Məhkəmə qərarları › İş №2(103)-159/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-159/2023

06.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-159/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı şirkətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)-7484/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti Cavabdeh qarşı “Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdеhin hеsabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3 saylı mədənin 6-cı sahəsində və Şikətin saziş ərazisi hüdudları daxilində,ünvan 1 ünvanda inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin caavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdеh Cavabdeh tərəfindən İddiaçı Şirkətinin Saziş üzrə istifadəsinə vеrilmiş Kоntakt sahəsinin ərazisində, 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti nоrmaları və qaydaları ciddi surətdə pоzulmaqla özbaşına tikili inşa еdilmişdir. Cavabdеhin inşa еtdiyi özbaşına tikili Şirkətin həmin ərazidə nеft-qaz əməliyyatlarını həyata kеçirməsinə ciddi manе yaratdığından, İddiaçı Şirkətinin qanunla qоrunan hüquqları və Dövlət tərəfindən vеrilmiş təminatları kоbud surətdə pоzulmuşdur. 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X14 Bi.Vi. və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Azərbaycan RespublikasındaBinəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Saziş”) imzalanmış və 29 aprеl 2005-ci il tariхdə Azərbaycan Rеspublikası Prеzidеntinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Göstərilənlərə əsasən, cavabdeh 3 saylı mədənin 6-cı sahəsində və Şikətin saziş ərazisi hüdudları daxilində,ünvan 1 ünvanda inşa еdilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikilinin cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)-7484/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 3 saylı mədənin 6-cı sahəsində və Şikətin saziş ərazisi hüdudları daxilində,ünvan 1 ünvanda inşa еdilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin Cavabdeh hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)-7484/2021 saylı qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, cavabdeh Füzuli rayonundan məcburi köçkün kimi ünvan 2 ünvanda, iki mərtəbəli yaşayış evində məskunlaşmışdır. Onun həmin evdə məskunlaşmağı yaxın qohumu (kürəkəni) X1 ilə baş tutub. 2020-ci ildə, İkinci Qarabağ müharibəsi zamanı, xx.xx.2020-ci il tarixdə cavabdehin doğulub yaşadığı Füzuli rayonu da işğaldan azad edilib. Dövlətin rəhbərliyi və köməyi ilə yəqin ki, ən qısa müddətdə vətəndaşlar öz yaşayış yerlərinə köçürüləcəklər. Həmin zaman cavabdeh də ünvan 3 ünvandakı evdən çıxaraq Füzuli rayonuna köçəcək. Ancaq indiki dövrdə, dövlətin qaçqın və məcburi köçkün təbəqəsindən olan həssas insanların yaşayış və həyat tərzinə çox yüksək səviyyədə qayğı və diqqət göstərdiyi bir zamanda, minlərlə yaşayış evinin inşa və istismar edildiyi bir ərazidə məcburi köçkünün məskunlaşdığı evin boşaldılması və sökülərək (həm də məcburi köçkünün hesabına) təhvil verilməsi Azərbaycan dövlətinin apardığı siyasətə ziddir. Məhkəmə cavabdehin Füzuli rayonunun Kürdlər kəndindən məcburi köçkün olduğunu qeyd etdiyi halda, qətnamə qəbul edən zaman dövlətin məcburi köçkünlər barədə qəbul etdiyi qanun və qərarları, verdiyi fərman və sərəncamları nəzərə almayıb. Mövcud şərait nəzərə alınaraq, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edildiyinə görə həmin qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməsi üçün geri qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı şirkətinin nümayəndəsi X6 cavabdehin vəfat etməsi ilə bağlı mübahisənin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)-7484/2021 saylı qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 261.0.7-ci maddəsnə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh adına dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak olmamaqla, iddia tələbi üzrə mübahisələndirilən mərhum cavabdehin yaşadığı 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanda inşa еdilmiş tikili özbaşına tikilidir. Həmin evin miras əmlak kimi qəbul edilməsi üçün onun mütləq formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi tələb olunur. Əks halda, qeydiyyatdan keçməyən, başqa sözlə dövlətin bugünədək qəbul edib və hansısa şəxsin adına qeydiyyata almadığı bir tikiliyə vərəsəlik hüququnun tanınması mülki dövriyyədə xaos yaradır və bu da yolverilməzdir. Kollegiya hesab edir ki, qeyd olunan özbaşına tikiliyə cavabdehin hüquqları olmadığından, həmin tikiliyə vərəsəlik hüququ da yaranmır. Digər tərəfdən iddiaçının tələbi məhz Cavabdeh qarşı yönəlmişdir. Belə ki, tələb Cavabdeh özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması ilə bağlıdır. Beləliklə qeyd olunanları ümumləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh vəfat etdiyindən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Kollegiya həmçinin hesab edir ki, iş üzrə apellyasiya mərhələsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7, 384.0.5, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)- 7484/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Şirkətinin Cavabdeh qarşı “Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdеhin hеsabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə” tələbinə dair iş üzrə icraata Cavabdeh vəfat etdiyindən, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən xitam verilsin. İş üzrə apellyasiya mərhələsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı Şirkətindən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar