət ərzində ərizə bir dəfə də geri qaytarılmış, ona görə ki üçüncü şəxs qismində cəlb olunmaq üçün nəzərdə tutulan ərizə olmamış, halbuki məhkəmənin niyyəti ədaləti bərqərar etmək olsaydı həmin ərizə elektron sistemdə var idi. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3436/2022 saylı qərardadı ilə üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3436/2022 saylı qərardadı xx.xx.2023-cü il tarixdə üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Onun vəkili və nümayəndəsi isə yalnız xx.xx.2023-cü il tarixdə yenidən müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Halbuki, ərizəçi həmin qərardaddan sonra nəticədən artıq məlumatlı olmuş və dərhal deyil, 9 gün sonra ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin bildirdiyi texniki səbəblərlə bağlı isə şikayətə ümümiyətlə hər hansı sübut əlavə edilməmişdir. Qeyd edilənlər üzürlü səbəb kimi qəbul edilə bilməz və ötürülmüş müddətin bərpası üçün əsas yaratmır. Hər bir halda, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin üçüncü şəxsin vəkili və nümayəndəsi tərəfindən üzürlü kimi göstərilən hal bu hallara aid deyil. Ümumiyyətlə nəzərə alınmalıdır ki, müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməməsi səbəbindən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən ilk dəfə hələ xx.xx.2023-cü il tarixdə qeyri-mümkün hesab edilmişdir. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-3436/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət əsassızdır. Bu səbəbdən şikayət təmin olunmamalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3436/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3436/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1513/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1513/2024
14.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver