Məhkəmə qərarları › İş №2(103)-1612/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1612/2023

07.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1612/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X5 ibarət tərkibdə, X26 qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinə və X11rşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1625/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı iddia edir ki, X14 doğma atasıdır. Atası 28 dekabr 2020-ci il tarixdə ölmüş, cavabdeh X17 X19 bütün əmlakına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisi tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. O da vərəsə kimi miras əmlakdan məcburi pay hüququna malikdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinə və X11rşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisinin 20 noyabr 2021-ci il tarixli, 1741 №-li məktubu ilə onun vərəsə kimi ərizəsinin qəbul edilməsindən imtinasının qanunsuz hesab edilməsi, cavabdehin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini yoxlamamasının qanunsuz hesab edilməsi, cavabdeh X15 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və qanunvericiliyin tələbinə əsasən ona mirasda məcburi pay hüququ üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X19 doğma övladıdır. Özü xarici ölkədə yaşayır. X2 xəbəri olmadan vəfat etmiş və onun ölümü 06 yanvar 2021-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində qeydə alınmışdır. Bu barədə onun rəsmi müraciəti əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X4 Reyestr Xidməti tərəfindən 22 iyul 2021-ci il tarixli məktubla ona yazılı məlumat verilmişdir. Bundan sonra o, Bakı şəhəri 21 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisi 20 noyabr 2021-ci il tarixli, 1741 №-li məktubu ilə ərizəni qəbul etməkdən imtina etmiş, məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi elektron notariat informasiya sistemi X4 Reyestr Xidmətindən 28 dekabr 2020-ci il tarixdə ölmüş X19 övladı olan İddiaçı barədə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən, X19 vəsiyyətnamə üzrə vərəsəsi X17 X19 bütün əmlakına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan dərhal sonra, o, cavabdehə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməyə müraciət etmişdir. İnzibati məhkəməyə müraciət etməsinin əsası “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №li Qərarının 8-ci bəndində MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunan müddəalar olmuşdur. Həmin müddəalara əsasən notariusun hərəkətlərinə dair tələblərə xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılması tövsiyə olunsa da, 09 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-in 305.1.7-ci, 305.1.8-ci və 339-341-ci maddələri ləğv edilmişdir. Lakin buna baxmayaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4795/2022 №-li, 09 fevral 2022-ci il tarixli qərardadı ilə işin inzibati mühakimə icraatında baxılması, habelə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin mümkün olmadığı nəzərə alınaraq iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardad elektron məhkəmə informasiya sisteminə 06 mart 2022-ci il tarixdə yerləşdirilmişdir. İddianın əsaslarına gəlincə, ilk növbədə qeyd edir ki, ona rəsmi olaraq verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, o, mərhumun doğma övladıdır. Həmçinin, o, atası haqqında rəsmi məlumat almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X4 Reyestr Xidmətinə müraciət edərkən, həmin Reyestr Xidməti onu X19 övladı kimi qəbul edib ona atasının ölümü barədə rəsmi məlumat vermişdir. Aydındır ki, X19 övladı kimi onun barəsində Reyestr Xidmətində heç bir məlumat olmasa idi, həmin Xidmət tərəfindən ona rəsmi məlumat verilməzdi. Bu fakt, cavabdeh tərəfindən mərhum X19 övladı olan onun barəsində heç bir məlumat aşkar edilməməsi barədə bildirdiklərinin həqiqətə uyğun olmadığını aşkar təsdiq edir. Belə vəziyyətdə cavabdehin “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozması aşkardır. Belə ki, həmin maddədə göstərilmişdir ki, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Beləliklə, cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisi üçüncü şəxsə vəziyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən qanunun tələblərinə əməl etməmiş və onun mərhumun övladı və vərəsəsi kimi hüquqlarını da pozmuşdur. Bununla da hesab edir ki, cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisinin 20 noyabr 2021-ci il tarixli, 1741 №-li məktubu ilə onun vərəsə kimi ərizəsinin qəbul edilməsindən imtinası qanunsuz hesab edilməli, cavabdehin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini yoxlamaması qanunsuz hesab edilməli, habelə digər cavabdehin adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Cavabdeh Boldina İnnesa Sergeyevna tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edir ki, miras qoyan X3r. Yəni, iddiaçı miras qoyanın birinci növbə vərəsəsi olduğunu qeyd edir. Bununla bağlı bildirir ki, miras qoyan X22 X16 ilə nikahda olmuş və nikahları 22 fevral 1986-cı il tarixdə pozulmuşdur. X16 28 dekabr 1990-cı il tarixdə təkbaşına İddiaçı Yuriyeviçi övladlığa götürmüşdür. X16 28 dekabr 1990-cı il tarixli sərəncamla İddiaçı Yuriyeviçi övladlığa götürmüşdür. Həmin sərəncamdan görünür ki, Boldina Alevtina X1 nikahları pozulmuşdur və həmin sərəncamda 394293 nömrəli, 22 fevral 1986-cı il tarixli nikahın pozulması barədə şəhadətnaməyə istinad olunmuşdur. Göründüyü kimi, X16 28 dekabr 1990-cı il tarixdə təkbaşına İddiaçı Yuriyeviçi övladlığa götürmüş, onun soyadı, adı və atasının adı doğum haqqında qeydiyyat kitabında A.Boldinanın göstərişi ilə yazılmışdır. İddiaçı miras qoyanın nə bioloji, nə də övladlığa götürülən uşağı deyildir. Ona görə də iddiaçı mirasdan məcburi pay almaq hüququna malik deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1625/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsmunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 22 fevral 1986-cı il tarixdə verilmiş İ-JQ seriyalı, 394293 №-li boşanma haqqında şəhadətnaməyə əsasən X20 X18 arasında olan nikah ləğv edilmiş, 14 mart 1996-cı il tarixdə onlar yenidən rəsmi nikaha daxil olmuşlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 1997-ci il tarixli qətnaməsinə əsasən həmin nikah pozulmuş və Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 27 mart 1997-ci il tarixdə İİ-JQ seriyalı, 326697 №-li boşanma haqqında şəhadətnamə verilmişdir. X18 X20 nikahları pozulduqdan sonra İmanov Kamranın (hazırkı iş üzrə İddiaçı) övladlığa götürülməsi barədə ərizə ilə Nəsimi rayon X25 İcraiyyə Komitəsinə müraciət etmiş, komitənin 28 dekabr 1990-cı il tarixli, 173/5 №- li qərarı ilə ərizəsi təmin edilərək uşaq evindən 10 dekabr 1989-cu il təvəllüdlü İmanov Kamran X13 övladlığa verilmiş, sonuncunun göstərişi ilə uşağın adı Vladislav, soyadı Boldin, ata adı Yuryeviç, ana qrafasında X18, doğum tarixi xx xxxxxx 1990-cı il, doğulduğu yer Bakı şəhəri yazılmışdır. X22 28 dekabr 2020-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, X18 iddiaçını 28 dekabr 1990-cı il tarixdə, yəni X20 nikahda olmadığı vaxt övladlığa götürmüş, X18 övladlığa götürmə barədə yalnız özü müraciət etmiş və qanunvericiliyin tələbinə əsasən iddiaçının atası haqqında məlumat X9 göstərişi ilə yazılmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPMin 88- ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə şahidin ifadəsi mübahisəli halın təsdiqlənməsi və ya təkzib edilməsi üçün hər hansı əhəmiyyət kəsb etmir. Şahidin ifadəsi iddiaçının miras əmlakdakı pay hüququnun tanınması və s. kimi hallar müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Bu baxımdan məhkəmə hesab etmişdir ki, qeyd olunan halın müəyyən edilməsi şahid ifadəsi ilə təsdiq oluna bilməz. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasg Mülki Məcəlləsinin 1145, 1146, 1159.1, 1193, 1194-ci maddələri, Ailə Məcəlləsinin 125.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normasını düzgün tətbiq etməməklə yanaşı, tərəflərindən təqdim edilmiş sübutlara da lazımi qiymət vermədən tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi 28 dekabr 1990-cı il tarixdə həyata keçirilmiş övladlığa götürmə ilə bağlı münasibətlərə həmin dövrdə qüvvədə olan Ailə qanunverciliyinin müddəalarını tətbiq etmək əvəzinə, yanlış olaraq xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Ailə Məcəlləsində nəzərdə tutulmuş maddi hüquq normalarını, Məcəllənin 125.1-ci maddəsini tətbiq etmişdir. Övladlığa götürmə zamanı, yəni 28 dekabr 1990-cı il tarixdə qüvvədə olmuş Nikah və Ailə qanunvericiliyinin tələbinə əsasən uşağın atası və ya anası qismində adı qeyd olunmuş şəxs, bu qeydiyyat haqqında məlumat aldığı vaxtdan 1 il müddətində həmin qeydiyyatı mübahisələndirə bilərdi. Halbuki, iş materiallarında olan forma 2 arayışından, iddiaçı ilə mərhum miras qoyan arasında olan yazışmalardan, məhkəmə iclasında dinirilmiş şahid ifadəsindən müəyyən olunur ki, mərhum miras qoyan nəinki uşağın atası kimi onun qeydə alınmasını mübahisələndirməmiş, əksinə o, iddiaçının anası ilə yenidən nikaha daxil olduqdan sonra iddiaçı ilə birlikdə eyni mənzildə uzun müddət yaşamışlar və mərhum iddiaçıya məhz övladı kimi müraciət bəsləmişdir. Birinci instansiya məhkəməsi işdə iddiaçı tərəfindən təqdim edimiş kifayət qədər sübutların, o cümlədən forma 2 arayışı, iddiaçı ilə mərhum miras qoyan arasında olan yazışmalar, məhkəmə iclasında dinirilmiş şahid ifadəsi olmasına baxmayaraq, həmin sübutlara düzgün qiymət verməmişdir. Bununla da, birinci instansiya məhkəməsi işə birtərəfli yanaşmış, qeyd edilən xüsusatlarla işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir. Birinci instansiya məhkəməsi 28 dekabr 1990-cı il tarixdə həyata keçirilmiş övladlığa götürmə ilə bağlı münasibətlərə həmin dövrdə qüvvədə olan Ailə qanunverciliyinin müddəalarını tətbiq etmək əvəzinə, yanlış olaraq xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Ailə Məcəlləsində nəzərdə tutulmuş maddi hüquq normalarını, Məcəllənin 125.1-ci maddəsini tətbiq etmiş, bununla da iş materiallarında olan forma 2 arayışı, iddiaçı ilə mərhum miras qoyan arasında olan yazışmalarla və məhkəmə iclasında dinirilmiş şahid ifadəsi ilə müəyyən edilən faktiki hallara, xüsusilə mərhum miras qoyanın, iddiaçının anası ilə yenidən nikaha daxil olduqdan sonra iddiaçı ilə birlikdə eyni mənzildə uzun müddət yaşayaraq mərhumun iddiaçıya məhz övladı kimi müraciət bəsləməsi faktını aydınıaşdırmaq istəməmiş və bu faktiki halı nəzərə almamaqla məhkəmə yanlış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə əhəmiyyəti olan halların müəyyən edilməsi üçün ümumiyyətlə heç bir araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsi, iş materiallarında olan forma 2 arayışına, iddiaçı ilə mərhum miras qoyan arasında olan yazışmalara, məhkəmə iclasında dinirilmiş şahid ifadəsinə heç bir əhəmiyyət verməyərək, bu sübutlarla müəyyən edilən faktiki halı, yəni mərhum miras qoyanın iddiaçını öz övladı hesab etdiyini, ona öz oğlu kimi müraciət etdiyini, onunla uzun müddət birlikdə yaşadığını, təhsilində və tərbiyəsində fəal iştirak etdiyini diqqətdən kənarda qoyaraq, habelə bu münasibətlərlə bağlı maddi hüquq normasını yanlış tətbiq edərək səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfindən iddia tələblərinin əsaslı olmasını təsdiq edən bütün zəruri sübutlar məhkəməyə təqdim edilmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili əvvəlki məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, son məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. xx.xx.2000-ci il tarixə kimi qüvvədə olan Ailə Məcəlləsi: 61-ci maddəsinə əsasən uşağın atası və ya anası kimi yazılmış şəxs aparılmış qeyddən xəbər tutduqdan və ya xəbər tutmalı olduğu vaxtdan sonra bir il ərzində həmin qeydə dair mübahisə edə bilər. Ata və ya ana kimi yazılmış şəxs həmin vaxtadək yetkinlik yaşına çatmayan olduqda 1 illik müddət onun 18 yaşına çatdığı vaxtdan hesablanır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində əks edilmişdir. Həmin normaya görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1-ci maddə), gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2-ci maddə), müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (385.1.3-cü maddə) və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi (385.1.4-cü maddə) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 21 saylı Notariat ofisinin 20 noyabr 2021ci il tarixli, 1741 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi elektron notariat informasiya sistemi X4 Reyestr Xidmətindən 28 dekabr 2020-ci il tarixdə ölmüş X19 övladı olan İddiaçı barədə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən, X19 vəsiyyətnamə üzrə vərəsəsi X17 X19 bütün miras əmlakına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan XV-JQ seriyalı, 467625 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X22, anası X10. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş İ- JQ seriyalı, 394293 №-li boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X20 X18 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 22 fevral 1986-cı il tarixdə 108 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra ərə Boldin, arvada Boldina soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ-JQ seriyalı, 326697 №-li boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X20 X18 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 mart 1997-ci il tarixdə 68 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra ərə Boldin, arvada Boldina soyadı verilmişdir. İş materiallarında olan Nəsimi rayon X25 İcraiyyə Komitəsinin 28 dekabr 1990-cı il tarixli, 173/5 №-li qərarının surətindən görünür ki, İ.Qasımov küçəsi ev 4 mənzil 26 ünvanında yaşayan X18 (əsas: Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 22 fevral 1986-cı il tarixdə verilmiş İ-JQ seriyalı, 394293 №-li boşanma haqqında şəhadətnamənin surəti) uşaq evindən 10 dekabr 1989-cu il təvəllüdlü İmanov Kamranın övladlığa götürülməsi barədə ərizə ilə müraciət etmiş və X13 uşaq evindən 10 dekabr 1989-cu il təvəllüdlü İmanov Kamranı soyad Boldin, ad Vladislav, ata adı Yuryeviç verilməklə övladlığa götürməsinə icazə verilməsi, ana qrafasında X18, doğum tarixi xx xxxxxx 1990-cı il, doğulduğu yer Bakı şəhəri göstərilməsi qərara alınmışdır. İddiaçı iddia edir ki, atası 28 dekabr 2020-ci il tarixdə ölmüş, cavabdeh X17 X19 bütün əmlakına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən cavabdeh Bakı şəhəri 21 saylı Notariat ofisi tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. O da vərəsə kimi miras əmlakdan məcburi pay hüququna malikdir. Belə ki, X14 doğma atasıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsassız olmasına dair düzgün nəticəyə gəlsə də, nəticəsinin maddi əsası kimi xx.xx.2000-ci ildən sonra qüvvədə olan Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 125.1-ci maddəsinə istinad etməklə maddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 28 dekabr 1990-cı il tarixdə həyata keçirilmiş övladlığa götürmə ilə bağlı münasibətlərə həmin dövrdə qüvvədə olan Ailə qanunverciliyinin müddəalarını tətbiq etmək əvəzinə, yanlış olaraq xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Ailə Məcəlləsində nəzərdə tutulmuş maddi hüquq norması olan 125.1-ci maddəsini tətbiq etmişdir. Halbuki, həmin norma övladığıa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilməsi ilə bağlı münasibətləri tənzimləyir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mərhum X22 tərəfindən övladlığa götürülməsi faktı mövcud olmamışdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 22 fevral 1986-cı il tarixdə verilmiş İ-ЖГ seriyalı, 394293 №-li boşanma haqqında şəhadətnaməyə əsasən X20 X18 arasında olan nikah ləğv edilmiş, 14 mart 1996-cı il tarixdə onlar yenidən rəsmi nikaha daxil olmuşlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 1997-ci il tarixli qətnaməsinə əsasən həmin nikah pozulmuş və Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 27 mart 1997-ci il tarixdə İİ-ЖГ seriyalı, 326697 №-li boşanma haqqında şəhadətnamə verilmişdir. X18 X20 nikahları pozulduqdan sonra İmanov Kamranın (hazırkı iş üzrə İddiaçı) övladlığa götürülməsi barədə ərizə ilə Nəsimi rayon X25 İcraiyyə Komitəsinə müraciət etmiş, komitənin 28 dekabr 1990-cı il tarixli, 173/5 №- li qərarı ilə ərizəsi təmin edilərək uşaq evindən 10 dekabr 1989-cu il təvəllüdlü İmanov Kamran X13 övladlığa verilmiş, sonuncunun göstərişi ilə uşağın adı Vladislav, soyadı Boldin, ata adı Yuryeviç, ana qrafasında X18, doğum tarixi xx xxxxxx 1990-cı il, doğulduğu yer Bakı şəhəri yazılmışdır. X22 28 dekabr 2020-ci il tarixdə ölmüşdür. 28 dekabr 1990-cı il tarixdə qüvvədə olmuş Nikah və Ailə qanunvericiliyinin tələbinə əsasən ( maddə 61) uşağın atası və ya anası qismində adı qeyd olunmuş şəxs, bu qeydiyyat haqqında məlumat aldığı vaxtdan 1 il müddətində həmin qeydiyyatı mübahisələndirə bilər. İddiaçının iş materiallarında olan forma 2 arayışından, iddiaçı ilə mərhum miras qoyan arasında olan yazışmalardan, məhkəmə iclasında dinirilmiş şahid ifadəsindən mərhum miras qoyan nəinki uşağın atası kimi onun qeydə alınmasını mübahisələndirməməsinə, əksinə onun iddiaçının anası ilə yenidən nikaha daxil olduqdan sonra iddiaçı ilə birlikdə eyni mənzildə uzun müddət yaşamalarının və mərhum iddiaçıya məhz övladı kimi müracibət bəsləməsinin müəyyən olunmasına dair apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyası qiymət verərk hesab edir ki, sadalanan və müəyyən edilən bu hallar mərhum X23 tərəfindən iddiaçının övladlığa götürülməklə sonuncunun mərhumun övladı statusuna malik olmasını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, övladlığa götürülmə müvafiq İcra Hakimiyyətinin və ya məşkəmə qərarı əsasında həyata keçirilən prosedurdur və qanunvericilikdə mərhumun sağlığında ikən iddiaçını öz övladı hesab etməsi, ona öz oğlu kimi müraciət etməsi, onunla uzun müddət birlikdə yaşayaraq, təhsilində və tərbiyəsində fəal iştirak etməsi, hətta bu halları təsdiq edən şahid ifadəsi olsa da belə bunlar övladlığa götürmənin hüquqi əsası kimi qəbul edilmir və qiymətləndirilmir. İş materiallarından görünür ki, X18 iddiaçını 28 dekabr 1990-cü il tarixdə, yəni X20 nikahda olmadığı vaxt övladlığa götürmüş, X18 övladlığa götürmə barədə yalnız özü müraciət etmiş və qanunvericiliyin tələbinə əsasən iddiaçının atası haqqında məlumat X9 göstərişi ilə yazılmışdır. Başqa sözlə, iş materiallarında olan XV-JQ seriyalı, 467625 №-li doğum haqqında şəhadətnamədə İddiaçı atası X22, anası X12masının göstərilməsinə baxmayaraq X22 iddiaçının nə bioloji, nə də hüquqi rəsmiləşdirmə əsasında övladlığa götürmüş atası deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən apellyasiya şikayəti qismən təmin edilməklə qətnamə ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə iddiaçının X22 tərəfindən övladlığa götürülməsi, yəni mərhumun övladı-vərəsəsi olması müəyyən edilmədiyindən onun miras qoyan X19 vərəsəsi kimi qəbul edilməsindən imtinası qanunsuz hesab edilə bilməz. Həmçinin də kollegiyanın qənaətinə görə iddiaçı, X19 vərəsəsi hesab edilmədiyindən, onun mirasda məcburi pay hüququ da olmadığı üçün iddia tələbi cavabdeh X17 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsinin yoxlanmamasının qanunsuz hesab edilməsi, cavabdeh X15 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və qanunvericiliyin tələbinə əsasən iddiaçıya mirasda məcburi pay hüququ üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi hissələrində də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1625/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri 21 saylı Notariat ofisinə və X11rşı imtinasının qanunsuz hesab edilməsi, cavabdehin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini yoxlamamasının qanunsuz hesab edilməsi, cavabdeh X15 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və qanunvericiliyin tələbinə əsasən ona mirasda məcburi pay hüququ üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iddia təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar