Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1532/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Dövlət notariat kontoru, Cavabdeh1, Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Açar sözlər: miras payının müəyyən olunması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4630/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Hümbətova Enfira Hümbət qızının adına Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 1d, mənzil 36 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2a, mənzil 7 Hümbətova Enfira Hümbət qızının adına qeydiyyata alınmışdır, lakin 1 saylı DNK-nın 4ə1- 265 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Zahidzadə Aysel Ələddin qızının mülkiyyətində keçmişdir. Eyni zamanda Hümbətova Enfira Hümbət qızının adına ünvan 1 ünvanda yerləşən mənzil Bərdə rayonu, 1 saylı notariat kontorunun xx.xx.2015-ci ildə verdiyi 4Ə-70 saylı alqı-satqı müqaviləsinə əsasən Əliyeva Validə Famil qızının mülkiyyətinə keçmişdir.
2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, b 1d, mənzil 36 giriş 2 xüsusi mülkiyyət hüququ əsasında Hümbətova Enfira Hümbət qızının adına qeydiyyata alınmışdır.
3. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş Hümbətova Enfira Hümbət qızının "xxxx" QSC-də AZ3ACAB******************** nömrəli çari hesabında 22039,63 manat, AZ97ACAB**********000667075 nömrəli əmanət hesabında 30000 manat, AZ05ACAB0**********000706270 nömrəli əmanət hesabında 20000 manat məbləğində vəsait var.
4. İş materiallarında olan İ-İE № 421522 saylı, xx.xx.1957-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Bərdə rayonunda anadan olmuş, ata qrafasında Hümbətov Hümbət Cəmil oğlu, ana qrafasında Tazıyeva Səriyə İbad qızı qeyd edilmişdir.
5. İş materiallarında olan Vİİİ-JQ № 446466 saylı, xx.xx.1982-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Hümbətova Enfira Hümbət qızı xx.xx.1948-ci ildə Bərdə rayonunda anadan olmuş, ata qrafasında Hümbətov Hümbət Cəmil oğlu, ana qrafasında Əkbərova Suqra Ağaşirin qızı qeyd edilmişdir.
6. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2041/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(021)-825/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı və maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və qohumluq faktının təsdiq edilməsinə” dair iddiası qismən təmin edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(021)- 825/2020 saylı qətnaməsi tamamilə ləğv edilərək, ikinci iddia tələbi qohumluq faktının təsdiq edilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir.
7. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-923/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, 28 may 1948-ci ildə anadan olmuş Hümbətova Enfira Hümbət qızının İddiaçı bacısı olması faktının müəyyən edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi və Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə qərardad çıxarılması qərara alınmışdır.
8. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin məktubundan görünür ki, ünvan 3 ünvanı 11 saylı notariat kontorunun 2v- 103 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1Valeh qızının adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
9. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Hümbətova Enfira Hümbət qızının vərəsəsi; ünvan 4 ünvanında qeydiyyatda olan qardaşının qızı Cavabdeh1 və o, miras əmlakı irs almalıdır. DƏDRX tərəfindən xx.xx.2019cu il tarixdə Hümbətova Enfira Hümbət qızına verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 77,96 kv.m olan mənzildən ibarətdir. "xxxx" QSC-nin Binəqədi filialının xx.xx.2019-cu il tarixli, 351 nömrəli məktuba əsasən AZ3ACAB**********0000 482395 nömrəli cari hesabında 22039,63 manat, AZ97ACAB********** ********* nömrəli əmanət hesabında 30000 manat, AZ05ACAB0**********000706270 nömrəli əmanət hesabında 20000 manat məbləğində vəsaitlərdən ibarətdir.
10. İş materiallarındda olan AZ-İİ № 027829 saylı, xx.xx.2019-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Hümbətova Enfira Hümbət qızı xx.xx.2019-cu il tarixdə ölmüşdür.
11. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli,, 2(043)-2384/2019 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək, ərizəçi xx.xx.1970-ci il tarixində doğulmuş Cavabdeh1 xx.xx.2019-cu il tarixində vəfat etmiş mərhum Hümbətova Enfira Hümbət qızının qardaşı qızı olması faktı müəyyən olunmuşdur. İş materiallarında olan AZ-№509675 saylı, xx.xx.1963-cü il tarixli “Doğum haqqında şəhadətnamə”sinin surətindən görünür ki, Hümbətova Dürdanə Hümbət qızı xx.xx.1960-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, ata qrafasında Hümbətov Hümbət Cəlil oğlu, ana qrafasında Tağıyeva Səriyə İbad qızı qeyd edilmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2623/21 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2041/2020 saylı nömrəli, 12 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. İş materiallarında olan №104-05/69 saylı, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, Qaziyev Xalid Hümbət oğlu xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində anadan olmuş ana qrafasında Qaziyeva Səriyə İbad qızı qeyd edilmiş ata qrafası boş saxlanılmışdır.
14. İş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, 01 iyul 1923-cü ildə Bərdə rayonu, Mustaağalı kəndində anadan olmuş Həziyeva Səriyyə İbad qızının ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 01 yanvar 1942-ci ildən 18 mart 1990-cı ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya” sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Həziyeva Səriyyə İbad qızının nikahı haqqında akt qeydi aşkar edilməmişdir.
15. İş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Hümbətov Hümbət Cəlil oğlu ilə Əkbərova Suqura Adışirin qızı xx.xx.1942-ci il tarixdə nikaha daxil olmuşlar.
16. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qazıyev Xalid Hümbət oğlunun soyadının “Hümbətov”a dəyişdirilməsi barədə Bərdə rayon qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
17. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu Məmmədov İlqar Aydm oğlunun verdiyi 2V-103 reyestr nömrəli 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında ünvan 6 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verimiş çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Hümbətova Enfira Hümbət qızınm miras əmlakı olan ünvan 6 ünvanında yerbşən mənzildə və “ACCESSBANK" QSC-nin Binəqədi fililalının bank hesablarındakı cəmi 72.039,63 manat məbləğində pul vəsaitində onun tam hissədə miras payının müəyyən ohınması, ünvan 8 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydə alınaraq, müvafiq çıxarışın verilməsi, Cavabdeh1, qətnamə icra olunan vaxt mənzildə olan digər şəxslərin və onların əşyalarının mənzildən çıxardılaraq, mənzilin iddiaçıya təhvil verilməsi, 72.039,63 manat məbləğində pulun Cavabdeh1 alınaraq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu Məmmədov İlqar Aydın oğlunun verdiyi, 2V-103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında ünvan 8 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Hümbətova Enfira Hümbət qızının miras əmlakı olan ünvan 8 ünvanında yerləşən mənzildə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72039,63 manat məbləğində pul vəsaitində onun tam hissədə miras payının müəyyən olunması-ünvan 8 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, müvafiq çıxarışın verilməsi-Cavabdeh1, qətnamə icra olunan vaxt mənzildə olan digər şəxslərin və onların əşyalarının mənzildən çıxarıdılaraq, mənzilin iddiaçıya təhvil verilməsi, 72.039,63 manat məbləğində pulun Cavabdeh1 alınaraq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası Hümbətov Hümbət Cəlil oğlu xx.xx.1942-ci ildə Əkbərova Suqra Adışirin qızı ilə nikaha daxil olmuşdur. Onların bu evliliyindən xx.xx.1945-ci il təvəllüdlü Hümbətov Valeh Hümbət oğlu və xx.xx.1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızı anadan olmuşdur. Həm Valeh Hümbətov, həm də Enfira Hümbətova vəfat etmişlər. Cavabdeh1 mərhum Valeh Hümbətovun qızıdır, mərhum Enfira Hümbətova isə Cavabdeh1 bibisidir. Enfira Hümbətovanın özünün ailəsi olmamışdır. İddiaçının atası Hümbətov Hümbət Cəlil oğlu Əkbərova Suqra Adışirin qızından ayrılaraq, anası Qazıyeva Şəriyə İbad qızı ilə evlənmişdir. Onların bu evliliyindən xx.xx.1957-ci ildə iddiaçı və xx.xx.1960-cı idə isə bacısı Abdullayeva (Hümbətova) Dürdanə Hümbət qızı anadan olmuşdur. Atası Hümbətov Hümbət Cəlil oğlu xx.xx.1998-ci ildə vəfat etmişdir. Hazırkı iddiası iddiaçının mərhum bacısı Hümbətova Enfira Hümbət qızının mirası ilə bağlıdır. O, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun miras əmlakı ünvan 9 ünvanında yerləşən daşınmaz əmlakdan və "xxxx" QSC-nin Binəqədi fılilalında olan cəmi 72.039,63 manat puldan ibarətdir. Bu miras əmlaka dair cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu, Məmmədov İlqar Aydın oğlu tərəfindən Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, aşağıdakılara görə, bu şəhadətnamə qanunsuzdur. Mərhum Enfira Hümbətovanın miras əmlakı olan mənzilini onun ölümündən sonra vərəsələrdən ancaq iddiaçı faktiki olaraq qəbul edərək sahiblənmişdir və həmin evdə yaşamağa başlamışdır. İddia ərizəsinə əlavə etdiyi qəbzdən görünür ki, Binəqədi rayon prokurorluğunun stajoru Orucov Elşən Elşar oğlu Binəqədi rayon prokurorluğunda araşdırılan C-126 nömrəli material üzrə hadisə yerinə baxış zamanı götürülmüş Hümbətova Enfira Hümbət qızının yaşadığı mənzilin açarlarını xx.xx.2019-cu il tarxdə mərhumun qardaşı kimi iddiaçıya təhvil vermişdir. Notariat işindən müəyyən olunur ki, Cavabdeh1 notariusa xx.xx.2019-cu i tarixdə ərizə ilə müraciət etmişdir. Daha sonra, o, 2019-cu ilin sonlarında iddiaçı həmin vaxt evdə olmamağından istifadə edərək, mənzilin qıfılını sındıraraq, rnənzilə daxil olmuş, sonra isə iddiaçının mənzilə daxil olmağına imkan (icazə) verməmişdir. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunla müəyyən edimiş 3 aylıq müddət daxilində mirası qəbul etmələrinə dair nə faktiki və nə də rəsmi hərəkətləri etməmişlər. Belə olan halda, miras əmlaka dair verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni qanuni hesab etmək mümkün deyildir. Notariat işində olan Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qətnaməsinin 6-cı vərəqinin 1-ci abzasında yazılıb: Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarının 31-ci səhifəsində mərhum Enfira Hümbətovanın adına verilmiş doğum şəhadətnaməsinin surəti olduğuna (birinci instansiya məhkəməsinin özü də bu sənədə mötəbər sübut kimi istinad etmiş və həmin şəhadətnamənin doğruluğu cavabdehlər tərəfindən də mübahisələndirilməmişdir) görə iddiaçının mərhum Enfira Hümbətova ilə bacı olması faktının məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac yoxdur".
20. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, neçə illərdir ki, bu mübahisə ilə bağlı məhkəmələr gedir. Ali məhkəməyə qədər iş gedib və məhkəmə qətnamələri cavabdehlərin xeyrinə nəticələnmişdir. Belə ki, iddiaçıya Hümbətov Hümbət atalıq verməmişdir. İddiaçının təqdim etdiyi sənədlər hamısı saxtadır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Sadıqova Faidə Salman qızı bildirmişdir ki, Xalidi 2022-ci il tarixdən tanıyır. Enfira xanım sözügedən ünvan 6 ünvanında yerləşən mənzildə yaşayırdı. O, həmin binanın komendantı işləmişdir. Xalid arvadı ilə Enfiragilə gəlib getdiyini görmüşdür. Enfira öləndən sonra Kəmalə adında şəxs ortalığa çıxmışdır. Enfira öləndə meyidi 3 gün mənzildə qalmışdır. Xalid gəlib meyidi aparıb basdırmışdır.
22. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Hümbətov Nicat Xalid oğlu bildirmişdir ki, iddiaçı onun atasıdır. Babasını sağlığından tanıyırdı. Babası Hümbət 1998-ci ildə rəhmətə getmişdir. Babası ölən günə qədər onlarla birgə yaşamışdır. Enfira babasının ögey qızı olub. Lakin buna baxmayaraq daimi bir biriləri ilə qohumluq əlaqələrində olublar, bibisinə daima qulluq etmişdir. Bibisi 2019-cu ilin aprel ayında rəhmətə getmişdir. Bibisini Bərdə rayonunda dəfn etmişlər. Bibisi ölməmişdən əvvəl bütün sənədləri atasına təqdim etmişdir. Bibisinin yas mərasiminə qədər Kəmalə adlı şəxsi tanımamışdır. Bibisi öləndən sonra sözügedən mənzildə o yaşamış və bütün komunal xərcləri o ödəmişdir.
23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4630/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2, 1134.1, 1145, 1159.1, 1243.2, 1246, 1252, 1300-cü maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinin 3-cü abzasına, 59-cu maddəsinin 1-ci abzasına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1, 124.2 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
25. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, hakim qətnaməsini işdə mövcud olmayan, məhkəmədə tədqiq olunmamış sübutla əsaslandırmışdır. Bu cür əsaslandırma isə qeyd etdiyi prosessual normaların tələblərinə ziddir. Doğum akt qeydimə dair olan məlumatlar fərdi məlumatlardır. Bu məlumatları Cavabdeh1 qanunsuz olaraq əldə etmiş və hazırda işə baxıldığı zaman məhkəməyə şifahi olaraq təqdim etmişdir. Təəssüf ki, məhkəmə həmin qanunsuz əldə olunmuş məlumat əsasında Bərdə rayon qeydiyyat şöbəsinə sorğu göndərmişdir. Yalnız bundan sonra ona məlum olmuşdur ki, doğum akt qeydində bəzi məlumatlar yazılmamışdır. Bundan sonra, həmin məlumatlara dair hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizə ilə Bərdə rayon məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Binəqədi rayon məhkəməsində hazırkı işdə də icraatın dayandırılmasını xahiş etmişdi. Lakin, hakim əsassız olaraq ərizəni təmin etməmiş və icraatı dayandırmamışdır. Bununla da, qeyd etdiyi prosessual normanın tələbini pozmuşdur. Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən sonra qəbul olunmuş Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, ərizə qismən təmin edilmiş, iddiaçının xx.xx.1957-ci ildə Bərdə şəhərində doğulmağı, doğum aktında atasının Hümbətov Hümbət Cəlil oğlu, anasının Qazieva (Həziyeva) Səriyyə İbad qızı kimi qeyd olunmaqla atalıq faktı müəyyən olunmuşdur. Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini yeni sübut kimi təqdim edir. Çünki, Binəqədi rayon məhkəməsində hakim icraatı dayandırmayaraq işə baxmağa davam etmiş və xx.xx.2023-cü iltarixdə qətnamə qəbul edərək, işə baxılmasını tamamlamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
29. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırkı mübahisə ilə bağlı uzun illərdir məhkəmələr gedir. Ali məhkəməyə qədər iş gedib və məhkəmə qətnamələri cavabdehin xeyrinə nəticələnmişdir.
30. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının:
31. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 5.3 mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
33. Maddə 1133.2 qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
34. Maddə 1134.1 qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
35. Maddə 1159.1 qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
36. Maddə 1159.2 ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
37. Maddə 1145 miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
38. Maddə 1243.2 vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
39. Maddə 1246 vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
40. Maddə 1252 əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
41. Maddə 1300 əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun
42. 58-ci maddəsinin 3-cü abzasına əsasən Notarius yetkinlik yaşına çatmayan və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
43. 59-cu maddəsinin 1-ci abzasına görə Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
48. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
51. Hazırki halda, iddiaçı tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4630/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilmiş, 2V-103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında ünvan 8 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş çıxarış ləğv edilməli, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Hümbətova Enfira Hümbət qızının miras əmlakı olan ünvan 8 ünvanında yerləşən mənzilə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72039,63 manat məbləğində pul vəsaitinə İddiaçı tam hissədə miras payı müəyyən olunmalı, 72.039,63 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməli, Cavabdeh1 əşyaları ilə birlikdə mənzildən çıxarılmalı və mənzil İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
53. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
54. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
55. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
56. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, miras qoyanın ölümü ilə 1 potensial vərəsədən yalnız Cavabdeh1 mirası qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Hümbətova Enfira Hümbət qızından (səhvən Quliyev Eldar Əjdər oğlu Quliyeva Rəfiqə Kərim qızı kimi qeyd edilmişdir) miras qalan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 77,96 kv.m olan mənzildən ibarətdir. "xxxx" QSC-nin Binəqədi filialının xx.xx.2019-cu il tarixli, 351 nömrəli məktuba əsasən AZ3ACAB**********0000482 395 nömrəli çari hesabında 22039,63 manat, AZ97ACAB**********000667075 nömrəli əmanət hesabında 30000 manat, AZ05ACAB0**********000706270 nömrəli əmanət hesabında 20000 manat məbləğində vəsaitlərdən irs almışdır. Hazırda iddiaçı Enfira Hümbətovanın qardaşı olduğunu bildirsə də, iş materiallarından görünür ki, atalığı Hümbətov Hümbət Cəlil oğlu iddiaçıya rəsmi qaydada atalıq verməmişdir. Belə ki, iş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş №104-05/69 saylı, xx.xx.2019-cu il tarixli arayışdan da görünür ki, Qaziyev Xalid Hümbət oğlu xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində anadan olmuş ana qrafasında Qaziyeva Səriyə İbad qızı qeyd edilmiş ata qrafası boş saxlanılmışdır. Eyni zamanda iş materiallarında olan məktubda Qazıyev Xalid Hümbət oğlunun soyadının “Hümbətov”a dəyişdirilməsi barədə Bərdə rayon qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilmədiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, atalığı-Hümbətov Hümbət Cəlil oğlunun doğma (bioloji) övladı olmamış və sonuncu tərəfindən övladlığa götürülməmişdir, bir sözlə o, mərhumədən qalan mirasa dair vərəsə ola bilməz.
57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, maddi hüquq normalarını işin hallarını tam araşdırmadan hazırki mübahisəyə tətbiq etmiş və nəticədə düzgün olmayan nəticəyə gəlmişdir.
58. Belə ki, iddiaçıya məxsus 421522 nömrəli doğum haqqında şəhdətnaməmin əslindən görünür ki, şəhadətnamə 1957-ci ildə Bərdə rayon ZAQS bürosu tərəfindən verilmişdir. Şəhadətnamədə “Hümbətov Hümbət Cəlil oğlu” atam kimi yazılmışdır. Şəhadətnamədən o da görünür ki, doğum vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1957-ci ildə 271 nömrə ilə qeydə alınmışdır. Hazırda da qüvvədə olan bu şəhadətnamə əsasında iddiaçı həm sovet dönəmində, həm də müstəqillik dönəmində pasport və şəxsiyyət vəsiqələri almışdır. Başqa sözlə, bu günədək məhz həmin şəhadətnamə əsasında şəxs və vətəndaş kimi mövcud olaraq, hüquqlarından istifadə etmiş və vəzifələrini icra etmişdir.
59. Göründüyü kimi, Azərbaycan dövləti iddiaçını məhz qeyd edilən şəhadətnamə əsasında vətəndaşı kimi tanımışdır.
60. Birinci instansiya məhkəməsi tərəfindən istinad edilən digər sübut isə Bərdə rayon qeydiyyat şöbəsinin Bakı şəhəri Binəqədi rayon məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubudur. Məktubda göstərilir ki, “Qazıyev Xalid Hümbət oğlunun soyadının “Hümbətov”a dəyişdirilməsi barədə Bərdə rayon qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilməmişdir”.
61. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən məktunu sübut kimi qiymətləndirərkən nəzərə almamışdır ki, akt qeydini vətəndaş tərtib etmir və akt qeydində olan natamam məlumatlara görə vətəndaş məsuliyyət daşımamalıdır. İddiaçıya verilmiş doğum haqqında şəhadətnaməmdə ata adı “Hümbətov Hümbət Cəlil oğlu” olaraq dəqiq göstərilmişdir. Həmin şəhadətnamənin mötəbərliyi mübaihələndirilmir və hazırda da qüvvədədir. Bu şəhadətnamədəki məlumatların eynilə doğum akt qeydində təkrarlanmamasının məsuliyyəti şəxsə (hazırkı halda iddiaçıya) aid edilə bilməz və akt qeydində məlumatın olmaması iddiaçının qanuni olan doğum haqqında şəhadətnaməsinin mötəbərliyini şübhə altına ala bilməz.
62. Həmçinin, apellyasiya şikayətinə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-4271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, onun xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində anadan olmağı, atasının Hümbətov Hümbət Cəlil oğlu, anasının isə Qazıyeva Səriyə İbad qızı olması və xx.xx.1957-ci il tarixli, 271 saylı akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmiş və məhkəmə ərizəni qismən təmin edərək İddiaçı xx.xx.1957-ci il tarixdə Bərdə şəhərində doğulması, doğum aktında atasının Hümbətov Hümbət Cəlil oğlu, anasının isə Qazıeva (Həziyeva) Səriyyə İbad qızı kimi qeyd olunmaqla atalıq faktının müəyyən edilməsini qət etmişdir.
63. Kollegiya hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini yeni sübut olaraq apellyasiya icraatı zamanı qəbul edilməlidir. Belə ki, qeyd edilən qətnamənin qanuni qüvvəsinin alıb-almadığını müəyyən etmək üçün Bərdə Rayon Məhkəməsinə sorğu edilmiş və məhkəmənin 05 mart 2024-cü il tarixli sorğuya cavab məktbundan görünür ki, 2(021)-4271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə 31 yanvar 2024-cü il tarixdə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Bərdə Rayon Qeydiyyat Şöbəsinə göndərilmişdir.
64. Nəzərə alınmalıdır ki, MPM-nin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
65. İş materiallarından görünür ki, mülki iş üzrə birinci instansiya məhkəməsidə araşdırma zamanı iddiaçının nümayəndəsi tərəfindən hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizə ilə Bərdə Rayon məhkəməsinə müraciət edildiyi üçün mülki işin icraatın dayandırılmasını xahiş edilmiş, həmin hal hazırkı işin nəticəsinə birbaşa təsir etdiyi halda birinci instansiya məhkəməsi vəsatəti əsassız olaraq təmin etməmiş və mülki işin icraatını dayandırmamışdır. Nəticədə prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
66. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi üçün əsas olmuş qənaəti məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə aradan qalxmışdır. Belə ki, MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
67. Hazırkı iddia tələbindən və tələbin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu Məmmədov İlqar Aydın oğlunun verdiyi, 2V-103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında ünvan 8 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Hümbətova Enfira Hümbət qızının miras əmlakı olan ünvan 8 ünvanında yerləşən mənzildə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72039,63 manat məbləğində pul vəsaitində onun tam hissədə miras payının müəyyən olunması-ünvan 8 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, müvafiq çıxarışın verilməsi-Cavabdeh1, qətnamə icra olunan vaxt mənzildə olan digər şəxslərin və onların əşyalarının mənzildən çıxarıdılaraq, mənzilin iddiaçıya təhvil verilməsi, 72.039,63 manat məbləğində pulun Cavabdeh1 alınaraq, iddiaçıya verilməsini tələb edir.
68. Kollegiya iş materiallarını araşdıraraq iddia tələbinin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, mübahisələndirilən vərəsəlik şəhadətnaməi qanunvericiliyin göstərişlərinə uyğun verilmədiyindən, iddia tələbi bu hissəsədə əsaslıdır və təmin edilməlidir. Belə ki, hazırki halda işin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, mərhum Hümbətova Enfira Hümbət qızı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı mərhum Enfira Hümbətovanın qardaşı, Cavabdeh1 isə mərhum Enfira Hümbətovan digər qardaşının (Valeh Hümbətovun) qızıdır. Mərhum Enfira Hümbətovadan qalan miras əmlak ünvan 9 ünvanında yerləşən daşınmaz əmlakdan və "xxxx" QSC-nin Binəqədi fılilalında olan cəmi 72.039,63 manat puldan ibarət olmuşdur. Binəqədi rayon prokurorluğunun stajoru Orucov Elşən Elşar oğlu Binəqədi rayon prokurorluğunda araşdırılan C-126 nömrəli material üzrə hadisə yerinə baxış zamanı götürülmüş Hümbətova Enfira Hümbət qızının yaşadığı mənzilin açarlarını xx.xx.2019-cu il tarxdə mərhumun qardaşı kimi iddiaçıya təhvil vermişdir.
69. Göründüyü kimi, miras qoyanın ölümü ilə 2 potensial vərəsədən yalnız İddiaçı mirası faktiki olaraq qəbul etmiş, Cavabdeh1 isə mərhum Enfira Hümbətovanın qardaşı qızı olması faktının müəyyən edilməsi haqqında qətnamənin icrasının axarı olaraq yalnız xx.xx.2021-ci il tarixdə tam payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
70. Kollegiya hesab edir ki, Bakı şəhəri 11 saylı notariat ofisi Cavabdeh1 2V- 103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətna verməkdə haqlı olmamışdır. Belə ki, MM-nin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir
71. Kollegiya iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, həmin tələblər “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinin məntiqi nəticəsi, həmin tələbdən doğan yanakı tələb olduğundan və həmin tələb təmin edildiyindən, şəhadətnamə əsasında ünvan 8 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş çıxarış ləğv edilməli, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Hümbətova Enfira Hümbət qızının miras əmlakı olan ünvan 8 ünvanında yerləşən mənzilə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72039,63 manat məbləğində pul vəsaitinə İddiaçı tam hissədə miras payı müəyyən olunmalıdır.
72. Kollegiya iddia tələbinin “72.039,63 manat məbləğində pulun Cavabdeh1 alınaraq İddiaçı verilməsi və Cavabdeh1 əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla, mənzilin İddiaçı təhvil verilməli hissəsində də iddia tələbini əsaslı hesab edir. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, Cavabdeh1 vərəsəlik şəhadətnaməsi aldıqdan sonra mənzilə mülkiyyət hüququ əldə etmiş və "xxxx" QSC-dən 72039,63 manat məbləğində pul vəsaitini qəbul etmiş və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Ona görə də iddia tələbi həmin hissələrdə təmin edilməlidir.
73. Kollegiya iddia tələbinin “qətnamə icra olunan vaxt mənzildə olan digər şəxslərin və onların əşyalarının mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qeyri müəyyən olduğundan və dəqiqləşdirilmədiyindən təmin edilə bilməz.
74. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı qətnamə ünvan 8 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi üçün əsasdır.
75. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin verilməsi üçün 493 manat və apellyasiya şikayətinin verilməsi üçün isə 247 manat dövlət rüsumu ödənilmişdir.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
77. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
78. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi cavabdehə aid hissədə təmin edildiyindən məhkəmə xərclərinə aid olan iddiaçı tərəfindən ödənilmiş 740 (493+247) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı veriməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4630/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilmiş, 2V-103 reyestr nömrəli, 20 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə eibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında ünvan 8 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilsin. xx.xx.2019-cu il tarixdə vəfat etmiş Hümbətova Enfira Hümbət qızının miras əmlakı olan ünvan 8 ünvanında yerləşən mənzilə və "xxxx" QSC-nin Binəqədi filialının bank hesablarındakı cəmi 72039,63 (yetmiş iki min otuz doqquz manat altımş üç qəpik) manat məbləğində pul vəsaitinə İddiaçı tam hissədə miras payı müəyyən olunsun. 72.039,63 (yetmiş iki min otuz doqquz manat altımş üç qəpik) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. Cavabdeh1 əşyaları ilə birlikdə mənzildən çıxarılsın və mənzil İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə ünvan 8 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi üçün əsasdır. İddia tələbinin və apellyasiya şikayətinin verilməsi ilə əlqədar ödənilmiş 740 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (elektron qaydada) kassasiya şikayəti verilə bilər.