Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1620/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X8, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika X2 Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4467/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. “Təbii X5nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus evə baxış zamanı mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkarlanmışdır. Bununla yanaşı xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə əsassız olaraq borc kimi yazılmış 7.822 manat məbləğinin silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 iddiaçıya məsusdur. Cavabdeh nümayəndəsi tərəfindən həmin yaşayış evində sayğac dəyişdirilərək yeni smart-kart tipli sayğaclar quraşdırmağa başlamışlar. Cavabdehən əməkdaşları tərəfidən onun köhnə qaz sayğacına aparıldıqdan sonra və sonradan məlumat verdilər ki, onun sayğacda problem olub və o cərimə ödəməlidir. Həmin evdə təbii qazdan istifadəyə görə yaranmış borclar hər ay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla bağlı hər hansı mübahisə yaranmamışdır.
4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4467/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, ünvan 1 ünvanı üzrə (abonent kodu:**********00005) İddiaçı hesablanmış 4.983,76 (dörd min doqquz yüz səksən üç manat yetmiş altı qəpik) manat məbləğində borcun silinməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, 69,84 (altmış doqquz manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə təsdiq olunur ki, 2018-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək qaz xəttinə kənar qoşulma əsası ilə iddiaçıya borc məbləğləri hesablanmışdır. Abonentin saldosundan görünür ki, sayğac xx.xx.2022-ci il tarixində quraşdırılmışdır. İddiaçının izahatından görünür ki, sayğac quraşdırılanadək onun tərəfindən kənar qoşulmadan istifadə edilmişdir. Abonentin saldosuna əsasən iddiaçının istifadəsində 4 gözlü qaz peçi PQ-4 vardır. (saatda maksimal qaz sərfiyyatı 1.2 m3 ). İstifadə edilmiş qazın həcmi PQ-4 cihazının 4 il 6 ay (xx.xx.2018- 06.2022) müddətində istifadə olunması və orta günlük iş rejimi 12 saat olmaqla, aşağıdakı kimi hesablanmalıdır: 1,2 m3 x 12 saat x 365 gün = 5.256 m3 = 630,72 manat (1 illik sərfiyyat). 1 aylıq sərfiyyat 52,56 manat təşkil edir. 4 il 6 ay müddəti üçün sərfiyyat 2.838,24 manat təşkil edir. İddia tələblərində göstərilən 7.822 manat məbləğindən yuxarıdakı qaydada hesablanmış 2.838,24 manat məbləği çıxıldıqda qalıq məbləği 4.983,76 manat təşkil edir. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 4.983,76 manat məbləğində borc silinməlidir.
6. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, 18, 26-cı maddələri, 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 1.4-cü bəndlərinə, 4.1, 4.2, 4.8, 6.5-1, 6.5-2, 6.5-3cü maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.2, 88, 119.2, 217.3, 217.4, 218.1, 220.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4467/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyimiz qətnamənin ləğv edilməsinə əsasdır. Cavabdeh İB-ninəməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 7822,00 məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Göründüyü kimi İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı
10. Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, iddiaçı kənar xəttdən istifadə etdiyini etiraf etmişdir. Rayon məhkəməsi Azərbaycan Respublikasının Energetika Naziliyini 3-cü şəxs kimi cəlb etmişdir. Nümayəndə də münasibətini bildirmişdir. Onlar hesablamalarını müdafiə edirlər. Aktlar əsaslıdır, apellyasiya şikayəti təmin edilməldiir.
11. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirir ki, sayğac 2022-ci ilin iyun ayında qoşulmuşdur. 4 il 6 ay üçün olan sərfiyyat Azərbaycan Respublikasının Energetika Naziliyi tərəfindən hesablanmışdır. İddiaçı tərəfindən qaz xəttinə kənar qoşulma halı etiraf edilmişdir. Bununla bağlı cəriməni ödəyəcəklər. Digər məbləğin silinməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
12. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika X2 Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirir ki, cavabdeh tərəfindən orta günlük iş rejimi 24 saatla hesablamışdır. 12 saatdan artıq hesablamaq olmaz. Rayon məhkəməsinin mövqeyi ilə razıdır.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
15. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
16. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”-nın 1.3.-cü bəndində qeyd edilir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqısatqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır.
18. Qaydaların 4.1-ci bəndində qeyd edilir ki, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
19. Qaydaların 6.5-cı maddəsində qeyd edilir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, İddiaçı 7.822 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən - 4.983,76 manat borcun silinməsi hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.
25. İşin hallarından göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilərək “Təbii X5nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Bununla yanaşı xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir.
26. İşin halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən evə sayğac xx.xx.2022 tarixində quraşdırılmışdır.
27. İşə birinci instansiya və apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən sayğacdan kənar qoşulma xəttindən istifadə edilməsi halı etiraf edilmişdir.
28. Məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının istifadəsində 4 gözlü qaz peçi PQ-4-dən istifadə üçün 1 aylıq sərfiyyat 52,56 manat təşkil edir, bu da 4 il 6 ay müddəti üçün sərfiyyat 2.838,24 manat təşkil edir.
29. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya 2018-ci ilin yanvar ayı üçün 1004 manat, 2018-ci ilin mart ayı üçün 398 manat, aprel ayı üçün 63,20 manat, 2021-ci ilin may ayı üçün 1188 manat, iyul ayı üçün 388,80 manat, oktyabr ayı üçün 784,80 manat, dekabr ayı üçün 1209,60 manat, 2022-ci ilin yanvar ayı üçün 540 manat, 2022-ci ilin fevral ayı üçün 604,8 manat, 2022-ci ilin mart ayı üçün 540 manat, 2022-ci ilin aprel ayı üçün 298,08 manat borc hesablanmışdır.
30. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika X2 Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya PQ-4 qaz peçi üçün 24 saatlıq sərfiyyat hesablanmış, halbuki bu sərfiyyat 12 saat üçün hesablanmalı idi.
31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlili olaraq cavabdeh iddia tələbi ilə silinməsi təmin edilmiş 4.983,76 borcun iddiaçı tərəfindən sayğacdan kənar qoşulma ilə bağlı hesablandığını qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 4.983,76 manat borcun silinməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
37. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4467/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev