Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1593/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4321/2022 saylı iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Nizami rayonu, Y.Əliyev küçəsi, ev 49 ünvanına (abonent kodu: **********00490) hesablanmış 1373,76 manat borcun və ünvan 1 ünvanına (abonent kodu: **********00491) hesablanmış 1296 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaklar ona məxsusdur. Həmin fərdi yaşayış evləri yanaşı yerləşir. Cavabdeh İB-nin əməkdaşları məlumatı olmadan ona məxsus olan ünvanlara gəlmiş, guya onun hər iki ünvanda təbii qazdan qeydivyatsız istifadə eldiyini aşkar etmiş, buna görə itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə bir ünvan üzrə 1373,76 manat, digər ünvan üzrə isə 1296 manat məbləğində olmaqla ümumilikdə 2669,76 manat əsassız borc yazmışdırlar. Aktlar yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmış, əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir. İB tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamələrdə guya ona məxsus ünvanların birində PQ-4 tipli qaz peçinin, QSQ adlı qaz cihazının kombinin olduğu qeyd edilmiş, həmin qaz cihazlarının saatlıq qaz sərfıyyalı miivafıq olaraq 1,2 kub metr/saat, 1,5 kub metr/saat və 2,6 kub metr/saat, orta günlük iş rejimi 24 saat götürülmüşdür. İ lesabat müddəti isə 90 gün götürülmüşdür. Digər ünvanda isə yalnız kombinin və PQ-4 tipli qaz cihazının olması qeyd edilmişdir. Həmin cihazların saatlıq qaz sərfıyyatı PQ-4 tipli qaz cihazı üçün 1,2 kub metr, kombi üçün isə 2,6 kub metr orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün götürülmüşdür. Evlərin heç birində QSQ adlı qaz cihazı olmamışdır. Cavabdeh İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən təıtib olunmuş rəydə göstərilən qaz sərfiyyatının, bu sərfıyyat əsasında hesablanmış borc məbləğinin heç bir hüquqi əsası olmadığı üçün bununla razı deyil. Belə ki. Komissiya tərəfindən verilmiş rəydə PQ-4 tipli qaz cihazının saatlıq qaz sərfıyyatı 1.2 kub metr, orta günlük iş rejimi 24 saat hesablanmaqla hesabat müddəti yuxarıda qeyd etdiyi kimi götürülmüşdür. İstənilən yaşayış sahəsində hər hansı bir qaz cihazının, o cümlədən PQ-4 tipli qaz cihazının 90 gün müddətində 24 saat fasiləsiz işləməsi qeyri-mümkündür. 90 günlük müddət üçün isə ona yalnız PQ-4 tipli qaz cihazına görə bir ünvan üçün 5184 kub metr sərfıyyat, bu sərfiyyata görə 622 manat məbləğində borc, digər ünvan üçün isə həmin dövr üçün 2592 kub metr sərfıyyat və bu sərfiyyata görə 311,04 manat borc hesablamışdır. Maraqlıdır ki, evində bir PQ-4 tipli qaz cihazı mövcud olduğu halda birliyin əməkdaşları iki cihaza görə sərfıyyat hesablamışdırlar (PQ-4 tipli qaz peçi heç bir halda bir gün üçün 3,46 manat ekvivalentində qaz sərf edə bilməz. PQ-4 tipli qaz peçinin bir aylıq qaz sərfiyyatının 5 manat ekvivalentindən artıq olmaması sirr deyildir. Birliyin əməkdaşları tərəfindən aktlar xx.xx.2022-ci il tarixində tərtib olunmuşdur. Aktlarda göstərilən dövr noyabr, dekabr və yanvar aylarını əhatə etmişdir. Məhkəməyə təqdim olunmuş sənədlər ilə sübut olunur ki, noyabr ayında bir ünvan üzrə qaz sərfıyyatına görə smart sayğacın kartına 50 manat, digər ünvan üzrə isə 100 ödəniş olmuşdur. Buna baxmayaraq Birliyin əməkdaşları tərəfindən təqdim olunmuş mənə hər iki ünvana görə noyabr ayı üçün yenidən borc hesablamışdır. Digər tərəfdən hər iki ünvanda yerləşən sayğaclar evin yerləşdiyi həytyanı sahədən kənarda, küçədə, açıq ərazidə yerləşdiyi üçün sayğcları qorumaq mümkün deyildir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4321/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir.
4. xx.xx.2022-ci il tarixli, 3/1065 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş ünvan 3 ünvanlarında quraşdırılmış qaz sayğaclarının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4321/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir.
6. xx.xx.2022-ci il tarixli, 3/1502 saylı ekspert rəyinə görə, ünvan 3 ünvanlarında ekspertə təqdim edilmiş borulaarın üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4321/2022 saylı iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Y.Əliyev küçəsi, ev 49 ünvanına (abonent kodu: **********00490) hesablanmış 1373,76 (min üç yüz yetmiş üç manat 76 qəpik) manat və ünvan 1 ünvanına (abonent kodu: **********00491) hesablanmış 1296 (min iki yüz doxsan altı) manat olmaqla, cəmi 2669,76 (iki min altı yüz altmış doqquz manat 76 qəpik) manat borcun silinməsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 46,70 (qırx altı manat 70 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi, Ekspertiza tədqiqatının dəyəri 129 (yüz iyirmi doqquz) manatın cavabdeh X2 tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7, 4.2, 4.6, 4.7, 4.8, 4.9, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsi, iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuşmaddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir..
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, Cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. Maddə 448.2 borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın
14. 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.
15. 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
16. 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
17. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4321/2022 saylı iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, iddiaçı isə cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və tələbnamələr təsdiq edilmişdir. Həmin aktlarda iddiaçının sayğacdan kənar qeyri-qanuni birləşmə ilə qaz xəttinə qoşulması aşkar olunduğu göstərilmişdir. Həmin aktlara əsasən cavabdehə Bakı şəhəri, Nizami rayonu, Y.Əliyev küçəsi, ev 49 ünvanı üzrə (abonent kodu: **********00490) hesablanmış 1373,76 manat borc və ünvan 1 ünvanı üzrə (abonent kodu: **********00491) hesablanmış 1296 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 3/1065 saylı və xx.xx.2022-ci il tarixli, 3/1502 saylı ekspert rəylərindən görünür ki, görə, ünvan 4 ünvanlarında ekspertə təqdim edilmiş qaz sayğaclarının və boruların üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.
27. Göründüyü kimi, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, bu hal tədqiqedilmiş ekspert rəyində öz əksini tapmamışdır.
28. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür.
29. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyin tələbi baxımından borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırkı iş üzrə iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır.
30. Beləliklə məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış ümumilikdə 2669,76 manat məbləğində borc silinməlidir.
31. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4321/2022 saylı iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.