Məhkəmə qərarları › İş №2(103)-1589/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1589/2023

08.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1589/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: X4nın pozulması, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İlkin iddia üzrə İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələrinə üzrə mülki iş dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(011)-3914/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh ilə abonent İddiaçı arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında Cavabdeh İB abonent İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və evi təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, ünvan 2 ünvanına (abonent kodu: **********00000) hesablanmış 1188 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş 1167 manat zərərin cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT 3 İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan Bakı şəhəri, ünvan 2 ünvanına gəlmiş, təbii qazdan qeyri-qanuni, sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edildiyini barədə akt tərtib edərək, itirilmiş qaz sərfiyyalının bərpa edilməsi məqsədi ilə 1188 manat əsassız borc yazmışdırlar. Akt yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir. Ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Həmin evdə yaşadığı bütün dövr ərzində smart sayğacın kartına ödənişlər etmiş, buna uyğun təbii qaz istehlak etmişdir. Evinin yerləşdiyi küçədə bütün sayğacların yeri dəyişilmişdir və küçəyə çıxarılmışdır. Ona görə də əvvəlki sayğacların küçə qaz xəttinə birləşən hissələri Birliyin əməkdaşları tərəfindən qaynaq vasitəsi ilə qapadılmışdır. Küçə qaz xəttinin həmin hissəsində əvvəlki qaz sayğacına birləşən borucuq bu gün də qalmaqdadır. Dəfələrlə həmin borucuğun ləğv edilməsi ilə bağlı müraciət etsə də, bu günə qədər həmin borucuq ləğv edilməmişdir. Cavabdeh İB tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamələrdə guya ona məxsus ünvanda PQ-4 tipli qaz peçinin, QSQ adlı qaz cihazının və kombinin olduğu qeyd edilmiş, həmin qaz cihazlarının saatlıq qaz sərfıyyatı miıvafıq olaraq 1,2 kub metr/saat, 2,6 kub metr/saat və 1,5 kub metr/saat, orla günlük iş rejimi PQ-4 üçün 6 saat, Kombi üçün 18 saat, QSQ üçün 8 saat göstərilmüş, hesabat isə 180 gün üçün aparılmışdır. Ona məxsus ünvanda ancaq kombi islilik cihazı ilə PQ-4 lipli qaz peçi mövcud olmuşdur. Cavabdeh mövcud olmayan cihaza görə sərfıyyat hesablamış və əsassız borc yükləmişdir. Cavabdeh İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə göstərilən qaz sərfıyyatının, bu sərfıyyat əsasında hesablanmış borc məbləğinin heç bir hüquqi əsası olmadığı üçün bununla razı deyil. Belə ki, komissiya tərəfindən verilmiş rəydə PQ-4 lipli qaz cihazının saatlıq qaz sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 6 saat, koınbinin saatlıq qaz sərfiyyatı 2,6 kub metr orta günlük iş rejimi 18 saal olmaqla hesabat müddəti yuxarıda qeyd etdiyi kimi götürülərək hesabat aparılmışdır. Belə olduğu halda kombinin aylıq sərfıyyatı manat ekvivalentində 140 AZN, PQ-4 tipli qaz peçinin avlıq sərfıyyatı manat ekvivalentində 21 manat olmuşdur ki, bu heç bir halda ağlabatan ola bilməz.

4. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və evi təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 1188,00 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 dekabr 2022-ci il tarixli, 2(011)-3914/2022 saylı qətnaməsi ilə (hakim Mehrəliyev Sərdar) ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni «X4»nın 3.1.7.-ci, 4.2-ci bəndinə, 4.6-cı bəndinə, 4.7-ci bəndinə, 4.8-ci bəndinə, 4.9-cu bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə və 13-cü maddəsinin 9-cu bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Birliyin xeyrinə 1167 manat məbləğində pulun tutulmasını, ekspertiza tədqiqatının dəyəri olan 129 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq Cavabdeh İB-nin hesabına ödənilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi bu qətnamə ilə iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəməkdən qanunsuz olaraq azad etmişdir. İşin materiallarında olan ekspert rəyində məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallara əsaslandırılmış cavab verilməmiş və rəyin nəticə hissəsi tədqiqatın müfəssəl təsvirinə uyğun olmamışdır. Həmçinin istehlakçı “Mediasiya haqqında” Qanunun 21.9-cu maddəsinin tələblərinə riayət etmədiyi üçün iddia tələbi məhkəmə tərəfindən baxılmamış saxlanılmalı idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. 11 Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”

12. 3.1.7-ci bənd. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

13. 4.2-ci bənd. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir.

14. 4.6-cı bənd. qaz sayğaclarının üzərində SMPDK-mn və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

15. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

17. 4-9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir.

19. Maddə 13.8. məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir, Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və ilkin iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi maddi zərər üzrə hesablanmış borc məbləğini silməklə iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən kənarda saxlamış, gələcək illərdə iddiaçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulmaq üçün şərait yaratmışdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməklə, qarşılıqlı iddia tələbini isə rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

35. Belə ki, işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 3/1076 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş Bakı şəhəri, ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, 3/1501 saylı ekspert rəyinə görə, Bakı şəhəri, ünvan 2 ünvanında ekspertə təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.

36. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, ilkin iddia ərizəsi əsaslı olduğuna görə təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 ünvanına (abonent kodu: **********00000) hesablanmış 1188 manat borc silinməlidir. Eyni zamanda qeyd edilən hallara əsasən ilkin iddia tələbi təmin edilməklə düzgün nəticəyə gəlindiyindən və məhz qarşılıqlı iddiada həmin məbləğlə bağlı olduğundan qarşılıqlı iddianında təqdim edilməməsi qanuni və əsaslı olmuşdur.

37. Kollegiya qeyd edir ki, apelyatorun məhkəmə tərəfindən “Mediasiya haqqında” Qanunun tələblərinin pozulması dəlili əsassızdır və bu tələblər hazırki mülki işə tətbiq edilə bilməz. 38.Kollegiya göstərilənlərə əsasən qeyd edir ki, apelyatorun qeyd edilən dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir.

39. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(011)- 3914/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar