Məhkəmə qərarları › İş №2(103)-1606/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1606/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1606/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və Quliyeva (Məmmədzadə) Aygül Aydın qızına qarşı “mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilin ilkin satış qiymətinin (bazar qiymətinin) müəyyən olunaraq açıq hərracdan satılması, mənzilin satışından əldə olunacaq vəsait hesabına borcun faktiki ödəniş gününə ödənilməmiş qalıq hissəsi həcmində tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-2992/2021 saylı iş üzrə qəbul etdiyi 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və Quliyeva (Məmmədzadə) Aygül Aydın qızına qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quliyeva (Məmmədzadə) Aygül Aydın qızının və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 19 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilin ilkin satış qiymətinin (bazar qiymətinin) müəyyən olunaraq açıq hərracdan satılması, mənzilin satışından əldə olunacaq vəsait hesabına X3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli, 2(103)-4549/2018 saylı qətnaməsi ilə İddiaçı MMC-nə olan borcunun faktiki ödəniş gününə ödənilməmiş qalıq hissəsi həcmində İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdehlər Aygül Quliyeva və qeyrilərinə qarşı iddia qaldıraraq məhkəmədən Aygül Quliyeva ilə bağlanmış lizinq müqaviləsinin ləğv olunması, müqavilə üzrə hesablanmış borcun ödənilməsi və lizinq predmetinin qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(005)-1527/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, tərəflər arasında 17 dekabr 2015-ci il tarixdə bağlanmış D025 saylı lizinq müqaviləsinin ləğv edilmiş, cavabdehdən ödəniş günü üçün milli manata məzənnədə lizinq müqaviləsi üzrə əsas borca görə 29.917 ABŞ dolları, hesablanmış faizə görə 1,683 ABŞ dolları, cəriməyə görə 10.674 ABŞ dolları olmaqla, cəmi 42.274 ABŞ dolları məbləğində pulun tutulub iddiaçı təşkilata ödənilməsi və cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 19-cu mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2017-ci il tarixli, 2(103)-6395/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(005)-1527/2017 saylı qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləği 200 ABŞ dolları məbləğində müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 30 yanvar 2018-ci il tarixli, 2(102)-77/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2017-ci il tarixli, 2(103)-6395/2017 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli, 2(103)-4549/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(005)-1527/2017 saylı qətnaməsi ləğv edilərək, iddianın qismən təmin edilməsi, əsas borc kimi 29.916,57 ABŞ dolları, faiz borcu kimi 1.068,57 ABŞ dolları, cəmi 30.985,14 ABŞ dolları məbləğində pulun X2 alınaraq İddiaçı MMC-nə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 04 iyun 2019-cu il tarizli, 2(102)-3541/19 saylı qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəsini almış yekun məhkəmə aktı ilə cavabdeh Aygül Quliyevadan 30.985,14 ABŞ dolları məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması qərara alınmışdır. Lakin bu günədək borc ödənilməmişdir. Lizinq predmeti qismində çıxış etmiş Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 19-cu mənzili Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 17 dekabr 2015-ci il tarixli AN-İno ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətinə keçmişdir. Lakin tərəflər arasında olmuş məhkəmə mübahisəsi üzrə çıxarılmış məhkəmə qərarı ilə əmlak lizinq predmeti olaraq tanınmamış, tərəflər arasında yaranmış münasibətlər kreditor-borclu münasibətləri kimi qiymtləndirilmişdir. Sözügedən mənzilin isə faktiki olaraq öhdəliklərin təminatı qismində çıxış etməsi müəyyən edilmişdir. Cavabdeh3 notarial təsdiq olunmuş 13.12.2015-ci il tarixli ərizəsi ilə onun Cavabdeh2 məxsus olan, ünvan 1 ünvandakı mənzilin ipoteka qoyulmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh X4 notarial təsdiq olunmuş 14.11.2015-ci il tarixli ərizəsi ilə Cavabdeh2 məxsus olan, ünvan 1 ünvandakı mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, əmlaka hüququ çatan bütün şəxslər mənzilin borc öhdəliyinin təminatı kimi təqdim olunmasına razılıqlarını bildirmişlər. Odur ki, belə olan halda Aygül Quliyevanın iddiaçıya olan borcunun ödənilməsi məqsədi ilə “Faktor Lizinq" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, ev 14 ünvanda yerləşən 19 saylı mənzilin açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-2992/2021 saylı iş üzrə qəbul etdiyi 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəni araşdırmış birinci instansiya məhkəməsinin qənaətinə görə Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, ev 14 ünvanda yerləşən 19 saylı mənzilin alqı-satqısına dair müqavilə mübahisələndirilibmübahisələndirilməməsindən asılı olmayaraq etibarsızdır. Hətta belə olduğu təqdirdə də borc üzrə tutmanın həmin əmlaka yönəldilməsi mümkün olmalıdır. Çünki, həmin müqavilənin etibarsızlığı nəticə etibarı ilə mənzilin əvvəlki mülkiyyətçiyə qaytarılmasına səbəb olacaqdır. Əmlakın əvvəlki mülkiyyətçisi və əmlaka hüququ olan digər şəxslər də mənzilin girov qoyulmasına, özgəninkiləşdirilməsinə razı olmaları barədə notarial təsdiq olunmuş ərizə vermişlər. Yəni, həmin şəxslər hüquqları olan mənzilin istənilən halda özgəninkiləşməsi nəticəsi ilə razı olmuşlar. Digər tərəfdən, tərəflər arasında olan digər məhkəmə mübahisə üzrə məhkəmənin lizinq müqaviləsini etibarsız hesab edərək mənzilin alqı-satqısına dair müqaviləyə də əhəmiyyətsiz əqd kimi qiymət versə də, tərəflərin etibarsız əqd üzrə aldıqlarının qaytarılması məsələsinə qiymət verməmişdir. Mənzilin alqısatqıdan öncə mülkiyyətçisi olmuş şəxs mənzilin tərəflər arasında razılaşdırılmış dəyərini notariusun xüsusi hesabı üzərindən olmaqla bank vasitəsi ilə almışdır. Belə olan halda borcun mənzilə yönəldilə bilməməsi iddiaçının hüquqlarını pozur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (iddiaçının nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər, kollegiya məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi və müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan 17.12.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh2 özünə məxsus ünvan 1 nömrəli ümumi sahəsi 67,95 kv.m, yaşayış sahəsi 46,05 kv.m olan 3 otaqlı mənzilini alıcı İddiaçı MMC-nin adından X1. İş materiallarında olan Notarial qaydada tərtib və təsdiq edilmiş X6 tərəfindən yazılmış və imzalanmış 14.11.2015-ci il tarixli ərizənin surətində “Yazıb Sizə bildirirəm ki, Cavabdeh2 məxsus olan, ünvan 2 ünvanındakı mənzilin satılmasına etiraz etmirəm. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbim olmayacaq” göstərilmişdir. İş materiallarında olan Notarial qaydada tərtib və təsdiq edilmiş Cavabdeh2 (Cavabdeh3 əvəzinə) tərəfindən yazılmış və imzalanmış 13.12.2015-ci il tarixli ərizənin surətində “Yazıb Sizə bildirirəm ki, Cavabdeh2 məxsus olan, ünvan 2 ünvanındakı mənzilin ipotekaya qoyulmasına etiraz etmirəm. İpoteka qoyulmuş əmlaka ödəniş yönəlidiyi halda öhdəmə götürürəm ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm. Bununla əlaqədar bütün məhsuliyyəti öz üzərimə götürürəm” göstərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(005)-1527/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, tərəflər arasında 17 dekabr 2015-ci il tarixdə bağlanmış D025 saylı lizinq müqaviləsi ləğv edilmiş, cavabdehdən ödəniş günü milli manata məzənnədə lizinq müqaviləsi üzrə əsas borca görə 29.917 ABŞ dolları, hesablanmış faizə görə 1.683 ABŞ dolları, cəriməyə görə 10.674 ABŞ dolları olmaqla, cəmi 42.274 ABŞ dolları məbləğində pulun tutulub iddiaçı təşkilata ödənilməsi ve cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin, 19-cu mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2017-ci il tarixli, 2(103)-6395/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləği 200 ABŞ dolları məbləğində müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)- 3541/2019 saylı, 04.06.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 30 yanvar 2018-ci il tarixli, 2(102)-77/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın 25 iyul 2017-ci il tarixli, 2(103)-6395/2017 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli, 2(103)-4549/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(005)- 1527/2017 saylı qətnaməsi ləğv edilərək, iddianın qismən təmin edilməsi, əsas borc kimi 29.916,57 ABŞ dolları, faiz borcu kimi 1.068,57 ABŞ dolları, cəmi 30985,14 ABŞ dolları məbləğində pulun X2 alınaraq "xxxx" MMC-yə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)- 3541/2019 saylı, 04.06.2019-cu il tarixli qərarına əsasən iddiaçı “Faktor Lizinq" MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3541/2019 saylı, 04.06.2019-cu il tarixli Qərarında göstərmişdir ki, «lizinqlə əlaqədar bağlanmış alqı-satqı müqaviləsi də yalan əqddir. Belə ki, işdə olan sənədlərdən görünür ki, lizinq şirkəti mənzili anadan "80.000 manata alaraq" onun övladına - cavabdehə " lizinqə ’’vermişdir. Əgər cavabdehin mənzili əldə etmək niyyət olsayıdı, bunu anası ilə öz arasında bağlanmış əvəzli əqd (alqı-satqı müqaviləsi, əmlak kirayə müqaviləsi və s.) və ya əvəzsiz əqd (bağışlama müqaviləsi, əvəzsiz istifadə müqaviləsi və s.) əsasında edə bilərdi. Belə vəziyyətdə cavabdehin lizinq şirkətinə pul ödəyərək mənzili əldə etməsinə hər hansı zərurət olmamışdır. Zərurət olsayıdı o, pulu özünə doğma olan insana - anasına hissə-hissə ödəyərdi. MM-nin 747-5.1-ci maddəsinə görə lizinq əməliyyatlarının hüquqi formasına lizinq müqaviləsi ilə yanaşı, həm də alqısatqı müqaviləsi daxildir. Ona görə də lizinq müqaviləsinin yalan əqd olması alqı- satqıya təsir edir, çünki hər ikisi eyni əməliyyatın (lizinq əməliyyatının) daxilindədir, vahid niyyətlə əhatə olunur. Lizinq müqaviləsinin yalan əqd sayılması üçün yuxarında istinad olunan halların hamısı alqı-satqı müqaviləsinə də aiddir». Qərarda həmçinin göstərilmişdir ki, lizinq şirkəti 35.000 ABŞ dolları məbləğində kredit verib, bunu pərdələmək üçün formal lizinq sənədləri tərtib olunub. Cavabdehin əldə etdiyi 35.000 ABŞ dolları məbləğində pul lizinq müqaviləsinin 1.2-ci bəndində göstərilən puldur. Həmin bənddə qeyd olunub: "Lizinq alanın ilkin öhdəliyi 35.000 ABŞ dolları müəyyən edilir". Lizinq müqaviləsində başqa hər hansı məbləğ qeyd olunmayıb. Bu da onun təsdiq edir ki, 35.000 ABŞ dolları məbləğində pul lizinq şirkəti tərəfindən cavabdehə borc verilən puldur. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandэrmэюdэr ki, qeyd olunan iş üzrə qəbul edilmiş məhkəmə aktı hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzilə dair bağlanmış lizinq müqaviləsi yalan əqd olaraq qiymətləndirilmişdir. Bu baxımdan iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi əsassızdır. Tərəflər arasında mübahisə olunan mənzilə dair bağlanmış müqavilə və onun hüquqi nəticələrinə münasibətdə məhkəmənin qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Tərəflər kredit müqaviləsini pərdələmək üçün, habelə borc verilmiş 35.000 ABŞ dolları məbləğində pulun və onun faizinin qaytarılmasına "təminat” əldə etmək üçün lizinqlə bağlı sənədləşmədən istifadə etməsi qeyd olunmuşdur. İddiaçı isə hazırkı tələbində lizinq predmeti qismində çıxış etmiş Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 19-cu mənzili Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 17 dekabr 2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətinə keçməsinə istinad edərək, Quliyeva (Məmmədzadə) Aygül Aydın qızının və Cavabdeh3 həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilin ilkin satış qiymətinin (bazar qiymətinin) müəyyən olunaraq açıq hərracdan satılmasını tələb etsə də, Mülki Məcəllənin 337.3-cü maddəsinin tələbi baxımından həmin əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız kimi qiymətləndirilməlidir. Alqı-satqı müqaviləsi və lizinq müqaviləsi əhəmiyyətsiz əqd olduğundan onların etibarsız sayılması üçün ayırıca tələbin irəli sürülməsinə ehtiyac olmadığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3541/2019 saylı, 04.06.2019-cu il tarixli Qərarında qeyd edilmişdir. Belə olan halda, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 19 saylı mənzil barəsində hərrac keçirilməsi və ya cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etmək üçün hüquqi əsaslara malik deyil. Kollegiya aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, tərəflərin arasındakı mübahisə 17.12.2015-ci il tarixli, D025 nömrəli lizinq müqaviləsi ilə bağlıdır, Lizinq obyekti mənzildir, ünvan 1 ünvanında yerləşir. Lizinq müqaviləsinə görə iddiaçı lizinq obyektini satıcıdan əldə etməyi və cavabdehin istifadəsinə verməyi, cavabdeh isə lizinq ödənişlərini iddiaçıya ödəməyi öhdəsinə götürüb. İddiaçı lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra edib, yəni mənzili satıcıdan əldə edib. Belə ki, alqı-satqı müqaviləsindən görünür ki, lizinq şirkəti həmin mənzili 15.12.2015-ci il tarixində 80000 manata Cavabdeh2 (cavabdehin anasından) satın alıb, sonra mənzili qızına lizinqə verib. Məhkəmənin artıq qüvvəyə minmiş qərarı ilə (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsi) 30985,14 ABŞ dolları məbləğində pulun X2 alınaraq "xxxx" MMC-yə verilməsi, iddianın qalan hissədə rədd edilməsi (iddianın Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin, 19- cu mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi hissələrində ) qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3541/2019 saylı, 04.06.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, lizinq əməliyyatının tərkibinə daxil digər yalan əqdə (alqı-satqı müqaviləsinə) tərəflərin əslində nəzərdə tutduqları əqdə (ipoteka müqaviləsinə) aid olan qaydaların tətbiq edilməsi mümkün deyil. Çünki, kredit müqaviləsindən fərqli olaraq maddi hüquq ipoteka müqaviləsi üçün notariat formanı məcburi forma kimi müəyyən edib (MM maddə 307), yəni məhkəmə şifahi formalı kredit müqaviləsini tanıya bilər, lakin şifahi formalı ipoteka müqaviləsini tanıya bilməz. Bundan başqa, qanun ipoteka müqaviləsinin məzmununa dair konkret tələblər müəyyən edib (MM maddə 307 və “İpoteka haqqında” Qanun, maddə 10). Notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinin məzmunu bu tələblərə cavab vermir. Ona görə də həmin mənzil ipoteka predmeti sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 19 saylı mənzilinin tərəflər arasında olan öhdəliyə görə təminat kimi göstərilməklə bu barədə etibarlı ipoteka müqaviləsinin bağlanması iş materialları ilə müəyyən edilməmişdir. Halbuki Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etəklə düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində qeyd edir ki, “tərəflər arasında olan digər məhkəmə mübahisə üzrə məhkəmənin lizinq müqaviləsini etibarsız hesab edərək mənzilin alqı-satqısına dair müqaviləyə də əhəmiyyətsiz əqd kimi qiymət versə də, tərəflərin etibarsız əqd üzrə aldıqlarının qaytarılması məsələsinə qiymət verməmişdir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillinə münasibətdə qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi hallar hazırki iş üzrə iddia tələbinin predmetini təşkil etmir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, əmlakın əvvəlki mülkiyyətçisi və əmlaka hüququ olan digər şəxslərin mənzilin girov qoyulmasına, özgəninkiləşdirilməsinə razı olmaları barədə notarial təsdiq olunmuş ərizə vermələri öhdəliyin həmin mənzilə yönəldilməli olması anlamına gəlmir, çünki tərəflər arasında olan öhdəliyin mənzilə yönəldilməsi barədə hər hansı bir müqavilə olmamışdır. Azərbaycan Respublikasэ Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-2992/2021 saylı iş üzrə qəbul etdiyi 09 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar