Məhkəmə qərarları › İş №2(103)-1564/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1564/2022

25.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1564/2022 25.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Üçüncü şəxs X18 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(005)- 4693/2021 nömrəli qətnaməsindən İddiaçı Ramboviç tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik işinin dayandırılması və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 (qeyri-yaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 (yaşayış sahəsi), ünvan 2 çıxarışlar əsasında miras qalmış əmlak payının ona aid hissədə tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021- ci il tarixində onun, Bakı şəhəri, Nəsimi rayonu, 3 MKR, R.Məmmədov küçəsi ev 3, mənzil 3-də yaşayan qardaşı X24 vəfat etdikdən sonra, onun adına olan miras payı ilə əlaqədar övladları notariusa müraciət edərək, onlara aid payın müəyyən edilməsini xahiş etsələr də, sonradan qardaşının övladlarının bir hissəsi onların atasına (X10) məxsus olan, ancaq qardaşının adına sənədləşdirilmiş əmlaklarında bölünməsini tələb etmələri qanunsuzdur və ona görə də notariusa iddiaçının tərəfində, vərəsə kimi tanınmasını xahiş etsə də, xx.xx.2021-ci il tarixdə ona imtina məktubu verilərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(005)- 4693/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı (X25, X27, X26, X19, X20 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “vərəsəlik işinin dayandırılması və miras payının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Ramboviç apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4693/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77 ( qeyri-yaşayış sahəsi), ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaklar qardaşı Marik Yaqubovun adına olsa da, həmin əmlaklar məhrum ataları X10 tərəfindən alınaraq qardaşının adına rəsmiləşdirilmişdir. ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak isə onun adında qeydiyyatda olmuş 2015-ci il ailəsi ilə birlikdə İsrailə köçməli olacağından qardaşının adına qeydiyyata keçirmişdir. Məhkəmə qeyd edilən halları tam araşdırmamışdır. Qeyd edilən əmlaklar məhrum ataları tərəfindən onlara alınmışdır və həmin əmlaklar sənəd üzərində qardaşının adına olsa da ümumilikdə hamısının əmlakıdı və onun da payım müəyyən edilməldir. Bundan başqa Məhkəmə prosesi zamanı X25, X27, X26, X19, X20 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdirlər. Bildirir ki, məhkəmə qardaşının vərəsələri ilə birlikdə məhrum qardaşı X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. X14 ölüm haqqında şəhadətnaməsi iş materiallarına əlavə olunmağına baxmayaraq məhkəmə onu məhkəmə prosesində iştirak etməsi üçün bildiriş göndərmiş və onu işə cəlb etmişdir. Üçüncü şəxs X20 məhkəmədə verdiyi izahatında iddia ərizəsində göstərdiklərini təsdiqləyərək qeyd edilən əmlaklar məhrum ataları X10 tərəfindən alınaraq qardaşının (X20 atasının) adına rəsmiləşdirildiyini bildirərək, iddia tələbini qəbul etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər üçüncü şəxs X1 üçün məhkəmə prosesində iştirak edə bilməmişdir. Buna görə də X19 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı olmadan işə məhkəmə tərəfindən baxılmışdır. Onun yaxın günlərdə Azərbaycan Respublikasına gələcəyini və növbəti məhkəmə prosesində iştirak edə biləcəyini onun və X20 tərəfindən bildirilsə də məhkəmə buna məhəl qoymamış, digər üçüncü şəxslər X27 və X15 mövqeyini üstün tutmuşdur.Məhkəmə qətnaməsində göstərilib ki, məhkəmə islasında müəyyən edilmişdir ki, X16 4 vərəsəsi (arvadı Qanuni nümayəndə, uşaqları X19, X27, X21) olmuşdur. X24 Qanuni nümayəndə ilə rəsmi nikahda olmamış və o qanun üzrə vərəsə deyildir. Yuxarıda qeyd etdiyi hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə bu maddələrin məzmununa nəzər yetirməmiş və yalnız üçüncü şəxslər X27 və X15 mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Yuxarıda qeyd etdyi hallara əsasən qeyd edilən əmlaklarda onunda payı var və payı müəyyənləşdirilməlidir. Qətnamədə məhrum qardaşı X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi, Qanuni nümayəndə qanun üzrə vərəsə hesab edilməsi, X4 digər üçüncü şəxslər kimi məhkəmə prosesində iştirakına şərait yaradılmaması, eləcə də onun və X6 izahatında göstərdiyi dəlillərin aydınlaşdırılmaması göstərir ki məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə iclasında üçüncü şəxs X20 verdiyi izahatında bildirmişdir ki, o da vərəsə kimi tanınmalıdır, o iddia tələbini qəbul etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər üçüncü şəxs X1 üçün məhkəmə prosesində iştirak edə bilməmişdir. Məhkəmə X6 iddianı qəbul etməsinə əhəmiyyət verməmiş və X7 isə gəlib ifadə verməyini gözləməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(103)-1564/2022 nömrəli qərardadı ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil1yev Vaqif oğlu tərəfindən verilmiş vəsatət təmin olunaraq Bakı şəhər Yasamal rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər X22 və qeyrilərinə qarşı miras əmlaka daxil olan daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbi üzrə mülki işə baxılıb qurtaranadək hazırkı işin icraatı dayandırılmışdır. Daha sonra 08 iyun 2022-ci il tarixdə üçüncü şəxs X18 nümayəndəsi və vəkili Vəkil2 “Elektron kabinet” vasitəsilə ərizə və ərizəyə əlavə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(004)-1326/2022 nömrəli qərardadını təqdim edərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş Bakı şəhər Yasamal rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər X22 və qeyrilərinə qarşı miras əmlaka daxil olan daşınmaz əmlaka dair bağışlama müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbi üzrə mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(004)-1326/2022 nömrəli qərardadı ilə baxılmamış saxlandığını nəzərə alaraq hazırkı iş üzrə icraatı təzələmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X18 nümayəndəsi və vəkili Vəkil2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmaını xahiş etmişdir.Bildirmişdir ki, iddiaçı miras əmlakın rəsmiləşdirilməsinə maneələr yaratmaq üçün məhkəmələrdə belə süni iddialar qaldırır.Bu gün də heç bir əsas olmadan işin baxılmasını təxirə salınmasına ərizə göndərmişdir.Nəzərə alınmasını xahiş etmişdir. İddiaçı “Elektron kabinet” vasitəsilə ərizə təqdim edərək səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, odur ki, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də buna dair sübutlar təqdim etmədiyindən işə baxılması mümkün hesab olunmuşdur. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini, tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə Kollegiyası ilk olaraq apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin vərəsələr ilə birlikdə iddiaçının məhrum qardaşı X23 də mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməsinin qanunsuz olması dəlili ilə bağlı qeyd edir ki, mərhum X25 nə iddiaçı, nə cavabdeh kimi məhkəmə tərəfindən tanınmadığından, texniki səhv olaraq digər şəxslərlə bərabər onun da müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməsi mahiyyət üzrə düzgün qətnamənin ləğvi üçün əsas deyildir.Odur ki, məhkəmə kollegiyası iddiaçının məhrum qardaşı X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi ilə bağlı hissəni mübahisələndirilən qətnamənin mətnindən xaric etməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(005)- 4693/2021 nömrəli qətnaməsindən İddiaçı Ramboviç tərəfindən verilmiş apellyasiya şikayətini bu hissədə əsaslı saymır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin qeyd edilən miras əmlaklar məhrum ataları tərəfindən onlara alınması və həmin əmlaklar sənəd üzərində iddiaçının mərhum qardaşı X14 adına olsa da ümumilikdə hamısının əmlakı olması və iddiaçının da payı müəyyən edilməli olması dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı bu dəlilləri təsdiq edəcək sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir və birinci instansiya məhkəməsi də bununla bağlı araşdıraraq hüquqi qiymət vermişdir.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilənlərlə bağlı mövqeyi ilə aşağıdakılara əsasən razılaşır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 51-53 nömrəli ümumi sahəsi 32.6 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 12615 nömrəli vərəqində xx.xx.2014-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı Rambom oğlu - hədiyyə verən ilə X24 hədiyyə alan arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən və məzmunundan görünür ki, hədiyyə verən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsindəki 51-53 ünvanında yerləşən ümumi sahəsi 32.6 kv.m olan qeyri-yaşayış sahəsini hədiyyə alanın mülkiyyətinə verir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77 nömrəli ümumi sahəsi 54,7 kv.m olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi X14 adına daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 18538 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 53 nömrəli ümumi sahəsi 37.7 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ kimi X14 adına daşınmaz əmlakın dövlət reyestrində 2841 nömrəli reyestr kitabının 265018 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZİİ seriyalı, 139920 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X24 xx.xx.2021-ci il tarixdə şəkərli diabet səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 450 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 51-53 nömrəli ümumi sahəsi 32.6 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 12615 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı Cavabdehnə ünvanlandığı ərizənin mətnində “xx.xx.2021-ci ildə mənim ünvan 5 ünvanında yaşayan qardaşım X24 ölmüşdür. Xahiş edirəm məni vərəsə kimi tanıyasınız. Mirasın tərkibi: daşınar və daşınmaz əmlaklar ondan irs qalmışdır. Bildirmək istəyirəm, miras əmlaklar əv vələr atamız X12 tərəfindən gələcəkdə aramızda bölüşdürmək şərti ilə qardaşım X16 adına alınmışdır. Qardaşım X16 vaxtından əvvəl vəfat etdiyi üçün əmlakları bölə bilmədi. Mirasın tərkibinə daxil olan daşınar və daşınmaz əmlakdan mənə çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edirəm.” göstərilmişdir. İş materiallarına əlavə olunmuş X20 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinin surətindən görünür ki, tərəflər xx.xx.2021-ci iİ tarixdə vəfat etmiş X3mış miras əmlaklara dair öhdəlik müqaviləsi bağlamış, ondan miras qalmış əmlaklar: Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 53, mənzil-; Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəşi 77 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; ünvan 7a yerləşən qeyri-yaşayış sahəsi; Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən torpaq sahəsi; **- LM-*** qeydiyyat nişanlı, QAZ-3110-101 minik markalı nəqliyyat vasitəsi göstərilmiş, X20 atasından qalmış əmlaklardan ona çatası paydan 25% payını əmisi İddiaçı bağışlaması, İddiaçı isə qardaşı X3mış miras əmlaklardan onun qızı X20 tərəfindən bağışlanacaq əmlakı qəbul etməsi barədə öhdəlik götürmüşlər. İş materiallarına əlavə olunmuş Cavabdeh xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X16 birinci növbəli vərəsə olduğu üçün İddiaçı notariat hərəkətinin aparılmasından imtina edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının qardaşı X13 miras qaldığını iddia etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 (qeyri-yaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 (yaşayış sahəsi), ünvan 2 X16 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir.X24 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Hazrıda iddiaçı qardaşı X5 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 (qeyri-yaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 (yaşayış sahəsi), ünvan 2 çıxarışlar əsasında miras qalmış əmlak payının ona aid hissədə tanınmasını tələb edir. Cavabdeh iddiaya dair münasibətini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qüvvədə olan Azərbaysan Respublikası Mülki Məsəlləsinin 1133.1-si maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məsəllənin 1133.2-si maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmədə miras qoyan X16 vəsiyyətnamə qoyması müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsinin islasında müəyyən edilmişdir ki, X16 4 vərəsəsi (arvadı Qanuni nümayəndə, uşaqları X19, X27, X9muşdur. Bu baxımdan, məhkəmə kollegiyasının qənaətinə görə, iddia tələblərinə düzgün hüquqi qiymət verilməsi, ilk növbədə vərəsələr tərəfindən mirasın açılma vaxtının müəyyən edilməsi və qəbul edilib-edilmədiyi məsələsi, miras əmlaka dair vərəsələrin dairəsinin aydınlaşdırılmasından asılıdır. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Yuxarıda da göstərildiyi kimi, İddiaçı qardaşı X13 miras qalmış əmlaka payının tanınmalı olmasını bildirsə də, miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin olması iş materialları ilə müəyyən edilmişdir. Belə olduğu halda mülki qanunvericiliyin 1160-cı maddəsinin tələbi baxımından iddia təmin oluna bilməz. İddiaçı onun əmlaka dair məcburi pay hüququnun olmasına istinad etsə də, mülki qanunvericiliyin 1193-cü maddəsinin tələbinə görə mirasdan məcburi pay almaq hüququ vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payının olması qeyd olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin üçüncü şəxs X6 məhkəmədə verdiyi izahatında iddiaçının iddia tələbində göstərdiklərini təsdiqləyərək qeyd edilən əmlaklar iddiaçının məhrum ataları X10 tərəfindən alınaraq qardaşının (X6 atasının) adına rəsmiləşdirildiyini bildirərək, iddia tələbini qəbul etməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etməsi dəlilinə münasibətdə qeyd edir ki, əvvəla birinci instansiya məhkəməsi bu hissədə də araşdırma aparmış və hüquqi mövqeyini bildirmişdir, kollegiya isə birinci instansiya məhkəməsnin mövqeyi ilə ona görə razılaşır ki, İddiaçı və X21 arasında xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsinin bağlanması və ya Z.Yaqubova iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olaraq iddia tələbini qəbul etməsi miras qalmış əmlaka dair iddiaçının payının tanınması üçün əsas yaratmır. Belə ki, iddiaçı miras qalmış əmlaka birinci növbəli vərəsə sayılmadığından onun tələbi təmin oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (X27, X26, X19, X20 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə (X25 texniki səhv olaraq digər şəxslərlə bərabər onun da müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməsi mahiyyət üzrə düzgün qətnamənin ləğvi üçün əsas olmadığından məhkəmə kollegiyası iddiaçının məhrum qardaşı X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi ilə bağlı hissəni mübahisələndirilən qətnamənin mətnindən xaric etməyi məqsədəmüvafiq hesab etmişdir.)) “vərəsəlik işinin dayandırılması və miras payının müəyyən edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(005)- 4693/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar