Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1594/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2rşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5812/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan abonentin saldosundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 21 saylı fərdi yaşayış evinə dair **********00000 nömrəli abonent kodu iddiaçının adına rəsmiləşdirilmişdir.
2. İş materiallarında olan X4 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 21 saylı fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır.
3. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış cəmi 1136 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
4. İş materiallarında olan X4 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 21 saylı fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır.
5. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış cəmi 972 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
6. İş materiallarında olan X4 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018ci il tarixli, 00167475 saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 21 saylı fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır.
7. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış cəmi 666 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
8. İş materiallarında olan X4 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 21 saylı fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır.
9. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış cəmi 666 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
10. İş materiallarında olan X4 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 21 saylı fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır.
11. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış cəmi 666 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
12. İş materiallarında olan X4 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 21 saylı fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır.
13. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış cəmi 8208 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
14. Təqdim edilmiş abonent saldosundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 21 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00000) itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 06/2022-ci il tarixinə 1780,25 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdeh X2rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 21 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1780,25 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. Cavabdehlə olan müqaviləyə əsasən həmin ünvanda yerləşən evi qazla təchiz edilmiş və smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. Bu yaxınlarda Birlik tərəfindən evinə qazın verilməsi dayandırılmış, bu barədə bildirdikdə barəsində 2018-ci ildə qazdan qanunsuz istifadəyə görə aktların tərtib edilməsi, həmin aktlara əsasən 984.96 manat borcun hesablanması bildirilmişdir. Lakin bu barədə heç bir sənəd təqdim edilməmiş, yalnız onlara müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etdikdə, onlar sənədləri təqdim edərək, borcun silinməsindən imtina etmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh tərəfindən aktlar tərtib edilən zaman iştirakı təmin edilməmiş, bu barədə məlumatı olmamışdır. Halbuki, Cavabdeh İB-nin əməkdaşları heç bır zaman həyətdə olmamış, həmin həyətdə heç bir qanunsuz qoşulma halı aşkar etməmişlər.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5812/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın təmin edilməsi, İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 21 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1780,25 (bir min yeddi yüz səksən manat 25 qəpik) manat borcun silinməsinin Cavabdehnə həvalə edilməsi, X3 dövlət rüsumuna görə 37,80 (otuz yeddi manat 80 qəpik) manat tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi, ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manatın cavabdeh X3 tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 13.9-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8, Həmin Qaydaların 4.2, 6.5, 6.6, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı şəxs Cavabdeh İByə məxsus ümumi qazpaylayıcı küçə qazxəİinə kustar üsulla qanunsuz qoşulmaqla yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, 21 saylı fərdi yaşayış evinə özbaşına qaz xəİi çəkmiş, təbii qazdan qanunsuzistifadə etməklə Cavabdeh İB-yə maddi zərər vurmuşdur. Xətai Rayon Məhkəməsi, iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Qazpaylayıcı Cavabdeh İB-yə maddi zərər vurmuş borclu İddiaçı təqsirli hərəkətlərinə görə hüquqi məsuliyyət daşıyır, bu səbəbdən də cavabdeh təşkilat olan qazpaylayıcı Cavabdeh İB-yə vurmuş olduğu maddizərərin əvəzini ödəməyə borcludur. Xətai Rayon Məhkəməsi, borclu şəxsin təqsirli və qanunazidd davranışı nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini silməklə iddiaçı tərəfi hüquqiməsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. İddiaçı tərəfin qanunsuz çəkdiyi qaz xəİi hər dəfəsində Cavabdeh İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Cavabdeh İB əməkdaşları tərəfindən görülmüş qanunamüvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir. Borclu abonent tərəfindən Cavabdeh İB-yə vurulmuş maddi zərərin əvəzi qanunvericiliyə uyğun olaraq ondan tələb edildiyindən və ona veriləcək təbii qazın axımı Cavabdeh İB tərəfindən dayandırıldığından, abonent təkrar-təkrar qaz xəİinə bir neçə dəfə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz şəkildə yenidən istifadə etmişdir. Xətai Rayon Məhkəməsi iddiaçı tərəfindən Cavabdeh İB-yə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini silməklə iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən kənarda saxlamış, gələcək illərdə iddiaçı tərəfindən yenidən qaz xəİinə qanunsuz qoşulmaq kimi onda motivasiya və stimul yaratmışdır. Ekspert, məhkəmə tərəfindən qarşısına qoyulmuş sual üzrə tədqiqat aparsa da, xx.xx.2022-ci il tarixli 3/1353 saylı rəyin nəticə hissəsi tədqiqatın müfəssəl təsvirinə uyğun olmamış və aşağıdakı kimi rəy verilmişdir. Ekspertə təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Nəticədə, ekspert məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verməmiş və verilən rəy tədqiqatın müfəssəl təsvirinə uyğun olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, Cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
23. Maddə 60 hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun
24. Maddə 3 istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
25. Maddə 18 istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
26. Maddə 26 istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun
27. Maddə 6 qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir.
28. Maddə 13.9 məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
29. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.
30. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir.
31. 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
32. 6.6-cı bəndinə görə, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
33. 6.7-ci bəndinə görə isə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5812/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Belə ki, iş üzrə qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və buna görə qaz itkisinin yaranması iddiaçının müdaxiləsi nəticəsində baş verməsi cavabdeh tərəfindən sübuta yetirilmir. xx.xx.2022-ci il tarixli, 3/1353 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir.
43. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
44. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktların qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.
45. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür.
46. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyin tələbi baxımından borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırkı iş üzrə iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır.
47. Beləliklə məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, itirilmiş qazın dəyərinə görə hesablanmış 1780,25 manat məbləğində borc silinməlidir.
48. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
49. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti ilə mübahisələdirilən hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5812/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.