Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1561/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər X12 və Cavabdeh2 MMC-yə qarşı mülki iş (Açar sözlər: «müqavilənin etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X18 oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1954/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-200/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X8 Cavabdeh1 MTK-ya qarşı yaşayış və qeyri-yaşayış sahələrinin təhvil verilməsi, icarə haqqının əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" Prestij MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A2 blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 39 saylı mənzili, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A2 blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123.4 kv metr olan 3 otaqlı 40 saylı mənzili, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A” blokunda 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv metr olan 153 saylı mağaza təyinatı qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan mağaza təyinatlı qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın Xocalı prospektində ana yola baxan orta hissəsinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m olan mağaza təyinatlı qeyriyaşayış sahəsinin Cavabdeh1 MTK-dan alınaraq iddiaçı X12 təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5643/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-200/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. AzərbaycanRespublikası Auditorlar Palatasının xx.xx.2019-cu il tarixli xx.xx.2019cu il tarixədək tərtib olunmuş cədvəllər üzrə dəqiqləşdirilmiş auditor rəyi: xx.xx.2018-cu il tarixli Müqavilədən görünür ki, həmin Müqavilənin mahiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Türkiyə vətəndaşı (TCNC ser: Pİİ №211954 T.C.kimlik NO **********8) X2 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Şahid tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X2 şəriki, Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi Şahid qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(011)-78/2020 saylı hökmündən görünür ki, X9 barəsində ittihamedici hökm çıxarılmışdır və qeyd edilən hökmdə xx.xx.2018-cu il tarixli Müqaviləyə istinad olunmuşdur.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixlii, 2(103)-3264/2021 saylı qərardadına əsasən cavabdeh X3 və həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4321/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdiklərii apellyasiya şikayətlərindən imtinaları qəbul edilmiş və cavabdeh X6, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X10 münasibətdə apellyasiya icraatına xitam verilmişdir.
6. xx.xx.2021-ci il tarixli Barışıq Sazişindən aydın olur ki, Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-3264/2021 saylı mülki iş üzrə iddiaçı X11, iş üzrə cavabdehlər X9 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi Yiğitdöl Hikmət, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X17, X15 və X7 arasında bağlanmış razılaşmanın 4-cü bəndinə əsasən “Hom-Paş Prestij" MTK iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X13 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında "X29" MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın A1 və A2 arasında 1-ci mərtəbədə yerləşən 8 saylı 160 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edərək, qeyri-yaşayış sahəsini Felik Məmmədovun istifadəsinə, sahibliyinə verir. Həmin Razılaşmanın 8-ci bəndinə əsasən "X29" MTK və X9 barışıq sazişi ilə əldə edilmiş razılığa əsasən qeyri-yaşayış sahələrinin başqa fiziki və ya hüquqi şəxslərə məxsus olmaması və gələcəkdə sazişdə qeyd edilən qeyri-yaşayış sahələri ilə bağlı yeni alqı-satqı müqavilələrinin mövcud olmamasına zəmanət verir.
7. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2018-ci il tarxli müqaviləyə əsasən, Cavabdeh1 MTK səlahiyyətlərini icra edən Cavabdeh2 MMC-nin direktoru Şahid ilə X15 arasında Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən 165 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı Cavabdeh1 Cavabdeh2 (**********) ilə X15 arasında bağlanmış 7 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən 165 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1nə(VÖEN **********) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiada göstərilmişdir ki, Cavabdeh1 (VÖEN **********) xx.xx.2005-ci il tarixdən dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi Hikmet Yiğitdöldür. MTK Bakı şəhəri, Xətai rayonu ərazisində yüksək mərtəbəli binaların tikintisini həyata keçirmiş, tikilmiş binalarda yaşayış və qeyri-yaşayış sahələrini qanunvericiliyin tələlərinə əsasən payçılara vermişdir. Bir müddət əvvəl onlara məlum olmuşdur ki, Cavabdeh2 (**********) MTK-nın səlahiyyətini qanunsuz şəkildə mənimsəyək MTK-nın adından payçı müqavilələrini ləğv edir, MTK adından qanunsuz olaraq yeni müqavilələr bağlayır. Belə ki, "xxxx" MMC ilə X15 arasında bağlanmış 07 iyun 2022-ci il tarixli müqavilədən açıq-aşkar görünür ki, MMC MTK-nın səlahiyyətlərinin mənimsəyək müqavilə bağlayır. Həmin müqavilədə göstərilmişdir ki, "xxxx" MTK-nın səlahiyyətlərini icra edən Cavabdeh2 MMC-nin direktoru Şahid ilə Felik Məmmədov razılığa gələrək müqaviləni imzalamışlar. 07 iyun 2022-ci il tarixli müqavilə qanunvericiliyin tələblərinə ziddir və etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Bu anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilati-hüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmışdır. Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir. Kooperativlərin ən geniş yayılmış növü olan mənzil-tikinti kooperativlərinin anlayışı Mənzil Məcəlləsinin 109.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1954/2024 saylı, 10 oktyabr 2024cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun, eləcə də keçirilmiş ekspertiza tədqiqatının dəyərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi Cavabdeh2 (**********) ilə X15 arasında bağlanmış 7 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən 165 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1nə(VÖEN **********) qaytarılması barədə qətnamə qəbul edilməsidir. İddia tələbindən də göründüyü kimi, tələb əsas və törəmə tələbdən ibarətdir. Əsas tələb əsaslı olduğu halda törəmə tələbin də əsaslılığı məhkəmə tərəfindən araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisələndirilən müqavilələrdə bu tip əqdlər üçün zəruri olan subyekt tərkibinə dair şərtlərə əməl edilmişdir. Əqdlərin məzmununa və tərəflərin iradə sərbəstliyi, iradə ifadəsinin bildirilməsi şərtlərinə də əməl edilmişdir. Belə ki, əqdin məzmunu mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, onda hər hansı qeyri-müəyyənlik və tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hallar müəyyən edilmir. Eyni zamanda müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərinin əslində fərqli olmasına dəlalət edən hər hansı bir hal da müəyyən edilmir. Əqdin forması isə bağlandığı dövrdə işgüzar adətlərin, qanunvericiliyin analoji müqavilələrin bağlanması üçün müəyyən etdiyi zəruri şərtlərə uyğundur. İddiaçı tərəf müqavilə bağlanan zaman Cavabdeh2 MMC-nin bu cür müqavilə bağlamaq səlahiyyətinin olmadığını qeyd etsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2018-ci ildə Müqavilə bağlanmışdır. “Müqavilə”nin 1-ci bəndində qeyd edilmişdir ki: “Həmin Müqavilənin mahiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK-nın qanuni təmsilçisi Türkiyə vətəndaşı (TCNC ser: Pİİ № 211954 T.C. kimlik NO **********8) X5 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi Şahid tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X5 şəriki, Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi Şahid qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir”(§17). xx.xx.2019-cu il Auditor Rəyinin 3-cü cədvəlində qeyd edilir ki, cavabdeh Məmmədov Felikə xx.xx.2007-ci il tarixli müqavilə ilə 170000 manat qiymətinə 1-ci mərtəbədə 182 kv/m qeyri-yaşayış yeri satılmışdır. (§13) Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Barışıq Sazişindən aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3264/2021 saylı mülki iş üzrə iddiaçı X11, iş üzrə cavabdehlər X9 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi Yiğitdöl Hikmət, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X17, X15 və X7 arasında bağlanmış razılaşmanın 4-cü bəndinə əsasən “Hom-Paş Prestij" MTK iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X13 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında "X29" MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın A 1 və A2 arasında 1-ci mərtəbədə yerləşən 8 saylı 160 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edərək, qeyri-yaşayış sahəsini Felik Məmmədovun istifadəsinə, sahibliyinə verir. Həmin Razılaşmanın 8-ci bəndinə əsasən "X29" MTK və X9 barışıq sazişi ilə əldə edilmiş razılığa əsasən qeyri-yaşayış sahələrinin başqa fiziki və ya hüquqi şəxslərə məxsus olmaması və gələcəkdə sazişdə qeyd edilən qeyri-yaşayış sahələri ilə bağlı yeni alqı-satqı müqavilələrinin mövcud olmamasına zəmanət verir. (§17) Daha sonra iddiaçı MTK ilə Cavabdeh2 MMC arasında rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən (§14) Cavabdeh1 MTK-nın səlahiyyətlərini icra edən Cavabdeh2 MMC ilə cavabdeh X15 arasında xx.xx.2022-ci il tarixində Müqavilə bağlanmış və iddiaçı "xxxx" MTK ilə cavabdeh Məmmədov Felik arasında rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli Müqavilənin şərtlərini icra etmiş, həmin müqavilə əsasında cavabdeh Məmmədov Felikə 165 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsini təqdim etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəf Cavabdeh2 MMC-nin hüquqi şəxslərin varisliyi instituna uyğun olaraq belə bir səlahiyyətinin olmamasını, Mülki Məcəllənin hüquqi şəxslərlə, koorporativlə bağlı müvafiq maddələrinə istinad etsə də, məhkəmə araşdırması zamanı iddiaçı ilə Cavabdeh2 MMC arasında öhdəliklərin icrasının həvalə edilməsi ilə bağlı müqavilə bağlandığı görünür (§14). Həmin müqaviləyə əsasən xx.xx.2019-cu il Auditor Rəyində adları çəkilən zərərçəkmiş şəxslər qarşısında iddiaçının öhdəliklərinin Cavabdeh2 MMC-nin qəbul etmiş və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunması ilə bağlı tərəflər razılığa gəlmişdir. Tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxslər qarşısında o, cümlədən hazırki iş üzrə cavabdeh Məmmədov Felik qarşısında öhdəliklərini Cavabdeh2 MMC-yə həvalə etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, hətta səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh İnter” MMC-nin cavabdeh Məmmədov Feliklə bu cür müqavilə bağlamaq səlahiyyətinin olmamasın iddia edərək Cavabdeh2 MMC ilə cavabdeh X15 arasında xx.xx.2022-ci il tarixində Müqavilə bağlanmış müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsə də bu müqavilənin onun hansı maraqlarına toxunduğunu, hüquqlarını pozduğunu əsaslandıra bilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı və cavabdeh Məmmədov Felik arasında xx.xx.2007-ci ildə, xx.xx.2021-ci il tarixli Barışıq Sazişində eyni binada, eyni ünvanda fərqli-fərqli ölçüdə (182 kv/m, 160 kv/m) qeyri-yaşayış obyekti ilə bağlı razılaşma mövcuddur və iddiaçı bu müqavilələri mübahisələndirmədiyni bildirmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki, bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin hüquqi şəxslərlə bağlı müddəalarına istinad edilmiş, səlahiyyətsiz şəxs tərəfndən bağlanığı üçün etibarsız hesab edilməli olduğu müdafiə edilmişdir. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilmişdir. Lakin iddia tələbinin faktiki əsası (faktiki halları) da həmin maddələrin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. Eyni zamanda iddiaçı özü də müxtəlif tarixli müqavilələrlə, məhkəmə qətnaməsi ilə cavabdeh Məmmədov Felik qarşısında öhdəlik daşımış, daha sonra bu öhdəliyin icrasını Cavabdeh2 MMC-yə həvalə etmişdir. Məhkəmə qeyd edir ki, əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunması vicdanlılıq prinsipinə zidd olmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, iddia tələbi Cavabdeh2 (**********) ilə X15 arasında bağlanmış 7 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. İddia tələbinin digər hissəsi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən 165 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1nə(VÖEN **********) qaytarılması bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan onun da təmin edilməməsini labüd edir. Çünki iddia tələbinin bu hissəsinin təmin edilib-edilməsi sırf əsas hissələrdən asılı idi. Ona görə məhkəmə bu hissə üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına ehtiyac olmadığı qənaətinə gəlir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı Cavabdeh1 MTK-nın (nümayəndəsi və vəkili Vəkil4) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, tərəflər arasında olan münasibətlərin xronoloji ardıcıllıqla sıraladıqda açıqca məlum olur ki, MMC öz hüquqlarından sui-istifadə edərək, vicdanlılıq prinsipinə zidd hərəkət edərək MTK-nın əvəzinə müqavilə bağlamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müqavilə bağlanarkən ümumi yığıncağının qərarı olub-olmaması araşdırılmamış, bu hissəyə qiymət verilməmişdir. Məhkəmə Cavabdeh2 MMC-nin səlahiyyətli olmasını iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2018-ci ildə bağlanmış müqaviləni əsas göstərmişdir. Halbuki həmin müqavilədə MMC tərəfindən MTK-nın əmlakını satmaq, müqaviləyə dəyişiklik etmək səlahiyyəti verilməmişdir. Ayrıca tərəflər arasında olan bir çox məhkəmə mübahisələrində MMC həmin müqavilə əsasında MTK-nın hüquqi varisi olmadığını bildirmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
13. Cavabdeh X8 nümayəndəsi Vəkil5 elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda şikayətinin təmin edilməməsini xahiş edib bildirmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinə dair mülahizə təqdim edilmiş və elektron kabinetə əlavə sənədlər yerləşdirilmişdir. Halbuki, iddiaçı birinci instansiya məhkəməsinə təqdim etmədiyi sübutları apelyasiya məhkəməsinə təqdim edərkən ilk öncə hansı səbəblərdən o zaman deyil, indi təqdim etdiyini əsaslandırmalı idi, lakin heç bir əsaslandırmaya rast gəlinmir. Təqdim olunmuş əlavə sənədlərə nəzər saldıqda görünür ki, birinci instansiya məhkəməsində təqdim edə bilmədiyi sənədləri, möhür özündə olduğu üçün sonradan tərtib edərək məhkəməyə yanlış məlumatlar təqdim etmişdir. Buna əyani misal olaraq təqdim edilmiş barışıq müqaviləsini göstərir. Belə ki, həmin Barışıq müqaviləsi guya X8 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən imzalanmışdır. X1 ümumiyyətlə belə bir müqavilədən xəbəri yoxdur. Bundan başqa, iddiaçı elektron kabinetə 2(103)-1496/2025 nömrəli iş üzrə hakim Namiq Cəfərovun sədrliyi ilə baxılan məhkəmə işində təqdim olunmuş mülahizəni əlavə etmişdir. Mülahizə ilə tanış olduqda bəlli olmuşdur ki, bu işdə də iddiaçı X14 nümayəndəsi (vəkili) Vəkil2dur. İlahi ədalət ondan ibarətdir ki, işin sirri elə iş üzrə detallarda gizlidir. Odur ki, bu məqama xüsusi diqqət yetirilməsini xahiş edir və iş üzrə gedişatı məhkəmənin mülahizəsinə buraxırlar.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
14. Əvvəlki məhkəmə iclasında iddiaçı Cavabdeh1 MTK-nın direktoru Hikmet Yigitdöl apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
15. Əvvəlki məhkəmə iclasında cavabdeh X8 nümayəndəsi Vəkil5 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər sonuncu (07 aprel 2025-ci il tarixli) məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil4 elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək səhhəti ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh X8 nümayəndəsi Vəkil5 da elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək səhhətində yaranmış problemlərə görə (suçiçəyi) əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, bu mümkün olmadıqda isə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı: Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
27. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
29. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
30. Belə ki, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Mübahisələndirilən alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqd olması və görünüş üçün bağlanması işin həqiqi halları ilə təsdiq olunmur. Başqa sözlə qeyd olunan müqavilə səlahiyyətsiz şəxs tərəfindən bağlanılmamış, müqavilə tərəflərinin niyyət və iradəsi müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin alıcının mülkiyyətinə keçməsinə yönəlmişdir. Yəni müqavilə tərəflərinin iradəsi və iradə ifadəsi formal, görünüş üçün də olmamışdır.
31. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
33. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
34. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada iddiaçının hazırkı tələb üzrə mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.
35. Belə ki, iddiaçı MMC-nin öz hüquqlarından sui-istifadə edərək, vicdanlılıq prinsipinə zidd hərəkət edərək MTK-nın əvəzinə müqavilə bağladığını göstərsə də özü həmin səlahiyyətləri xx.xx.2018-ci il tarixli müqavilə ilə MMC-yə vermişdir. MMC də Cavabdeh1 MTK-nın səlahiyyətlərini icra edərək X15 ilə xx.xx.2022-ci il tarixli müqavilə bağlamış və bununla da iddiaçı "xxxx" MTK ilə cavabdeh Məmmədov Felik arasında rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli müqavilənin və xx.xx.2021-ci il tarixli barışıq sazişinin şərtlərini icra etmişdir. Göründüyü kimi, iddiaçının bütün bunları bilə-bilə bu cür dəlillərdən istifadə etməsi anlaşılan olmamışdır. 36.Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən müqavilə görünüş üçün bağlanan uydurma əqd də hesab oluna bilməz. Çünki uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edir ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Müqavilənin tərəfi olan istər MMC, istərsə də Felik Məmmədov bu müqaviləni hansısa formada heç vaxt mübahisələndirməmiş, əksinə təqdim edilən sübutlar qeyri-yaşayış sahəsini qanuni əsaslarla əldə edildiyini təsdiq edir. Demək ki, müqavilənin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, müqaviləni bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. Bu hallara dair hər hansı bir sübut təqdim edilmədiyindən müqavilənin görünüş üçün bağlandığı qənaətinə gəlmək üçün əsas deyildir. Üstəlik bu halların həqiqiliyi ehtimal olunsa belə belə iddiaçıya sonrakı davranışlarına görə hüquqdan sui-istifadə edərək qarşı tərəfə qarşı uğursuz iddia irəli sürməyə əsas vermir.
37. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilə müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki hətta qəbul edilsə belə ki, iddiaçının mübahisə predmeti olmuş qeyri-yaşayış sahəsini satılmasına həqiqi niyyəti olmamış, onun sonrakı davranışları əqdi bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.
38. Tələbin digər hissəsi bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan onun da avtomatik təmin edilməməsini labüd edir.Çünki təmin edilib-edilməmələri sırf əsas hissədən asılı idi. Ona görə bu hissə üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi lüzum görmür.
39. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviələdən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
40. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1954/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1954/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.