Məhkəmə qərarları › İş №2(103)-1535/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1535/2022

30.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1535/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(009)-1871/2021 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 15 ildən çoxdur ki, ticarət fəaliyyəti ilə məşğul olmuş, bu müddət ərzində ölkə daxili və xarici kifayət qədər bağlantılar qurmuş, əksər şirkətlərlə bu istiqamətdə əməkdaşlıq etmişdir. O ticarət fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh2 Əliqayıb oğlu ilə əməkdaşlıq etmiş, Cavabdeh2 Əliqayıb oğlu ona əldə edilmiş qazancın yarı-yarıya bölüşdürülməsi şərti ilə 400.000 (dörd yüz min) ABŞ dollarına yaxın sərmayə vermişdir. Lakin mallar ölkəyə gələnə kimi və gəldikdən sonra malların satışından əldə edilmiş gəlir istisna olmaqla, hər ay Cavabdeh2 vaxtı-vaxtında ödəmələr həyata keçirmişdir, nəticədə 102.000 (yüz iki min) ABŞ dolları geri qaytarmışdır. Həmçinin malların satışından əldə edilmiş 40.000 manat məbləğində maliyyə vəsaitinin yarı-yarıya bölünməsi şərti ilə razılığa gəlməklərinə baxmayaraq, təkidlə tələb etməsi nəticəsində həmin məbləği bütünlüklə Cavabdeh2 vermişdir. Ölkədə hökm sürən pandemiya şəraitindən qaynaqlı olaraq İddiaçı sahibkarlıq fəaliyyəti ilə əvvəlki kimi məşğul ola bilmədiyi üçün və qazancının az olması səbəbindən ödəmələrin edilməsində gecikmələr yaşamağa başlamışdır. Hər dəfəsində Cavabdeh2 səbr etməsini, ona olan borcunu ən qısa zamanda geri qaytaracağını bildirməyinə baxmayaraq, o bunu başa düşmək istəmir və qalan borcun dərhal ona ödənilməsini tələb edirdi. Bu hadisələrdən sonra çox keçmədi İddiaçı məlum oldu ki, Cavabdeh2 Cavabdeh1 adında şəxsdən 700.000 (yeddi yüz min) ABŞ dolları məbləğində faizə borc götürmüşdür. Lakin ona olan borcunu ödəyə bilməməsi səbəbindən hər dəfə İddiaçı ona olan borcunu ödəməyi üçün onu sıxışdırmışdır. Bu hadisədən sonra o Cavabdeh2 həmin faizlə heç bir əlaqənin olmadığını və yalnız ondan aldığı pulu imkan düşdükcə geri qaytaracağını bildirmişdi. Bu müddət ərzində İddiaçı vermiş olduğu pulun bir qismini Cavabdeh2 geri qaytarmış olsa da, hazırki vəziyyətdə Cavabdeh2 vermiş olduğu pulları onun borcundan silməyərək, 102.000 ABŞ dolları məbləğinin İddiaçı tərəfindən ona verilməsini qəbul etməməkdədir. Cavabdeh1 isə Cavabdeh2 tərəfindən ondan alınmış borcun bir hissəsinin belə geri qaytarılmadığını bildirmişdir. Cavabdeh1 İddiaçı Cavabdeh2 borclu olduğunu və ödəyə bilmədiyini, bu səbəblə də Cavabdeh2 ona olan borcunu geri qaytara bilmədiyini öyrəndikdən sonra əlaqələrindən və maddi imkanından sui-istifadə edərək İddiaçı borcun geri qaytarılmaması adı altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırtdırmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən izahatının alınacağını düşündüyü üçün heç bir şübhə duymadan idarəyə getdiyində məsələnin tam başqa olduğunu anlamışdır. Məqsəd İddiaçı ora çağırmaqla ona və ailəsinə dair hədə-qorxular gələrək, təzyiqlər göstərərək borclu olduğu Cavabdeh2 aradan çıxararaq borcu birbaşa Cavabdeh1 ödəməyinə dair müqaviləyə imza atdırmaq idi. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanıldığı müddət ərzində idarənin əməkdaşları tərəfindən ona saatlarla mənəvi iztirablar yaşadılmış, ailəsi və qohumları ilə bağlı çox iyrənc hədə və təhdidlər edilmiş, onun şərəf və ləyaqətini nalayiq ifadələrlə açıq və aydın şəkildə alçaldılmışdır. Ona qarşı edilmiş hərəkətlərə artıq dözə bilmədiyi üçün onların, dolayısı ilə isə Cavabdeh1 istədiyi ilə razılaşmağa məcbur olmuşdur. Beləliklə, onunla Cavabdeh1 arasında 01.12.2020-ci il tarixdə bağlandığını göstərən “kredit müqaviləsi”-ni məcburiyyət qarşısında imzalamışdır. Sözügedən müqaviləyə əsasən qeyd edilmişdir ki, İddiaçı birgə iş görmək üçün Cavabdeh1 400.000.00 (dörd yüz min) ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Nərimanov rayon ərazisində 31.08.2021-ci il tarixinədək istifadə etmək üçün almışdır. Halbuki, sözügedən kredit müqaviləsi cavabdehin ona hədə-qorxu gəlməsi nəticəsində, iradəsi əleyhinə bağlanmışdır. Həmin müqavilə təzyiq altında imzalandığı və onun şəxsi iradəsinin həmin müqavilənin imzalanmasında heç bir rol oynamadığı öz əksini 18 gün sonra, yəni 19.12.2020-ci il tarixdə bağlanmış mövcud olan əsl münasibətləri əks etdirən Razılıq Ərizəsi ilə tapmışdır. Belə ki, həmin ərizədə Cavabdeh2 Əliqayıb oğlunun Cavabdeh1 700.000 (yeddi yüz min) ABŞ dolları məbləğində borc aldığı, onun 400.000 (dörd yüz min) ABŞ dollarını isə İddiaçı ticarət fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verdiyi qeyd edilmişdir. Əgər İddiaçıla Cavabdeh1 arasında borc münasibətləri mövcud olsa idi, cavabdeh yenidən 400.000 ABŞ dollarına dair 19.12.2020-ci il tarixli razılıq ərizəsini hazırlatdırıb ona imza atdırmazdı. 01.12.2020-ci il tarixli müqavilənin İddiaçıla Cavabdeh1 arasında olan münasibətləri tam əks etdirməməsi və boşluqların çox olması səbəbindən cavabdeh 19.12.2020-ci il tarixli müqavilə ilə bu boşluqların doldurulmasına ehtiyac duymuşdur. Bu səbəblə Cavabdeh1 İddiaçı münasibətdə yenə də müxtəlif təzyiq üsullarından istifadə edərək 19.12.2020-ci il tarixli müqavilənin də imzalanmasına nail olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh1 arasında öncədən heç bir borc münasibətləri olmamışdır və 01.12.2020-ci il tarixli müqavilə İddiaçı tətbiq edilmiş güclü hədə-qorxu təsiri altında imzalanmışdır. Müqavilənin hədə-qorxu və psixoloji təzyiq tətbiq edilməklə bağlanması nəticəsində ölkədə mövcud olan karantin rejimi və Respublika ərazisinə giriş-çıxışın qadağan edildiyi bir şəraitdə İddiaçı yenidən həmin işgəncələrlə üzləşməyi, ailəsinə zərər dəyməsin deyə çarəsizlikdən cavabdehə müqavilənin bağlandığı tarixdən 2021-ci ilin mart ayına kimi əsassız şəkildə 30 min (otuz min) ABŞ dolları məbləğində pul vermişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(009)-1871/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında 01.12.2020-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(009)-1871/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırır ki, mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, İddiaçıla Cavabdeh1 arasında 01 dekabr 2020-ci il tarixdə borc (kredit) müqaviləsi məcburetmə (zorakılıq və ya hədələmə) yolu ilə bağlanmışdır. Məhkəmə göstəriləni qeyd etsə də, bunun hansı sübutla öz təsdiqini tapdığını qeyd etməmişdir. Hansı ki, məhkəmə gəldiyi nəticə üçün işin bu halının hansı sübutla öz təsdiqini tapdığını göstərməyə borcludur. Digər tərəfdən isə Cavabdeh1 nümayəndəsinin iddia tələbinə etirazında göstərdiyi kimi Cavabdeh2 Cavabdeh1 2018-ci ilin noyabr ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr ərzində İddiaçı verməsini deməsinə, hətta 26 aprel 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarda A.S.Məhərəmovun göstərilən xüsusatı bildiyini göstərməsinə, həmçinin Cavabdeh1 əvvəllər İddiaçı tanımamasına baxmayaraq, Cavabdeh1 İddiaçı 400.000 ABŞ dolları məbləğində pul vəsaitini borc verməsi inandırıcı deyildir. Göründüyü kimi məhkəmə qətnaməni əsaslandırmağa borclu olduğu halda, sadəcə dağınıq, mənası başa düşülməyən ifadələrlə qəbul etdiyi qətnaməni əsaslandırmağa çalışmışdır. Məhkəmə tərəflər arasında borc münasibətlərinin yarandığını göstərmiş, lakin bu münasibətin zoraklıq və ya hədələmə yolu ilə əmələ gəldiyini təsdiq edən sübutları göstərməmişdir. İddiaçı BMCMİ-də fiziki zorakılığa məruz qalması səbəbindən qeyd edilən müqaviləni imzalamağa məcbur qaldığını bildirsə də, BMCMİ tərəfindən məhkəməyə rəsmi qaydada təqdim edilmiş arayışdan sübut olunur ki, Cavabdeh1 Bəhruz Eyvaz barəsində hər hansı bir şikayət ərizəsi həmin idarədə araşdırılmamışdır. Məhkəmə iş materiallarında olan sübutlarla deyil, iddiaçının hər hansı bir sübutla təsdiqini tapmadığı mülahizələri əsasında qərar qəbul edərək səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, o, Cavabdeh2 tanımış, onunla iş birliyi olmuşdur. O, 400000 ABŞ dolları deyilən pulun 200000 ABŞ dollarını 2019-cu ilin avqust ayında yaşadığı Maqsud Əlizadə küçəsində Abasquluya vermişdir. Qalan 20000 ABŞ dollarını 2019-cu ilin sentyabr ayında həmin küçədə Abasquluya vermişdir. 01.12.2020-ci il tarixli razılaşma üzrə o, 01.12.2020-ci ildə İddiaçı 400000 ABŞ dolları pul verməmişdir. 19.12.2020-ci ildə yazılmış razılıq ərizəsində Cavabdeh2 qeyd etmişdir ki, ondan aldığı 700000 ABŞ dolları məbləğində pulun 400000 ABŞ dollarını birgə iş görmək üçün İddiaçı vermişdir. Onlar razılaşmışlar ki, İddiaçı Cavabdeh2 olan 400000 ABŞ dolları borcunu birbaşa ona qaytarılmasına Cavabdeh2 razılıq verir. 01.12.2020-ci il tarixli razılaşmada qeyd olunan 400000 ABŞ dolları pul X1 2019-cu ildə iş görmək üçün İddiaçı verdiyi puldur. O, Cavabdeh2 tərəfindən 2019-cu ildə iş görmək üçün İddiaçı verilmiş 400000 ABŞ dolları puluna görə 01.12.2020-ci ildə razılaşmanı bağlamışlar. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, İddiaçı 3-cü şəxs Cavabdeh2 tanımış, onların iş birliyi olmuşdur. Birgə iş görmək üçün 2019-cu ildə Nəsibov X4 Bəhruz Mahir oğluna 400000 ABŞ dolları məbləğində pul vermişdir. İddiaçı Çin Xalq Respublikasından santexnika mallarının gətirilərək satışı ilə məşğul olmuşdur. İddiaçı tərəfindən Cavabdeh2 ödənişlər olmuşdur. Məhərrəmov Adil Sərxan oğlu Cavabdeh2 pulunu tələb etmiş, onda iddiaçı bilmişdir ki, onun Cavabdeh2 iş görmək üçün aldığı 400000 ABŞ dolları Cavabdeh1 məxsusdur. 01.12.2020-ci il tarixli razılaşmadan belə çıxır ki, iddiaçıdan həm Cavabdeh2 və Cavabdeh1 400000 ABŞ dollarını tələb edə bilər. Hazırda da, Cavabdeh1 bildirir ki, həqiqətən 01.12.2020-ci ildə razılaşma üzrə o, iddiaçıya 400000 ABŞ dolları məbləğində pul verməmişdir. Yəni 400000 ABŞ dollarını iddiaçıya Abbasqulu Nəsibov vermişdir ki, bunu iddiaçı etiraf edir. İddiaçının da həmin 400000 ABŞ dolları üzrə Cavabdeh2 ödənişləri olmuşdur. Əgər iddiaçıdan pul tələb olunarsa, iddiaçı tərəfindən edilmiş ödənişlər də nəzərə alınmalıdır. Belə bir tələb isə hələki yoxdur. Bu məsələ isə gələcəkdə məhkəmə qaydasında mübahisələndirilə bilər. 01.12.2020-ci ildə razılaşma isə təzyiq altında bağlanmış əqd olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahat verərək qeyd etdi ki, o, Cavabdeh1 şikayəti əsasında həbsdərir. O, Cavabdeh1 aldığı 700000 ABŞ dolları məbləğində pulun 400000 ABŞ dollarını iş görmək üçün İddiaçı vermişdir. Həmin vaxtı İddiaçı Cavabdeh1 tanımamışdır. Cavabdeh1 ondan pulunu tələb edəndə, o, bu barədə İddiaçı demişdir. 01.12.2020-ci ildə Cavabdeh1 iş görmək üçün İddiaçı 400000 ABŞ dolları məbləğində pul verməmişdir. Bunun bariz nümunəsi kimi 19.12.2020-ci ildə onun tərəfindən yazılmış razılıq əizəsini göstərə bilər. Həmin ərizəni onlar üçüdə imzalamışlar. Həmin ərizədə o, qeyd etmişdir ki, Cavabdeh1 aldığı 700000 ABŞ dolları məbləğində pulun 400000 ABŞ dollarını iş görmək üçün İddiaçı vermişdir. O, qeyd etmişdir ki, İddiaçı tərəfindən ona ödənilməli olan pulun, İddiaçı tərəfindən birbaşa Cavabdeh1 qaytarılmasına razıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 27.09.2021-ci il tarixli Cavabdeh1 tərəfindən yazılmış ərizədən görünür ki, Cavabdeh1 şikayəti əsasında İddiaçı və Cavabdeh2 barəsində Bakı şəhər Baş Polis idarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin İstintaqı şöbəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət işi başlanmış və həmin iş üzrə Cavabdeh1 zərər çəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh2 hazırda iş üzrə həbsdədir. İddiaçı cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün və Cavabdeh1 dələduzluq yolu ilə ələ keçirdiyi pulu qaytarmamaq üçün barəsində məhkəməyə əsassız iddia vermişdir. Ona görə də, İddiaçı iddia ərizəsinə baxılmasını dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı vəkili Vəkil1 vəsatətindən görünür ki, məhkəmədən İddiaçı və Cavabdeh2 Əliqayıb oğlunun Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilməsi və izahatlarının aparılması ilə bağlı aparılmış bütün təhqiqat və ibtidai istintaq materiallarının məhkəməyə təqdim edilməsinə dair sorğu göndərilməsini xahiş etmişdir. İş materiallarında olan 14.10.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı məhkəmədən Cavabdeh2 Əliqayıb oğlunun 2(009)- 1871/2021 saylı mülki iş üzrə icraatda cavabdeh kimi iştirakına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlandığı ərizəsindən görünür ki, İddiaçı istintaq orqanlarının onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərinə dərhal son qoyulması, cinayət təqibi üzrə icraat çərçivəsində barəsində həyata keçirilən tədbirlərə (o cümlədən ölkədən çıxışına qoyulan qeyri-qanuni qadağaya) və təzyiqlərə son qoyulmasına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Ali Məhkəməyə daxil olmuş ərizə baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o uzun müddətdən bəri fərdi sahibkar olaraq VÖEN əsasında rəsmi qaydada xaricdən inşaat materiallarının idxalı və satışı sahəsində ticarət fəaliyyəti həyata keçirir. 2019-cu ilin iyun ayında Nəsibov X2 Bəhruz Mahir oğlu ilə əlaqə quraraq həyata keçirdiyi ticarət fəaliyyətinə ortaq olmaq niyyətini bildirmişdir. Həmin dövrdə Cavabdeh2la aralarında əldə edilən razılaşmaya əsasən Abbasqulu Nəsibov hissə-hissə olmaqla cəmi 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində pul vəsaiti sərmayə qoyaraq İddiaçı məşğul olduğu biznes fəaliyyətinə ortaq olacaqdı. Lakin Cavabdeh2 razılaşdırılmış pul məbləğindən sadəcə 400.000 (dörd yüz min) ABŞ dolları pul vəsaiti vermiş, vəsait qoyuluşunun qalan hissəsini daha sonra verəcəyini vəd etmişdir. Həmçinin ortaq biznes fəaliyyətinə İddiaçı tərəfindən 200.000 (iki yüz min) ABŞ dolları investesiya qoyulmuşdur. Toplamda 600.000 (altı yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin bir qismi ilə xaricdən inşaat malları alınmışdır. Lakin daha sonra N.Abasqulu tərəfindən vəd edilən 600.000 (altı yüz min) ABŞ dolları məbləğində vəsait qoyuluşu edilməmişdir. Cavabdeh2 tərəfindən qoyulmuş investisiya məbləği ilə İddiaçı tərəfindən hər hansı əmlak və ya maddi dəyər əldə edilməmiş, yalnız xaricdən inşaat materiallarının sifarişi həyata keçirilmişdir. Cavabdeh2 tərəfindən vəd edilən 600.000 (altı yüz min) ABŞ dolları məbləğində vəsait qoyuluşu edilmədiyi üçün behi verilmiş bir sıra inşaat materiallarının alışı və ölkəyə idxalı mümkün olmamışdır. Sonradan İddiaçı məlum olmuşdur ki, əslində Cavabdeh2 tərəfindən qoyulmuş investisiya onun özünə məxsus pul məbləği olmamış, bir başqa şəxsdən (Cavabdeh1) aylıq 5 faiz olmaqla yüksək faiz dərəcəsi ilə sələm olaraq borca götürmüşdür. Həmin dövrdə isə Cavabdeh1 adlı həmin şəxslə İddiaçı heç bir tanışlığı olmamış, borc götürülməsindən xəbəri olmamışdır. İddiaçı nun pulu məhz Cavabdeh2 investisiya məqsədi ilə almağını, Cavabdeh1 tanımadığını, ondan pul almadığını təsdiq edən ən mötəbər fakt və dəlil Cavabdeh2 əl yazısı ilə tərtib etdiyi 19 dekabr 2020ci il tarixli sənəddir. Lakin Cavabdeh2 pulu bir başqasından, yəni M.Adildən alması İddiaçı məlum olduqdan bir neçə ay sonra Cavabdeh2 onu həmin şəxslə tanış etmişdir. Tanışlığın üstündən çox keçməmişdi ki, Cavabdeh1 İddiaçı olan münasibəti Cavabdeh2 ona olan borcunu İddiaçı tələb etməsi istiqamətinə yönəlmişdi. Belə ki, Cavabdeh1 pul məbləğini Cavabdeh2 yüksək faizlə verdiyi üçün qısa müddət ərzində borcunun tam qaytarılmasını tələb etmiş, Cavabdeh2 borcu qaytarmanın qısa müddətdə mümkün olmayacağını, borcu İddiaçıla ortaq biznesə qoyduğunu bildirmişdir. Bundan sonra Cavabdeh1 İddiaçı pul məbləğini tam olaraq ona qaytarmağını tələb etmiş, o isə ortaqlıq münasibətinin yalnız Cavabdeh2la olması, onunla isə heç bir ortaqlıq və borc münasibətlərinin olmamasını dofələrcə qeyd edərək Cavabdeh1 öz etirazımı bildirmişdir. N.Abasqulu ilə olan ortaqlıq əlaqələri çərçivəsində ölkəyə gətirilən inşaat mallarının satışı nəticəsində İddiaçı tərəfindən ona 132.000 (yüz otuz iki min) ABŞ dolları məbləğində ödəniş edilmişdir. İddiaçı olan məlumata əsasən N.Abasqulu həmin gəliri də borcu müqabilində məhz M.Adilə ödəmişdir. Lakin bu ödənişin edilməsinə baxmayaraq M.Adil 132.000 ABŞ dollarını özünün qazancına hesablamış, buna görə də borc verdiyi 400.000 ABŞ dollarını həm İddiaçı, həm də N.Abasquludan tələb etməkdədir. Məhz bu səbəblə M.Adil N.Abasqulu barəsində Bakı şəhər BPİ-nə şikayət ünvanlamış, N.Abasqulu barəsində AR CM-nin 178.4-cü maddəsi ilə cinayət işi açılmış, həmçinin N.Abasqulu barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda İddiaçı Bakı şəhər BPİ İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə şahid statusunda olmağına əhəmiyyət verilmədən əsassız və qanunsuz olaraq, ona təzyiqlər edilir. Halbuki, onun nə Abbasqulu Nəsibovun nə də sonradan məlumatlı olduğu M.Adilin pulunu ələ keçinnək niyyəti və niyyəti realizəsinə yönəlmiş əməli olmamışdır. Həmçinin o, real ticarət fəaliyyəti ilə məşğul olan və öhdəliklərin icrasında problem yarana biləcəyi ilə bağlı riskli hallarda meydana gələ biləcək zərəri aradan qaldırmaq üçün yetərli maliyyə resurslarına malik şəxsdir. Sifariş yolu ilə gətirdiyim inşaat materialları birbaşa olaraq Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən ağac emalı zavodunun şimalında yerləşən anbara aparılır və orada saxlanılırdı. Həmin malların yalnız sifarişini həyata keçirdiyim üçün, həmin malların satışında qazanılmış gəlir İddiaçı tərəfindən əldə edilməmiş və dolayısı ilə bu gəlir üzərində heç bir istifadə və sərəncam hüququnu həyata keçirmək iqtidarında olmamışdır. Ticarət fəaliyyəti hər zaman pulu aldığı şəxs və ticarət ortağı kimi Abasqulu üçün şəffaf və aşkar keçirilmiş, Cavabdeh2 hər zaman alınmış vəsaitin istifadəsinə nəzarət və məlumat alma imkanları onun tərəfindən mütəmadi, maneəsiz təmin olunmuşdur. Bütün sadalanan vacib məqamlar İddiaçı əməlində kommersiya dələduzluğunun və ümumiyyətlə dələduzluq cinayəti əlamətlərinin olmasını tam inkar və təkzib edən, fəaliyyətinin gəlir əldə etməyə yönəldilmiş ticarət fəaliyyəti olduğunun mötəbər sübutlarıdır. Lakin təqsirsiz olmağına və iş üzrə şahid statusunda olduğuna baxmayaraq istintaq orqanı tərəfindən əmlakım üzərinə həbs qoyulması üçün qanunsuz hərəkətlər edilir. İstintaq orqanının CPM-nin 248-ci maddəsinin tələblərini pozaraq əsas olmadan, şəxsi niyyətlə onu üzərinə əmlak məsuliyyəti qoyulan şəxs kimi müəyyən etməsi tam qanunsuz hərəkətdir. Təəəssüflər olsun ki, Cavabdeh1 prokurorluq orqanlarında yüksək vəzifədə olan şəxslərlə olan tanışlıq münasibətlərindən istifadə edərək İddiaçı qarşı xüsusi təzyiqlər edilməsinə nail olur. Son olaraq qeyd edilir ki, məsələ ilə bağlı İddiaçı tərəfindən Cavabdeh1 qarşı qaldırılan mülki iddia üzrə 2(009)-1871/2021 saylı mülki məhkəmə işi Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin icraatındadır. İş materiallarında olan 03.04.2019-cu il tarixli notarial qaydada imzalanmış razılaşmadan görünür ki, Cavabdeh1 müxtəlif nəqliyyat vasitələrinin alğı-satqısı ilə məşğul olmaq məqsədilə 31.12.2019 tarixədək Cavabdeh2 260.000 ABŞ dolları pulu nağd şəkildə ödəmiş. Cavabdeh2 öz növbəsində 260.000 ABŞ dolları pulu nağd şəkildə qəbul etmişdir. Cavabdeh2 satışdan əldə etdiyi gəlirin 50%-ni Cavabdeh1 ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.12.2020-ci il tarixli razılaşmadan görünür ki, İddiaçı 01.12.2020-ci il tarixdə birgə iş görmək üçün tanışı Cavabdeh1 400.000 ABŞ dolları pulu Bakı şəhəri, Nərimanov rayon ərazisində 31.08.2021-ci il tarixədək istifadə etmək üçün aldı. Aldığı 400.000 ABŞ dolları pulu göstərilən tarixdə Cavabdeh1 qaytaracaqdır. İş materiallarında olan Cavabdeh2, Cavabdeh1 və İddiaçı tərəfindən 19.12.2020-ci il tarixdə imzalanmış razılıq ərizəsindən görünür ki, Cavabdeh2 qeyd etmişdir ki, Cavabdeh1 iş görmək üçün aldığı 700000 ABŞ dolları məbləğində pulun 400000 ABŞ dollarını, iş görmək üçün İddiaçı vermişdir. O, qeyd etmişdir ki, İddiaçı tərəfindən ona ödənilməli olan pulun, İddiaçı tərəfindən birbaşa Cavabdeh1 qaytarılmasına razıdır. İş materiallarında olan Bakı şəhəri, BPİ-nin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərinin istintaqı şöbəsinin 26.04.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. 04.06.2021-ci il tarixli qərardan isə görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim olunmuş 30.07.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Cavabdeh1 ilə İddiaçı üzləşdirilməsi həyata keçirilmişdir. Üzləşdirmə zamanı Cavabdeh1 bildirmişdir ki, o, 400000 ABŞ dolları deyilən pulun 200000 ABŞ dollarını 2019-cu ilin avqust ayında yaşadığı Maqsud Əlizadə küçəsində Abasquluya vermişdir. Qalan 20000 ABŞ dollarını 2019-cu ilin sentyabr ayında həmin küçədə Abasquluya vermişdir. Aralarında razılaşmaya görə Abasqulu pulu Bəhruza vermişdir. 2020-ci ilin yanvar ayında Abbasqulu onu İddiaçı məxsus Sumqayıt şəhərində yerləşən anbara aparmışdır. Bəhruz da anbarda olmuşdur. Anbar çox böyük idi. Anbar santexnik malları ilə dolu olmuşdur. Bəhruzu ilk dəfə orada görmüşdür. Bəhruz demişdir ki, ona vermək üçün Abasquluya 102000 ABŞ dolları məbləğində pul vermişdir. Üzləşdirmə zamanı İddiaçı qeyd etmişdir ki, 400000 ABŞ dollarını iş görmək üçün Abasquludan 2019-cu ilin avqust və sentyabr aylarında almışdır. İş materiallarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMİ-nin 29.11.2021-ci il tarixli, 007-15274-1221 saylı məktubuna əsasən DİN-nin BMCMİ-nə Cavabdeh1 İddiaçı ilə birgə müraciəti üzrə araşdırma ararılmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, İddiaçıla Cavabdeh1 arasında 01 dekabr 2020-ci il tarixdə borc (kredit) müqaviləsi məcburetmə (zorakılıq və ya hədələmə) yolu ilə bağlanmışdır. Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməklə düzgün nəticəyə gəlsə də, lazımi araşdırma aparmamış, iddianın təmin edilməsi qənaətinə gələrkən əsaslandırma düzgün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Kollegiya ilk olaraq qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh2 2019-cu ilin avqust və sentyabr aylarında Cavabdeh1 aldığı 700000 ABŞ dolları məbləğində pulun 400000 ABŞ dollarını birgə iş görmək üçün 2019-cu ilin avqust və sentyabr aylarında İddiaçı vermişdir. Cavabdeh1 həmin vaxtı İddiaçı tanımamışdır. Bu halı üzləşdirmə zamanı Cavabdeh1 özü qeyd edərək göstərmişdir ki, İddiaçı ilk dəfə 2020-ci ilin yanvar ayında anbarda görmüşdür. Həmçinin 01.12.2020-ci il tarixli razılaşma bağlanmış, həmin razılaşmaya görə İddiaçı 01.12.2020-ci il tarixdə birgə iş görmək üçün tanışı Cavabdeh1 400.000 ABŞ dolları pulu Bakı şəhəri, Nərimanov rayon ərazisində 31.08.2021-ci il tarixədək istifadə etmək üçün almış, aldığı 400.000 ABŞ dolları pulu göstərilən tarixdə Cavabdeh1 qaytaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə birbirini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. MM-nin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Kollegiya Cavabdeh2 ilə İddiaçı arasında birgə iş görmək haqqında müqavilə və 01.12.2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış birgə iş görmək üçün razılaşma şərtlərini təfsir edərək, hesab edir ki, həmin razılaşma da müqavilədir. Birgə iş görmək haqqında müqavilə Mülki Məcəllədə nəzərdə tutulmasa da, həmin müqavilə analogiya üzrə tapşırıq müqaviləsinə (bundan sonra-müqavilə) uyğundur. MM-nin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). MM-nin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Hazırda iddiaçı tərəf 01.12.2020-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığını tələb edir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). MM-nin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. MM-nin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli Qərar). Qeyd edilməlidir ki, yalan əqd sırf başqa əqdi gizlətmək məqsədilə edilən və görünüşdəki mənasına uyğun hüquqi nəticələri meydana gətirmək niyyəti olmadan edilən iradə ifadəsinin əmələ gətirdiyi əqddir. Yalan əqdin olduğu hallarda əqdi bağlayanlar əslində bağladıqları əqdin heç hüquqi nəticə əmələ gətirməyəcəyini deyil, başqa mahiyyət və nəticə əmələ gətirməsini istəyirlər. Başqa sözlə, görünüşdəki əqdi ona uyğun hüquqi nəticələri əmələ gətirmək məqsədilə deyil, əsl niyyətlərində tutduqları başqa bir əqdə dair faktiki nəticələrin əmələ gəlməsinə hüquqi şərait yaratmaq məqsədilə bağlayırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında 01.12.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə 01.12.2020-ci ildə İddiaçı tərəfindən Cavabdeh1 400000 ABŞ dolları məbləğində pul alınmamış, bununla bağlı tərəflərin iradə ifadəsi olmamışdır. 01.12.2020-ci il tarixli müqavilədə alındığı qeyd olunan 400000 ABŞ dolları məbləğində pul İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə Cavabdeh2 İddiaçı birgə iş görmək üçün verdiyi puldur. Bu hal iş materialları və cavabdehin məhkəmədə özünün izahatı ilə müəyyən olunmuşdur. Bundan başqa, iş materiallarından, görünür ki, Cavabdeh1 mülki hüquq münasibətlərinə bir qayda olaraq, notariat qaydasında təsdiq olunmuş müqavilələr əsasında daxil olmuşdur. Qeyd olunan xüsusat işdə olan 03 aprel 2019-cu il tarixli müqavilə ilə də təsdiq olunur. Belə ki, Cavabdeh1 03 aprel 2019-cu il tarixdə 260.000 ABŞ dolları məbləğində pul vəsaitini notariat qaydasında təsdiq olunmuş müqavilə əsasında Cavabdeh2 borc vermişdir. Belə olan halda Cavabdeh1 həmin məbləğdən daha yüksək məbləğdə, yəni 400.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı birgə iş görmək üçün verməsi ağlabatan deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında 400000 ABŞ dolları müqabilində 2019-cu il tarixdə birgə iş görmək üçün bağlanılmış müqavilə, İddiaçı ilə Cavabdeh1 arasında 01.12.2020-ci il tarixdə bağlanmış 400000 ABŞ dolları müqabilində birgə iş görməklə bağlı müqavilə ilə pərdələnmişdir. Görundüyü kimi, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilə həqiqi müqavilədir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilə isə heç bir hüquqi nəticə yaratmır. Kollegiya qeyd edir ki, Cavabdeh2, Cavabdeh1 və İddiaçı tərəfindən 19.12.2020-ci il tarixdə imzalanmış razılıq ərizəsi ilə bir daha müəyyən olunur ki, 01.12.2020-ci il tarixli müqavilə üzrə pul verilməyib, həmin 400000 ABŞ dolları İddiaçıla Abbasqulu Nəsibov arasında bağlanmış müqavilə üzrə verilən puldur. X8 Eyvazov tərəfindən ona ödənilməli olan pulun, İddiaçı tərəfindən birbaşa Cavabdeh1 qaytarılmasına razı olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, 01.12.2020-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd olmaqla, etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(009)-1871/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 tutularaq, İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(009)- 1871/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında 01.12.2020-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar