Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1604/2022 27.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “keçid müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(005)-4890/2021 saylı qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 59.47 kv.metr olan mənzilə dair Cavabdeh ilə AENT-E MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləsi üzrə Ələsgəroğlu-K MMC ilə X1 arasında 117 saylı xx.xx.2006-cı ildə bağlanmış müqavilədən Cavabdeh keçid müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(005)- 4890/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “keçid müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1604/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qəbul edilənə qədər hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-2781/2022 saylı qiyabi qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2012-ci il tarixli birgə təsərrüfat müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-775/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 2(113)-2781/2022 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1604/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “keçid müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə oların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək cavabdeh ilə razılıq əldə olunduğunu və mübahisəni məhkəmədən kənar həll etdiklərini göstərib, apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və işin apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1 və 369.2-ci maddələrinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “keçid müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının nümayəndəsi Nümayəndə1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(005)-4890/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina ərizəsi qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(005)- 4890/2021 saylı qətnaməsindən verilən apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1604/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1604/2022
27.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver