Məhkəmə qərarları › İş №2(103)-1531/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1531/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1531/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı iş üzrə Açar sözlər: müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı işi üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin cavabdeh "Şaiq” MTK tərəfindən ona təhvil verilməsi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı işi üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146,152,178; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2,77.1, 82.3, 88, 119.1, 217.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1 -ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin, mənzillərin yenidən nömrələnməsi nəticəsində 9-cu mərtəbədə yerləşən 44 saylı mənzil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli mənzilə tərəflərin iştirakı ilə yerli baxış keçirilən zaman mübahisəli mənzilin köhnə nömrə ilə 38, yeni nömrə ilə 44 saylı mənzil olması və mübahisənin bu mənzillə bağlı olması bildirilmişdir. Mübahisəli mənzilə dair ilkin müqavilə xx.xx.2011 -ci il tarixdə Kamran B.Ə MMC ilə X8 arasında, sonrakı müqavilə isə xx.xx.2011-ci il tarixdə "Şaiq” MTK ilə İddiaçı arasında bağlanılmış həmin mənzilə xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmaqla X3 adına çıxarış verilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi ilə ünvan 2 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv m yaşayış sahəsi olan 38 nömrəli mənzilin X4 verilməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Mlüki Kollügiyasının xx.xx.2013-cü il tarixli 2(102)-4307/2013 nömrləi qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin adı çəkilən qərarında "Kamran B.Ə” MMC tərəfindən başlanılmış tikintinin, sonradan kim tərəfindən davam etdirilməsinə baxmayaraq, müqavilədə göstərilən 38 nömrəli mənzil iddiaçı X4 verilməli olduğu da qeyd edilmişdir.

2. İşin mübahisə edilməyən halları və iddiaçının sübutları ondan ibarətrdir ki: xx.xx.2011-ci il tarixli "Şaiq” MTK-nın ümumi yığıncağının protokolun surəti ilə, İddiaçı "Şaiq” MTK-nın üzvlüyünə qəbul edilməsi və Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1 -ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin X2 və onunla bu barədə müvafiq müqavilə bağlanılması qərara alınmışdır; maliyyə arayışı ilə, ünvan 3 ünvanda inşa edilən koorperativ yaşayış binası "Şaiq” MTK-ya məxsusdur. Bu binanın 1 giriş, 8-ci mərtəbəsində, tikinti sahəsi 81,25 kv metr yaşayış sahəsi olan 36,45 kv m olan 2 otaqlı, 38 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur; - "Şaiq” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli Koorperativ Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, Şaiq MTK ünvan 4 ünvanda inşa ediləcək yaşayış binasının 38 saylı mənzilini İddiaçı verməyi, İddiaçı isə hər ay 665 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3852/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, X8 və "Kamran B.Ə” MMC arasında bağlanan xx.xx.2011 -ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən "Kamran B.Ə” MMC-nin ünvan 5 ünvanda inşa etdiyi binadan ümumi sahəsi 81,5 kv m olan 2 otaqlı 38 nömrəli mənzili X8 tərəfindən satın alınmışdır. Həmin tarixdə mənzilin razılaşdırılmış dəyəri olan 32560 manat cəmiyyətin xəzinəsinə ödənilmişdir. Bu barədə X4 01 yanvar 2011-ci il tarixdə maliyyə arayışı verilmişdir. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)- 5464/2012 saylı qətnaməsi ilə X3 iddiası təmin eidlmiş və ünvan 2 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv m yaşayış sahəsi olan 38 nömrəli mənzilin X4 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi ilə "Şərur” MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmşıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mlüki Kollügiyasının xx.xx.2013- cü il tarixli 2(102)-4307/2013 nömrləi qərarı ilə "Şərur” MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021 -ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 628871 nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 34B 1 -ci giriş, mənzil 44 X3 mülkiyyətindədir;- xx.xx.2021-ci il tarixli 628871 nömrəli arayışa əsasən müəyyən olunur ki, Şaiq MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı yaşayış binasında, ümumi sahəsi 81,25 kv m yaşayış sahəsi 38,03 kv m olan, 2 otaqlı 44 saylı mənzil X4 məxsusdur. Mənzilin balans dəyəri 24357 manat təşkil edir və koorperativə mənzil sahibinin heç bir borcu yoxdur; - xx.xx.2021-ci il tarixli Şaiq MTK üzvlərinin ümumi yığıncağının 06 N-li ptorokolundan çıxarışa əsasən müəyyən olunur ki, X3 Şaiq MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı yaşayış binasında, 1 -ci giriş, 9-cu mərtəbə, ümumi sahəsi 81,25 kv m yaşayış sahəsi 38,03 kvm kv m 2 otaqlı, 44 saylı mənzilin verilməsi qərara alınmışdır;- Şaiq MTK-nın sədrinin Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021 -ci il tarixli məktubu ilə, X3 adına mülkiyyət hüququ ilə rəşmiləşdirilmiiş ünvan 8 ünvandakı binanın 38-ci mənzilidir. Mənzilin yenidən nömrələnməsi nəticəsində 38 saylı mənzil 44№-li olmuşdur; -X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X8 qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3852/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ona 38 saylı mənzil verilməlidir, lakin mənzillərin yenidən nömrələnməsi nəticəsində 38 saylı mənzil 44 saylı mənzil olmuşdur. Buna görə də ona yazılan evin müqaviləsinin 44 saylı mənzil kimi yazılmasına etiraz etmir (iş.səh.5,8,9, 11, 47,73, 74). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehlə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri am icra etmişdir və cavabdehə heç bir borcu yoxdur. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Belə ki, cavabdeh ona bir mənzil təhvil vermiş, mənzili qismən təmir etmiş və sonradan məlum olmuşdur ki, həmin mənzilə dair başqa şəxsin dövlət reyestrindən çıxarışı vardır. Hal-hazırda isə cavabdeh mənzilin təhvil verilməsindən imtina edir. Həmçinin təhvil verilmiş mənzilin kommunal xərclərini ödəmiş, həmin mənzildə quraşdırılmış su, işıq və qaz sayğacları onun adına qeydiyyata alınmışdır. Göründüyü kimi tərəfindən müqavilə öhdəliyi tam icra edilmiş, lakin cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilməmişdir. Mübahisəli mənzillə bağlı hüquqları yaranmışdır. Həmin hüquqların adına daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmaması ilə bağlı isə qeyd edir ki, müqavilə öhdəliyini tam icra etdiyindən və həmin mənzil təhvil verildiyindən mənzilə mülkiyyət hüququ əldə etmişdir . Mənzilin iki şəxsə satılması isə cinayətdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, məhz həmin mənzilin başqa şəxsə satılması və yaxud da mənzilin başqa şəxsin mülkiyyətində olması cavabdehi müqavilə öhdəliyinin icrasından azad etmir. Məhkəmə iş materiallarında olan sübutları obyektiv araşdırmamış və buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Yuxarıda qeyd etdiyim kimi tərəflər arasında müqavilə bağlanmış, müqavilə öhdəliyin tam icra etmiş, lakin cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilməmişdir. Məhkəmə isə hesab etmişdir ki, 38 saylı mənzil başqa şəxsə satıldığından cavabdeh müqavilə öhdəliyinin icrasından azad olunur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 4.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, İddia edilən mənzilin Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə 34B ünvanda Cavabdeh MTK tərəfindən inşa olunan binanın 1 -ci girişinidə 9-cu mərtəbəsində yerləşdiyini, İddiaçı Cavabdeh MTK tərəfindən satılmış mənzilin İsə müqavilə üzrə həmin binanın 1-ci girişinin, 8-ci mərtəbəsində göstərildiyini nəzərə alaraq, iddia olunan mənzil ilə müqavilə üzrə satılmış mənzilin ayrı-ayrı mənzillər olduğu müəyyən edilir. Eyni zamanda X1 mənzilin xx.xx.2021-ci il tarixli 06 saylı protokoldan çıxarışa əsasən binanın 9-cu mərtəbəsində yerləşdiyini və baxış zamanı təqdim olunmuş mənzilin binanın 9-cu mərtəbəsində yerləşdiyini nəzərə alaraq, X6 faktiki istifadəsində olan və satılmış mənzillər eyni mərtəbədə yerləşir. Lakin iddia olunan mənzilin qapısı bağlı olduğundan, həmin mənzilin ilkin müqavildə və çıxarışda (texniki pasportda) göstərilən yaşayış sahələrinin eyni və ya fərqli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Mənzillərin ünvanlarının təyin olunması tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Ekspertiza xərci 100 manat müəyyən edilmişdir. 5.İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, mərtəbələrdə bina tikilən zaman və qeydiyyata alınan zaman fərqli nömrələr kimi qeyd olunduğunu, mənzilin iddiaçı tərəfindən təmir olunduğunu, lakin Tağıyev Füzuliyə verildiyini, hazırda mənzildə yaşayış olmadığını, əslində Tağıyev Füzulinin istifadəsinə verilmiş mənzilin iddiaçıya məxsus olduğunu, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən mübahisəli mənzilin Tağıyev Füzuliyə təhvil verilməsinin qərara alındığını, müqavilədə qeyd edilmiş mənzili tələb etdiklərini bildirmişdir. 6.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh MTK və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını kassasıya instansiyası məhkəməsinin göstərişlərinə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 112, 139-158, 178, 324, 328, 385-388, 560, 646-654; Mülki Prosesual Məcəllənin 14, 77, 82, 88, 384-386-cı maddələrinə əsasən mübahisələndirən hissədə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164-cü maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən: Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Münasibətlər yaranan zaman Mülki Məcəllənin 178.8-ci maddəsinə (əvvəlki redaksiyasına) əsasən: Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 10.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinə əsasən,mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. 11.Qeyd edilməlidir ki, ekspert rəyinə əsasən iddia olunan mənzil ilə müqavilə üzrə satılmış mənzilin ayrı-ayrı mənzillər olduğu müəyyən edilmiş, iddiaçının müqavilə öhdəliklərinə dair hər hansı məhkəmə mübahisəsi olmamışdır. İddianın rədd edilməsinə əsas üçüncü şəxsə mənsub mənzilin iddia edilən mənzillə eyni olması olmuşdur. Lakin üçüncü şəxs X8 ilə mənzilə dair müqavilə "Kamran B.Ə” MMC arasında bağlanmış və ümumi sahəsi 81,5 kv m göstərilmiş, sonradan xx.xx.2021-ci il tarixli Şaiq MTK üzvlərinin ümumi yığıncağının 06 N-li ptorokolundan çıxarışa əsasən X3 Şaiq MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı yaşayış binasında, 1 -ci giriş, 9-cu mərtəbə, ümumi sahəsi 81,25 kv m yaşayış sahəsi 38,03 kvm kv m 2 otaqlı, 44 saylı mənzilin verilməsi qərara alınmış, və dövlət reyestrində 44 saylı mənzil kimi qeydiyyata alınmışdır. İddiaçıya verilən maliyyə arayışı ilə isə 38 mənzilin tikinti sahəsi 81,25 kv metr, yaşayış sahəsi isə 36,45 kv m göstərilmişdir. 12.Beləliklə, müqavilədəki qeyd edilən mənzilin ünvanı (nömrəsi) dövlət qeydiyyatından keçmədiyindən şərti müəyyən edilmiş və qeyd edilən mənzillərin eyni olması ehtimalı olduğu təqdirdə belə cavabdehin müqavilə öhdəliklərindən irəli gələn vəzifələrinin xitamına səbəb olan hal deyildir. Yəni, iddiaçının müqaviləsində şərti olaraq qeyd edilmiş mənzilin təmin edilməsi mümkün olmadığı təqdirdə belə cavabdeh tərəfindən oxşar mənzillə iddiaçını təmin etmək hüquqları sonuncunun vəzifələrindən irəli gələn öhdəliklə bağlıdir.. 13.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməli və ekspertiza xəci üçün ödənilməli olan məhkəmə xərcləri Cavabdeh MTK-ya aid edilməlidir. 14.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5576/2021 saylı işi üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzil cavabdeh "Şaiq” MTK tərəfindən İddiaçı təhvil verilsin. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar