Məhkəmə qərarları › İş №2(103)-1534/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1534/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1534/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Maraqlı şəxsnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: müqavilə öhdəlikləri üzrə mübahisələr, avtomobilin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Maraqlı şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Maraqlı şəxs MMC-yə qarşı “avtomobilin geri qaytarılması və ödənişlərin dayandırılması tələbinə dair”mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(006)-3430/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Maraqlı şəxs MMC arasında bağlanılmış 24 avqust 2020-ci il tarixli MAS-2090 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən 03 fevral 2020-ci il tarixli, MAS 2090 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə İddiaçı bütün öhdəlikləri öz üzərinə götürmüş və ”Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobil onun müvəqqəti istifadəsinə verilmişdir.

2. Maraqlı şəxs MMC-nin mülkiyyətində olan Z.İ. Bayramovun müvəqqəti istuifadəsinə verilmiş ”Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobil 21 mart 2021-ci tarixli yol nəqliyyat hadisəsi zamanı zədələnmişdir. Maraqlı şəxs MMC-nin servis xidmətinin xx.xx.2021-ci tarixli aktına əsasən həmin avtomobilin “təmirə tam yararsız” vəziyyətə düşdüyü bildirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Maraqlı şəxs MMC-yə qarşı “avtomobilin geri qaytarılması və ödənişlərin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Maraqlı şəxs MMC-nin hesabına bərpa edilərək iddiaçıya təhvil verilməsi və MAS 2090 nömrəli daxili lizinq müqaviləsinin 3 saylı əlavəsi ilə müəyyən edilmiş lizinq ödənişlərinin xx.xx.2021-ci il tarixindən həmin avtomobilin iddiaçıya təhvil veriləcəyi tarixədək dayandırılması vəzifələrinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Maraqlı şəxs MMC-nin mülkiyyətində olan ”Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı göy rəngli avtomobil ilə eyni ildə istehsal edilmiş, saz vəziyyətdə olan ”Khazar SD” minik markalı avtomobilin İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh Maraqlı şəxs MMC-yə həvalə edilməsi və 24 avqust 2020-ci il tarixli MAS 2090 nömrəli daxili lizinq müqaviləsinin 3 saylı əlavəsi ilə müəyyən edilmiş lizinq ödənişlərinin icrasının xx.xx.2021-ci il tarixindən həmin avtomobilin iddiaçıya təhvil veriləcəyi tarixədək dayandırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərmaş” MMC-nin servis xidmətinin xx.xx.2021-ci tarixli aktı reallığı əks etdirmir. Həmin avtomobilin təmiri mümkündür. Belə akt tərtib etməklə cavabdeh mülki məsuliyyətdən yayınmağa çalışır. Maraqlı şəxs MMCnin hesabına həmin avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün bağlanmış “kasko” sığorta müqaviləsinin müddəti yol nəqliyyat hadisəsi baş verməmişdən bir qədər əvvəl başa çatmışdır. Qanunvericiliklə cavabdeh tərəfindən “kasko” sığorta müqaviləsinin müddəti 03 fevral 2020-ci il tarixli “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu son tarixədək uzadılmalı idi. Ancaq Maraqlı şəxs MMC tərfindən qanunla müəyyən edilmiş bu öhdəlik yerinə yetirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq üç gün müddətinə “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Maraqlı şəxs MMC-nin hesabına bərpa edilərək İddiaçı təhvil verilməsini və lizinq ödənişlərinin xx.xx.2021-ci il tarixindən həmin avtomobilin İddiaçıə təhvil veriləcəyi tarixədək təxirə salınmasını barədə cavabdehə e-kabinet vasitəsi ilə təqdim edilmiş pretenziyaya heç bir cavab verilməmişdir.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 dekabr 2022-ci il tarixli, 2(006)-3430/2022 saylı qətnaməsi ilə (hakim Tağıyeva Natavan) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 747.2, 747-1, 747-2, 748-1.1, 748- 1.4, 748-1.5, 748-1.7, 748-6.1, 748-9, 748-10-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən sübutlara obyektiv yanaşmadan, hərtərəfli və tam tədqiq etmədən qiymət vermişdir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş imzasız vərəqi müqavilənin hissəsi kimi qəbul etmiş və qətnamə qeyri-mötəbər imzasız sənədə əsaslanmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək,apellyasiya şikayətinin təmin edilməsi xahiş etdi.

12. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

14. Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.

15. Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.

16. Maddə 747-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.

17. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

18. Maddə 748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

19. Maddə 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.

20. Maddə 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır.

21. Maddə 748-6.1. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır.

22. Maddə 748-9. Əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir.

23. Maddə 748-10. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə Maraqlı şəxs MMC(lizinq verən) ilə X3 (lizinq alan) arasında xx.xx.2020-ci il tarixli, MAS-2090 №-li X4 əsalanmış, lakin cavabdeh tərəfindəın təqdim edilmiş müqavilənin sonuncu vərəqi istisna olunmaqla qalan vərəqlərinin imzalnmadığına və təsdiq edilmədiyinə diqqət yetirməmişdir. Həmçinin məhkəmə iddiaçının lizinq müqaviləsi qüvvədə olduğu müddət ərzində lizinq verən tərəfindən kasko sığortası şərti ilə alması barədə verdiyi izahata heç bir hüquqi qiymət verməmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

34. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

35. Belə ki, mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, MAS-2090 saylı X4 Əlavə №1-dən görünür ki, lizinqə verilən “Khazar SD minik” markalı avtomobilin dəyəri 13.300 manat məbləğində müəyyən edilmişdir.

36. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli X11 görünür ki, bu təhvil-təslim aktını imzalayaraq alıcı, yəni X3 bütün lizinq obyektini tam həcmdə, tələb olunan keyfiyyətlə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə satıcı, yəni Maraqlı şəxs MMC tərəfindən təhvil verilməsini təsdiq etmişdir.

37. Mülki işin materiallarında olan xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli, MAS-2090 №-li Öhdəliklərin ötürülməsi müqavilələrindən görünür ki, X3 (öhdəlikləri ötürən) ilə X5 (öhdəlikləri qəbul edən) arasında, daha sonra X5 (öhdəlikləri ötürən) ilə X6 (öhdəlikləri qəbul edən) arasında, daha sonra isə X6 (öhdəlikləri ötürən) ilə İddiaçı (öhdəlikləri qəbul edən) arasında öhdəliklərin ötürülməsi müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən, öhdəlik götürənlər Maraqlı şəxs MMC qarşısında götürdüyü bütün öhdəlikləri qəbul edənə ötürmüş, öhdəlikləri qəbul edən isə bu öhdəlikləri heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Maraqlı şəxs MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşlər.

38. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Maraqlı şəxs MMC tərəfindən verilən etibarnaməyə əsasən, İddiaçı lizinq müqaviləsi əsasında aldığı “Khazar SD minik” markalı avtomobil etibarnamə əsasında X8 istifadəsinə verilmişdir.

39. Mülki işin materiallarında olan DİN-nin Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 10№-li arayışdan görünür ki, X12, onun tərəfindən idarə edilən “Khazar SD” minik markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomaşını ilə xx.xx.2021-ci il tarixdə Bərdə şəhəri Koroğlu küçəsində baş vermiş olduğu yol nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur.

40. Mülki işin materiallarında olan 06 oktyabr 2022-ci il tarixli, 9/6117 №-li ekspert rəyindən göründüyü kimi “Khazar SD” minik markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobilin təmirə tam yararsız olmaqla, normal vəziyyətdə hadisə baş verən tarixə orta bazar qiyməti nəzəri qaydada təxminən 11000 manat məbləğində müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan təhvil-təslim aktından göründüyü kimi lizinq alan təhvil-təslim aktını imzalamaqla lizinq obyektinin müqavilənin şərtlərinə tam uyğunluğunu və lizinq obyektində hər hansı çatışmazlığın olmamasını təsdiq etmişdir. Yəni, lizinq obyekti heç bir qüsur olmadan lizinq alana təhvil verilmişdir. Bu zaman iddiaçının lizinq müqaviləsi ilə tanış olduğu və müqavilənin onun tərəfindən bəyənildiyi ağlabatan qəbul edilir.

42. Birinci instansiya məhkəməsi də haqlı olaraq hesab etmişdir ki, iddiaçı qəza nəticəsində yararsız vəziyyətə düşmüş avtomobillə eyni ildən olan, saz vəziyyətdə olan yeni avtomobil tələb etməkdə haqlı deyildir. Belə ki, tərəflər arasında bağlanmış X4 əsasən, lizinq obyekti üçün kasko sığorta müddəti 1 il müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi isə müqavilə bağlandığı vaxtdan 1 il keçdikdən sonra (xx.xx.2020-xx.xx.2021-ci il) baş vermişdir.

43. Eyni zamanda lizinq obyektinin yararsız hala düşməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. Belə ki, Mülki Məcəllənin 748-9-cu maddəsində nəzərdə tutulmuşdur ki, əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 44.Kollegiya göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir və iddiaçının apellyasiya şikayətinin dəlili əsassız olmaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

45. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(006)- 3430/2022 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar