Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1532/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2 qarşı (DİN BDYPİ və "xxxx" QSC BOKT mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “nəqliyyat vasitəsinə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4633/2022 saylı 08 dekabr 2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2 qarşı (DİN BDYPİ və "xxxx" QSC BOKT mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 1341 nömrəli xx.xx.2022-ci il tarixli İpoteka müqaviləsinin etibarsız hesab olunaraq, həmin müqavilə əsasında birgə nikah dövründə əldə edilmiş “Geely Emqrand EX7” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ipoteka yüklülüyü haqqında qeydin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4633/2022 saylı 08 dekabr 2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı "xxxx" QSC BOKT çavabdeh Cavabdeh2 qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə «əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair» iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-çi il tarixli 2(004)-828/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və işin icraatı dayandırılmışdır. Qərardadla ekspertin qarşısında "xx.xx.2013-cü il tarixli, 01341 saylı kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli, 1341 saylı ipoteka müqaviləsi və kassa məxaric orderindəki imzalar kim tərəfindən: Cavabdeh2 və ya digər şəxs tərəfindən icra olunubmu" sual qoyulmuşdur. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Cavabdeh2 qarşı olan problemli aktiv üzrə tələb hüququ "xxxx" BOKT ASC-yə güzəşt edilib və müvafiq sənədlər (kredit müqaviləsi, ipoteka müqaviləsi və s.) SAVK-2256 saylı, 22 may 2018-ci il tarixli təhviltəslim aktına əsasən "xxxx" QSC-yə verilib. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırda Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-4633/2022 saylı bu mülki iş üzrə İddiaçı məhz Yasamal Rayon Məhkəməsində "xxxx" BOKT ASC-nin tələbinin əsaslandığı sənəd olaraq çıxış edən xx.xx.2013-cü il tarixli, 1341 saylı ipoteka müqaviləsinin etibarsız olmasını və onun əsasında müvafiq avtomobil üzərində ipoteka yüklülüyü haqqında qeydin ləğv olunmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır (Qərardadın nəticə hissəsi). O da vurğulanmalıdır ki, əqdə əsaslanan tələb hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər (bənd 54). Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 55). Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (bənd 54). Göründüyü kimi ipoteka predmetinə tutma yönəldilməsi tələbi əşya hüququna əsaslanan iddia olduğu üçün və həmin iş üzrə icraat çərçivəsində hazırkı iş üzrə iddiaçı tərəfindən ipoteka hüququnun əsaslandığı qeydin mötəbərliyinə yazılı tələb (o cümlədən qarşılıqlı iddia) irəli sürülməklə etiraz edilmədiyi üçün həmin işə baxan məhkəmənin ipoteka qeydinin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmamışdır. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunanlar nəzərə alınmadığı üçün Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4633/2022 saylı 08 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1532/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1532/2023
31.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver