Məhkəmə qərarları › İş №2(103)-1538/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1538/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1538/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Yusif Məmmədovun iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 687 manat, həmin pulun ödənilməsinin gecikdirilməsində görə cərimə kimi 68 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 366 manat, həmin pulun ödənilməsinin gecikdirilməsinə görə cərimə kimi 36 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və işin faktiki hallarına uyğun yeni qətnamə qəbul olunsun. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya şikayəti əsassızdır. Belə ki, müəyyən olunur ki, “Samsung” markalı paltaryuyanın əldə edilməsi üçün tərəflərin arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçının qarşısında əşyanın qiymətinin ödənilməmiş hissəsi kimi 687 manat, həmin məbləğin ödənilməsinin gecikdirilməsində görə cərimə kimi 68 manat pul öhdəliyi var. O cümlədən müəyyən oilunur ki, “Xiaomi Mi A2” markalı telefonun əldə edilməsi üçün tərəflərin arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçının qarşısında əşyanın qiymətinin ödənilməmiş hissəsi kimi 366 manat, həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə cərimə kimi 36 manat pul öhdəliyi var. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Cavabdeh apellyasiya şikayətini onunla əsalandırıb ki, maddi və ailə vəziyyəti ilə əlaqədar həmin müqavilələr üzrə öhdəliyi icra edə bilməyib. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyə görə borclunun maddi və ailə vəziyyəti öhdəliyi icra etməməyə əsas vermir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 389, 425 və 567-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar