Məhkəmə qərarları › İş №2(103)-1517/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1517/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1517/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, müstəqil tələb irəli sürən X1 və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh Dünyamalı oğluna qarşı “pul tələbi”nə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-166/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadından mübahisə predmeti üzrə müstəqil tələb irəli sürən X1 şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehdən xidməti müqavilə üzrə öhdəliklərinin tam icra olunmadığına görə ümumilikdə 34000 manat məbləğində pulun 20000 manat məbləğində hissəsinin Cavabdeh Dünyamalı oğlundan tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-166/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə, iddiaçının cavabdehə qarşı pul tələbi barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin iş üzrə müstəqil tələb irəli sürən şəxs X4 həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Oqtay Zərbəliyev formal olaraq Qəbələ rayonunda qeydiyyatdadır. O, faktiki olaraq Bakı şəhəri Xətai rayonu ərazisində yaşayır. Həmçinin hazırki mübahisə evin tikintisi barədədir və həmin tikili Sabunçu rayonu ərazisində yerləşir. Həmin qərardaddan Tamella Əliyevanın verdiyi şikayət birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun vəkili şikayəti müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə görə isə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İş materiallarından görünür ki, Zərbalıyev X3 rayonu ərazisində qeydiyyatdadır. Bu səbəblə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi MPM-in 44.2.2-ci maddəsinə istinadla işi baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərməkdə haqlı olmuşdır. Çünki istinad olunan maddəyə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verməlidir. Ona görə də, işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Qəbələ Rayon Məhkəməsində baxılmalıdır. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, hazırki mübahəsi əmlakla bağlı deyil tərəflər arasında bağlnamış müqavilədən irəli gələn öhdəliklərlə bağlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-166/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar