Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1588/2024 19.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı və X1 qarşı iş üzrə (Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü barədə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı və X1 qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 3565/2023 nömrəli qərardadından cavabdeh İddiaçı apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə məhkəmə icraatı
1. İddiaçı Cavabdeh MMC cavabdehlər X1 və İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D101 saylı X3 və xx.xx.2021-ci il tarixli, D101 saylı Zaminlik müqaviləsi üzrə 7.139 manat lizinq mükafatı və 7.605 manat hesablanmış cərimə, ümumilikdə 14.744 manat məbləğində borcun və 134,23 manat dövlət rüsumunun cavabdehlərdən birgə tutularaq, ona ödənilməsi, mülkiyyətində olan mənzilin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 3565/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı və X1 qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
3. Mülki iş üzrə cavabdeh İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3565/2023 nömrəli iş üzrə çıxardığı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edərək şikayətin qəbul edilməsi və şikayətin təmin edilərək iş üzrə icraatın bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3565/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
4. Cavabdeh İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3565/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilərək şikayətin qəbul edilməsini və xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayətin təmin edilərək iş üzrə icraatın bərpa edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3565/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7648/2023 tarixli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh İddiaçı həmin qərardaddan vermiş olduğu şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 3565/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Həmçinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3565/2023 nömrəli, xx.xx.2023-cü il tarixli digər qərardadı ilə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törətdiyi üçün cavabdeh İddiaçı 300 manat miqdarında cərimə olunaraq, həmin pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməsi qərara alınmışdır.
7. Cavabdeh İddiaçı eyni zamanda Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-3565/2023 nömrəli qərardadına münasibətdə ərizə verərək həmin qərardadla üzərinə qoyulmuş 300 manat miqdarında cəriməninin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3565/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 126.1. Məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur. Maddə 127.1. Üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər. Maddə 127.2. Bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Onun gəlməməsi məhkəmənin ərizəyə baxmasına mane olmur. Maddə 127.3. Cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina edilməsi barədə qərardaddan apellyasiya qaydasında şikayət verilə bilər. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. İş materiallarından müəyyən olunur ki, cavabdeh İddiaçı birinci instansiya məhkəməsinə cərimənin götürülməsinə dair ərizə ilə müraciət etsə də, məhkəmə həmin ərizəyə mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə iclasında baxmadan və müvafiq qərardad qəbul etmədən, ərizəyə qərardaddan verilmiş şikayət kimi yazılı icraat qaydasında baxaraq şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir.
11. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qeyd edilən ərizəyə məhkəmə iclasında baxaraq ərizənin təmin edilməməsi barədə qərardad qəbul etdiyi təqdirdə həmin qərardaddan şikayət verilə bilərdi və belə olan halda birinci instansiya məhkəməsi həmin qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi, yaxud da şikayətin təmin edilməməsi və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edə bilərdi.
12. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Xətai Bakı Şəhəri Rayon Məhkəməsinə göndərilməlidir.
13. Göstərilənlərə əsasən və MPM-in 127, 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 3565/2023 nömrəli qərardadından cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Hakimlər: