Məhkəmə qərarları › İş №2(103)-1581/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1581/2021

18.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1581/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X24 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X7, Cavabdeh X9 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)- 2512/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri 13 saylı dövlət notariat Kontorunda 7E-4652 reyestr nömrəsi ilə qeydə alınmış X62 tərəfindən X17 verilmiş xx.xx.2016-cı il tarixli etibarnamənin etibarsız hesab olunması, onun əsasında aparılmış 24 saylı Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə X32 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən X32 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilərək ləğv olunması və onun Subiyyə Nəsrullah qızının əmlakının onun payına düşən hissəsinə vərəsə tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 24 saylı Notariat Kontoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda anadan olmuş və hal hazırda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Həyətyanı torpaq sahəsi 10-12 sotdan ibarətdir. Həmin həyətyani torpaq sahəsində 3 ev inşa edilmişdir. Küçə qapısından içəri daxil olan sol tərəfdə yerləşən tikilidə o, ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı tikili 2 otaq və 1 eyvandan ibarətdir. Bu tikilidə onun atası yaşamış və rəhmətə gedəndən sonra o, oz ailəsi ilə birlikdə yaşayır. Digər tikililər isə sökülmüş vəziyyətdədir və orada heç kim yaşamır. ünvan 2 ünvanı qeydiyyat vəsiqəsinə əsasən ½ hissədə Subiyyə Nəsrulah qızına və ½ hissədə Xəndan Kərim qızına məxsusdur. Subiyyə Nəsrullah qızı onun ulu nənəsidir. Subiyyə Nəsrullah qızının ulu babası Hacı ilə nikahdan 4 oğlu və 1 qızı olmuşdur. Böyük oğulları, X52 1900-cü ildə anadan olmuşdur, 2-ci oğlu X33 1906-cı il tarixdə anadan olmuşdur, 3-cü oğlu X53 1918-ci il tarixdə anadan olmuşdur, 4-cü oğlu X62 1923-cü il tarixdə anadan olmuşdur, qızları X54 1920-ci il tarixdə anadan olmuşdur. O, X25 nəvəsidir və X62 onun babası X25 doğma qardaşıdır. X62 ulu nənəsinin Subiyyə Nəsrullah qızına məxsus Əmircan qəsəbəsi Ə. Sumbatzadə küçəsiindəki 2 saylı evi öz adına 2016-cı il tarixdə Bakı şəhəri, 24 saylı notariat kontorunda vərəsəlik hüququ haqqında şəhadətnamə almış və sonradan Azərbaycan Respublikası X47 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən evə dair Seriya RX ******* saylı çıxarış almışdır. Daha sonra evi onun bibisi oğlu X17 vəsiyyət etmiş və o, da evi öz adına sənədləşdirmişdir. X62 vərəsəlik əməliyyatını Bakı şəhəri 24 saylı notariat kontorunda aparmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx xxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, 24 saylı notariat kontorunda tərtib olunduğu zaman digər vərəsələrin sağ olmasına baxmayaraq onlar vərəsələr dairəsinə salınmamış və yalnız X32 vərəsəlik hüququ tanınmışdır. Qeyd edir ki, X62 onun mübahisəli mülkdə yaşadığını bilirdi. Evin ulu nənəsi Subiyyə Nəsrullah qızının adına olduğunu bildirmiş və evin sənədlərini ona verəcəyini bildirmişdir. O, (iddiaçı) 24 saylı notariat kontorunda aparılmış vərəsəlik hüququ haqqında şəhadətnamənin tərtib olunma sənədlərini nəzərdən keçirmiş və o, sənədlərin arasında X32 vərəsəliyi qəbul etməsinə dair ərizəsi olmadığını aşkar etmişdir. Bundan əlavə Bakı şəhəri 13 saylı dövlət notariat Kontorunda aparılmış əməliyyatlarda X32 əvəzinə digər şəxslər imza etmişlər. Bakı şəhəri, 13 saylı Notariat Kontorunda aparılan əməliyyat nəticəsində X1 Eynal Hacı oğlunun adına etibarnamə əldə edərək Subiyyə Nəsrullah qızına məxsus evi öz adına keçirmişdir. Subiyyə Nəsrullah qızının böyük oğlu X52 onun babasıdır. X52 ilə X62 qardaşıdırlar. X52 1924cü il tarixdə Tükəzban Kərim qızı ilə evlənmiş və onların birgə nikahından iki oğlu X35 1933-cü il təvəllüdlü və X55 1941-ci il təvəllüdlü və iki qızları X10 1926-cı il təvəllüdlü və X26 1928-ci il təvəllüdlü anadan olmuşlar. X5 1957-ci il tarixdə X27 ilə evlənmişdir. Birgə nikahdan onların üç övladı, özü İddiaçı Soltan oğlu 1958-ci il təvəllüdlü, bacısı X18 1960-cı il təvəllüdlü və X28 1965-ci il təvəllüdlü anadan olmuşlar. X18 uzun müddətdir ki, Almaniyada yaşayır və Azərbaycan Respublikasına qayıtmaq fikri yoxdur. O, öz vərəsəlik payından onun (iddiaçının) xeyrinə imtina etmişdir. Qeyd edir ki, Bakı şəhəri, 24 saylı notariat kotorunda vərəsəlik hüququ haqqında aparılan notariat əməliyyatı etibarsız hesab edilərək ləğv olunmalıdır. Digər vərəsələr cəlb olunmaqla notariat əməliyyatı təzələnməli və vərəsələrin dairəsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)- 2512/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı notariat kontoruna, Bakı şəhəri 13 saylı dövlət notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və X17 qarşı etibarnamənin etibarsız hesab olunması, vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab olunaraq ləğv olunması, iddiaçının vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin notariat kontoruna həvalə edilməsi tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2512/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri, 24 saylı Kontorunda vərəsəlik hüququ haqqında aparılan notariat əməliyyatı etibarsız hesab edilərərk ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli Bakı şəhəri, 13 saylı Notariat Kontorunda qeydiyatı aparılmış etibarnamə saxtadır. X14 həmin etibarnaməni imza etməmişdir. Həmin etibarnamə saxtalaşdırılaraq onun əvəzindən başqa şəxs imza etmişdir. Çünki o, X32 imzasını tanıyır. O, belə bir imza etməmişdir. Uzun illər Dövlət orqanlarında, yəni Respublika Prokurorluğunda yüksək vəzifələrdə işləmişdir. Məhkəmə iclasında etibarnamədəki imzanın X62 tərəfindən imzalanmadığını əsas gətirərək xətşünaslıq ekspertizası keçirilməsini tələb etmişlər. Baxmayaraq ki, tələblərinin əsaslarından biri etibarnamənin etibarsız hesab olunmasıdır. Lakin məhkəmə ekspertiza təyin etməyək proserssual pozuntu etmişdir. İstər çıxarışın alınması və istərsə də Eynal Əliyevin adına vərəsəlik hüqııqu haqqında şəhadətnamənin alınmasında Eynal Əliyevin adından məhz bu saxta etibarnamə ilə X36 çıxış etmiş, həmin etibarnamədən istifadə etmişdir. Göründüyü kimi bir nömrəli tələb etibarnamənin etibarsız hesab olunması olduğundan məhkəmə etibarnaməyə hüquqi qiymət verməli olduğu halda buna əməl etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X62 fiziki qüsurlu olduğu üçün vəsiyyətnaməni onun istəyi ilə digər şəxs imzalamışdır. Buradan görünür ki, etibarnamə ilə vəsiyyətnamə arasında elədə uzun bir müddət yoxdur. Necə ola bilər ki, etibarnaməyə xx.xx.2016-cı il tarixdə Eynal Əliyev imza edir, lakin vəsiyyətnamədə artıq onun fiziki qüsurlu olduğu üçün əvəzindən başqa şəxs imza edir. Həmin etibarnamənin saxta olması sübut olsa idi ondan sonra əmələ gələn hüququi məsələlər ləğv olunmalı idi. X34 ilə o, eyni hüquqlu vərəsədir. O, həmin əmlakda hazırda da yaşayır. Mirasın açıldığı gün də o, orada yaşamış. Demək olar ki, faktiki olaraq miras əmlakı o, qəbul etmiş. X81 saxta yollarla əmlakı X32 adına keçirmiş və bundan sonra Miras əmlakı Eynal Hacıyevin iradəsinə zidd olaraq vəsiyətnamə tərtib etdirərək öz adına qeydiyyata aldırmışdır. Məhkəmə tərəfindən əmlakın Eynal Hacıyevin adına hansı yolla və hansı sənəd əsasında keçirilməsini araşdırsa idi. Onda bu hüquqi nəticələrin əsasız olduğu məlum olacaqdı və iddinın əsasslılığı öz təsdiqini tapmalı idi. Lakin cavabdeh X6 əsas olmuş əmlakı X32 adına əsassız və qanunsuz yolla keçirildiyi üçün həmin vəsiyyətnamə qanunsuzdur. Çünki əmlak qeyri-qanuni yolla İlyas Qasımovun qanunsuz hərəkətləri ilə Eynal Əliyevin adına keçirilmişdir. Göründüyü kimi iddiaçı hələ miras açılmamışdan, Eynal Əliyev vəfat etməmişdən əvvəl orada yaşamış. O, ümumiyyətlə Subiyyə Nəsrullah qızının mirasını faktiki qəbul etmiş. Lakin onun hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən iddianın etibarnamənin etibarsız hesab olunması ilə bağlı tələbi araşdırılmamış və ona ümumiyyətlə qiymət verilməmişdir. Yəni məhkəmə etibarnaməyə qiymət versə idi etibarnamə etibarsız sayılsa idi, onun əsasında verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarışlar da etibarsız sayıla bilərdi və o, qanun üzrə vərəsə kimi hüquqlarından istifadə edə bilərdi. Lakin hazırki qətnamə onun hüquqlarını məhdudlaşdırmışdır. Hesab edir ki, iddiası təmin olunmalıdır. Suraxanı rayon məhkəməsində işə baxılarkən mülki iş tam araşdırılmamışdır. Onun istinad etdiyi Bakı şəhəri, 13 sayl Notariat Kontorunda verilmiş xx.xx.2016-cı il tarixli etibarnamədə dediklərini tam sübut edə bilmədiyindən bununla bağlı ekspertiza təyin olunmalı idi və ekspert rəyi ilə müəyyən oluna bilərdi ki, etibarnaməni Eynal Əliyev imzalamamışdır. Ekspertiza rəyi sübut növü kimi digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Lakin məhkəmə ekspertiza təyin etməyərək sübutun əldə olunmasından imtina etmişdir. Məhkəmnini gəldiyi nəticələrdən biri ondan ibarət olmuşdur ki. Eynal Əliyev tərəfindən sənədləşdirmənin aparılması üçün etibarnamənin verilib-verilməməsi mübahisə obyekti ola bilməz, belə ki, etibarnamə verilməsəydi belə ümumi birgə mülkiyyətçinin qanun üzrə vərəsəsi yalnız X62 olmuş və o, miras əmlakı qəbul edərək sonradan qohumu X17 vəsiyyət etmişdir. O isə qeyd edir ki, həmin etibarnamə olmasa idi Eynal Əliyev həmin mirası qəbul edə bilməzdi. Çünki o, xəstə idi xəstəliyindən İlyas Qasımov istifadə etmişdir. Onun adından saxta Etibarnamə təqdim edərək evi öz məqsədləri üçün özəlləşdirmiş və sonda istəyinə çatmışdır. Əgər qanun üzrə vərəsə idisə onda nəyə görə etibarnamədən istifadə etməsi araşdırılmamışdır. Etibarnamə nəyə görə 13 saylı Notariat Kontorunda verilir və digər əməliyyatlar 24 saylı Notariat Kontorunda aparılması da məhkəmdə araşıdırılmamışdır. Çünki etibaranaməni saxtalaşdırmaq üçün digər Notariat Kontoruna müracət etmək İlyas Qasımov üçün məqbul sayılmışdır. Həmin etibarnamə iş üzrə əhəmiyyətli sənədlərdən biridir. O, hazırki məhz mübahisə obyektidir. Hesab edir ki, iddia tələbi tamamilə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X19 iddia ərizəsinin dəlillərinə apellyasiya şikayətinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X34 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Azərbaycan Sovet Sosialist Respublikası Bakı şəhəri X3 İcraiyyə Komitəsinin Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfat Bürosu tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Əmircan qəsəbəsində 2 saylı (indiki Bakı şəhəri, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, ev 2) mənzilixx.xx.1968-ci il tarixdən tam mülkiyyət hüququ üzrə Xandan Kərim qızının və Suniya Nəsurulla qızının adına 03 nömrəli reyestr kitabının 373 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası X47 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Suraxanı Rayon Şöbəsinin Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən X44 verilmiş arayışdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Xandan Kərim qızının və Suniya Nəsurulla qızının adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 373 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri 24 saylı Notariat Kontorunun xüsusi notariusu X37 tərəfindən təsdiq edilmiş xx.xx.1973cü il tarixdə ölmüş Subiyə Nəsrulla qızının vərəsəsi X62 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras əmlakından tam pay almalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X47 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X22 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsi, 2 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Xəndan Kərim qızının və X32 adına hüquqi qeydiyyatdan keçirilmişdir. İşə əlavə olunmuş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X62 xx.xx.2016-cı il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X38 xx.xx.2006-cı il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X55 xx.xx.2004-cü il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X39 xx.xx.2009-cu il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.1988-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Tukuban Kərim qızı xx.xx.1988-ci il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X15 xx.xx.2000-ci il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2006-cı il tarixli Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin məlumatları haqqında arayışdan müəyyən olunur ki X52 xx.xx.1969-cu il tarixində vəfat etmişdir. İşə əlavə olunmuş xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olanlar barədə çıxarışdan müəyyən olunur ki, X11, X45, X63, X40, X46, X62, X2, X20, X41, X29, X12, X21, X56, X8, X13, X30, X63, X31, X57, X4 və X56 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X62 ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 5 ünvanında qeydiyyatda olan X17 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X47 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X22 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsi, 2 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Xəndan Kərim qızının və X9 adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, X62 2 il müddətinə X17 etibarnamə vermişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasənmiras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3.-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu Məcəllənin 1160-ci maddəsinin tələbinə görə əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, keçmiş mülkiyyətçi X62 cavabdeh X17 etibarnamə vermiş və həmin etibarnamə əsasında mübahisəli mənzili anası Subiyə Nəsrulla qızından miras əmlak kimi qəbul etmiş və Azərbaycan Respublikası X47 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X22 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsi, 2 saylı mənzilinin xüsusi mülkiyyət hüququ üzrə Xəndan Kərim qızının və X32 adına hüquqi qeydiyyatdan keçirilmişdir. Sonradan o xx.xx.2016-cı il tarixdə X17 vəsiyyətnamə verərək ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı ona vəsiyyət etmişdir. X62 İddiaçı münasibətdə onun atasının əmisi və cavabdeh X17 münasibətdə isə onun anasının əmisidir. Məhkəmə kollegiyası hesab edir ki, X62 tərəfindən sənədləşmənin aparılması üçün etibarnamə verilib-verilməməsi mübahisə obyekti ola bilməz, belə ki, etibarnamə verilməsəydi belə ümumi birgə mülkiyyətçinin qanun üzrə vərəsəsi yalnız X62 olmuş və o miras əmlakı qəbul edərək sonradan qohumu X17 vəsiyyət etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Subiyə Nəsrulla qızının yeganə vərəsəsi X62 olmuş və miras əmlakı qəbul edərək başqasına vəsiyyət etmişdir. İddiaçı iddia qaldıraraq X62 tərəfindən X17 verilmiş xx.xx.2016-cı il tarixli etibarnamənin etibarsız hesab olunması, onun əsasında aparılmış 24 saylı Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə X32 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən X32 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilərək ləğv olunması və onun Subiyyə Nəsrullah qızının əmlakının onun payına düşən hissəsinə vərəsə tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 24 saylı Notariat Kontoruna həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mülkiyyətçi Subiyə Nəsrulla qızı xx.xx.1973-cü ildə vəfat etmiş və İddiaçı atası X38 mirasın açıldığı vaxt sağ olmuş, miras əmlakı qəbul etməmiş və xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçi Subiyə Nəsrulla qızının yeganə vərəsəsi, yəni oğlu X62 olduğundan və əvvəlki növbənin vərəsələrindən birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etdiyindən iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə kollegiyası yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı notariat kontoruna, Bakı şəhəri 13 saylı dövlət notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və X17 qarşı etibarnamənin etibarsız hesab olunması, vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab olunaraq ləğv olunması, iddiaçının vərəsə kimi tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin notariat kontoruna həvalə edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(010)- 2512/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar