Məhkəmə qərarları › İş №2(103)-155/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-155/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-155/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birgə iddiaçıların nümayəndəsi və vəkili Rüstəmadə Ayxan Xankişi oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-205/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsindən birgə iddiaçıların nümayəndəsi və vəkili Rüstəmadə Ayxan Xankişi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birgə iddiaçılar İddiaçı5, İddiaçı8, İddiaçı6, Mirzəyev Elsəvər Vəli oğlu, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı7 və Vəliyev Elçin Elman oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış kompleksində yerləşən mənzillərin faktiki sahəsi ilə həmin mənzillərə dair birgə iddiaçıların cavabdeh ilə bağlanmış olduqları alqı-satqı müqaviləsində göstərilmiş mənzilin ümumi sahəsi arasında olan fərqə görə ödənilmiş artıq məbləğin cavabdehdən alınaraq, müvafiq olaraq birgə iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, birgə iddiaçılar İddiaçı5, İddiaçı8, İddiaçı6, Mirzəyev Elsəvər Vəli oğlu, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı7 və Vəliyev Elçin Elman oğlunun cavabdeh AKFA TİKİNTİ MMC ilə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən cavabdehin Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksindən ayrı-ayrı mənzilləri eskiz layihəsinə uyğun olaraq bəyənmiş və əldə etmişlər, İddiaçı5 ilə "xxxx" MMC arasında bağlanmış 14.05.2018-ci il tarixli, N28O saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış kompleksinin B bloku, ümumi sahəsi 146,98 m2-dən ibarət, 15-ci mərtəbədə, 3 otaqlı, 67 saylı (soldan 2-ci) mənzili, həmin müqavilənin 2.1-ci bəndinə əsasən 1m2-i 1050 manat olmaqla, 148,98x1050=154329 manat məbləğində pulla əldə etmiş, həmin məbləğin ödəniş formasında, qalan 79200 manat məbləğini isə 36 ay müddətinə, ayda 2200 manat olmaqla ödəməyi İddiaçı7 öhdəsinə götürmüşdür, Vəliyev Elçin Elman oğlu ilə "xxxx" MMC arasında bağlanmış 30.03.2017-ci il tarixli, N 31 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış kompleksinin A bloku, ümumi sahəsi 183,64 m2-dən ibarət, 13-cü mərtəbədə, 4 otaqlı mənzili, həmin müqavilənin 2.1-ci bəndinə əsasən 1m2-i 1116,31 manat olmaqla, 205000 manat məbləğində pulla əldə etmiş, həmin məbləğin 80000 manat məbləğini ilkin ödəniş formasında, qalan 125000 manat məbləğini isə 12 ay müddətinə, ayda 10416,67 manat olmaqla ödəməyi E.Vəliyev öhdəsinə götürmüşdür, sözügedən mənzillər iddiaçıların sahiblik və istifadəsindədir, bir qisim iddiaçı xüsusi mülkiyyətində olan mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmışdır və həmin mənzillərin hamısında yaşayış mövcuddur, lakin sözügedən mənzillərin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulan sahələr fərqlənir, yəni mənzillərin faktiki sahələri müqavilədə nəzərədə tutulmuş sahədən ölçü olaraq 20-30% aşağıdır. Həmçinin Vəkil2 izahatında bildirdi ki, binanın tikintisinin başa çatdığı nəzərə alınarsa, "xxxx" MMC-nin iddiaçılarla bağlamış olduğu müqavilənin şərtlərinə əməl etməməsi, üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməməsi məlum olur və belə olan halda iddiaçılara kifayət qədər böyük məbləğdə maddi ziyan dəymiş olmasını nəzərə alaraq, göstərilən halın aradan qaldırılması üçün iddiaçıların sahiblik və istifadəsində olan mənzillərin faktiki sahəsi ilə onların cavabdeh "xxxx" MMC ilə bağladıqları daşınmaz əmlakın alqı-satqısına dair müqavilədə göstərilən sahələr arasındakı fərq, ödənişlə əvəzləşdirilməli, artıq qalan məbləğ isə "xxxx" MMC-dən alınaraq, iddiaçılara ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-205/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manatın birgə iddiaçılardan müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən birgə iddiaçıların nümayəndəsi və vəkili Rüstəmadə Ayxan Xankişi oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmuna uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mənzillər iddiaçıların sahiblik və istifadəsindədir, bir qisim iddiaçı xüsusi mülkiyyyətində olan mənzili DƏDRX-də qeydiyyata aldırmışdır.həmin mənzillərin hamsında yaşayış mövcuddur. Lakin sözügedən mənzillərin faktiki sahəsi ilə müqavilədə nəzrdə tutulan sahələri fərqlənir. Yəni, mənzillərin faktiki sahələri müqavilədə nəzərədə tutulmuş sahədən ölçü olaraq 20-30/% aşağıdır. Binanın tikintisinin başa çatdığı nəzərə alınarsa, Cavabdeh MMC-nin iddiaçılarla bağlanmış olduğu müqavilənin şərtlərinə əməl etməməsi, üzərində düşən öhdəliyi lazımınca yerinə yetirməməsi məlum olur. Bu hal iddiaçılara kifayət qədər böyük məbləğdə maddi ziyanın vurulması deməkdir. Belə ki, qətnamədə- məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunur ki, cavabdeh təşkilat Cavabdeh MMC adı altında iddiaçılarla 37, 46, 52, 54, 67 və 70 saylı mənzillərə dair bağlanmış alqı-satqı müqavilələri notariat qaydasında təsdiqlənməmişdir və bu işin mübahisəsiz halına aiddir, mübahisə isə mənzilin sahələrinə dair hissədədir. Lakin məhkəmə hesab edir ki, ümumiyyətlə, cavabdeh təşkilatın iddiaçılarla 37, 46, 52, 54, 67 və 70 saylı mənzillərə dair bağlanmış alqı-satqı müqavilələri notariat qaydasında təsdiqlənmıdiyi üçün mübahisənin həllində nəzərə alınmır və belə çıxır ki, bu Məcəllənin müəyyənləşdirilmiş şərtlərini pozmaqla bağlanmışdırsa etibarsız ədqlər hesab olunur, etibarsız əqdin mənzilin sahəsinə dair hissəsi də özü-özülüyündə etibarsızlığı ehtiva edir. Hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrlə mülki qanunvericiliklə nəzərdə tutulan qaydada podrat münasibətləri əmələ gəlmişdir və məhkəmə maddi hüquq normalarına stinad edilməyən cümlələrlə fikrinin əsaslandırmasında tətbiq edilməli olan normanı tətbiq etməməklə səhvə yol vermişdir. Hətta cavabdeh təşkilatın nümayəndəsi və vəkili öz izahatında da bu hala istinad edərək müqavilələrin notariat qaydasında təsdiqlənməməsini qanuna zidd saymaqla, onlar üçün hər hansı bir öhdəlik yaratmadığını, mənzillərin şirkətin mühəndislərinin müəyyənləşdirdiyi ölçülərlə uyğun hesablanan məbləğdə təklif edildiyini, müqavilə şərtləri ilə razılaşmaqla təhvil verildiyini, şirkətin alıcıları aldatmadığını və bütün komplekslərdə həmin fərqin mövcud olduğunu etiraf etməklə bunun işgüzar adətə çevrildiyini vurğulamışdır. Habelə, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertiza rəyi ilə müəyyən olunur ki, mənzillərin ümumi sahə ilə faktiki sahə arasında fərqlər mövcuddur. İddiaçı2 məxsus 15 saylı mənzil üzrə təddidat aparılmamışdır. Lakin qətnamədə məhkəmə ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək, iddia tələbinin təmin olunması üçün yetərli hesab etməmişdir. Bu halda, digər sübutlar dedikdə məhkəmə nəyi nəzərdə tutur sualı meydana çıxır ki, iş materiallarında əsas sübut kimi qiymətləndirilən fakt məhz, iddiaçılarla cavabdeh arasında bağlanmış müqavilələrdir. Hansı ki, məhkəmə həmin müqavilələri qanuna zidd olaraq notariat qaydasında təsdiqlənməməsinə istinad etməklə mübahisənin həllində nəzərə almamışdır. Belə çıxır ki, sübutları qiymətləndirmədə məhkəmə öz fikrində, hüquqi düşüncəsində ziddiyətə yol verməklə, istinad etdiyi hallara təkzib vermişdir. Əgər ekspert rəyi yetərli deyildirsə, məhkəmə əlavə ekspertiza təyin edə bilərdi. Habelə qətnamədə göstərilir ki, ekspert rəyinin təsviri hissəsində tədqiqat prosesi Şəhərsalam və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq aparılmaqla mənzilin bütün sahəsi deyil, ancaq istifadə olunması mümkün olna sahələri göstərilməmişdir. Lakin məhkəmənin nəzərindən yayınmışdır ki, cavabdeh təşkilat iddiaçılarla bağlanmış müqavilələrə əsasən faktiki mövcud olmayan, qanunvericiliyin tələblərinə cavab verməyən sahələr də daxil olmaqla şişirdilmiş ölçülərdə formal mənzil sahəsi satmaqla əsassız varlanmışdır. Təbbi ki, ekspert qanunvericiliyin tələblərinə uyğun yaşayış üçün faydalı sahələri tədiqiq etməlidir. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, iddiaçıların cavabdeh tərəfindən təhvil verilmiş mənzillərin eskiz layihəsinə uyğun olaraq bəyənərək qəbul etdikləri, tərəflər arasında mənzilin ümumi sahəsinin müəyyən olunması barədə hər hansı bir razılaşmaya dair şərtləri mövcud olmadığı, razılaşma ancaq mənzilin alqı-satqısına dair şərtləri ehtiva etdiyindən iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Qeyd edilir ki, iddiaçılar mənzili eskiz layihəyəyə uyğun bəyənməsi, halbuki müqavilənin tərkib hissəsi olaraq eskiz layihədə mənzilin müqaviləyə uyğun sahəsi göstərilir və ya iddiaçıların mənzili bəyəndiyi zaman sahəni həmin anda müvafiq ölçü vahidi ilə ölçməsi ağlabatan hal deyil və məhkəmənin bu yanaşması mötəbər sayıla bilməz. Həmçinin iddiaçıların mənzilin sahələrinin qüsurlu olduğunu bilə-bilə qəbul etməsi ilə bağlı hər hansı bir sübut mövcud deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən birgə iddiaçıların nümayəndəsi və vəkili Rüstəmadə Ayxan Xankişi oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-205/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı6 arasında bağlanmış 49 saylı, 29.09.2017-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, satıcı ünvan 3 ünvanında müvafiq dövlət qurumlarının sərəncamı əsasında müasir memarlıq üslubuna uyğun inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksinin A bloku, ümumi sahəsi 140.7 kv.metrdən ibarət, 12-ci mərtəbədə, 3 otaqlı, 48 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə müəyyən olunmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) tam ödəməyi öhdəsinə götürür. İş materiallarında olan həmin tərəflər arasında notariat qaydasında bağlanmış ******* saylı, 13.07.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh MMC ümumi sahəsi 119.6 kv.metr, 3 otaqlı daşınmaz əmlakı 140080 manat qiymətinə İddiaçı6 satmışdır. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı5 arasında bağlanmış 80 saylı 14.05.2018-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq olunmuş surətinin 1.1-ci bəndindən görünür ki, satıcı ünvan 4 ünvanında müvafiq dövlət qurumlarının sərəncamı əsasında müasir memarlıq üslubuna uyğun inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksinin B bloku, ümumi sahəsi 146,98 kv.metrdən ibarət, 15-ci mərtəbədə, 3 otaqlı, 67 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə müəyyən olunmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) tam ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı7 arasında bağlanmış 096/18 saylı, 05.10.2018-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətinin 1.1-ci bəndindən görünür ki, satıcı ünvan 4 ünvanında müvafiq dövlət qurumlarının sərəncamı əsasında müasir memarlıq üslubuna uyğun inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksinin B bloku, ümumi sahəsi 103,02 kv.metrdən ibarət, 12-ci mərtəbədə, 2 otaqlı, 54 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə müəyyən olunmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) tam ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı4 arasında bağlanmış 53 saylı, 30.10.2017-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətinin 1.1-ci bəndindən görünür ki, satıcı ünvan 4 ünvanında müvafiq dövlət qurumlarının sərəncamı əsasında müasir memarlıq üslubuna uyğun inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksinin B bloku, ümumi sahəsi 146,98 kv.metrdən ibarət, 8-ci mərtəbədə, 3 otaqlı, 37 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə müəyyən olunmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) tam ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 12.03.2019-cu il tarixli Cavabdeh MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı4 AKFA Tikinti MMC-ə 12000 (on iki min manat) manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh MMC ilə Mirzəyev Elsəvər Vəli oğlu arasında bağlanmış 54 saylı, 30.10.2017-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətinin 1.1-ci bəndindən görünür ki, satıcı ünvan 4 ünvanında müvafiq dövlət qurumlarının sərəncamı əsasında müasir memarlıq üslubuna uyğun inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksinin B bloku, ümumi sahəsi 146,98 kv.metrdən ibarət, 11-ci mərtəbədə, 3 otaqlı, 52 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə müəyyən olunmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) tam ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 12.03.2019-cu il tarixli Cavabdeh MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, Mirzəyev Elsəvər Vəli oğlunun AKFA Tikinti MMC-ə 16500 (on altı min beş yüz manat) manat borcu qalmışdır. İş materiallarında olan 13110660 saylı AR ƏM DƏDRX-ın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 162.6 kv.metr olan, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 81, M5, 3 saylı mənzil İddiaçı2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh MMC və İddiaçı2 arasında notariat qaydasında bağlanmış ******* saylı, 23.05.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh MMC ümumi sahəsi 162,6 kv.metr, 4 otaqlı Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzili İddiaçı2 satmışdır. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 10/1 saylı, 29.12.2017-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətinin 1.1-ci bəndindən görünür ki, satıcı ünvan 6 ünvanında müvafiq dövlət qurumlarının sərəncamı əsasında müasir memarlıq üslubuna uyğun inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksinin A bloku, ümumi sahəsi 90,43 kv.metrdən ibarət, 12-ci mərtəbədə, 2 otaqlı, 46 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə müəyyən olunmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) tam ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 29.12.2017-ci il tarixli Cavabdeh MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı1 AKFA Tikinti MMC-ə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 81, 46 saylı mənzil üçün borcu yoxdur. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı8 arasında bağlanmış 79 saylı, 14.05.2018-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq olunmuş surətinin 1.1-ci bəndindən görünür ki, satıcı ünvan 7 ünvanında müvafiq dövlət qurumlarının sərəncamı əsasında müasir memarlıq üslubuna uyğun inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksinin B bloku, ümumi sahəsi 103,02 kv.metrdən ibarət, 15-ci mərtəbədə, 2 otaqlı, 70 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə müəyyən olunmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) tam ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh MMC ilə Məmmədova Həqiqət Əliqulu qızı arasında bağlanmış 158 saylı, 17.06.2020-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətinin 1.1-ci bəndindən görünür ki, mənzil təqdim edən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 77/81 ünvanında müvafiq dövlət qurumlarının sərəncamı əsasında müasir memarlıq üslubuna uyğun inşa etdiyi yüksəkmərtəbəli yaşayış kompleksinin (79) B bloku, ümumi sahəsi 88,44 kv.metrdən ibarət (bayır və ara divarlar, habelə məhəccərlərin yerləşdiyi sahələr daxil olmaqla), 5-ci mərtəbədə, 2 otaqlı, 01 saylı mənzili əldə edənə təhvil verməyi, mənzil əldə edən isə bu müqavilə ilə müəyyən olunmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) tam ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 26276 saylı, 20.04.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş yüksəkmərtəbəii yaşayış kompleksinin B blokunun, 15ci mərtəbəsində yerləşən İddiaçı5 məxsus 67 saylı mənzilin faktiki ümumi sahəsi 124,88 kv.metr müəyyən edilir və müqavilə üzrə 67 saylı mənzilin ümumi sahəsinin 146,98 kv.metr göstərildiyi nəzərə alındıqda, mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən 22,1 kv.metr az təşkil etdiyi, ünvan 1 ünvanında inşa edilmiş yüksəkmərtəbəii yaşayış kompleksinin B blokunun, 15-ci mərtəbəsində yerləşən İddiaçı8 məxsus 69 və 70 saylı mənzillərin faktiki ümumi sahəsi (birləşdirilmiş vəziyyətdə) 177,3 kv.metr müəyyən edilir və müqavilə üzrə 69 və 70 saylı mənzilin hər birinin ayrı-ayrılıqda ümumi sahəsinin 103,02 kv.metr göstərildiyi nəzərə alındıqda, mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən 28,74 kv.metr (206,04-177,3) az təşkil etdiyi, ünvan 2 ünvanında inşa edilmiş yüksəkmərtəbəii yaşayış kompleksinin A blokunun, 12-ci mərtəbəsində yerləşən İddiaçı6 məxsus 48 saylı mənzilin faktiki ümumi sahəsi 123,75 kv.metr müəyyən edilir və müqavilə üzrə 48 saylı mənzilin ümumi sahəsinin 140,7 kv.metr göstərildiyi nəzərə alındıqda, həmin mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən 16,95 kv.metr (140,7-123,75) az təşkil etdiyi, ünvan 1 ünvanında inşa edilmiş yüksəkmərtəbəii yaşayış kompleksinin B blokunun, 11-ci mərtəbəsində yerləşən İddiaçı3 məxsus 52 saylı mənzilin faktiki ümumi sahəsi 123,45 kv.metr müəyyən edilir və müqavilə üzrə 52 saylı mənzilin ümumi sahəsinin 146,98 kv.metr göstərildiyi nəzərə alındıqda, həmin mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən 23,53 kv.metr (146,98-123,45) az təşkil etdiyi, ünvan 2 ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış kompleksinin A blokunun, 12-ci mərtəbəsində yerləşən İddiaçı1 məxsus 46 saylı mənzilin faktiki ümumi sahəsi 75,98 kv.metr müəyyən edilir və müqavilə üzrə 46 saylı mənzilin ümumi sahəsinin 90,43 kv.metr göstərildiyi nəzərə alındıqda, həmin mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən 14,45 kv.metr (90,43-75,98) az təşkil etdiyi, ünvan 1 ünvanında inşa edilmiş yüksəkmərtəbəii yaşayış kompleksinin B blokunun, 8-ci mərtəbəsində yerləşən İddiaçı4 məxsus 37 saylı mənzilin faktiki ümumi sahəsi 132,48 kv.metr müəyyən edilir. Müqavilə üzrə 37 saylı mənzilin ümumi sahəsinin 146,98 kv.metr göstərildiyi nəzərə alındıqda, həmin mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən 14,5 kv.metr (146,98-132,48) az təşkil etdiyi, ünvan 1 ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış kompleksinin B blokunun, 12-ci mərtəbəsində yerləşən İddiaçı7 məxsus 54 saylı mənzilin faktiki ümumi sahəsi 86,4 kv.metr müəyyən edilir və müqavilə üzrə 54 saylı mənzilin ümumi sahəsinin 103,02 kv.metr göstərildiyi nəzərə alındıqda, həmin mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən 16,62 kv.metr (103,02-86,4) az təşkil etdiyi, ünvan 2 ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış kompleksinin A blokunun, 13-cü mərtəbəsində yerləşən Vəliyev Elçin Elman oğluna məxsus mənzilin faktiki ümumi sahəsi 159,12 kv.metr müəyyən edilir və müqavilə üzrə mənzilin ümumi sahəsinin 183,64 kv.metr göstərildiyi nəzərə alındıqda, həmin mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən 24,52 kv.metr (183,64- 159,12) az təşkil etdiyi ekspert tərəfindən müəyyən olunmuşdur. Həmçinin həmin rəydə qeyd olunur ki, İddiaçı2 məxsus 15 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi və verilmiş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh MMC-nin Nizamnaməsinin surətindən görünür ki, 30.05.2014-cü il tarixdə, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** saylı Qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə sasən, müqavilənin azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012 tarixli 07 №-li qərarın 3.1-ci bəndinə əsasən yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. İş materialları ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən ünvan 9 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış kompleksindəki 15, 48, 31, 37, 46, 52, 54, 67, 69 və 70 saylı mənzillər cavabdeh tərəfindən inşa edilmişdir, cavabdeh təşkilat 30.05.2014-cü il tarixdə Cavabdeh adı ilə dövlət qeydiyyatına alınmışdır, onunla İddiaçı2 və İddiaçı6 arasında müvafiq olaraq 15 və 48 saylı mənzillərin alqı-satqısına dair müqavilələr mövcuddur, həmin müqavilələr notariat qaydasında təsdiqlənmişdir, qeyd edilən müqavilələr üzrə mənzillərin ümumi sahəsi müvafiq olaraq 162,6 kv.m. və 119,6 kv.m. təşkil edir, həmin mənzillərdən İddiaçı6 məxsus mənzilin faktiki sahəsi 123,75 kv.m. təşkil edir, digər mübahisələndirilən müqavilələr üzrə 37, 46, 52, 54, 67 və 70 mənzillərə dair alqı-satqı barədə tərəflər arasında razılaşmanın ifadə olunduğu müqavilələr notariat qaydasında təsdiqlənməmişdir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır, tərəflər arasındakı mübahisə mənzillərin sahələrinə dair hissədədir. Bununla belə, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra olunmaması, həmçinin 31 saylı və 69 saylı mənzillərin alqı-satqısı barədə razılaşmaya dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, müqavilədə göstərilən mənzilin sahəsi barədə tərəflər arasındakı mübahisəyə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, onlar qanunvericiliyə uyğun olaraq müqavilə şərtlərini və məzmununu müəyyənləşdirməkdə azad olduqlarından, həmçinin iddiaçılar cavabdeh tərəfindən təhvil verilmiş mənzili eskiz layihəsinə uyğun olaraq bəyənərək qəbul etdiklərindən, digər tərəfdən, tərəflər arasında mənzilin ümumi sahəsinin müəyyən olunması barədə hər hansı bir razılaşmaya dair şərtlər mövcud olmadığından və razılaşma ancaq mənzilin alqı-satqısına dair şərtləri ehtiva etdiyindən, iddia tələbləri həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə, İddiaçı6 iddia tələbinə münasibətdə haqlı olaraq hesab etmişdir ki, onunla Cavabdeh MMC arasında bağlanmış ******* saylı 13.07.2018-ci il tarixli müqavilədə göstərilən 119,6 kv.m. mənzilin ümumi sahəsi ilə, onun 123,75 kv.m. olan faktiki sahəsi arasındakı fərq əksinə, iddiaçının xeyrinə olduğundan iddia tələbi ona münasibətdə rədd edilməlidir. Məhkəmə, digər iddiaçılar olan E.Vəliyev, E.İmanlı, İddiaçı5, İddiaçı8, İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı7 iddia tələbinə münasibətdə də haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi həmin hissələrdə sübutetmə yükü ilə bağlıdır və onlar, öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutetmə vəzifəsi daşıyırlar. Lakin iddiaçılar buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Göründüyü kimi, E.Vəliyevin 31 saylı və İddiaçı8 69 saylı mənzillər üzrə cavabdehlə onlar arasında hər hansı bir razlaşmaların olmasına dair sübutlar (çıxarış, müqavilə, protokol, maliyyə arayışı və s.) işə əlavə olunmamışdır. İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı7, İddiaçı5 və İddiaçı8 məxsus müvafiq olaraq 37, 46, 52, 54, 67 və 70 saylı mənzillərin alqı-satqısına dair cavabdehlə bağlanmış müqavilələr isə notariat qaydada təsdiq edilməli olduğu halda, təsdiq edilmədiyindən, həmin sənədlər hazırkı mübahisənin həllində məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə, həmçinin haqlı olaraq ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək hesab etmişdir ki, həmin rəy iddia tələbinin təmin olunması üçün yetərli deyil. Belə ki, əvvəla, ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat prosesi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olaraq aparılmaqla müvafiq nəticəyə gəlinmiş, buna uyğun olaraq mənzilin bütün sahəsi deyil, ancaq istifadə olunması mümkün olan sahələri göstərilmişdir, həmçinin iş materialları üzrə İddiaçı2 və İddiaçı6 arasında müvafiq olaraq notariat qaydada bağlanmış 15 və 48 saylı mənzillərin alqı-satqısına dair ******* və ******* saylı müqavilələr nəzərə alınmamışdır, halbuki həmin müqavilələrdən mənzil sahəsinin 162,6 və 119,6 kv.m. olması müəyyən olunur. Kollegiya İddiaçı2 iddia tələbinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsinin vəsatəti əsasında iş üzrə iki dəfə ekspertiza təyin edilmiş, lakin iddiaçı hər iki ekspertiza zamanı mənzilə baxışı keçirilməsi üçün gəlmədiyindən ekspert ekspertizanın aparılmasından imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Kollegiya hesab edir ki, İddiaçı2 ekspertizanın keçirilməsinə şərait yaratmadığından ekspertizanın təyin edilməsinə əsas olan fakt da aradan qalxmış olur. Bu halda kollegiya hesab edir ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin “mənzillərin ümumi sahəsinə dair şərtlər”i ilə əlaqədar hər hansı bir mübahisə mövcud olmadığından, onun tərəfindən mənzilə dair artıq ödəniş edilməsi, həmçinin cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etməməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbi ona münasibətdə də rədd etməkdə məhkəmə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-205/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Birgə iddiaçıların nümayəndəsi və vəkili Rüstəmadə Ayxan Xankişi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-205/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar