Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1544/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış pulun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-1285/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış pulun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal y/s, döngə 16, ev 11 ünvanında yaşayan **********300 saylı abonent İddiaçı hesablanımış su borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda ailəsi ilə yaşayır. Cavabdeh Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən əsassız olaraq ona 120 manat məbləğində borc hesablanmış və ona bu barədə hesab faktura təqdim edilmişdir. O, qeyd edilən borcun ona hansı əsasla hesablanmasını soruşduqda isə ona heç bir əsaslı cavab verilməmişdir. O, işlətdiyi suyun pulunu həmişə ödəmiş, cavabdehə borclu qalmamışdır. O, Suraxanı Rayon Sukanal İdarəsinə və qaynar xəttə dəfələrlə müraciət etmiş, lakin Suraxanı Rayon Sukanal İdarəsində nəzarətçi işləyən Quliyev Sadıq ona bu borcun ümumi olaraq 2018-cı ildə yarandığını bildirilmişdir. 2019-cu il noyabr ayında ona verdikləri qəbzdə dövrün əvvəlinə heç bir qalığının olmaması (dövrün əvvəlinə qalıq məbləği - 0 manat) göstərilsə də, 2020-ci ilin yanvar ayının 07-si ona təqdim olunmuş qəbzdə dövrün əvvəlinə 120 manat qalığının olması qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 2.1 A bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)- 1285/2020 saylı qətnaməsi ilə (hakim Anar Qasımov) iddia təmin olunmuş, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsi tərəfindən İddiaçı (abonent kodu **********300) hesablanmış 121 manat məbləğində pulun silinməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, iddiaçıya hesablanmış pulun düzgün yazılması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan müqavilə № 21080704, abonent kodu **********300 olan İddiaçı adına Cavabdeh ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018ci il tarixli hesab fakturadan müəyyən olunur ki, «Dövrün əvvəlinə olan borc» qrafada «0.00» qeyd olunmuşdur. İşdə olan müqavilə № 21080704, abonent kodu **********300 olan İddiaçı adına Cavabdeh ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli hesab fakturadan müəyyən olunur ki, «Dövrün əvvəlinə olan borc» qrafada «121.00» qeyd olunmuşdur. İşdə olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və çirkab sularının axıdılması xidməti üzrə abonenti İddiaçı (müqavilə № 21080704, abonent kodu **********300) adına olan X4 görünür ki, abonent tərəfindən xx xxxxxx 2019-cu il tarixdə edilmiş ödənişdən sonra borcun qalığı qalmadığı qeyd olunmuş, xx xxxxxx 2019-cu ilə isə borcun 121 manat təşkil edilməsi qeyd olunmuşdur. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş iddiaçının borcun açıqlaması ilə bağlı müraciətlərinə Cavabdeh ASC tərəfindən verilən 02/2/02-3/12902 saylı xx xxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə mənzilində olan smart kart tipli su sayğacının (Alfasu-15 (49997093) elektron hissəsinin işləməməsi səbəbindən mexaniki hissəyə keçirilmişdir. Qeyd olunan tarixə sayğacın mexaniki hissəsinin göstəricisinə (1304 m2) əsasən müəyyən edilmiş sərfiyyatın dəyəri ödənilmiş sərfiyyatdan 142 m3 artıq olduğu məlum olmuşdur. «Sudan istifadə qaydaları»nın 6.12-ci bəndinə əsasən dəyəri ödənilməmiş sərfiyyat borc olaraq hesabına əlavə edilmişdir. xx.xx.2019-cu il tarixində 49997093 nömrəli sayğac mexaniki göstəricisi 1617m3 olmaqla dəyişilərək yerinə 17087364 nömrəli mexaniki tipli su sayğacı quraşdırılmış, yeni sayğacın göstəricisi 249 m3 olmaqla su təchizatə və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabında 110.50 manat borc vardır. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın (bundan sonra, Qaydalar) 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılmasıüçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində SMPDK-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. Qaydaların 6.5-ci bəndinə əsasən, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKMin vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə iddiaçının mənzilində olan smart kart su sayğacının elektron hissəsinin işləməməsi səbəbindən mexaniki hissəyə keçirildikdən sonra abonent Cavabdeh ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli hesab faktura əsasında hesablanmış borcunu ödədikdən sonra «Dövrün əvvəlinə olan borc» qrafada «0.00» qeyd olunmuşdur. Bundan sonra abonentin adına olan «ətraflı abonent kartında» 121 manat borc qalıqının mövcüd olması göstərilmişdir. Halbuki, «Su təchizatı və tullantı suları haqqında» Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. Qaydaların 2.1.6-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir;. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ASC abonent İddiaçı Balaəhməd qızında göstərilən borcun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi «Abonent haqqında məlumat»a əsaslanır. Məhkəmə bununla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli hesab fakturadan abonentin əvvəlki dövr üçün borcun olmaması göstərildiyi halda «Abonent haqqında məlumat» cavabdehin müvafiq məlumat-baza sistemindən çıxarış olmaqla cavabdehin daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada cavabdehin birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin iddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin oluna bilməz. Şikayətin dəlilləri qətnamənin dəyişdirilməsinə və ya ləğvinə əsas ola bilməz. Qətnamə qanuni və əsaslıdır. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış pulun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)-1285/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(010)- 1285/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1544/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1544/2021
16.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver