Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1514/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, İlk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qızına qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və İddiaçı qarşı mənzildən çıxarma və mənzilə köçürmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)-897/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qızına qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və İddiaçı qarşı mənzildən çıxarma və mənzilə köçürmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)-897/2020 saylı qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia isə təmin edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər aralarında bağladıqları barışıq sazişini təqdim edərək onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 191, 261, 370, 391, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qızına qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK-ya və İddiaçı qarşı mənzildən çıxarma və mənzilə köçürmə tələbi ilə bağlı qarşılıqlı iddialarına dair mülki iş üzrə tərəflər arasında bağlanmış 22 iyul 2021-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Sazişin predmeti 1.1 Bu Sazişin predmetini iddiaçının cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ikinci yaşayış massivində, 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 46,8 kv.m. olan 1 otaqlı 19 saylı mənzilə dair bağlanmış 26 iyul 2013-cü il tarixli 019 saylı müqavilənin və həmin mənzillə bağlı Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 verilmiş 26 iyul 2013-cü il tarixli Dİ-019 nömrəli maliyyə arayışının etibarsız hesab edilməsinə dair ilkin iddiası, Cavabdeh2 iddiaçıya və Cavabdeh1 MTK-ya qarşı iddiaçının ailə üzvləri və digər şəxslərlə birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 46,8 kv.m olan 1 otaqdan ibarət 19 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq, cavabdehin həmin mənzilə köçürülməsinə dair qarşılıqlı iddiası üzrə mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir.
2. Tərəflərin hüquq və vəzifələri 2.1 İddiaçı və cavabdeh razılaşır ki, mübahisə predmeti olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ikinci yaşayış massivində, 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 46,8 kv.m. olan 1 otaqlı 19 saylı mənzil (bundan sonra “Mənzil” adlanacaq) iddiaçı və/və ya cavabdeh tərəfindən, onların əvvəlcədən müəyyən etdiyi qiymətə satılacaq və satışdan əldə olunan vəsaitin ½ hissəsi iddiaçıya, ½ hissəsi isə cavabdehə ödəniləcəkdir (Mənzilin rəsmiləşdirilməsi və digər məqsədlər üçün hər hansı xərclər yaranarsa, bu xərclər Tərəflər arasında bərabər şəkildə bölünəcəkdir). 2.2 İddiaçı ilə cavabdeh, həmçinin belə razılığa gəlir ki, mənzil satılan tarixədək İddiaçı, qeyd-şərtsiz mənzilə sahiblik edərək, ondan istifadə edəcəkdir (öz ailə üzvləri ilə birgə mənzildə yaşayacaq və s.). Cavabdeh isə öz növbəsində bununla bağlı iddiaçıya hər hansı şəkildə mane olmayacaqdır. 2.3 . İddiaçı öhdəlik götürür ki, mənzilin satılması ilə əlaqədar görülən işlərin həyata keçirilməsinə (alıcıların mənzilə baxış keçirilməsi üçün dəvət edilməsi, mənzilə baxış keçirilməsinə şərait yaradılması və s.) heç bir maneə yaratmayacaq, habelə mənzil satıldıqdan sonra 1 (bir) ay müddətində ailə üzvləri ilə birlikdə mənzili boşaldacaqdır. 2.4 . Bu Sazişin məhkəmə tərəfindən təsdiq olunması ilə tərəflər bir-birilərinə qarşı iddia tələblərindən tam şəkildə imtina edir.
3 Digər müddəalar 2.5 . Bu Sazişin şərtlərini tərəflər qarşılıqlı anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan bu Sazişi imzalamışlar. 2.6 . Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 2.7 .Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 2.8 . Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(001)- 897/2020 saylı qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. İddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.