Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1531/2020 02.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X5, Cavabdeh vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavodu MMC üçüncü şəxs qismində cəlb edilməklə, Cavabdeh qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 37 saylı mənzilinə dair cavabdehin qanunsuz olaraq əldə etdiyi xx.xx.2001-ci il tarixli, 084 saylı orderin etibarsız hesab edilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 37 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı səhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 37 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X7, arvadı X8, oğlu Elvin Qasımov və qızı Samirə Qasımova məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən Cavabdeh 37 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” İstehsalat Zavodunun xx.xx.2001-ci il tarixli, 084 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan 37 saylı otaq onun istifadəsinə verilmişdir. Hal-hazırda Cavabdeh Mingəçevir şəhəri, Əkinçi küçəsi, 12 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Qeyd edilən orderin isə “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin müdriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adı çəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli məktubla “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 37 saylı otağa dair Cavabdeh verilmiş xx.xx.2001-ci il tarixli orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC tərəfindən Cavabdeh adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı “xxxxxxxxxxxxxxx” İB tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxanada, 1-ci giriş, 2-ci mərtəbə, 1 otaqlı, 18 kv.mertrlik, 37 nömrəli mənzilinə dair Cavabdeh verilmiş xx.xx.2001-cı il tarixli order etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri bunlardır:
1. Onun adına order verilərkən qanunvericiliyin tələbləri pozulmamış, məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxslərin adına orderlərin verilməsi barədə sənədlər mövcuddur.
2. İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmuşdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, yataqxana cavabdehə verilmiş, sonradan qaçqınlar tərəfindən zəbt olunmuşdur. Cavabdeh 1991-ci ildə işdən çıxmış, yaşamaq üçün Mingəçevir şəhərinə getmişdir. 1985-1991-ci illərdə müharibədə iştirak etmiş, sonra işləmiş və mənzil növbəsinə qeydə alınmışdır. Onun mənzil üzərinə hüquqları order əsasında yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X9 apelyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, cavabdeh saxta sənədlər əsasında mənzil növbəsinə durmuşdur. Bununla bağlı sənədlər təqdim edilmişdir. Həmin ünvanda 33 ailə var. Əgər bina sökülsə Nazirlər Kabinetinin qərarı ilə söküləcək. Ayrı qaydada bu mümkün deyil. İddia müddətini 2019-cu ildə qarşı tərəf inzibati-iqtisadi məhkəmədə mübahisə qaldırdıqdan sonra bilmişlər. “xxxxxxxxxxxxxxx” İstehsalat Zavodu tərəfindən verilən orderlər saxtadır. Yataqxana 2014-cü ildə yataqxana statusundan çıxmış, müəssisənin order verməyə səlahiyyəti olmamışdır. Bina ilə bağlı FHN tərəfindən rəy verilmişdir. həmin rəyə görə bina ya bərpa olunmalı, ya sökülüb yenidən tikilməlidir.
İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur:
“Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “xxxxxxxxxxxxxxx” zavodu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin xxxxxxxxxxxxxxxxxxxxxxxxnin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat vermək mümkün deyil. 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı binanın (keçmiş yataqxana) 37 saylı mənzilində 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X7, arvadı X8, oğlu Elvin Qasımov və qızı Samirə Qasımova məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil Cavabdeh tərəfindən zəbt edilmişdir. O, hal-hazırda faktiki olaraq qeyd edilən ünvanda yaşamır. Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X4 Şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokolun çıxarışının surətindən görünür ki, Birlik “xxxxxxxxxxxxxxx” İB-də işləyən fəhlə və qulluqçularına birliyin imkanları daxilində növbə əsasında mənzili təmin edə bilməməsini nəzərə alınıb, Birliyə məxsus S.Ə.ünvan 6A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda növbə əsasında uzun illərdi yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqların nömrələrinin ləğv olunması və həmin mənzillərə yeni nömrələrin verilməsi, yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə yeni mənzil nömrələrinə əsasən order verilməs Birlikdə hal-hazırda yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərə növbə əsasında order verilməsi, Birliyə məxsus yataqxanalarda S.Ə.ünvan 6A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşirküçəsi 4 ünvanlarında qaçqın və məcburi köçkün ailələri torpaqlar alınan zaman və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil veriln vaxt yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Bakı “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X1 birgə iclasının xx.xx.2001-ci il tarixli 14 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 2-ci mərtəbədə 18 m2 sahəsi olan 1 otaqlı 37 nömrəli mənzil Cavabdeh adına sənədləşdirilməsi, həmin mənzildə yaşayan Ağdam rayon qaçqını X3 ailəsi tərəfindən torpaqlar alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə bu ailəyə mənzil verilərkən boşalan mənzil qeyri-şərtsiz Cavabdeh verilməsi qərara alınmışdır. Bakı şəhəri “xxxxxxxxxxxxxxx” İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A və S.Ə. Şirvani küşəsi 4A-da yerləşən yataqxanalarda “xxxxxxxxxxxxxxx” İB-nin HİK-nin X10 və MMK-nın birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş orderlərin siyahısının surətindən görünür ki, Cavanşır kücəsi 4 ünvanda yerləşən 37 saylı mənzil 084 saylı orderlə Cavabdeh növbəyə durmuşdur. “Bakı “xxxxxxxxxxxxxxx” İB tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 084 saylı orderin surətindən görünür ki, Cavabdeh Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı binada 1-ci giriş 2-ci mərtəbədəki yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 37 nömrəli mənzili tutmaq hüququna malikdir. xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxxxxxxxxxxxxxxxxxxxxxnin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxxxxxxxxxxxxxxxxxxxxx ilə Bakı şəhər MənzilKommunal Təsərrüfatı Departamenti arasında təhvil-qəbul aktı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Üfüq“ İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavodunun K/229 saylı, xx.xx.2019-cu il tarixli Arayışından görünür ki, Cavabdeh, həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixinə kimi “xxxxxxxxxxxxxxx” zavodunda işləmişdir.
Mübahisə ilə bağlı dəyərləndirmə:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderin verilməsinə əsas olan hüquqi şəxs baxılan iş üzrə yalnız maraqlı (üçüncü) şəxs kimi cəlb edilmişdir. Halbuki, birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisələndirilən order xxxxxxxxxxxxxxx Zavodu tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar Cavabdeh mübahisəli otaqlara köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz xxxxxxxxxxxxxxx Zavodudur. Lakin birinci instansiya məhkəməsi iddiaya cavab verməli olan şəxsin cavabdeh kimi qoyulmadığı iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxmış və iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması və ya yeni cavabdehin cəlb edilməsi barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir (maddə 387.2.2). Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququndan məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir. İddiaçıya izah edilməlidir ki, hazırkı qətnamə iddianın əsl cavabdehə qarşı verilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakimlər: imzalar Əsli ilə düzdür
Hakim: İsmayıl Xəlilov