Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1537/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, X1 və X3, İddiaçı qızı və onun nümayəndəsi vəkili X14, Cavabdeh X12 nümayəndəsi və vəkili X7 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6398/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı qızı cavabdehlər Cavabdeh1 David oğlu və 23 saylı Notariat Ofisinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 David oğlunun adına verilmiş xx xxx 2019-cu il tarixli vərəsəlik haqqında şəhadətnamənin qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməsi, etibarsız sənəd əsasında qeydə alındığından Cavabdeh1 David oğlunun adına verilmiş xx xxx 2019-cu il tarixli Çıxarışın və həmin Çıxarış əsasında 50 saylı X10 Rəşpil David oğlu ilə X16 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi və vərəsəlik işinin aparılması ilə bağlı Bakı şəhəri 23 saylı Notariat Ofisində ciddi qanun pozuntularına yol verildiyindən, Bakı şəhəri 43 saylı Notariat Ofisinə aid vərəsəlik haqqında şəhadətnamənin hazırlanmasında cinayət xarakterli əməllər müəyyən edildiyindən Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikasının Baş porkuroruna məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6398/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən qeydə alınmış xx xxx 2019-cu il tarixli Cavabdeh1 David oğlunun adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında Cavabdeh1 David oğlunun adına qeydə alınmış 29 may 2019-cu il tarixli çıxarış ləğv edilmiş, iddia tələbi X12 adına 50 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş xx xxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə X12 adına 50 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş xx xxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, o, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, 1997-ci ildə İsrail Respublikasına köçmüş və həmin vaxtdan etibarən orada Hayfa şəhərində yaşamışdır. O, İsrail vətəndaşıdır. Atası Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı daimi əsaslarla ünvan 1 mənzil 90 ünvanında yaşamışdır. Həmin mənzil onun atasının xüsusi mülkiyyətində olmuşdur. O, atası ilə əlaqəni kəsməmiş, mütəmadi olaraq Bakı şəhərinə gəlib getmişdir. 2018-ci ilin sonlarında atası İsrailə getmiş, orada səhhəti pisləşmiş, ağır formalı infarkt keçirmiş, x xxxxxx 2019-cu il tarixdə vəfat etmiş və İsraildə dəfn olunmuşdur. Əmisi Cavabdeh1 David oğlu qardaşının ölümündən sonra Almaniyadan Bakı şəhərinə qayıtmış, müəyyən sənədlər düzəldərək digər cavabdeh 23 saylı Notariat Ofisinə müraciət edib onun tək vərəsə olduğunu, başqa vərəsə olmadığını bildirmiş, iddiaçının atasının tək yaşadığı və mülkiyyətində olan mənzilə dair xx xxx 2019cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış, həmin şəhadətnamədən istifadə edərək xx xxx 2019-cu il tarixli Çıxarışla mənzili adına rəsmiləşdirmiş və mənzili satmışdır. Hesab edir ki, məhkəmə vərəsəlik şəhadətnaməsi və Cavabdeh1 adına verilmiş çıxarışı etibarsız hesab etdiyindən, mənzilə dair alğı-satqı müqaviləsini də ləğv etməli idi. Bu səbəbdən qətnamənin, qismən ləğv edilərək, alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili N.Musayev apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Ə.Kərimovun vəkili V.Səfərov apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh 23 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: xx xxxxxx 2019-cu il tarixli mirasdan imtina ərizəsinə əsasən, xx xxxx 1975-ci il təvəllüdlü Abramov Vitaliy xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş atası X4mış bütün daşınar və daşınmaz miras əmlakının ona çatacaq payından və bütün hüquqlardan bütün əsaslar üzrə hər hansı məhdudiyyət qoymadan bacısı xx xxxx 1977-ci il təvəllüdlü İddiaçı xeyrinə imtina etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş məktuba əsasən, X5 xx xxxxxx 2019 il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək ölkə ərazisinə giriş-çıxışı aşkarlanmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən verilmiş iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X8 xx xxxxxxx 2019-cu il tarixli müraciətinə cavab məktubundan görünür ki, İddiaçı qızı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidmətinə müraciət edərək müxtəlif xidmətlərdən istifadə etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 qeyd etdi ki, o, 16 ildir ki, ev alqı-satqısı ilə məşğuldur, Elşən Süleymanov küçəsi, ev 45, mənzil 2 ünvanında ofisi var, tək işləyir. Cavabdeh1 adlı şəxs 2019-cu il yay aylarında onun ofisinə yaxınlaşmış, bildirmişdir ki, mənzilini satmaq istəyir. O, mənzilin doqquz mərtəbəli binanın 9-cu mərtəbəsində olduğunu bildirmiş, ilkin qiymət kimi 80-min təklif etmişdir. Bir neçə gün sonra müştəri çıxmış, o da Cavabdeh1 zəng etmiş, gedib birlikdə mənzilə baxmışlar. Mənzil çox köhnə, təmirsiz idi, kombi yox idi, sanitar qovşağı da çox köhnə idi. Həmin vaxt Rəşpil qiyməti 2-3 min düşə biləcəyini qeyd etmiş, müştəri isə sonra mənzillə maraqlanmamışdır. O da Rəşpilə qoyduğu qiymətin çox yüksək olduğunu, bu qiymətə həmin mənzilin satıla bilməyəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Əli adlı şəxs gəlmiş və 58-60 min manat civarında mənzil olsa, ona bildirməsini istəmiş, o da Cavabdeh1 zəng etmişdir. Onlar Zərifə parkının yanında görüşüb mənzilə baxmışlar, sonra Əli mənzili almaq istədiyini bildirmiş, 59500 manata razılaşmışlar, sonra Q.Qarayevdə “Sevinc” kinoteatrının yanındakı notariusa getmişlər, notarius sənədləri tam yoxlamış, hər şey qaydasında olmuş, onlarda mənzilin satıcıya aid olmasına dair heç bir şübhə olmamışdır. Bundan sonra notariusda alqı-satqı zamanı Əli əvəlcə 50 min manat məbləğində pulu Rəşpilə vermiş, 9500 manatı isə alqı-satqıdan sonra Rəşpilə vermişdir. Mənzildən çıxan əşyaları da Rəşpil özü götürmüşdür. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı qətnaməni alğı-satqı müqaviləsinə aid hissədə mübahisələndirdiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni həmin hissədə iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbi kimi Cavabdeh1 David oğlu ilə X16 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsini qoymuşdur. Rayon məhkəməsi alğı-satqı müqaviləsinin ləğvi ilə bağlı olan hissəyə qiymət verərək bildirmişdir ki, Mülki Məcəlləyə əsasən müqavilənin ləğvini və yaxud da dəyişdirilməsini bilavasitə müqaviləni bağlayan tərəflər tələb edə bilər. Qanunverici bunun üçün xüsusi qayda da nəzərdə tutur. Hazırkı iş üzrə iddiaçı müqavilə tərəfi olmadığından qeyd edilən müqavilənin ləğvini tələb etməkdə haqlı deyildir. Bundan əlavə olaraq məhkəmə iddiaçının X18 Abramovla əlbir olması, mənzilin dəyərindən aşağı qiymətə alması və evin mübahisəli olması ilə bağlı məlumatlı olması faktına qiymət verərək qeyd edir ki, iddiaçının istinad etdiyi dəlillər əsassız olmaqla məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. HəminMəcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya Cavabdeh1 David oğluna qarşı mübahisəli evin satılması ilə bağlı əsassız əldə olunmuş 59500 manat məbləğlə bağlı əsassız varlanma tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqununun olması izah olumalıdır. Beləliklə, kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə iddia tələbini alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində haqlı olaraq rədd etdiyindən apelyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, iddiaçıya Cavabdeh1 David oğluna qarşı mübahisəli evin satılması ilə bağlı əsassız əldə olunmuş 59500 manat məbləğlə bağlı əsassız varlanma tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqununun olması izah olumalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı qızıtərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6398/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. İddiaçı qızına Cavabdeh1 David oğluna qarşı mübahisəli evin satılması ilə bağlı əsassız əldə olunmuş 59500 manat məbləğlə bağlı əsassız varlanma tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqununun olması izah olunsun. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-1537/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1537/2020
11.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver