Məhkəmə qərarları › İş №2(103)-1597/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1597/2024

17.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1597/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi İlkin İddiaçı, ilkin iddia üzrə Cavabdeh və onun nümayəndə-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi » tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı « əmlak bölgüsü » tələbi barədə qarşılıqlı iddiasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 15.000 (on beş min) manat məbləğində kompensasiya ödənilməklə onun, habelə uşaqlar - xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh habelə uşaqlar xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 həmin mənzildən çıxarılmaları barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31, 74 saylı mənzilin tərəflərin ümumi mülkiyyəti hesab edilməsi, həmin əmlakda Cavabdeh 2/3 hissədə, İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Xətai Rayon Məhkəməsindən sorğu daxil olmuş və həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(011)-4670/2021 saylı qərardadından qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayətə baxılması ilə əlaqədar zərurət yarandığından mülki işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı mülki işin apellyasiya baxışında çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etdiyi bildirdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə İddiaçı və onun nümayəndəvəkili mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası hesab edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-4670/2021 saylı qərardadından verilən şikayətə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməsi üçün qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv olunmalı və sözügedən qərardaddan verilmiş şikayətə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-112/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar