Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1587/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Abdullayev Fərid Kazım oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməs” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5480/2021 saylı işi üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən elektrik şəbəkəsinin 15.02.2021-ci il tarixli R № 202054 aktın etibarsız hesab edilməsini, həmin akta əsasən hesablanmış 231,41 manat qalıq məbləğin silinməsi, dövlət rüsumu kimi ödənilən 30 manat və vəkil üçün ödənilən 100 manat xidmət haqqının "Azərişıq” ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: "X6 Şəbəkəsi” MMC-nin X1 qaydalarının pozulması haqqında 20.07.2011 tarixli 002800 nömrəli Aktla sayğac quraşdırılan zaman göstəricisi 8960 kv/s olmuş, sayğac əvvəlcə evə quraşdırılmışdır; Abunə haqqında məlumata əsasən, Daşkəsən rayonu Xoşbulaq kəndində olan ünvanı üzrə İddiaçı adına olan «**********00769» saylı abunə koduna 08.05.2021-ci il tarixdə R № 202054 saylı akt üzrə 231,41 manat borc yazılmışdır (iş.səh.10, 27). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5480/2021 saylı işi üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, "xxxx" ASC tərəfindən tərtib edilmiş 15 fevral 2021-ci il tarixli R № 202054 saylı akt etibarsız hesab edilməsi və ünvan 2i ünvanı üzrə İddiaçı adına olan «**********00769» saylı abunə koduna qeyd olunan akt üzrə hesablanmış 231,41 manat məbləğində borc əsassız sayılaraq silinməsi və cavabdeh "xxxx" ASC-dən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və vəkil üçün ödənilmiş 100 manat xidmət haqqı İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədə «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13, 17; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 7.6, 7.11, 8.17, 8.32, 8.33; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan akt tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən akt tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq hal şahidlərinin iştirakı təmin olunmamış, akt hal şahidləri tərəfindən imzalanmamış, həmçinin istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Bundan başqa aktdan göründüyü kimi, sayğac ümumi istifadədə olan yerdə quraşdırıldığından abonentin sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıması qanuna ziddir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-5480/2021 saylı 02.11.2021-ci il tarixli qətnaməsi ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, İddiaçına məxsus Daşkasən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına "xxxx" ASC-nin əməkdaşları tərəfindən aparılan baxış zamanı fərdi yaşayış evində kənar xətdən ıstüiıdə olunması aşkar olunmuş və akt tərtib olunmuşdur. 15 fevral 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Daşkasən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinə quraşdınlmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı fərdi yaşayış evində kənar xətdən istilidə olunması aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı R № 202054 saylı 15.02.2021-ci il tarixli akt tərtib edilmiş, "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 2297 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 231.41 manat məbləğində müəyyən edilməklə abonentin **********00769 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir.Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir15 fevral 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Daşkasən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı fərdi yaşayış evində kənar xətdən istifadə olunması aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı R № 202054 saylı 15.02.2021-ci il tarixli akt tərtib edilmiş, "xxxx" ASC- nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 2297 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 231.41 manat məbləğində müəyyən edilməklə abonentin **********00769 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Abdullayev Fərid Kazım oğlu apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.16, 8.2, 8.3, 8.4 və 8.20ci bəndlərinə, 01.01.2017-ci il tarixdən qüvvədə olan elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28.11.2016-cı il tarixli 17 nömrəli Qərarına, Mülki Məcəllnin 385.1, 442, 454, 456, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 80, 82.1, 106.2, 119, 372, 385, 386, 388, 390-cı maddələrinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün faktiki və hüquqi istinadlar müəyyən etmədiyindən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya şikayətində kənar xətdən istifadə olunması aşkar olunduğu qeyd edilsə də 15.02.2021-ci il tarixli aktla sayğaca baxış keçirərkən sayğacın alt qapaq matorunun olmaması müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin istinad etdiyi dəlillər və sübutlar arasında ziddiyyətlər müəyyən edilir. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5480/2021 saylı işi üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-1587/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1587/2022
14.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver