Məhkəmə qərarları › İş №2(103)-1623/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1623/2025

26.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1623/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2, X26, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1702/2024 nömrəli 26 noyabr 2024cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan MH seriyalı, 092240 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 09 avqust 1997-ci il tarixdə Cavabdeh2 adına qeyd edilmişdir.

2. İş materiallarında olan MH seriyalı, 099421 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 09 avqust 1997-ci il tarixdə Cavabdeh2 adına qeyd edilmişdir.

3. İş materiallarında olan AN – İ ******* nömrəli, 02 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzili alıcı Cavabdeh1 30000 manata satmışdır. Satıcı qrafasını nümayəndə Vəkil imzalamışdır.

4. İş materiallarında olan AN – İ ******* nömrəli, 02 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzili alıcı Cavabdeh1 30000 manata satmışdır. Satıcı qrafasını nümayəndə Vəkil imzalamışdır.

5. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 46.3 kv.m olan mənzili xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına verilmiş mülkiyyət hüququnda qeydiyyata alınmışdır.

6. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan mənzili xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına verilmiş mülkiyyət hüququnda qeydiyyata alınmışdır.

7. İş materiallarında olan birgə nikah dövrudə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin satılmasına razılıq verilməsinə dair notarial qaydada tərtib edilmiş razılıq ərizələrindən görünür ki, X38 əvəzinə etibarnamə ilə nümayəndə Vəkil imzalamışdır.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(009)- 134/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri həbsdən azad edilməsi qət edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(103)- 1083/2024 saylı qərardadı ilə maraqlı şəxslərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(102)-1732/2024 saylı qərarı ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(103)-1083/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. İş materiallarında olan AN – İ ******* nömrəli, 23 aprel 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 5 ünvanında yerləşən mənzili alıcı Cavabdeh4 50000 manata satmışdır. Alıcı qrafasını nümayəndə X46 imzalamışdır.

12. İş materiallarında olan AN – İ ******* nömrəli, 23 aprel 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 4 ünvanında yerləşən mənzili alıcı Cavabdeh4 50000 manata satmışdır. Alıcı qrafasını nümayəndə X46 imzalamışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri Cavabdeh4 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçılar İddiaçı1, İddiaçı2, X39, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz Əmlakın AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında mənzillərə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 həyat yoldaşı X38 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il (iş № 1(101)-334/16) tarixli hökmünə görə "xxxx" MTK-nın sədri vəzifəsini icra etmiş X52 07 avqust 2013-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı1 119.500 manat, 2014-cü ilin may ayında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X2 180.000 manat, 2013-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X8 55.000 manat, 05 fevral 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X18 58.800 manat, 26 fevral 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X1 32.000 manat, 12 mart 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X3 70.000 manat və 31 mart 2014- cü il tarixdə bağlanılmış alqısatqı müqaviləsinə əsasən 20.000 manat, 01 aprel 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X19 73.000 manat, 05 aprel 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X9 87.000 manat, 17 may 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X6 88.000 manat, 19 may 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı5 94.000 manat, 23 aprel 2014-cü il tarixdə bağlanılmış alqısatqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Əli-zadə İsmayıl Nağı oğlundan 128.000 manat, 27 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı2 100.000 manat, 31 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X20 114.000 manat, 02 avqust 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı4 100.000 manat, 07 avqust 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X27 100.000 manat, mənzil satmaq adı ilə X13 40.500 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. "xxxx" MTK-nın sədri vəzifəsini icra etmiş X38 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli (iş № 1(101)- 334/16) hökmü ilə X43 qarşı zərərəçəkmiş şəxslərin mülki iddiaları təmin olunmuşdur. Həmin hökmlə cavabdeh X32 100.000 manat pul alınaraq İddiaçı2, 137.000 manat pul alınaraq X10, 73.000 manat pul alınaraq X28, 114.000 manat pul alınaraq X29, 75.000 manat pul alınaraq X33, 337.760 manat pul alınaraq İddiaçı1, 69.000 manat pul alınaraq İddiaçı5, 100.000 manat pul alınaraq zərərçəkmiş X21, 100.000 manat pul alınaraq İddiaçı4 ödənilməlidir. Hökmlə zərərin hesabına cavabdeh X32 X11 190.000 manat, X22 86.000 manat, X30 58.800 manat, X23 81.000 manat, X34 100.000 manat alınaraq ödənilməlidir. X7 mülki mühakimə qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur (32.000 manat). Bakı Apelyasiya Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarı ilə X24 mülki iddiası təmin olunaraq Şahin Əliyevdən 40.500 manat pul alınaraq İskəndər Həsənova verilməlidir. Həmin hökmlə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə cavabdeh X14 adına rəsmiləşdirilmiş cavabdeh "xxxx" MTK-ya məxsus olan ünvan 8 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülsə də X38 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə (hökmdən verilmiş apelyasiya protesti və apelyasiya şikayətlərinin əsasında) Bakı Apelyasiya Məhkəməsinin 1(103)-790/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə cavabdeh X14 adına rəsmiləşdirilmiş cavabdeh "xxxx" MTK-ya məxsus olan ünvan 8 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri- yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilmiş və zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-790/19 saylı 13 iyun 2019-cu il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi kassasiya şikayəti vermiş, 22 noyabr 2019-cu il tarixində Ali Məhkəmənin Cinayət Kollegiyası (sədrlik edən V.İbayev) şikayətə baxmış, onu təmin etməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarını dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1468/2019 saylı 22 noyabr 2019-cu il tarixli qərarından Ali Məhkəmənin Plenumuna müdafiəçi tərəfindən əlavə kassasiya şikayəti verilmiş, Ali Məhkəmə sədrinin imzaladığı 12(102)31/2020 saylı 04 iyun 2020-ci il tarixli qərarla əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun müzakirəsinə çıxarılmasından imtina olunmuşdur. Lakin, yaxın zamanlarda icra tədbirləri ilə maraqlanan zaman icra məmuru onlara bildirdi ki, Cavabdeh2 adına olan Bakı şəhəri, (hazırda A.Quliyev küçəsi) T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillər artıq başqa bir şəxsin Cavabdeh1 adına sənədləşdirilmişdir. Bundan sonra onlara məlum oldu ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «əmlakın həbsdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi ilə) iş № 2(009)- 134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin həbsdən azad edilməsi qət edilmişdir. Onlar işdə iştirak etməyə cəlb edilməyən, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 04 dekabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin İddiaçı4 və digərlərinin hüquqlarına toxunduğunun müəyyən edilməsi qərara alınmışdır. Həmin qətnamədən onlar işdə iştirak etməyə cəlb edilməyən, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər (bu iddia üzrə iddiaçılar) apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş № 2(009)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək iddiaçının Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi barədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və F.Ş.Talışınskidən ibarət tərkibdə) 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin iş № 2(009)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilmişdir. Bundan sonra Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası (hakimlər X37 (sədrlik edən və məruzəçi), X25 və X15 ibarət tərkibdə) 2(102)-1732/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Cavabdeh2 Səbail Rayon Məhkəməsinin iş № 2(009)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mənzillərin üzərindən həbs götürüldükdən sonra həmin mənzilləri alq-satqı yolu ilə özgəninkiləşdirmişdir. Daşınmaz Əmlakın Alqısatqı müqaviləsi AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixində satıcı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə onu məxsus hissədən (46.2 kv.m) alıcı Cavabdeh1 mülkiyyətinə verir. Alqı-satqı müqaviləsi satıcı Cavabdeh2 tərəfindən səlahiyyətli nümayəndəsi Vəkil, alıcı tərəfindən Cavabdeh1 tərəfindən imzalanmışdır. Alqı-satqı müqaviləsi Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 02 iyul 2022- ci il tarixdə təsdiq edilmişdir. Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixində satıcı Cavabdeh2 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m. yaşayış sahəsi 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissədən (40 kv.m, 2 otaq) alıcı Cavabdeh1 mülkiyyətinə verir. Alqı-satqı müqaviləsi satıcı Cavabdeh2 tərəfindən səlahiyyətli nümayəndəsi Vəkil, alıcı tərəfindən Cavabdeh1 imzalanmışdır. Alqı-satqı müqaviləsi Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmişdir. Hesab edirlər ki, Səbail Rayon Məhkəməsinin iş № 2(009)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edildiyinə və iş üzrə icraata xitam verildiyinə və qərar qanuni qüvvəsini aldığına görə mənzillərin alqı-satqı müqavilələri etibarsız hesab edilməklə hüquqi nəticələri ləğv edilməlidir. Qeyd edildiyi kimi, Səbail Rayon Məhkəməsinin iş № 2(009)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli mənzillər üzərindən həbsin götürülməsi barədə qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilməklə ləğv edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-1732/2024 saylı, xx.xx.2024- ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Bununla da mənzillərə dair alqı-satqı müqavilələri mənzillər üzərindən həbsin götürülməsi əsası sıradan çıxmaqla qanunsuz olmuşdur. Belə bir halda həmin mənzillərin alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir.

16. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz Əmlakın AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında mənzillərə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.3 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251557, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinin, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251558, 23 aprel 2024-cü il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında mənzillərə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

17. Etirazın dəlilləri (Cavabdeh1): 1. mübahisənin mahiyyəti ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Baş Prokuroru müavininin xx.xx.2015-ci il tarixli ********* saylı cinayət işi üzrə verdiyi təqdimata əsasən, təqsirləndirilən şəxs X38 ittiham olunduğu cinayət işi üzrə onun həyat yoldaşı Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-62/2015 saylı 19 fevral 2015-ci il tarixli qərarı ilə həbs qoyulmuşdur. 09 sentyabr 2016-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi məhkum X52 barəsində cinayət işinə baxaraq, CM-nin 178.3.2-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3- cü və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə X40 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Binəqədi Rayon məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin və X16 adına olan ünvan 9 ünvandakı 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünün mülki iddiaya aid hissəsindən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxslər və həm də müdafiəçi apellyasiya şikayəti vermişlər və məhkəmələr müxtəlif qərarlar qəbul etmişlər. Nəhayət, hökmün mülki iddiaya aid hissəsindən Bakı Ağır Cinayətlər Məhkəməsi 1(101)-334/2016 saylı 26 iyul 2019-cu il tarixli icra vərəqəsi vermiş, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi adlanır) 13 saylı evin 16-17, 19 saylı mənzilinə dair hissəsi Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. 2. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)-1468/2019 saylı 22 noyabr 2019-cu il tarixli və 7(102)-5/2021 saylı 3 mart 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilməsi və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 23 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilməsi və AR CPM-nin 253-cü maddəsinin tələblərinə uyğun olaraq əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsinə dair iddianın mülki mühakimə icraatı qaydasında verilməsi hüququ barədə izahat vermişdir. Həmin qərardada və izahata uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi xahiş edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2759/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş və sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-2759/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi şikayətə baxmış, onu təmin etmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-2759/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadını ləğv etmiş və işi baxılması üçün həmin məhkəməyə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadında bu işə mülki məhkəmə icraatında baxılmasını onunla izah etmişdir ki, “iddiaçı Cavabdeh2 cinayət prosesinin iştirakçısı deyil. Cinayət prosesinin iştirakçısı olmayan şəxsin əmlakın həbsdən azad edilməsi barədə tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması Azərbaycan Respublikası CPM-nin 253-cü və Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin göstərişlərinə görə mümkündür.” Mülki iş Səbail Rayon Məhkəməsinə qayıdandan sonra bu məhkəmə 23 fevral 2022- ci il tarixli qərardadı ilə icraatı dayandırmış, lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası CPM-nin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsi ilə əlaqəli şərh edilməsinə dair” qərarında sonra məhkəmənin adı çəkilən qərardadından şikayət verilmiş, Səbail Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə 23 fevral 2022ci il tarixli qərardadı ləğv edilmiş və işə baxılması təyin edilmiş və yekunda adı çəkilən qətnamə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində Səbail Rayon Məhkəməsi iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Baş prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki işə baxaraq, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi iddia tələbinə dair işə baxaraq iddia tələbinin təmin edilməsi barədə 2(009)-134/2022 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğu apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəyə minmiş, icra vərəqəsi verilmiş və Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri müvafiq icra orqanı tərəfindən həbsdən azad edilmişdir. Həmin mənzillər həbsdən azad edildikdən sonra, yəni onun üzərində hər hansı yüklülük və məhdudiyyətlər olmadığı dövrdə yəni - 02 iyul 2022-ci il tarixdə satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixli alqısatqı müqaviləsi və 02 iyul 2022-ci il tarixdə satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh2 əri X38 məhkum olunduğu cinayət işi üzrə zərərçəkmiş şəxslər məhkəmənin bu qətnaməsindən maraqlı şəxs kimi ancaq 24 noyabr 2023-cü il tarixində apellyasiya şikayəti vermiş və bu qətnamənin ləğv edilməsini xahiş etmişlər. xx.xx.2024-cü il tarxində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin şikayətə baxmış, maraqlı şəxslərin apellyasiya şikayətini qismən təmin etmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv etməklə iş üzrə icraata xitam verilməsi barədə 2(103)- 1083/2024 saylı qərardad qəbul etmişdir. Adı çəkilən sənədlərdən göründüyü kimi mübahisə edilən alqı-satqı müqaviləsi bağlanan zaman mülki qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. 3. İddiaçıların nümayəndəsi sonradan məhkəməyə ərizə verərək yazmışdır ki, “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin iş № 2(009)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edildikdən sonra Cavabdeh1 qeyd edilən mənzilləri dərhal adından çıxarmaqla özgəninkiləşdirmiş, daşınmaz əmlakın alqı-satqı müqaviləsi AN-İ № 1251557, 23 aprel 2024-cü il tarixində satıcı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.3 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə onu məxsus hissədən (46.2 kv.m) alıcı Cavabdeh4 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın alqı-satqı müqaviləsi AN-İ № 1251558, 23 aprel 2024-cü il tarixində satıcı Cavabdeh1 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m yaşayış sahəsi 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissədən (40 kv.m, 2 otaq) alıcı Cavabdeh4 mülkiyyətinə verilmişdir. Göstərilənlərlə bağlı bildirir ki, istər Səbail Rayon Məhkəməsində, istərsə də Bakı Apellyasiya Məhkəməsində icraat vaxtı mübahisə tərəfi iddiaçı Cavabdeh2 olmuşdur. Həmin icraatlarda Cavabdeh1 heç bir prosessual şəxs kimi, yəni iddiaçı və ya cavabdeh şəxs olmamışdır. Cavabdeh1 istər 02 iyul 2022-ci il tarixdə alıcı qismində adı çəkilən mənzilləri satıcı Cavabdeh2 alan zaman, istərsə də 23 aprel 2024-cü il tarixində satıcı qismində alıcı Cavabdeh4 satan zaman əmlakın üzərində heç bir yüklülük və məhdudiyyətlər olmamış, müqavilələr mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilmişdir. Cavabdeh1 23 aprel 2024-cü il tarixində satıcı qismində alıcı Cavabdeh4 əmlakı satan satan zaman isə əmlakın tam mülkiyyətçisi olmuşdur. 4. İddiaçılar mübahisənin həlli üçün maddi hüquq norması kimi Mülki Məcəllənin 337-ci maddəsinə istinad etmişlər. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçılar eyni zamanda Mülki Məcəllənin ancaq 339.6-cı maddəsinə istinad etmişlər. Həmin normada isə qeyd olunur ki, Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Lakin, iddiaçılar konkret olaraq Mülki Məcəllənin bu normasının 339.1-ci, 339.2-ci, 339.3-cü və ya 339.4-cü bəndlərinin hansı normalarının konkret olaraq pozulmasını göstərməmişlər. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

18. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1702/2024 nömrəli 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın təmin edilməsi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən mənzilə dair daşınmaz Əmlakın AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 7 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən müqavilələr əsasında mənzillərə dair Cavabdeh1 adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ların ləğv edilməsi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251557, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etbarsız hesab edilməsi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 7 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251558, 23 aprel 2024- cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın AN-İ № ******* və AN-İ № ********* saylı, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqavilələri əsasında mənzillərə dair Cavabdeh4 adına verilmiş mülkiyyət hüququna dair «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ların ləğv edilməsi, 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, X29, İddiaçı4 və İddiaçı5 ödənilməsi qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 337.1, 337.4, 337.5, 340.2, 404.1, 405.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X17 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” iş üzrə qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokuroru müavininin xx.xx.2015-ci il tarixli ********* saylı cinayət işi üzrə verdiyi təqdimata əsasən, təqsirləndirilən şəxs X38 ittiham olunduğu cinayət işi üzrə onun həyat yoldaşı Cavabdeh2 adına olan Bakı şəhəri, T. Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 5(001)- 62/2015 saylı 19 fevral 2015-ci il tarixli qərarı ilə həbs qoyulmuşdur. 09 sentyabr 2016-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi məhkum Əliyev ŞahinSaleh oğlu barəsində cinayət işinə baxaraq, CM-nin 178.3.2-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2(iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CMnin 66.3-cü və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə X40 2(iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Binəqədi rayon məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına olan Bakı şəhəri, T. Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin və X16 adına olan ünvan 9 ünvandakı 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünün mülki iddiaya aid hissəsindən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxslər və həm də müdafiəçi apellyasiya şikayəti vermişlər və məhkəmələr müxtəlif qərarlar qəbul etmişlər. Nəhayət, hökmün mülki iddiaya aid hissəsindən Bakı Ağır Cinayətlər Məhkəməsi 1(101)-334/2016 saylı 26 iyul 2019-cu il tarixli icra vərəqəsi vermiş, Bakı şəhəri, Səbail rayonu, T. Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi adlanır) 13 saylı evin 16-17, 19 saylı mənzilinə dair hissəsi Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)- 1468/2019 saylı 22 noyabr 2019-cu il tarixli və 7(102)-5/2021 saylı 3 mart 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilməsi və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 23 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilməsi və AR-sı CPM-nin 253-cü maddəsinin tələblərinə uyğun olaraq əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsinə dair iddianın mülki mühakimə icraatı qaydasında verilməsi hüququ barədə izahat vermişdir. Konstitusiya Məhkəməsinin həmin qərardadına və izahatına uyğun olaraq Bakı şəhəri Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi xahiş edilmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-2759/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş və sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilmiş, Səbail rayon Məhkəməsinin 2(009)- 2759/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi şikayətə baxmış, onu təmin etmiş, Səbail rayon Məhkəməsinin 2(009)-2759/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadını ləğv etmiş və işə baxılması üçün həmin məhkəməyə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadında bu işə mülki məhkəmə icraatında baxılmasını onunla izah etmişdir ki, “iddiaçı Cavabdeh2 cinayət prosesinin iştirakçısı deyil. Cinayət prosesinin iştirakçısı olmayan şəxsin əmlakın həbsdən azad ediməsi barədə tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması Azərbaycan Respublikası CPM-nin 253-cü və Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin göstərişlərinə görə mümkündür.” Mülki iş Səbail rayon Məhkəməsinə qayıdandan sonra bu məhkəmə 23 fevral 2022-ci il tarixli qərardadı ilə icraatı dayandırmış, lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-cimaddəsinin Azərbaycan Respublikası CPM-nin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsi ilə əlaqəli şərh edilməsinə dair” qərarından sonra məhkəmənin adı çəkilən qərardadından şikayət verilmiş, Səbail rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə 23 fevral 2022-ci il tarixli qərardadı ləğv edilmiş və işə baxılması təyin edilmiş və yekunda adı çəkilən qətnamə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində Səbail rayon Məhkəməsi iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Baş prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki işə baxaraq, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi iddia tələbinə dair işə baxaraq iddia tələbinin təmin edilməsi barədə 2(009)-134/2022 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğu apellyasiya şikayəti verməmiş, qətnamə qanunu qüvvəyə minmiş, icra vərəqəsi verilmiş və Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin müvafiq icra orqanı tərəfindən həbsdən azad edilmişdir. Həmin mənzillər həbsdən azad edildikdən sonra, yəni onun üzərində hər hansı yüklülük və məhdudiyyətlər olmadığı dövrdə yəni- 02 iyul 2022-ci il tarixdə satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair Daşınmaz Əmlakın –AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixli alqı-satqımüqaviləsi və 02 iyul 2022-ci il tarixdə satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 2 otaqlı mənzilə dair Daşınmaz Əmlakın –AN-İ№ 1059119, 02 iyul 2022-ci il tarixli alqısatqı müqaviləsi bağlanılmışdır. Cavabdeh2 əri X38 məhkumolunduğu cinayət işi üzrə zərərçəkmiş şəxslər məhkəmənin bu qətnaməsindən maraqlı şəxs kimi ancaq24 noyabr 2023-cü il tarixində apellyasiya şikayəti vermiş və bu qətnamənin ləğv edilməsini xahiş etmişlər. xx.xx.2024-cü il tarxində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin şikayətə baxmış, maraqlı şəxslərin apellyasiya şikayətini qismən təmin etmiş, Səbail rayon Məhkəməsinin 2(009)-134/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv etməklə iş üzrə icraata xitam verilməsi barədə 2(103)-1083/2024 saylı qərardad qəbul etmişdir. Adı çəkilən sənədlərdən göründüyü kimi mübahisə edilən alqı-satqı müqaviləsi bağlanan zaman mülki qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. 3. İstər Səbail rayon Məhkəməsində, istərsə də Bakı Apellyasiya Məhkəməsində icraat vaxtı mübahisə tərəfi iddiaçı Cavabdeh2 olmuşdur. Həmin icraatlarda Cavabdeh1 heç bir prosessual şəxs kimi, yəni iddiaçı və ya cavabdeh şəxs olmamışdır. Cavabdeh1 istər 02 iyul 2022-ci il tarixdə alıcı qismində adı çəkilən mənzilləri satıcı Cavabdeh2 alan zaman, istərsə də 23 aprel 2024-cü il tarixində satıcı qismində alıcı Cavabdeh4 satan zaman əmlakın üzərində heç bir yüklülük və məhdudiyyətlər olmamış, müqavilələr mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilmişdir. Cavabdeh1 23 aprel 2024-cü il tarixində satıcı qismində alıcı Cavabdeh4 əmlakı satan satan zaman isə əmlakın tam mülkiyyətçisi olmuşdur. Lakin Səbail rayon Məhkəməsi qətnamədə ümümi şəkildə qeyd etmişdir ki, “Məhkəmə Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin həbsdən azad edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnamədən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğu apellyasiya şikayəti verməməsi, qətnamənin qanuni qüvvəyə minməsi, icra vərəqəsi verilməsi, mənzillərin müvafiq icra orqanı tərəfindən həbsdən azad edilməsi, 02 iyul 2022-ci il tarixdə alıcı qismində adı çəkilən mənzilləri satıcı Cavabdeh2 alan zaman və Cavabdeh4 satan zaman əmlakların üzərində heç bir yüklülük və məhdudiyyətlər olmamasına, eləcə də müqavilələrin mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilməsinə istinad etməsinə qiymət verərək cavabdehin bu arqumentləri ilə razılaşmır və iddiaya etirazının dəlilləri ilə bağlı cavabdeh tərəfin verdiyi izahatlarını iddianın əsassız olması üçün yetərli sübut kimi qiymətləndirmir.” Bundan əlavə Səbail rayon Məhkəməsi qətnamədə qeyd etmişdir ki, “məhkəmə, Cavabdeh4 qohumları vasitəsilə satılan mübahisəli mənzillərin təklif olunması və mənzillərin daha ucuz qiymətə satılmasına görə əldə etməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin bu mövqeyi yuxarıda qeyd edilən əsaslara görə əsaslı sayıla bilməz. Belə ki, mənzili alan şəxsinəmlakın legitimliyinə dair lazımi araşdırma aparması vəzifəsi qanunvericilikdə nəzərdə tutulmasa da, o, mənzillərin satışı barədə heç yerdə elanın verilməməsi və ucuz satılmasını nəzərə alaraq, mənzillərin alınmasından öncə lazımi ehtiyatlılıq tədbirləri görməli, qeyd edilən halların səbəbləri ilə maraqlanmalı və bundan sonra müəyyən qərara gəlməli idi. Məhkəmə hesab edir ki, Cavabdeh4 digər cavabdehlər olan Cavabdeh2 ilə Cavabdeh1 ilə məhkəmə hökmünün icrasının zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsinin qarşısını almaq niyyətlərinin həyata keçirilməsində birbaşa aktiv rolu olmasa da, hətta əqdlər üzrə vicdanlı alıcı sayılmış olsa belə, onunla bağlanmış müqavilələrin etibarsız sayılmaması cinayət işi üzrə zərərçəkmiş kimi tanınmış, hazırki iş üzrə iddiaçıların onlara vurulan maddi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının adından çıxarılmış qərarının bu hissədə icrasının mümkünsüzlüyünə gətirib çıxarmaqla sözügedən şəxslərin qanunla qorunan hüquqlarına xələl gətirə bilər”. Göründüyü kimi məhkəmə qətnamədə “mənzillərin alınmasından öncə lazımi ehtiyatlılıq tədbirləri görməli, qeyd edilən halların səbəbləri ilə maraqlanmalı və bundan sonra müəyyən qərara gəlməli idi” kimi alıcının üzərinə heç bir hüquqi əsası olmayan öhdəliklər qoymuşdur. Halbuki, məhkəmə özü xx.xx.2024-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə bumənzillərlə bağlı sorğu vermiş, bu Xidmət özünün 5 dekabr 2024-cü il tarıxli məktubu ilə bildirmişdir ki, hər iki alqı-satqı müqaviləsi bağlanan zaman bu mənzillərin üzərində hər hansı yüklülük və ya məhdudiyyətlər olmamışdır.

22. Qətnamədən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdeh4 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 10 ünvanında yerləşən mənzilləri onun adına 2024-cü ilin aprel ayında oğlu X46 ona verdiyi etibarnamə əsasında almışdır. Həmin mənzil Möhtərəm Prezidentin şəhid oğluna, müharibə qəhrəmanına verilən maddi yardımın hesabına alınmışdır. Mənzil alınan zaman qanunun bütün tələblərinə əməl edilmiş, notarial qaydada yoxlanılmış və qanuni şəkildə notarial qaydada təsdiq edilməklə alınmışdır. O, əvvəllər bu mənzilin kimə məxsus olmasını və ya hər hansı məhkəmə mübahisəsi olmasından məlumatı olmamışdır. Əvvəlki mülkiyyətçilərlə mənim heç bir tanışlıq və ya qohumluq münasibətim olmamışdır. Qanuni şəkildə o, pulunu verib mənzil əldə etmişdir. O, vicdanlı alcıdır. Əvvəlki mülkiyyətçilər arasında olan münasibətlərin, eyni zamanda kiminsə cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələlərin ona bir aidiyyatı ola bilməz. Lakin Səbail rayon Məhkəməsi qətnaməsində qeyd edir ki, “məhkəmə hesab edir ki, Cavabdeh4 yuxarıda adları qeyd edilən şəxslərlə yaxınlığı qohumluğu və əvvəldən tanışlığı olması kimi hallar müəyyən edilməsə də, onun əldə etdiyi mənzillər əvvəlcə vicdanlı olaraq əldə etməyən Cavabdeh1 mənzillərin məhz ona satmaqda niyyətinin bu mənzillər üzərində həbsin bərpa edilməsindən sonra zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsinin qarşısını almaq, artıq digər şəxsin mülkiyyətində olan mənzillərə tutmanın yönəldilə bilinməməsi görüntüsünü yaratmaq olmuşdur. Belə olan halda hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış alqı-satqı müqavilələrinin zahiri görüntüsünə görə qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməsi müşahidə edilsə də, yuxarıda qeyd edilən cinayət işi üzrə zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə həmin mənzillərin üzərində həbsin bərpa edilməsi baxımından bu alqı-satqı müqavilələri qanuni əsaslarla bağlanılmış əqdlər kimi qiymətləndirilə bilməz”. Bundan əlavə məhkəmə qətnamədə qeyd edir ki, “qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın.” Səbail rayon məhkəməsi özü qətnamədə qeyd edir ki, Cavabdeh4 yuxarıda adları qeyd edilən şəxslərlə yaxınlığı, qohumluğu və əvvəldən tanışlığı olması kimi hallar müəyyən edilməmişdir, eyni zamanda alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmamışdır. Belə olan halda məhkəmənin onun vicdanlı alıcı kimi hüquqlarını niyə qorumadığı sual doğurur?!

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

25. Məhkəmə kollegiyasının cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək məhkəmə iclasının təxirə salınaraq nümayəndəsi və vəkili olduğu tərəflərin mümkün olduğu halda məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

28. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

30. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X31 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

31. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

32. 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

33. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur.

34. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.

35. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər ola bilər.

37. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

38. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

39. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

40. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

41. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

42. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

43. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

44. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

53. Hazırki halda, cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1702/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh2 həyat yoldaşı X52 Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-nin 178.3.2-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

56. Hökm qəbul edilənə kimi Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015- ci il tarixli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16- 17, 19 saylı mənzillərinin üzərinə həbs qoyulmuşdur.

57. Qeyd edilən hökmlə mənzillərin üzərindən həbs götürülsə də, cinayət işi üzrə hökmdən verilmiş apelyasiya protestinə və apelyasiya şikayətlərinin əsasında qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-790/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü dəyişdirilmiş, cavabdeh X14 adına rəsmiləşdirilmiş cavabdeh "xxxx" MTK-ya məxsus olan ünvan 8 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbs və Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbs bərpa edilmiş və zərərəçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir.

58. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-790/19 saylı 13 iyun 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti 22 noyabr 2019-cu il tarixli Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019- cu il tarixli 1(103)-790/2019 saylı qərarı dəyişdirilmədən saxlamışdır.

59. Həmçinin müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu iş üzrə 1(101)-334/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsini 26 iyul 2019-cu il tarixdə vermiş, əmlakların yerləşdikləri ünvanlara müvafiq olaraq Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 saylı xx.xx.2016- cı il tarixli İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmçinin Səbail Rayon İcra və Probasiya Şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 saylı 26 iyul 2019- cu il tarixli İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir.

60. Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli 1(103)-790/2019 saylı qərarı ilə bərpa edilsə də, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «əmlakın həbsdən azad edilməsi» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, sözügedən mənzillərinin həbsdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi və həmin mənzillərin həbsdən azad edilməsi qət edilmişdir.

61. Cavabdeh2 Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi əsasında mənzillərin üzərindən həbs götürüldükdən sonra Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X4 təsdiq etdiyi 02 iyul 2022-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissədən (46.2 kv.m), müqaviləsi AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixində satıcı Cavabdeh2 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m. yaşayış sahəsi 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissədən (40 kv.m, 2 otaq alıcı Cavabdeh1 mülkiyyətinə vermişdir.

62. Yuxarıda qeyd edilən cinayət işi üzrə zərərçəkmişlər, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların şəxslərin hüquq və vəzifələrinə toxunduğuna görə bu qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin iş № 2(009)- 134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir.

63. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, tələb cinayət işi üzrə məhkəmə hökmü ilə tutma yönəldilən əmlaklarla bağlı olduğundan və mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyindən hazırki ərizənin icraata qəbulundan imtina edilməli idi.

64. Bundan sonra Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından kassasiya şikayəti verilmiş, lakin kassasiya instansiyası məhkəməsində işə baxılanadək, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni qüvvəsini almamış, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş növbəti 23 aprel 2024-cü il tarixli AN-İ № ******* saylı və AN-İ № ******* saylı alqı-satqı müqavilələri təsdiq edilmişdir. Bu müqavilələr Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.3 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı və ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan 2 otaqlı daşınmaz əmlaklar sonuncunun mülkiyyətinə verilmişdir.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1732/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

66. Hazırda mübahisələndirilən mənzillər Cavabdeh4 mülkiyyətində olmaqla, iddiaçı tərəf həmin mənzillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməli olmasını iddia edir.

67. Cavabdeh1 “istər 02 iyul 2022-ci il tarixdə alıcı qismində adı çəkilən mənzilləri satıcı Cavabdeh2 alan zaman, istərsə də 23 aprel 2024-cü il tarixində satıcı qismində alıcı Cavabdeh4 satan zaman əmlakların üzərində heç bir yüklülük və məhdudiyyətlər olmaması, müqavilələr mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilməsini” bildirməklə iddiaya etiraz etmişdir.

68. Digər cavabdeh tərəf mübahisəli mənzillərin satılmasından eyni məhəllədə yaşayan qohumları vasitəsi ilə məlumatlı olmasını və ucuz satıldığı üçün alınmasını, müqavilələrin qanuni əsaslarla bağlanmasını göstərərək iddianın təmin edilməsinə etiraz etmişdir

69. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

70. Kollegiya hesab edir ki, ilk növbədə iddianın hüquqi əsasını təşkil edən alqısatqı müqavilələrinin etibarlılığı məsələsinə münasibət bildirmək zəruridir.

71. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

72. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

73. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.

74. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.

75. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.

76. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən suiistifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

77. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

78. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

79. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

80. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

81. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

82. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

83. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

84. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

85. Göründüyü kimi, Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən Qərarında göstərir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir.

86. Göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki,, baxılan iş üzrə etibarsızlığı tələb edilən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələri əhəmiyyətsiz olan əqdlər kateqoriyasına daxildir.

87. Belə ki, Cavabdeh2 mübahisəli mənzilləri satmaq, Cavabdeh1 isə almaq kimi bir niyyətləri olmamışdır. Müəyyən edilmişdir ki, həmin müqavilə üzrə tərəf olan Cavabdeh1 digər Cavabdeh2 bacısının əridir və onların hər ikisi müqavilələri imzalayarkən Səbail Rayon Məhkəməsinin 2(009)- 134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəsində olmasına baxmayaraq Şahin Əliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016- cı il tarixli hökmünün Bakı Apellyasiya Məhkəməsinin 1(103)-790/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ilə dəyişdirilərək hökmün sözügedən mənzillər üzərində həbsin götürülməsi hissəsində ləğv edilməsi, beləliklə həbsin bərpa edilməsi və zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsi, başqa sözlə vurulmuş maddi ziyanın ödənilməsinə yönəlmiş əmlakların mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyi barədə tam məlumatlı idilər.

88. Belə olan halda Cavabdeh1 qeyd edilən müqavilələr üzrə vicdanlı əldə edən kimi qiymətləndirilə bilməz.

89. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın.

90. Qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur.

91. Qanunvericilikdən də göründüyü kimi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir.

92. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.

93. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.

94. Sözügedən Qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X17 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”.

96. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır.

97. Alıcı o halda vicdanlı olmayan sayılır ki, o, əşyanın əmlakın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir.

98. Yuxarıda sadalanan normalar mahiyyəti daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlakı əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdır.

99. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

100. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

101. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış əqdlərin yalan əqd olmaqla görüntü xatirinə bağlanmasını, eləcə də sonuncunun vicdanlı əldə edən olmamasını təsdiq edən digər hal da, onun Cavabdeh2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1083/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin nəticəsini gözləmədən təkrarən Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş növbəti müqavilələr əsasında mübahisəli mənzilləri Cavabdeh4 satmasıdır. Belə ki, bu alqı-satqı müqavilələrinin təsdiqindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1732/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə sözügedən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlamışdır.

102. Beləliklə də, qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisəli mənzillər üzərində həbslər bərpa edilmiş və burada məqsəd zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi olmuşdur.

103. Göstərilənlərə əsasən Cavabdeh4 yuxarıda adları qeyd edilən şəxslərlə yaxınlığı, qohumluğu və əvvəldən tanışlığı olması kimi hallar müəyyən edilməsə də, onun əldə etdiyi mənzillər əvvəlcə vicdanlı olaraq əldə etməyən Cavabdeh1 mənzillərin məhz ona satmaqda niyyətinin bu mənzillər üzərində həbsin bərpa edilməsindən sonra zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsinin qarşısını almaq, artıq digər şəxsin mülkiyyətində olan mənzillərə tutmanın yönəldilə bilinməməsi görüntüsünü yaratmaq olmuşdur.

104. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış alqı-satqı müqavilələrinin zahiri görüntüsünə görə qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməsi müşahidə edilsə də, yuxarıda qeyd edilən cinayət işi üzrə zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə həmin mənzillərin üzərində həbsin bərpa edilməsi baxımından bu alqı-satqı müqavilələri qanuni əsaslarla bağlanmış əqdlər kimi qiymətləndirilə bilməz.

105. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin həbsdən azad edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnamədən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğu apellyasiya şikayəti verməməsi, qətnamənin qanuni qüvvəyə minməsi, icra vərəqəsi verilməsi, mənzillərin müvafiq icra orqanı tərəfindən həbsdən azad edilməsi, 02 iyul 2022-ci il tarixdə alıcı qismində adı çəkilən mənzilləri satıcı Cavabdeh2 alan zaman və Cavabdeh4 satan zaman əmlakların üzərində heç bir yüklülük və məhdudiyyətlər olmamasına, eləcə də müqavilələrin mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilməsinə istinad etməsinə qiymət verərək cavabdehin bu arqumentləri ilə razılaşmamış və iddiaya etirazının dəlilləri ilə bağlı cavabdeh tərəfin verdiyi izahatlarını iddianın əsassız olması üçün yetərli sübut kimi qiymətləndirməmişdir.

106. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

107. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

108. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

109. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

110. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdehlər tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.

111. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1702/2024 nömrəli 26 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar